***
155
Xalam Kümə gəlin köçüb. Uşaq vaxtı yolum onlara tez‐tez
düşərdi. Xalamgilə tez‐tez getməyimin bir səbət səbəbi varıydı.
Səbəblərin başı hamamıydı. Onda hər adamın qapısında hamam
yoxuydu, bizim həyətdə heç bünövrəsi də tökülməmişdi, bir
vedrə suyla ləyəndə yaxalanmağa ərindiyimdən onların
hamamına gedər, necə deyərlər, həm də çimərdim. Hamamdan
çıxıb tellərimi yan darayar, kəndin o başında yaşayan sinif
yoldaşım Mütüşü görməyə gedərdim. Düzü, nə mənim sinif
yoldaşımı görmək niyyətim olardı, nə onun mənə ayırmağa vaxtı.
Dədəsi ona avara‐uvaraya qoşulmağa icazə verməz, qadaqda
saxlayar, ot çaldırar, pəyə kürüdər, dana bordaqladar, qapı
suladardı. Yoldaşcasına bir hovur söhbət etməkdən qabaq gərək
Mütüşə əl uzadaydın, inəklərinə yem verəydin, camışlarına su
qoyaydın, pəyələrini kürüyəydin, şayəd dədəsi ona ayrı xırım‐
xırda iş tapşırmasa, doqqazın ağzından uzağa getməmək şərtiylə
ayaqüstü hal‐əhval tutaydın. Mütüşün halından xəbəri olmayan
varıydımı? Ovqatı həmişə təlx olardı. Ən böyük arzusu dədəsinin
əlindən baş götürüb doqqazlarının ağzından uzaqlara, lap
uzaqlara‐ səhərlər doqqazlarının ağzından görünən Murov dağına
getmək idi. Mütüş Murovun soyuq, qarlı olduğunu eşitmişdi,
soyuq və qarlı yerlərin hamısını Uruset bilirdi. Urusetə gedib
dədəsinin tək əliylə qapazladığı üzünü rus qızlarının dizinə
qoyub arın‐arxayın yatmaq keçirdi könlündən. Dayısı Urusetdə
donuz saxlayırdı, üç‐dörd ildən bir tüklənib kəndə gələrdi, tay‐
tuşlarına donuzdan tük çəkməyin yollarından danışardı, Mütüşə
ancaq onu demişdi ki, qoyuna baxma, donuzun belində tük
olmur. Belində olmursa, yəqin adama oxşayır donuz, qıl qısığının
arasında bitir, qoyun‐quzu qırxmağı yaxşı bacarırdı, di gəl,
donuzun qısığından tük çəkməyə ürəyi gəlməzdi, öz qoltuğunun
altından birini dartmışdı, yaman yandırmışdı, dini‐imanı
qaçmışdı, heyvana zülm eləməzdi, içində heyvan sevgisi vardı,
yeri gələndə, azarlayan davardan ötəri doqqazın ağzında oturub
hönkür‐hönkür ağlayardı, donuza da öyrəşərdi, qəfildən‐ dayısı
156
həmişə o məqamda əliylə qarnının qabağında soldan‐sağa qövs
cızar, ovcunu cəld bükərdi‐ qılını dartıb insafsızlıq eləməzdi.
Mütüş nədənsə donuzu dayısından çox istəyərdi, düzünə
qalanda, onun içində insan sevgisi kəm idi, dədəsi yıxılıb ölsə,
gözündən yaş çıxmazdı. Qəbiristanlıq yolunun qırağında
olurdular, evlərinin yanından meyit aparılanda “çezdi, canını
qurtardı” deyərdi. Ölənin kimliyinə, nəçiliyinə, yaşına baxmazdı,
onun aləmində adamlar ölmürdü, çezirdi. Mütüşə insan sevgisini
aşılayan mühit yoxuydu, məktəbə gəlməz, gələndə uşaqlara
qaynayıb‐qarışmazdı, sinifdəki dostluqlardan, zarafatlardan,
küsüşmələrdən və davalardan qıraqdaydı. Səhərdən‐axşamacan
işləyər, səhərdən‐axşamacan işləyən, alaq vuran, pambıq yığan
anası, bacılarıyla bahəm dədəsinin təpiyini çörəyinə yavanlıq edib
yeyərdi. Təpəsinə qapaz vurulmaqdan səyləşmışdı, fikri özündə
olmazdı, malda‐davarda qalardı. Mənim halımla Mütüşün əhvalı
heç vaxt üst‐üstə düşməsə də, onu axtarıb‐aramağım səbəbsiz
deyildi. Ta söz açılıb, deyəcəm, Mütüşin qapıbir qonşusu
«Qapandar» Nəsibin qızını sevirdim.
Nəsibin gözünün ağı‐qarası bircə oğlu və iki qızı vardı.
