(PƏRDƏ ENIR)
(Ma Obanın xalq artisti Fa Una “Qayıt” mahnısını oxuyur)
***
138
(PƏRDƏ QALXIR)
(İşıq qapıya düşür)
Hər iki əli dəmirdən olan uca boylu kişi qətiyyətli
addımlarla səhnəyə irəliləyir. Sızıldayanlar qoz ağacının ətrafına
cızıq çəkirlər. Cızığı polis qoruyur. Başların üzərində qırmızı
kreslo gətirilir. Kişi oturmur, ayaq üstdə çıxış edir:
‐ Bilırsınız, mən dəfələrlə dedim, yaşlı adamam, mənə
təmiz hava lazımdır, qoz ağacının altında otursam, havam
çatmayacaq. Ona görə bura gəlmək istəmirdim. Xalq tələb etdi, siz
tələb etdinız...
Səhnənin güncündə kimsə mızıldayır. Natiq ona:
‐ Axı sən nə istəyirsən To Fiq Qa Sım Ov?
‐ Mızzz... Mızzz... Mızzz...
‐ Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir!‐ natiq
yumruqlarını hamının başı üzərinə qaldırır.
Polislər Tonu aparırlar. Yenə mızıldayan var. Kişi ona
acıqlanır:
‐ İb Ra, mən qoz qabığına soxmağa adam axtaranda, sən
əyninə aşırma şalvar geyinib Zey kəndində qoz‐qoz oynayırdın,
moqeyini bildir! Mən qiyam nəticəsində gəlməmişəm bura. Sur‐
əliylə öncəki pərdədə səhnəyə hücum edəni göstərərək‐ obamızın
qəhrəmanıdır!
İb Ranı qandallayıb zaldan çıxarırlar.
Natiq sözünə davam edir:
‐ Mən çox dedim, Sur, sən Baş nazirsən, suçu deyilsən, heç
qoçu da deyilsən, ha‐ha‐ha, lopatkanı yerə qoy, o, az eşitdi. Dövlət
çevrilişi etmək istəyir! Mən buna imkan verməyəcəm! Mən
həyatımın qalan hissəsini da obama bağışlayıram!
O, beli Surun əlindən alır, sapını dəmir əlləri ilə ikiyə
bölür, sağ əlindəkini Surun kürəyinin ortasına ilişdirir. Polislər
beli qırılmış Suru sürüyüb aparırlar.
Obada sabitlik yaranır. “Əsrin müqaviləsi” bağlanılır. Xalq
əlində aftafa neftdən pay gözləyir.
139
Sabitliyin qurucusu bel qulpunun qırıqlarını salabey edib
qoz ağacına atır. Yerə düşən qozu götürür.
‐ Yeyən var?
Sızıldayanların arasından bir nəfər ağzı sulana‐sulana ona
yaxınlaşır.
‐Ul Rəs gəl, gəl qoz ye...
Kişi əlindəki qozu onun başına qoyub sındırır. Dəmir əllə
vurulan zərbə Ulu yarımcan edir. Təcili tibbi yardım onu ABŞ
bayrağına bükür, xərəkdə səhnədən çıxardır. Kişi yenidən zala
səslənir:
‐ Başqa kim yemək istəyir?
Obada sakitlikdir.
Dəmir əlli lider qəfil ürəyini tutur və yerə yıxılır.
(PƏRDƏ ENIR)
(Ümummilli sakitlik elan edilir)
***
(PƏRDƏ QALXIR)
(İşıq mərkəzə verilir)
Səhnədə yekə küp qoyulub. Küpün başında beynəlxalq
müşahidəçilər‐ baboçkalı ingilis, şərfli fransız, fəsli türk və rus
generalı dayanıb. Arxadan bir molla da burnunu soxmağa çalışır,
onu çimdikləyib qovurlar. Adamlar sırayla gəlir, küpə qoz atırlar.
Qozatma qurtarır. Küpdən qəlyan, dalınca qəlyanı çəkən çıxır. Qoz
ağacının altında durmuş polislər dərhal yüyürüb onu qırılmış belin
sapıyla döyürlər, səhnənin güncünə balaca çevrə çəkir və dairəyə
salırlar. Baboçkalı ingilis dairəyə salınana təsəlli verir. General
istehzayla gülür. Türk deyiləni tərcümə edir:
‐ Sayın büyük elçimiz sayın Asi beye diyor ki, “ana
mühalifet lideri olmak büyük şeref!”
Sayın Asi bəy dairədən çıxmadan ağacın altını hədələyir:
“Bızzz...”
140
Bu dəfə qutudan başqa adam çıxır. Cavan oğlandır.
Qutunun başında duran ingilis, fransız, rus və türk onunla
öpüşüb‐görüşürlər. Şəxsən zəhmət çəkib ona taxt gətirirlər. Cavan
oğlan ingiliscə bəyan edir:
‐ Biz öz ümummilli liderimizin yolu ilə gedəcəyik!
O, sürəkli alqış sədaları altında taxta çıxır.
(PƏRDƏ ENIR)
(Ma Obanın əməkdar artisti Xum Ar “Döz” mahnısı
oxuyur)
***
(PƏRDƏ QALXIR)
(Səhnənin bütün işıqları yanır)
Qoz ağacına gələn cığırların qırağına üstünə “Cızzz!”
yazılmış işarələr qoyulub. Səhnə balaca‐balaca ərazilərə bölünüb,
ərazilər çəpərlənib. Çəpərlənən ərazilərdə qəsrlər gözə dəyir. Hər
yerdə çal‐çağırdır. Sol tərəfdə qoyulmuş lövhədə yazılıb: “Hərəyə
bir qoz ağacı əkək!”