Gözünün ağı‐qarası bircə oğlu qızlarından balacaydı; atası ona
maşın sürməyi hələ öyrətməmişdi. Qızlar dirçəlmişdilər,
yekəlmişdilər,
ay
parçaları
olmuşdular,
bığ
yeri
təzə
tərləyənlərdən tutmuş tər bığını saqqalına yapışdıranlaracan çox
özündən deyən oğlanın yuxusunu qaçırtmışdılar.
Mıkı əsgərlikdən təzə gəlmişdi. Əsgər forması əynində
kənddə hərlənib, adını, daha doğrusu ləqəbini arvad‐uşağın
dilindən yerə salmadığı günlərdə Xeyransanı görmüşdü. Evlərinə
qayıtmış, əsgərlikdən gətirdiyi bloknota yapışdırdığı lüt qız
nakleykalarını cırıb atmış, təzə vərəqə təzə sətirdən yekə hərflərlə
qırmızı flamastrla MIKI+XEYSANRA yazmışdı. Öz adını tam
yazmamışdı. Hərfləri çox olduğundan öz adını səhih yaza
bilmirdi Məmmədkərim, qızınkında səhvə yol verdiyini isə ağlına
belə gətirməmişdi. Bloknotu qatlayıb döşəyinin altına qoymuş,
157
əsgər formasını əynindən çıxartmış, qara şalvarda, ağ köynəkdə,
uzunburun ayaqqabıda Mütüşün dədəsinə hərbi salam verməyə
getmişdi. Gedəndə əliboş getməmişdi, hərbi formasını və
çəkməsini zənbilə doldurub Abbasa aparmışdı. Qəzaya
düşdüyündən Mütüşün dədəsi Abbasın sol qolunu kəsmişdilər,
elə o zamandan da el “Həzrət” ayaması artırmışdı adının
qabağına, ləqəb onun hörmətini birə‐beş artırmışdı. Abbası evdə
tapmamışdı, payını Mütüşə vermişdi. Mütüşdən Xeyransanı
istəyənlərlə maraqlanmışdı. Mütüş hərbi şöhrətinin qarşısında
davam
gətirməyib
doqqazlarının
ağzına
gələn
bütün
yeniyetmələrin, cavanların adını vermişdi Mıkıya. Adları bir‐bir
sadalayıb qurtaranda “onların hamısı bekara şeydir, «Qapandar»
Nəsib eşşək otaranlara qız verməz, ves sovetlikdə‐ SSRİ zamanında
sovetliyə Küy, Küm və Küt kəndləri daxil olmuşdu‐ bəlkə
“Kəllə”yə razı ola” demişdi. Mıkı “Kəllə”nin kim olduğunu
soruşanda Mütüş əlini yola uzatmışdı.
Mən
xalamgildə
hamamlanmış,
qartımı‐qurtumu
düzəltmişdim, telimi yan darayıb Mütüşlə görüşməyə gəlirdim,
yanlarına çatanda salam verdim. Mütüş salamı başıyla aldı.
Əsgərlikdən
təzə
gələn
qımıldanmadı.
Qımıldanmazdı,
əsgərlikdən təzə gəlmişdi, onun halını gərək ayrıca xəbər alaydın:
‐ Sən nətəhərsən, Mıkı?
‐ Saa navar nətərəm? Həkimsən? Bləd, guya Mıkıyla
stroybatda daş qaldırıf ey... barı adamın adını düz deyə, yanıf‐
tökülməssən...
Mıkıdan belə cavab gözləmirdim. Onu görəndə xeyli
sevinmişdim. Mıkının dil‐boğaza qoymadan Monqolustandan
danışacağını gözləyirdim. Ona qulaq asmaq bəhanəsiylə axşama
qədər
«Qapandar»
Nəsibin
doqqazına
boylanmaq
həvəsindəydim. Mıkı ümüdlərimi doğrultmadı, mən də özümə
görə deyildim, onu yumşaq yerindən sancdım:
‐ Sənin əsl adın Mıkı deyil ki?
‐ Mənim adım Məmmədkərimdir!
158
‐ O irəli Azin yanımda pojik atıb, qulağım batıb, yaxşı
eşitmir, adını yaz göstər!
Mıkı onu doladığımı, adını yaza bilməməyindən agah
olduğumu, savadsızlığına rişxənd elədiyimi, “mən hara, sən hara”
soruşmaq istədiyimi göydə tutdu. Tərifli kəlləmə lak qapaz salıb,
sinəmə yumruq qoydu. Mıkının başına vurmaq üçün yerdən daş
götürməyə əyiləndə, paçamın arasından qonum‐qonşudakı
qızlarla xurma ağacının altında söhbətləşən Xeyransanı gördüm.
Paçamın arasından baxanda külək Xeyransanın donunu qaldırdı.
Onun gündən‐günə toppuşlaşan budları göründü. Ah, o qızın
ayaqları... Qızdım, nə qızdım. Mıkı, sənin ananı... Mıkı paçamın
arasına təpik atdı. Götürdüyüm daşı atıb əllərimlə sancıdan
kəsilən paçamın arasını tutdum. Paçamın arasının ağrısı kəsəndə
dinməz‐söyləməz yolun ağına düşüb kəndimizə qayıtdım. O
gündən nə tez‐tez Kümə getdim, nə də Xeyransa ilə rastlaşmaq
istədim. Heç Mütüşü də görmədim. Murovda şəhid oldu.
Çezmədi, ölmədi, vəfat etmədi, şəhid oldu. Məktəbimizə onun
adını verdilər. Qabağıma çıxmadı ona deyəm ki, Mütüş, ilk
məhəbbət adamın paçasının arasına dəyən ilk zərbədir. Görəsən o
zərbəni Mütüşün paçasının arasına hansı eşşək vurmuşdu?
Kümün göbəyindəki “Barama hörən qurd” abidəsinin
yanıyla fikirli‐fikirli xalamgilə gedirdim. Dalğınlığımı siqnal səsi
dağıtdı. Siqnal verən Mıkıydı. “Lexus” sürürdü. Pul gücünə özəl
ali məktəbə girmiş, hüquqşünas diplomu almış, dörd ilə adını
yazmağı ancaq öyrənmiş, gömrükdə işə düzəlmişdi. Astarada
gömrük məntəqəsinin rəisi işləyirdi. Deyilənə görə, yaxşı
qazanırdı, sağlığına qismət, kənddə yüz hektar torpaq almış,
becərməsini qayınatasına tapşırmışdı. Arada‐bərədə gəlir, əkin‐
biçinə göz qoyurdu.
“Qapandar” qabaqda oturmuşdu, qucağında uşaq
saxlamışdı, arxadakı Xeyransa idi. Onu görəndə paçamın
arasından yüngül ağrı keçdi. Mıkı maşından düşüb ədəb‐ərkanla
mənimlə salamlaşdı.
159
‐ O gün “Adam içində” tox–şousunda, Xatirə İslamın
yanında gördüm səni. Fəxrimizsən!
‐ Çox sağ ol, diqqətinə görə təşəkkür edirəm!
‐ Xətrinə dəyməsin, sən də olan kəllə kimdə olsa, dirəyi
qızıldanıydı indi. Meyxanadan‐zaddan da demədin ki, “Döşə,
gəlsin”də adımı çəkəsən, yığışıf saa bir maşın alax, piyada
gəzməyəsən sən gərək.
‐ Çox sağ ol, mən arada dalğınlaşıram, maşın sürə
bilmirəm.
‐ Sən canı tələsmə, saa söz deyəjəm, xayış da eliyirəm öz
aramızda qalsın!
‐ Buyur, bu nə söhbətdir!
Xır yolda adam olmasa da, Mıkı məni kənara çəkdi.
“Adam içində” verilişində “əjdaha kimdir” sualına birgə cavab
axtardığımız müğənni Xatirə İslamla şəxsi münasibətlərimin olub‐
olmamasıyla maraqlandı. Xatirəni daldan olan oğlunun,‐ türkün
sözü‐zad işlətmədi‐ kiçik toyuna gətirmək istəyirdi. Jurnalist
dostum Mətin Axışdan Xatirənin nömrəsini öyrənib ona dedim.
Maşına oturub getdi. Xatirənin maşındakı maqnitafondan gələn
səsi xalamgilə çatanacan qulaqlarımdan getmədi: “Budur eşqin
kitabı, olmayaydı belə kaş!..”
Çəpərlər
əyilmiş,
evlər
köhnəlmiş,
həyət‐bacalar
balacalaşmışdı. Kəndə gələndən addımbaşı qapıların daraldığını
hiss edirdim, indi də xalamgilin həyəti az dəyirdi gözümə, balam,
dünya yaman balacalaşıb, yaman.... Qohumlar ayağımın altında
bir ovuc torpağa dönürdülər, adamlar ayağını yerdən üzərək
torpaq olurdular, torpaq artmışdı, balam, yaman artmışdı, bəs
dünya niyə balacalaşmışdı? Təkcə torpaq yox, adamlar da
balacalaşmış, bürüşmüşdülər, insanlar cırlaşdıqca kitablar da
kiçilmişdi, Zahidin atadan qalma kitabxanasının qulağının dibi
saralmışdı. Çoxdan geridə qalmış illərdə məni bura çəkən kitablar
nazilmişdi, səhifələri cırılmış, cildləri əzilmişdi. Qapıların yekə
vaxtında o kitabların hamısını oxumuş Zahidə həsəd aparardım.