Qoz ağacı kəsilib. Ondan çəllək düzəldib, içinə neft
doldurublar. Bayaqkı beynəlxalq müşahidəçilər vedrə‐vedrə neft
daşıyırlar. Xalq əlində aftafa evdə çırağa tökmək üçün neft
növbəsinə dayanıb. Asi bəy neft daşıyanları durduğu dairədən
hədələyir: “Bızzz...” Taxtın qabağında yerə palaz sərilib. Bellərinə
ditdili qanadları taxmış deputatlar bardaş qurublar. Ma Oba
Tayfalar Məsclisinin sessiyası gedir. Hamısı əlləriylə Asini asıb‐
kəsirlər: Dızzz!!! Dızzz!!! Dızzz!!!
Cavan Oğlan taxtda oturub. Taxtda oturan hərdən
qabağındakı xonçadan qoz götürür, deputatların birindən Asinin
çevrəsindəkilərə göndərir. Qozu alan milçək qanadı çıxarır, vızıldayıb
ağcaqanadların yaxınlığında toplaşırlar: Vızzz... Vızzz... Vızzz...
(PƏRDƏ ENIR)
(Meyxana ustası Miq Na Rıncıçuxurlu
141
“Tikilməyib körpülər birdən‐birə,
Çevrilibdir dövlətimiz liderə”
qafiyəli meyxana oxuyur)
***
(PƏRDƏ QALXIR)
Şam işığı restorana romantika verir. Masada iki gənc qol‐boyun
olub. Oğlanın adı Du Raq, qızın adı Da Raqdır. Əmiuşağıdırlar, təzə
nişanlanıblar. Gənclər özlərini yığışdırırlar. Ofisant əlində şampan içəri
girir, Du Raq qoz ləpəsi sifariş verir. Ofisant “vallah, ləpəmiz qurtarıb”
deyə sifarişdən imtina edir. Du Raq hirslənir:
‐ Ə, mən ABŞ prezidenti Ba Rakın əmisinəvəgillərdənəm.
Ofisant “vallah, ləpəmiz qurtarıb” deyə üzrxahlıq edir. Du
Raq cızığından çıxır, ofisantı təpiyinin altına salır. Polislər ona
cumurlar. Xaos yaranır. Du Raq qardaşına “vızov” atır. Qardaşı
Ya Raq tayfanın cayıllarını yığıb davaya gətirir.
Du Raq yaralanıb və qan içində uzanıbdır. Polislər Da Rağın
şalvarını çıxartmaq istəyirlər. Dunun qardaşı Ya şampan butulkasını
götürüb polislərə cumur, onların başını yarır. Va Raq varağa yazdığı
“uğur duasını” aparıb Asi bəyin döş cibinə basır. Danın qardaşı Ma
Raq nərə çəkib dızıldayanlara cumur. Onlar dızıdıb qanadlarını yerə
atır, aradan çıxırlar. Milçəklər “vızz” edib geri qayıdır, qanadlarını
çıxardıb yelpik düzəldir, Asi bəyi yelləyirlər.
Tamaşaçılar ayağa qalxır, səhnəyə axışırlar. Xalqın ilk
nümayəndəsinin ayağı səhnəyə dəyəndə Cavan Oğlan taxtdan
enir, kirimişcə qapıya sarı gedir.
Taxt üstündə dava düşür. Ras, Eti, Asi və Vuş Siya adlı
gözlənilməz iddiaçının hərəsi taxtın bir ayağını dartır. Taxtın
ayaqları qırılır.
Xalqın zirək oğulları qarışıqlıqdan yararlanıb neft
aparmağa yüyürürlər. Aftafanı daha öncə doldurmaq üstündə
itələşəndə çəlləyi aşırırlar.
Çəlləyin içi boşdur. Onu diyirləyib səhnədən yerə salırlar.
142
İşi belə görən Ras, Eti və Vuş Siya aradan çıxır, ortada
təkcə Asi qalır.
(PƏRDƏ ENIR)
(Ma Oba aşıqları “Çaxmağı çək” oxuyurlar)
***
(PƏRDƏ QALXIR)
(İşıq arxa dekorasiyaya salınır)
Dünya Bankının Baş ofisi.
(İşıq dekorasiyanın qabağına salınır)
Dünya Bankının baş ofisinin qarşısında Asi bəy çəlləkdən
neft daşıyanların atdığı vedrələrin birini tərsinə çevirərək altına
qoyub, nağara əvəzinə o birinin dalını döyəcləyir, üçüncüsünü də
qabağına qoyub pul dilənir.
(PƏRDƏ ENIR)
***
(İşıq mikrafona salınır)
Ramin Hacılının monoloqu:
Hər şey belə olmaya bilərdi! Hər şey belə də ola bilərdi!
Olmadı! Sizi referendum münasibətilə təbrik edirəm! Rəiyyətinlə
baş‐başa, yaşa, padşahım, yaşa!
(PƏRDƏ ENIR və QALXMIR)
***
Ramin Hacılının əlini sıxa bilmədim. Sabit əmimgil yanımı
kəsdirdilər.
Əmim və onun uşaqlıq dostu Sabir bağlıbadaşdılar,
şərikinə çörəkbişirmə sexi işlədirlər, qabaqlar Bərdə bazarında
ələk düzəldib satarmışlar. Sabit ələkçiymiş, Sabir də qıl verəni.