160
Kitabların qalın günlərində Zahid yaxşı oxucuydu. Onun tövsiyyə
elədiyi romanları gətirib evdə oxuyar, qaytaranda fikirlərimizi
bölüşərdik. Zahidin fikirlərini bölüşməyə tapdığı adam bir
məniydim...
Sifariş olanda ev rəngləyər; olmayanda, gipsdən heykəllər
düzəldər, bazarda satar, çaq‐çuq edərdi. Camaat deyir, dədəsinin
universitetə girməyə verdiyi min manat şirinliyi aparıb Minvodda
urusa‐murusa xərcləməsəydi, badədən yapışmasaydı indi beş
kişidən biriydi Zahid. Onu daldada deyirdilər ağzıgöyçəklər, yeri
gələndə o sözü danışanların adı Zahidin siyahısında yox idi.
Onun qəbul elədiyi kişilər Babəkiydi, Nəsimiydi, Mirzə Fətəliydi,
Üzeyir bəy idi, Cəlil Məmmədquluzadə idi, Əli Kərim idi, birinin
də adını içəndə yadına sala bilmirdi. Bu dünyada qapıların yekə,
kitabların qalın vaxtlarını görmüşdüm, fəqət, Zahidin ayıq vaxtı
olmamışdı, olsa, yadına düşərdi axırıncı kişi də. Zahid ayıq
olmasa da, sayıq olardı, el‐obanın bütün ölüsünə, dirisinə,
böyüyünə, kiçiyinə hörmət edərdi; qəbiristanlıqda hər məzarın
başında ayaq saxlayıb mərhuma rəhmət oxuyar, yolda qarşısına
çıxan hər uşağın əyilib üzündən öpər; bütün qadınlara ana‐bacı
ehtiramıyla yanaşar, bütün cavanlarla araq içərdi‐ kəndin ədəb‐
ərkanlı cavanlıq fəlsəfəsiydi. Lap cavanlığından “Daqqa”
Kazımdan zəhləsi gedərdi. Nə var, nə var, Kirovabadda
aqronomluğa
girən
“Daqqa”
Kazım
özünə
sığışdırıb
universitetdən kəsilən Zahidə salam verməmişdi. Odu‐budu
ağzıəyri gəzirdi “Daqqa” Kazımdan.
Xalamın bükdüyü dolmaya yaxın durmadım. Əlimi
qapıdakı xoruza uzatdım:
‐ Bunu çığırt!
Xeyirdə‐şərdə aşpazlıq edən xalamın göstərdiyim xoruzu
“məni yeyin” çığırtısıyla süfrəyə gətirməsi beş dəqiqə çəkmədi.
Süfrəni çardağın altında, yerdən açdırdım. Təzəcə yaşarmağa
başlayan çəmənliyə palaz sərdilər, mütəkkə, döşəkçə atdılar. Azin
özünü süfrəyə tam vaxtında çatdırdı. “Düz düzdə qalar! İkinizdə
161
düzdə qalmısınız, yenə düzdən əl çəkmirsiniz”‐ xalam yerdən
oturmağımızı bəhanə edib mədəni şəkildə bizi tənqid elədi.
Bərkini tutmadıq. Bərdə baharının ilıq havasında başımızı açdıq.
Zahid bildirdən saxladığı ərik arağını ortalığa çıxartdı, onu
mühafizə etməsiylə qürrələndi:
‐ Özüm ölüm, qış qapını kəsməmiş Pənah çəkdiyi arağın
hamısını satıb qurtardı. Söz düşdü, ağzımdan qaçırdım ki, bəs,
bacanağımın oğluna bir balon saxlamışam. Nə qədər elədilər
“gətir içək”, razı olmadım.
İlk qədəhləri toqquşduraraq Zahidin arağı saxlamağa
çəkdiyi əziyyəti yüksək qiymətləndirdik. Göz yaşından ərik tamı
gəlirdi. Belə araqdan bizə saxlamamaq günah olardı. Zahid
günahlarını araqla yuyardı həmişə. Onun bu dünyada missiyası
yumağa günah axtarmaq idi. “Daqqa” Kazımın da günahlarının
hamısını Zahid sağlığa saxlamışdı, nə vaxtsa “daqqa” Kazımı
yuyacaqdı, ona sözünü yuyatda deyəcəkdi. Zahid əsl sovet
oxucuydu, deyəcəyi sözdən qabaq klassiklərin həyatından misal
gətirməyi xoşlayırdı:
‐ Rəhmətlik Həsən bəy Zərdabi 20‐ci əsrin əvvəllərində
Bakı Dumasına namizədliyini irəli sürür. Hacı Aslan adlı Bakı
zəngini ona alternativ olur. Rəqibi puldan basıb seçiciləri ələ alır,
bir az pul, bir az zor gücünə səsverməni udur. Ayrı vaxt yazıçıya
iltifat göstərən Kəblə Mirzə də Hacının felinə uyur. Bir gün Həsən
bəy yolda köhnə dostuyla rastlaşır, onu sorğu‐suala tutur:
‐ Kəblə Mirzə, mən təmiz adamam, ya Hacı Aslan?
‐ Əlbəttə sən, bəy!
‐ Mən çox oxumuşam, ya Hacı Aslan?
‐ Əlbəttə sən, bəy!
‐ Mən xalqa çox xeyir verərəm, ya Hacı Aslan?
‐ Əlbəttə sən, bəy!
‐ Mənə əlin tez çatır, ya Hacı Aslana?
‐ Əlbəttə sənə, bəy!
‐ Bəs niyə mənə səs vermədin, Kəblə?
162
Bu misalı ona görə gətirirəm ki, səsvermə günü məntəqəyə
gedəndə qabağıma “Daqqa” Kazım çıxdı. Daqqa‐daqqa məndən
kimə səs verəcəyimi soruşdu. Sənə səs verməyimə ağzını büzdü:
‐ Mən Azinə səs vermədim!
“Daqqa” Kazımın Azinə səs verməməsi qəribə deyildi.
Qəribə olan Həsən bəyin ötən əsrin əvvəllərində tənqid etdiyi,
aydınlığa, azadlığa çağırdığı millətin eyni məişətdə yaşamasıydı.
Görəsən, niyə dəyişə bilmədi Mirzə Fətəli, Mirzə Cəlil, Mirzə
Ələkbər, Üzeyir bəy, Əbdürrəhim bəy sevgili millətimizi?
Kitablarını oxudular, tamaşalarına getdilər, kinolarına baxdılar,
güldülər, əl çaldılar, amma dəyişmədilər, yenə dönüb Vəliqulu,
Hüseynqulu, Cəfərqulu, Mehdiqulu oldular, Novruzəli oldular,
ay kişi! Niyə axı?
Zahid arağı hərlədi. Kəblə Mirzənin, Hacı Aslanın,
“Daqqa” Kazımın sağlığına içdik. O, arağın tamını ağzından
qaçırdı:
‐ Bilmirəm, Üzeyir Hacıbəyovun “Millət geridə qaldı”
felyetonunu xatırlayırsınızmı? Orada Üzeyir bəy məsələni çox
düzgün qoyur: “millət geridə qaldı” deməklə heç bir toplum irəli
getməz!” Hətta deyərdim, millətə yol göstərmək, onu inkişafa
səsləmək də azdır, əsl idealist doğru bildiyi yolun ağına düşüb
gedəndir, arxasına baxmadan yürüyəndir. Axundov teatrın nə
olduğunu bilməyən xalqa komediya yazırdı, Üzeyir bəy yazdığı
operada oynamağa qadın aktrisa tapmırdı. Cəfər Cabbarlı “Oqtay
Eloğlu” əsərində aktyor yetişdirməyən xalqa deyirdi: “varsansa
yarat, yoxsansa çəkil, get tarix səhnəsindən!” Xalq var olduğunu
sübut etdi. Adil İskəndərovu, Nəsibə Zeynalovanı yetişdirdi.
Axundov ona yanıb tökülürdü ki, xalqımız Avropa xalqlarından
istedadsız, bacarıqsız olmaya‐olmaya çağdan geri qalır.
‐ Tamam, milləti tərəqqiyə yalnız idealistlər qovuşdura
bilərlər‐ Zahid elə maraqlı məqamlara toxunmuşdu ki, Azin
söhbətə qoşulmaya bilmədi‐ ona söz yox. Mirzə Fateh sualı başqa
cür qoyur, məncə. Soruşur ki, nədən biz milli istiqlalımızı qazansaq
163
da, azad ola bilmədik? Niyə bazarımız sərbəst, cəmiyyətimiz açıq,
dövlətimiz məhdud, hökumətimiz yaxşı olmadı? Nə üçün
Azərbaycan Latviya, Litva və Estoniya sayaq demokratiyaya
sıçrayışla keçə bilmədi, əksinə, avtoritarizmə, monarxiyaya,
despotizmə yuvarlandı? Bax, bu suallara cavab axtaranda hərləyib‐
fırlayıb bizə eyni aforizmi deyirlər: “hər xalq öz hakimiyyətinə
layiqdir!” Diktaturaya, avtoritarizmə layiq xalq yoxdur dünyada! O
başqa məsələdir ki, dünyadakı avtoritar ölkələrin xalqları vətəndaş
ləyaqətinə malik deyillər. Yəqin razılaşarsınız, “sakin” sözüylə
“vətəndaş” ifadəsi arasında çox geniş sosial fərq var. Sakin, bir
ölkədə, bir şəhərdə, bir evdə məskunlaşan, yaşayan, nə bilim,
yemək yeyən, su içən, tualetə gedən adamdır, vətəndaş‐ ideyaları
olan, tənqidçi, təşəbbüskar, etiraz edən fərddir. Bayaq adını
çəkdiyimiz şəxslər əsl ziyalı idilər, vətəndaş idilər, hər ikisindən
daha çox missioner idilər. O missionerlər Ləmbərandan Hacı
Qaranı,