Teatra ayaqları birinci dəfə dəyirdi. Tamaşadan xəbər tutmuş,
başıalovlu teatra soxulmuşdular. Həmişə əsəbləşəndə əmim
cümlənin son sözünü demirdi, fikrini qıl verəni tamamlayırdı:
143
‐ Min dəfə demişəm ki, bu işlərdən
‐ qurtar!
‐ Məni türmələrdə
‐ süründürmə!
‐ Ə, bala, sizin axırınız
‐yoxdur!
‐Hamınızın yeri
‐türmədir!
‐Gedib kişinin oğlunun ətrafında birləşməkdən, Ulu
Öndərin ruhundan üzr istəməkdən, hələ durub camaatı lağa
qoyursan, teatr
‐ çıxardırsan!
‐ Demir ey, biri başa düşər, gedib çatdırar, KQB də gəlib
bunun boğazını
‐üzər!
‐ Yaza bilirsən, götür babaya şeir yaz, oğluna poema
‐ qoş!
‐ O da çağırsın sənə ev versin, eşik versin, iş versin, fəxri
ad versin, şöhrət ordeni versin, sən də get
‐ dolan!
‐ Savad olmaqla deyil, gərək adamın ağlı, fərasəti də
‐ ola!
‐ Min dəfə demişəm, ha yazsanızda, pozsanız da xeyiri
yoxdur, o taxt ömürlük
‐ onlarındır!
‐ O boyda Şəhriyar “Heydər babaya salam” poemasını
yazmışdı, sən heç onun əlinə su tökməyə layiq
‐ deyilsən!
‐ Ağlın olsun, o “Heydər babaya salam” yazıb, sən də
“Heydər balaya salam”
‐ yaz!
Əmimgildən qurtulanda Həyat xanım zəng elədi:
144
‐ Nəsir, ‐ mənə kənddə və ailəmizdə Nəsir deyirlər‐ təcili
evə gəl, evə mişovul girib!
Evə göz gəzdirdikcə Loviza dolurdu, ağlamaqdan və “bu
nə yaşayışdır” sualını verməkdən özünü zorla saxlayırdı.
Dərnəgüldə qaçqınların məskunlaşdığı yataqxanaların arasında,
sovet dövründə televizor anbarı olmuş zirzəmiyə soxmuşuq
başımızı. Arxadan üst tərəfi “Səadət” şadlıq evidir. Səadətin
arxasında və zirzəmisində başımıza yataqxanalardan bəxtəvərçilik
yağır. Dincliyimizi hərdən mişovullar pozur. Azinlə köməkləşib
mişovulu öldürdük.
Həyat xanım anda versə də, yeməyə oturmadılar,
ditdililərə yem olmaq istəmədilər. Evi abıra salan və rayona
getməyə yır‐yığış edən arvadıma dedim:
‐ Həyatım, narahat olma, biz özümüzü ac qoymarıq.
Həyatım ditdililərə qarğış elədi. Üzünə baxdım. Pəjmürdə
idi. Həyatın çoxdan gülümsəmədiyinin fərqinə o anda vardım. Eh,
həyatım, bəzən biz sevgini məyus edirik, bəzən sevgi bizi...
Zibilxananın yanından vəhhabilərin dükanına tərəf
burulanda bomba partladı. Vəhhabiləri görmüş Loviza hər iki
əlini qulaqlarına aparıb qorxa‐qorxa ətrafa boylandı. Narahat
olma, sağıq,‐ onu vahimədən çıxartdım‐ partlayan zibil torbasıdır.
Loviza yataqxanadan vızıldadılmış torbaya baxdıqca əsim‐əsim
əsirdi. Gölməçə, zibil və dolma qoxusu aləmi bürümüşdü.
Diplomat qız hər ikimizin qoluna girdi, “Azəri” un məmulatları
mağazasının qabağından yolun o tayına keçdik.
‐ Ta bura qədər gəlmisiniz, Gülü dayıya baş çəkməsək eyib
olar...
‐ Görək, nə deyir‐ rəyini öyrənmək məqsədiylə qıza Gülü
dayının kababxanasını təsvir elədi. Loviza gözlərini döydü. Yalnız
ingiliscə “underground” kəlməsini eşidəndə “doğrudanmı”
sualını verdi.
Müştərilərin və qonşu kababçıların “Gülü” dediyi ahıl və
istiqanlı kişini Lovizaya əsl adıyla təqdim etdim:
145
‐ Güloğlan dayı Dərnəgül kababçılarının kralıdır,
Füzulidəndir. Anası rus imiş.
Füzulidən
gələndən
Dərnəgül
yataqxanalarında
məskunlaşmışdı,
dayanacağa
manqal
qoymuş,
avtobus
gözləyənləri kabab iyinə vermişdi. Qazancına qızırğalanmayıb
daş dayanacağı satın almış, iki kabinet düzəldərək Qarabağın
sabiq kassirlərinin, mühasiblərinin, mağaza müdirlərinin, kolxoz
sədrlərinin ixtiyarına vermişdi. Qaçqınpulu alandan‐alana əli
qalınlaşan sabiq qarabağlılar o kabinetlərdə vəzifəli günlərini
xatırlayar, qabırğaları sananan xidmətçi xalanın masaya salfetka
qoyan cod əllərinə yanağından qan daman keçmiş katibələrinin
vurduğu lakdan yaxmamağına təəssüflənərlər.
Gülü dayı xidmətçiyə səsləndi:
‐ Ağız, Məhrə!
Mahirə yaşlı arvadıydı, qulaqları ağır eşidirdi. Gülü dayı
yenə çağırdı:
‐ Ağız, Məhrə!
Mahirə cavab əvəzinə armud saplağına dönmüş boğazını
uzatdı. Gülü dayı ona Lovizanı göstərdi:
‐ İsveç səfirliyində işləyir, qıza yaxşı qulluq elə!
Kababxanasına İsveç diplomatının təşrif buyurması Gülü
dayının nəzərində çox böyük hadisəydi, qıza yaxşı qulluq
göstərmək Qarabağın xətasız‐bəlasız geri qaytarılmasına təsir edə
bilərdi. “Belə şanslar çətin ələ düşür”‐ Gülü dayı ATƏT‐in düzüb‐
qoşduğu sülh danışıqlarını izləməyən Mahirənin siyasi hazırlığını
artırdı.
Tikə, lülə, içalat kababı sifariş elədik, içməyə rus istehsalı
“Monarxiya” arağı və “Coca‐cola” istədik. Mahirə xala xalqın
əziyyətini çəkərək qab‐qaşıq gətirdi. Gülü dayı kababın bişməsinə
bütün təcrübəsini qoymuşdu, isti‐isti gətirib boşqaba çəkirdi.
Loviza başlanğıcda əllə yeməyə tərəddüd eləsə də, daldan‐dala
barmaqlarının beşini də yalayırdı.
146
Marşuruta mindik. Sürücünün üzündən kir, gözündən kin
yağırdı. Damağında siqaret tüstülədir, hərdən digər marşrutlarla
ötüşür, meyxanaya qulaq asırdı. “Gənclik” metrosuna çathaçatda
yol polisi bizi saxladı. Sürücü cibindən çıxartdığı manatlıqları
köməkçisinə verdi. Uşaq kirli əllərini tüpürcəkləyərək əskinasları
ütülədi, dəstələdi, sayıb sürücüyə qaytardı. Sürücü sükandan
düşdü, köynəyini şalvarına sala‐sala getdi, hırıldaya‐hırıldaya
qayıtdı. Sərnişinlər ağını çıxartmış yol polislərinin qarasına
deyindilər.
Metronun qırağında hər ikisi ilə ikiəlli sağollaşıb “Gənclik”
mehmanxanasına tərəf adladım. Zirzəmidə yerləşən internet
kafeyə düşdüm. İnternetdən aralananda Azin qabağımda iki dəfə
asqırdı.
‐ Qağa, qabaq tək səbr idin, indi cütlədin, təki axırı xeyir
olsun!
Başına gələnləri danışdı. Piyada “Azadlıq” prospektinə
gedirmişlər.
Mc.Donaldsın
arxasındakı
parkdan
keçəndə
öpüşüblər və polis başlarını alıb:
‐ Niyə milli əxlaqımıza yaraşmayan hərəkətlər edirsiniz?
Özü də zooparkın yanında!
‐ Ona görə ki, belə istəyirik.
‐ Sənə qalsa, çox şey istəyərsən! İstəməklədir? Qayda var,
qanun var, əxlaq var! Zooparkın yanıdır bura!..
‐ Hansı qayda‐qanunda yazılıb axı parkda öpüşmək
olmaz?
‐ Bura park deyil, zooparkın yanıdır!
‐ Deyirsən, heyvanların əxlaqını poza bilərik?
Serjant onları bölməyə aparmış, rəisə Azinin müqavimət
göstərdiyini məruzə etmişdi. Polisə müqavimət göstərməyin nə
demək olduğunu cinayətkara başa salmaq həvəsiylə rəis əllərini
sinəsində çarpazlayıb sakit görkəmlə nə baş verdiyini soruşanda,
qanlarının arasına Lovizanın diplomatik pasportu girmişdi.
Qonağın yanında hər iki üzümüzü qara edən, Azinin diplomat
147
qızla yuxarıların tapşırığıyla öpüşdüyünü anlamayan polis
nəfərinə rəis itin sözünü demiş, onu işdən it kimi qovacağına and
içmiş, itin dalında həbs etmişdi.
Səhəri
gün
avtovağzala
getdik.
Avtovağzalın
həndəvərində şoferlərin çığırtısından qulaq tutulur. Gəncəyə bir
nəfər! Ağcabədi, Agcabədi! Bərdəyə çıxıram! Tərtərə maşın
tərpənir ha!.. Əlimdəki çantanı görən qarğa sürüsü üstümə şığıdı.
Guya məni çoxdan tanıyan sürücü əl çəkmədi, qır‐saqqız
olub boğazıma keçdi:
‐ Yerri, Ətağa (fikir ver, gör kimin cəddinə and içirəm,
Bakıda yer almışam) bəyaxdan bir nəfər gözləyirəm, otur, srazı
çıxax!
‐ Yerli, İmamzada haqqı (bərəkallah, mən neçə ildir
Bakıdayam, yarım sot torpağım yoxdur) rayona indi getmirəm.
“Varis” şadlıq evində kəndçimiz Böyükağa müəllimin oğlunun
toyudur axşam. Saat altıda toya, oradan da kəndçilərimi Bakıya
gətirən avtobusla rayona gedəcəm. Arvad‐uşağı dayım öz
maşınında aparacaq.