Danabaşdan
Məmmədhəsən
əmini,
İtqapanlıdan
Novruzəlini tapıb ələ salırdılar, bizləyirdilər, istəyirdilər Hacı Qara,
Məmmədhəsən əmi, Novruzəli vətəndaş olsun, qəzet oxusun,
teatra getsin, operaya baxsın, səs versin, haqqını‐hüququnu tələb
eləsin, zənginlik davası döysün. Onlar salavat çəkməkdən, təsbeh
çevirməkdən, şəbeh çıxartmaqdan, baş yarmaqdan, zəncir
döyməkdən, xoruz döyüşdürməkdən, it boğuşdurmaqdan dala
qalmırdılar. Müharibə gedirdi. Bir səngərdə aydınlarıydı, o biri
səngərdə feodallar, təhkimli kəndlilər, ruhanilər. Aydınlar
çiyinlərini istər Romanovların dövründə, istərsə də Leninin
inqilabından sonra rus dövlətinə söykəyirdilər. Ruslar quzey
Azərbaycanı İranla savaşaraq işğal etmişdi, cəmiyyəti İranın
təsirindən qurtarmaq istəyirdi, ziyalıların qabağına yekə çızıq
çəkmişdi, buyurun, öz toplumunuzu nə qədər istəyirsiniz tənqid
edin, ancaq dövlətə toxunmayan. Bu minvalla dövlət xalqı kiçildir,
vətəndaşı inkişaf etməyə qoymurdu, aydınlarımız isə problemin
özəyinə gedə bilmirdilər.
164
‐ Halbuki, Avropa aydınları əsas sualı dövlətə
ünvanlamışdılar‐ Azinin sözü bu yerə gətirməsi lap ürəyimcə
oldu:
‐ Onlar “kim və necə idarə etməlidir” sorusuyla xalqları öz
dövlətlərinə, krallarına və imperatorlarına qarşı etiraza, üsyana,
inqilaba, vətəndaş müharibələrinə hazırlayır; daha azad, daha
zəngin, daha maraqlı yaşamağa çağırırdılar. Onlar xalqa yox,
dövlətə qarşı çıxırdılar. Azərbaycan aydınlıq hərəkatında yeni
dönəm başlayır. Uzun illərdir Azərbaycanda axtarılan yeni aydın
o adamdır ki, dövlətə qarşı çıxsın. Dövlətin mükafatına,
təqaüdünə, fəxri adına, imtiyazına yaxın durmasın, verdiyi evdə
yaşamasın, bağışladığı maşında gəzməsin. Ədəbiyyat, kino,
rəssamlıq, musiqi, kəsəsi, mədəniyyətin bütün sahələri dövlətdən
ayrılmalıdır. Yazıçı əsərini satıb pul qazanmalıdır, rəssam
tablosunu. Dövlətə qarşı çıxmayan sənətin dəyəri yoxdur. Onu
yaradan insan işıqdan məhrumdur. Azərbaycanda ziyasızın
obrazı var, ziyalının obrazı yox; qaranlığın obrazı var, aydınlığın
yox! Hələki bizim əsl aydınımız Kefli İskəndərdir‐ heç vaxt
dövlətin çətiri altında yaşamadığına görə. Bu gün dövlət
Azərbaycanda savadlı adama iki seçim tanıyır‐ ya mənə xidmət
edəcəksən,
kef
çəkəcəksən,
ya
da
ay
İskəndər,
marginallaşacaqsan.
‐ Qorxmayın marginallaşmaram!‐ bayrama gəlmiş tələbə
xalaoğlum bizi salamladı.
Haqq‐nahaq Zahid oğlunun “Əbubəkr” məscidində
gödəkşalvar əxilərə qoşulacağından əndişələnirdi, xalam “Dalğa”
Gənclər Hərəkatının yırtıqşalvar gədələrinə. Uşağı gözümçıxdıya
salmışdılar. İskəndər uşaq deyildi, pis gözə tikan batsın, boylu‐
buxunlu gənc olmuşdu, tellərini yan daramışdı, Küy kəndindən
gəlirdi. Ərik arağı Azinin dilini açmışdı:
‐ Qaqa, tabe olan, razılaşan adam heç zaman inkişafa
xidmət etmir. Dünyadakı bütün kəşflər və yeniliklər etiraz edən
adamlara məxsusdur. Etiraz‐ düzgün olanı axtarmaqdır, daha
165
düzgünü bulmaq iddiasıyla düzənə qarşı çıxmaqdır. Türkiyədə
1997‐ci ildəki seçkilərdə Bülənt Ecevit mitinqdə çıxış edir: “Bu
düzən dəyişəcək!” Bir vətəndaş qışqırır ki, “düzənlər halından
məmnun, düzülənlər nə zaman dəyişəcək?” Haqlı sualdır!