‐ Xeyirdimi onda? Pul‐pənə göndərirsənsə, ver çatdırım,
bir nəfər gözləyirəm, gəlsin, srazı çıxıram!
‐ Sağ ol qağa, iki nəfər yola salacam, sənin maşınında da
bir yer boşdur,‐ bunu deyəndə Azinlə Loviza özünü yetirmişdilər‐
mənə bənd olma, bir nəfər axtar!
‐ “İllaf yaxşı, iki nəfər də gələr, çıxarıq dana...”‐ sürücü
burnunda mızıldandı və belə məlum oldu ki, “bir nəfər
gözləyirəm” deyəndə, o, ilk müştərini nəzərdə tuturmuş. Üzeyir
Hacıbəyovun “Yevlax–Şuşa yolu” hekayəsini xatırladım. Xalqımız
dilicandan düşüb “Moskviç”ə, “Moskviç”dən enib “Merseders”ə
mindi, Yevlax‐Şuşa yolunda satiraya tuş gəldi, xeyri olmadı,
dəyişmədi, dəyişmədi, dəyişmədi...
***
148
Toydan çıxıb “Doxsan” Məzahirin avtobusuna doluşduq.
Hərə mərifətinə, fərasətinə, tayfasına uyğun yer tutdu özünə.
Maşın tərpənəndə Seyid Əhməd “Allah, Məhəmməd, ya Əli”
qışqırdı. Sürücü “prrobblem yoxdur” dedi. Ağa çaşqınlıqla onu
süzdü, yanında oturmuş Şahsevən gülümsündü. Yolda‐irizdə ala
itdən məşhuruydu Məzahir, PAZ‐ını tanımayan yoxuydu,
avtobusunu şosedə doxsandan yuxarı sürməzdi, ondan artıq
çəkmirdi də. Ləqəbinə layiq olduğunu gözə soxdu: “cəddinə
qurban olum ağa, doxsandan yuxarı getmirəm, nə prrobblem
olasıdır...” Bundan yekə nə prrobblem olacaq,‐ ağzını əydim
dodağımın altında‐ tıxaca düşdük.
Siqnal səslərinin arasında Ağanın ona verdiyi öyüd
eşidildi:
‐ Heylə demə, heylə demə, Xudavəndi‐Kərim min ağac
uzaq eləsin, olacağa çarə yoxdur, ölüm qaşla göz arasındadır.
Ölümdən söz düşəndə Qəssab İbişin arvadı Cəhrə
zoqquldadı. ”Ona min dəfə dedim qoqa‐qoladan az iç, öhd olmadı!”‐
camaatı arvadının mərəzindən agah elədi. Arvadlı‐kişili hamı özünü
gecənin soyuğuna verməmək üçün qoyun kürkü geyindi. Qəssab
İbiş öz kürkünü arvadının çiyninə atdı, oğrun‐oğrun avtobusdakıları
süzdü, mən də altdan‐altdan ona göz qoydum.
Arvadı naxoşlamışdı, belini ovmağa keçi piyi gərəkiydi,
piy nə gəzirdi, piydən ötəri gərək kəndə çataydı, bir dıbır
boğazlayaydı, ətini sataydı, piyini kürəyinə sürtəydi, yelini
qovaydı, azarını öldürəydi, üstünü möhkəm‐möhkəm örtəydi,
kəkotulu çay gətirəydi qızı Sərəncam, içəydilər, çəkəydilər onun
da dərdinə əncam, döşü baş yarırdı, üstündə baş yarılırdı, qıza nə
var, başlı‐başına qoysan ya halvaçıya gedər, ya zurnaçıya, zurnaçı
Sadığın oğlu fır‐fırlanır darvazalarının qabağında, qabağına
çıxana bax, camaat quş gətirir, Şahqulu bayquş, bayquş ulayır
dədə yurdunda, fərasətli oğul olsa, ocağını kor qoymaz atasının,
atası ondan nə xeyir gördü, qayınatası nə görə, gör‐götür
dünyasıdır, adamın gərək qanacağı ola, qanacağı qancıqdanmı
149
alaydı “Dıbır” İsmayıl, anası ölmüşdü, xalası Səkinənin südünü
əmmişdi, əmdiyi burnundan gəlsin, cərrahlıq oxuyub guya,
arvadın sol döşünün yerinə, sağ əmcəyini kəsib, əmlik keçir
könlündən, buynuzu gicişir, ayama qoyur, söz çıxardır gül kimi
qızın adına, hünəri var adını çəksin birdə, çəksə tayfa davası
düşər, başını üzərlər, dərisini boğazından çıxardarlar, aşılanmağa
verərlər, dabbaqda gönləri gendən tanınır hamısının, dıbırın da,
aslanın da, Aslana kimdi qız verən, erkəkliyi‐dişiliyi bilinmir, bir
heylə ət alsa da yediyi‐içdiyi üzə çıxmır, soxulcana oxşayır, zifaf
gecəsində gəlinin üzünü çətin ağarda, gözü ağarsın ona xanəndə
deyənin, toya gedir, oxuya da bilmir, ciy‐ciy ciyildəyir, ciyarlı
oğlan Cavanşirdi, rəhmətlik dədəsi də yaxşı bənnaydı, maşallah,
biləkləri ət kötüyündən yoğundu, almasa‐almasa hər şənbə bir
şaqqa ət aparır evlərinə, denən, yavanlıq olurmu o boyda külfətə,
olmasa‐olmasa on beş baş adam var evdə, ağız deyəni qulaq
eşitmir, qulağının dincəlməsinə çox var, ayrı ev‐eşik olması
uzundərədi, dərənin qırağında torpaq qalmayıb, “Tülkü” Mahir
qamarlayıb hər yeri, deyir, ev‐eşik yiyəsi olmaq hər oğulun hünəri
deyil, bələdiyyəsi var, icra hakimiyyəti var, iti var, qurdu var,
qurdun adı bədnamdır, indiki zamanda ev tikmək üçün ev
yıxmaq lazımdır, Allah saxlamış Cövdət də ev yıxan deyil, adam
yıxandır, özünə iş tapıb o da, buna badalaq gəl, onun kürəyini
yerə vur, yiyəsi olsa, güləşə‐müləşə qoymaz, polisə düzəldər,
oduhana “köpəyoğlu” Hüsü, maaşı alır, hörməti qazanır,
qulaqları da iy bilir itin, sür‐sümük verəndə yaxın durmur, yağlı
yer axtarır, “Əmlik”də o boyda quyruq nə gəzir, getdi rəisin
qohumunu aldı, buna bax, camışa oxşayır, əşi, elini ürküt,
axsağından yapış, elə axsaq yaxşıdır, sürü geri qayıdanda qabağa
düşür, düz qabaqda oturub Şahsevən, qoçdu, qoçaqdı, ilanı seyid
Əhməd əliylə tutandı, o boyda kişini elçi göndərməyə hazırlaşır,
bir dəfə gələnə qız verməzlər, amma yüz elə qız qurban olsun
ağanın cəddinə...
150
Ağa “dərəyə sür” dedi, sürücü əlini gözünün üstünə
qoydu: “prrobblem yoxdu!” Şamaxı yoluyla gedəsi olduq. Ağsu
aşırımlarına çathaçatda gözümə bir lövhə dəydi, üzərinə Ulu
Öndərin kəlamı yazılmışdı: “Biz tamamilə demokratiya yolu ilə
gedirik!” Demokratiya yolunda məni mürgü tütdu. Nə yata
bildim, nə oyaq qala. Məzahir camaatı demokratiya dolamasında
dolandırır, avtobus ləngərləyir, mən yuxuyla oyaqlıq arasında
vurnuxurdum, bilmirəm yatmışdım yuxu görürdüm, yoxsa
oyağıydım gerçəkliyi; sərxoşuydummu, ayığıydımmı, hər nə
haldaydımsa,
avtobusdakıların
90
faizi
gözümə
qoyun
görünürdü. Qoyunların arasında bir əmlik vardı, seyid Əhməd
qəssab İbişlə Şahsevənin yerini dəyişdirib ona elçilik edir,
atalardan misal gətirirdi: “quzunu qurda tapşırmaq olmaz...”
Məzahir təsdiq edirdi: “prrobblem yoxdur...” Nətəhər yoxdu əə,
korsan? Bu nə PAZ‐dır bizi mindirmisən, içində çoban var, qəssab
var, keçi var, qoyun var, qoç var, anaş var, əmlik var, aslan var, şir
var, tülkü var, bayquş var, avtobus deyil, meşədir, cəngəllikdir,
Seyid Əhməd gedib ilanını tutmaq əvəzinə, bayaqdan qurdun
qarasınca danışır... Mənim qeybət qıran adamla aram yoxdur,
istəyirsən seyid ol, istəyirsən ağa, kişisən, sözü üzə de, qurd üzü
mübarəkdir! “Əşi, denən mübarək olsun, bir xınalı quzu gətirək,
bir dıbır yeyib gedək”‐ Ağa üz vurdu, sürücünün tanış
reaksiyasını təkrarən eşitdim: “prrobblem yoxdur.” Düzlük deyil
ha əlindən gəlməyə, sənə nə var, prrobblem çıxardacaqsan bu
saat, belə yerdə heç doxsanla sürərlər Məzi, qurd ürəyi yemisən
nədir, avtoşluq eləmək istəyirdin, eləyəydin, ipək yolunu qoyub
bizi bu dolamaya niyə gətirib çıxartdın? Niyə gərək həmişə ağa
dediyi dərəyə sürəsən? Göz‐gözü görmür dumandan, tamamilə
demokratiya yolu ilə getdiyimiz yerdə qəza baş verər, ‐ bəlkə də
hansısa seyid onu min ağac bəri göndərib‐ kəllə‐mayallaq
aşırdarsan bizi, PAZ‐dan çıxıb paza keçərik! “Prrobblem
yoxdur!”‐ nəyə gətirdi bunu? Hə, Seyid Əhmədin sözünə, “qurd
duman axtarar” deməyinə... Camaatı dolamadan salamat
151
çıxaracağına əmin etmək istədi. Təki, salamatçılıq olsun!.. Off,
adam nə qədər atalar sözü deyər, zərb‐məsəl çəkər, “sən qurda
tikməyi öyrət, yırtmağı atasından dərs alıb”, and olsun cəddinə,
“Səma” TV‐yə çıxsan ayrı cür danışarsan, deyərsən ki, “qurddan
qurd törəyər.” Təbiətdə də, insanın xarakterində komponentlər
bir‐birinə bağlıdır. Seyid Əhməd tamahkardır, tamahkar xəsis
olar, xəsis hiyləgər, hiyləgər yalançı, yalançı yaltaq... Qəssab İbişin
ağlı olsa, kor qız da verməz yaltağa! “Prrobblem yoxdur”‐
partlayacaq ürəyim, yenə dedi, nənəm, yenə dediiii! Bu “doxsan”
Məzahir ya çox qanmaz adamdır, ya sırtıq, heç vaxt adam
olmayacaq, doxsanında öyrənən, gorunda çalar. Fikrim dağıldı,
eşidəmmədim, Qəssab İbiş nə soruşdu, Seyid Əhməd ona “qurd
qapıda əhilləşməz” cavabını niyə verdi. Əcəb edər əhilləşməz,
əlinin içindən gələr, çölündən çıxar, niyə əhilləşib azadlığını
itirməlidir? İt qurdun qohumudur, qağa, onu əhilləşdirib ağ
günəmi çıxartdınız? Səkinə müəlliməyə demoqoqluğuna görə
“qancıq” demirsinizmi? İtlərin azadlığını, liderliyini əlindən alıb
sürüyə güdükçü qoymamısınızmı? Utanmırlar, üzləri də var