Düzülənlər dəyişməlidir! Düzənlər düzənə qarşı çıxanları həmişə
cəzalandırmağa, özlərini qorumağa çalışırlar. Amma düzən
cazibədar olduğu qədər də itələyicidir. Onun cazibəsinə düşənlər
öz enerjilərini itirirlər, düzənin itələdiyi adamlarınsa enerjisi
yığılır və etiraza çevrilir. Etiraz‐ enerjinin candan çıxma, sərf
olunma formasıdır. ETiraz yeni nələrsə ETməkdir! Etiraz
submədəniyyətdir. Bu submədəniyyətə malik olmayan xalqlar,
cəmiyyətlər başlarının üstündə həmişə diktatorlar görməyə
məhkumdurlar. Biz çalışmalıyıq, əlləşib‐vuruşmalı, ETiraz
submədəniyyətinə qarşı duran streotipləri sındırmalıyıq. Budur o
streotiplər:
Dünyayla öz münasibətlərini aydınlaşdırmaq istəyəndə
adama iki öyüd verirlər; deyirlər ki, bala, “dünya belə gəlib, belə
gedəcək”, “sən dünyanı düzəldən deyilsən.” Buyur, tarixə bax,
inkişaf eləmiş xalqların həyatına nəzər sal, dünya gəldiyi kimi
getmir, dəyişir, yeniləşir, canlanır. Dünyanı dəyişdirən adamların
hamısını ETiraz submədəniyyəti yetişdirib. Düzənlərin itələdiyi,
qəbul eləmədiyi adamlar dəyişib dünyanı. Qorxma! Təkliyindən,
kasıblığından, düşüncələrinin qəbul edilməməsindən qorxma!
Dünyanı dəyişə bilməyəcəyindən qorxma!
Haçan özünü dünyaya elan elədin, ikinci öyüdü
eşidəcəksən: “hökumətlə hökumətlik etmək olmaz.” Niyə olmaz?
Mənim əzizim, o toplumlar yaxşı yaşayırlar ki, hökumətlə
hökumətlik edirlər, onlardan hesabat istəyirlər, istədiklərini
görəvə gətirir, istədiklərinin dalından dəyirlər.
Bu səddi aşanların üçüncü boyunduruq gözləyir. Böyüyün
sözünə baxmayanın böyürə‐böyürə gedəcəyinə inandırmaq üçün
bütün tayfa məşvərətə yığışacaq: Əyil! Allahın qabağında diz çök,
dövlətin qabağında iki qat ol, böyüyün qabağında başını aşağı sal!
166
Onlara sual et: Allahın qabağında diz çökən, dövlətin qabağında
iki qat olan, böyüyün qabağında başını aşağı salan bircə ləyaqətli
cəmiyyət, zəngin toplum göstərə bilərsinizmi mənə?
Bu gün Qərb dünyası ona görə barışa, rifaha, zənginliyə
qovuşub ki, etiraz enerjisi toplumun hərəkətverici gücünə çevirib.
Martin Lüterin xristianlığın bir məzhəbi olaraq meydana
çıxartdığı PROTESTantlıq insanlara bütün atalara‐ kilsədəki
mənəvi ataya, çöldəki dövlət ataya, evdəki bioloji ataya qarşı
çıxmaq haqqını tanıdı. Ataları adamların boynundan düşürdü. Ən
böyük sənsən! Öz başını özün saxla! Öz həyatını özün qur! Səni
razı salmayan nə varsa, ona qarşı çıx! Bil və agah ol: Sən Həzzin
övladısan, Həzzdən yaranmısan və Həzzə can atırsan!
Samovar həzin‐həzin cüyüldəyəndə “Daqqa” Kazım gəldi.
Gəldimi,
göndərdilərmi?‐ xalam him elədi: “artıq‐əskik
danışmayın yanında”. Zahidin kefinə soğan doğrandı. “Daqqa”
Kazım onun dost‐doğma xalası oğlu və kənddə hakim partiyanın
özək sədriydi. Özünü dünyada hamıdan ağıllı sayır, hər kəsə
məsləhət verir, oturduğu hər yerdə Ulu Öndəri təbliğ edirdi.
Təklif gözləmədən daqqa‐daqqa palaza oturdu, soruşan olmasa
da, təzəcə aldığı maşını təriflədi, oğluna tikdirdiyi evdən danışdı,
hərləyib‐fırlayıb sözü seçkilərdən saldı, çağrılmış bayatılara keçdi:
‐ Demə belə deyir, sənin gərək villaların olaydı, dalında
cangüdənlər gəzəydi. Özünə umac ova bilmirsən, başqalarına
əriştə kəsirsən. Evində yox urvalıq, könlündən keçir darğalıq.
Deftat olmaq istəyirsən. Səni deftat qoyarlarmı heç? Demə belə
deyir, hər evin, hər rayonun, hər ölkənin öz ağsaqqalı var. Sən
katifin‐ “Daqqa” Kazım icra başçısına “katib” deyirdi‐ ağzını
aramamış, hökumətin əleyhinə çıxannara qoşuluf deftat olmaq
istəyirsən. Deyərdin, gedəydik qəbuluna, gənəşəydin, o da
deyəydi namizədliyini ver, ya vermə. Demə belə deyir, kəllən var,
əlin‐qolun var, get özünə gün ağla, dədənin‐nənənin qara gününü
fikirləş...
167
‐ Demə belə deyir, görürsən də Kazım dayıda nə hikmətlər
var, atalardan cüt‐cüt sitat gətirir ‐ Azini qızışdırdım.
‐ Kazım, bilirsən nə var?‐ Azin gerçəkdən qızışdı‐ yaranan
gündən hakim partiyanın üzvüsən, səhv eləmirəmsə.
‐ İlk gündən!‐ “Daqqa” Kazım fərəhləndi.
‐ Oğlunu yol polisində işə düzəltməyə nə qədər rüşvət
vermisən?
‐ Belə dana, bir az tərrədim...
‐ Bəs ali məktəbə girəndə nə qədər “tərrəmişdin”?
‐ Testdə rüşvət yoxdur ha, a bala. Gədə öz kəlləsinə
girmişdi.
‐ Sənin gədən niyə ali məktəbə rüşvətsiz girir, işə pulla?
‐ Çıxardajax dana...
‐
Haradan
çıxardajax?
Haqsız‐hüquqsuz
millətin
canından? Ayıb deyil? Utanmırsan? Utanmaz‐utanmaz mənə ağıl
verirsən. Bilirsən ki, sənin Ulu Öndərin hakimiyyətə bircə il tez
qayıtsaydı, bu ölkədə test sistemi olmayacaqdı? Mən, Fateh Mirzə,
on minlərlə kasıb‐kusub universitet üzünə həsrət qalacaqdıq?
Bəlkə sənin tayların uşağına rüşvətlə diplom alardılar onda,
amma biz 100 faiz papağımızı günə verəcəkdik! Bayaqdan
gəlmisən, görməmiş‐görməmiş danışırsan, guya sizlər ağıllısınız,
bizlər səfeh. Siz sadəcə görməmişsiniz! Geridəqalmışsınız! Mən
pul qazanmağın yolunu sənin o oliqarx nazirlərindən yüz dəfə
yaxşı bilirəm, bu ölkədə intellektlə, ləyaqətlə pul qazanmaq
olmur, bizim davamız bunun üstündədir. Sənin müfəttiş oğlun
yolda ona‐buna əl açır, yadında qalsın Daqqa, mən bunu özümə
sığışdırmaram! Xalqın canından çıxan mənə lazım deyil. Mənim
həyat amalım yaltaqlanaraq, xalqı soyaraq qəsrdə yaşamaq deyil,
mən “qara gün” düşüncəsinin adamı deyiləm. Siz qara günün
adamlarısınız, mən ağ gələcəyin, fərqimiz budur! Get səni bura
göndərənlərə de ki, Azin zirzəmidə də yatsa, türməyə də düşsə
azadlığa xəyanət etməyəcək, köləliklə razılaşmayacaq! Öz meşşan
168
dəyərlərini mənə sırımağa çalışma, saqın mənə ağıl öyrətmə və
axırıncı dəfə olsun, göndərsələr də, bir də mən olan yerə gəlmə!
“Daqqa” Kazım suyu süzülə‐süzülə durub getdi. Zahidin
kefi açıldı. Əli Kərimin “Babəkin qolları” şeirini dedi:
Qolu sındırılmış Babək,
Yurdu yandırılmış Babək,
Qan rəngli bir arabada,
Şərq boyda bir xarabada,
Söyə‐söyə,
Döyə‐döyə,
Hamıya görk olsun deyə,
Kənd‐kənd gəzdirilən Babək,
Ölübən‐dirilən Babək;
Qollarını görməyəndə,
Azca rahat olan Babək,
Bir qırmızı yuxu içrə,
Uzaqlara dalan Babək,
Deyən Babək: ‐ Aman dostlar,
Hücum çəkin qoşun‐qoşun,
Orda mənsiz qılınc çalan,
Qollarımla bir vuruşun!
Dostları ilə paylaş: |