danışmağa... Yox ey, işin içində iş var, axı qurda nə verib Seyid
Əhməd, ala bilmir? ”Qurdun üzü ağ olsaydı, gündüz çölə
çıxardı”‐ sözgəlişi demir bunu, kininin kökü dərindir, kim bilir
haralara gedib çıxır. Görəsən, qurdun üzü niyə qaradır
əmmaməlilərin yanında? Seyid Əhmədin yanınca toya gətirdiyi
nəvəsi “Dıbır” İsmayıla boz keçinin şeirini deyirdi. Yalqız gəzib
dolanma, tək olma, təşəbbüskar olma... Dağa‐daşa dırmanma,
etiraz eləməyə, dağa çıxmağa qorx, çobansız hərəkət eləmə,
sürüdən aralanma, qoyunların qabağında get, qabaqcıl qoyun ol,
qıllan, sənə ev verək, eşik verək, orden verək, medal verək,
deputat seçək... Ay uşaq, əzbərlə, böyü, adam olma keçi ol, ziyalı
olma, kozyol ol! Piyinə ehtiyac olanda, kozyolu günahkar
çıxartmağa nə var? Yox, bu, keçinin şeiri deyil, kozyolun şeiridir!
Kozyolu elə qurd yesə, yaxşıdır! Hanı o qurd, hanı o bir‐birinə dal
çevirməyən gözəl canlıların boz nümayəndəsi? Niyə gəlib çıxmır
152
bu sürünün axırına? Nə demişəm özünü sala sürüyə, salamat
qoyun buraxmaya, anaşına‐əmliyinə, şişəyinə‐şişliyinə, qoçuna‐
qıçına baxmaya, boğazlaya hamısını...
Boğulurdum, pəncərəni açan olsa, bir az hava gələrdi,
bilərdim, yatmışammı, oyağımmı, sərxoşammı, ayığammı... Başım
hərlənirdi, başımda yer kürəsi tərsinə fırlanırdı. Tərsinə
fırlanırdırsa, zaman da tərsinə axırdı, deməli...
14 yaşım vardı. O vaxtlar belə deyildi, bərisindən baxanda
o yanı görünmürdü Küt meşəsinin. Meşə çaqqalsız olmaz, amma
çaqqal deyildi, qurduydu, talada uzanmışdım, yatmışdımmı,
oyağıydımmı bilmirdi, məni iyləyirdi. Gözümü açanda düz içinə
baxdı, baxışdıq, gülümsündü, üstümdən keçib getdi. Niyə getdi?
Hara getdi? Məni niyə parçalamadı? Getdi sinif yoldaşım
Şahsevənin otardığı sürünü tapdı, özünü haya yetirən
çobancığazın ayağını gəmirdi, ömürlük axsaq qoydu. Çox
axtardılar izini, tapa bilmədilər. İlim‐ilim itmişdi o qurd. Nə işiydi
o? Kimiydi o qurd? Məniydimmi? Nənəm deyərdi ki, qurd əti
qurda haramdır, şükür, qoyun deyilmişəm, qoyun Şahsevəniymiş.
Şahsevən elə indi də qoyundur, “qoç” ləqəbidir, bəs qabaqlar nə
olub? Seyid Əhmədin anası ölər, qabaqlar işinə yaramayanın
qabağına düşə, elçilik eləyə. Huşum başımdan çıxıb, adı nə idi o
türk savçısının? Yadıma düşdü, Sabih Qanadoğlu, başına iş
açmasalar yaxşıdır, hansısa dinin mənsublarını “qoyun sürüsü”
adlandırmışdı. Məzahir belə yerdə deyəmməz “prrobblem
yoxdur!” O boyda Türkiyə problem içindədir, düyünə düşüb
Avropa Birliyinə girməyi. Bu nə düyündür? Boğazıma qayıdır
kabab tikəsi, yeyəndə ürəyimə dammışdı dünəndən qaldığı,
çeynəyəmmədim, diri‐diri uddum. Öz aramızdır, yaman ət
yeyənəm, görən doğrudanmı mən qurd olmuşam? Qurd
olmuşamsa, niyə atılmıram bu qoyunların üstünə? Gör ey, necə
rahat hiss edirlər özlərini kürkün arasında. Toyda oturmaqlarını
görəydin, ağıldaydılar, hamısı bir ağıldaydılar, oynamaqlarına
baxaydın, o yekəlikdə şadlıq sarayında küncə qısılırdılar... Öz
153
aramızdır, qəşəng oynadın ha “Gizir oğlu Mustafa bəy”i,
oynamadın, uçdun, oynamaq deyildi o, uçmağıydı... Yox, nənəm,
yox, mən qurd olmamışam, quzğun olmuşam, budur, dövrə
vururam səmada, başım fırlanmır, qanad açıb süzürəm... Quu...
Quu.. Bu səs hardan çıxdı? Yox, məndən çıxmadı, mən “qu”
desəm, qusaram yediyimi, avtobusdan çıxdı, siqnal verdi
“Doxsan” Məzahir. Bəs niyə mələmir, bu nənəsi mələr qalmışın
siqnalı mələyə gərək... İmitasiya edir, doxsan yox, doxsan doqquz
yox, lap yüz faiz imitasiya edir! Səhv dedimsə, bağışla, dilimə
yatmır belə sözlər, dilim ağzımda yanır susuzluqdan, ürəyim
yaman pis qalxır, özümü saxlaya bilmirəm, mayor Aranlı demiş,
içməyin də qusmağı olmaya. Həyat xanım çox deyir mədənə
yazığın gəlsin, mədə neyləsin ey, “Monarxiya” arağının zayı çıxıb,
rossiyski adına satdıqlarına baxma, Bakıda bağlayırlar, camaat
dadanıb, əl çəkə bilmir. Əlim hanı, əlimi tapa bilmirəm cibimdən
dəsmal çıxardıb burnuma tutum, qığ iyi öldürdü məni, ödüm
ağzıma gəlir. Gərək bir belə içməyəydim, küpünə girdim əməlli
başlı, bəs küpdən necə çıxdım? Necə çıxacam uça‐uça, qanadlarım
var axı mənim, quzğunam, Akgün Akova necə deyib,
“qanadlarına güvən!” Qanadlarıma güvənirəm güvənməyinə,
amma qurd harada qaldı? Niyə gecikir, niyə gəlib “kozyol”u
yemir? Anasının əmcəyini səhv kəsəndən mömin olub, adama nə
təhər tərs‐tərs baxır, guya dilinə araq dəyməyib ömründə.
Gəlmişkən “Qoç”u da yesin, namaza başlayıb, elə bilir cənnətə
düşəndə Pekin olimpiadasına qaçmağa gedəcək, başına nə
qusaram onun, yediyim zeytunları bir‐bir pencəyinə düymə
düzərəm, uşaqlıqdan zəhləm gedir ondan. Gəl çıx ay qurd, gəl,
sürüyə gir, qoyunları boğ, kozyolları boğazla, çobanları axsaq
qoy, itləri did, mən də leşinə darışım sürünün, leşinə. Yadındadır,
bir dəfə qulağını burdum, özünü tezcənə yetirdin ha... Yaxşı
yeyib‐içdik səninlə dembellər tərxis olunan gün... Kiminlə yeyib‐
içdim, qurdla, ya Azinlə? Azin haranın qurdudur axı? Azin nə
zamandan haralı sualına cavab verən olub? Sərxoş! O kürəçidir,
154
canlanmış Babəkdir! Şirvin də məni bağışlasın, tutub yaxasından
soruşmaq lazımdır, indiyə qədər haralarda sülənirdin? Gerçəkdən
haralardaydı Babəkin ruhu? Kimiydi, nəçiydi?
Yer kürəsi başımda tərsinə fırlanır, tərsinə fırlanırsa zaman
geriyə axır deməli... Bura haradır, bunlar kimdir, bu nə kötükdür,
bu nə baltadır, doğranan kimdir? 838‐ci ildir, mart ayının on
dördüdür, Samirə şəhəridir, xəlifə Mötəsimin sarayıdır, altına
inək dərisi salınmış edam kötüyündə doğranan Baş Bəydir,
nənəm, Baş Bəydir. Biləyinin qanını üzünə çəkib artıq, can verir
Baş Bəy... Kimə verir canını, bu nə qəhqəhədir gəlir qulağıma? Baş
Bəydir, ASENA!‐ qışqıraraq ucadan gülür, son qəhqəhəsini çəkir,
canı ağzından çıxır. Qurda dönür, qurda nənəəəəm, qutsal qurda!
Dağa götürülür, dağa, dişisini bulmağa, qisasını almağa!
Səndələyə‐səndələyə gəlib Seyid Əhmədlə qəssab İbişin
dizinin qabağında durdum:
‐ Ağa, bilirsən, Şopenhauer nə deyib? Şalampur yox seyid,
şalampur yoox, SO‐PEN‐HA‐U‐ER deyib ki, “ən erkək olan ən
dişisəl olanı axtarar!”
Ağa məni itələdi, qəssab İbiş qolumdan yapışıb yıxılmağa
qoymadı, müvazinətimi düzəldib ona qayıtdım:
‐İbo, sənin qurdlar aləmindəki alfa cütlüyündən xəbərin
var?
Məni yerimdə otuzdurmağa “Qoç” Şahsevən durdu. Ay
qoyun, ‐ ondan soruşdum‐ sən heç bilirsən, qurdlar aləmində lider
özünü necə qurban verir?
Şahsevən qulağımın dibinə bir qapaz qoydu, içən adamı
vurmazlar, namərd!... Gözlərim Seyid Əhmədin ovcuna düşdü.
‐ Böö‐yüüük‐ağaaaa...
Məktəbdə də beləydim, “Qoç” Şahsevən məni döyəndə
Böyükağa müəllimə şikayət edərdim.
Dostları ilə paylaş: |