“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
130
çiçəklər cücərmiş, göz dəliklərində qədim falçının sınayıcı gözləri yanıb-sönürdü…» Onu
başdan-ayağa görəndə isə o, onu niyə «Nikanor! Nikanor!»** çağrıldığını anladı. Axı, ürəyinə
yatan hər bir adamı, Ölüm elə bu adla çağırır. O isə bərkdən: «Dayan bir, ölüm! Vaxtım hələ
çatmayıb axı! Mən - yuxuda, yarıqaranlıq kabinetimdə ölməliyəm. Bunu mənə, suların aynasına
baxan kor falçı qadın deyib…» - dedi. Ölüm isə: «Yox, general! Bu indi, özü də burda baş
verəcək. Siz, əyninizdəki bu dilənçi paltarında - meyitinizi tapanlar, sizi bu kabinetdə, paqonsuz
hərbi formada, sol tayı qızılı mahmızlı uzunboğazlarda tapdıqlarını desələr də, elə beləcə,
ayaqyalın öləcəksiz. Onlar, görüm əfsanəsinin ziddinə getməmək üçün, buna inam itməməsi
üçün belə deyəcəklər.» - deyə ona cavab verdi. O, ölümün dediyi qaydada – ölümü,
həmişəkindən az istədiyi bir vaxt - uzun illərin bəhrəsiz illüziyalarından, özü-özünü
aldatmasından sonra nəhayət, insanların yaşamadıqlarını, yalnız mövcud olduğunu dərk elədiyi
ən uzun və yaradıcı həyatının yalnız sonunda - insan həyatını yaşamağı öyrənməyə çatdığını
anlayan vaxt öldü. O, həyatının ümumi nəticəsini – bir vatxlar, falçıların kartı və xəttsiz
ovuclarının əlamətinə görə, sevmək qabiliyyətindən məhrum olduğuna inandığından, insan
sevgisini hakimiyyət sevgisi ilə əvəz etdiyini, ömrü boyu qəlbində hakimiyyət iblisini
yetişdirərək, hər bir şeyi ona qurban verdiyini, özünü könüllü qurbana çevirdiyini anlayan bir
vaxt öldü. O, öz şüşə kürəciyini dünyanın lap sonunacan ovcunda bərk-bərk saxlamaq üçün,
bütün ömrünü yalan və cinayətlərlə qidalana-qidala, qəddarlıq və şərəfsizlik üzərində ucalmışdı,
simiclik titrətməsini, anadangəlmə qorxusunu boğub gizlətmişdi və anlamışdı ki, hakimiyyət
tamahı - hakimiyyətin də şiddətli hakimiyyət yanğısı doğurur, lakin, başa düşməmişdi ki,
hakimiyyətdən, təkcə bizim dünyanın yox, heç o biri dünyaların da axırınacan doymaq mümkün
deyil, mənim generalım!
Amma lap ilk günlərdən bilirdi ki, onu aldadan - ilk növbədə, ətrafındakı yaltaqlardı; o, onların,
hər tərifə görə qabaq düşdüklərindən xəbərdar idi, onu sevinə-sevinə tərifləyən və əbədi həyat
arzulayan kütlələrin silah gücünə saxlandığını bilirdi; bütün bunları yaxşı bilirdi və özünü bu
yalanla, miskin, alçaq şöhrət həzlzəriylə yaşamağa öyrədirdi; axı, uzun-uzadı illərin
təcrübəsindən dəfələrlə əmin olmuşdu ki, yalan – şübhədən sərfəli, sevgidən faydalı, həqiqətdən
uzunömürlüdü; hökmranlığının biabırçı mərhələsinə gəlib çatanda isə, artıq o, heç nəyə
təəccüblənmir, heç kim ona tabe olmayanda, yenə hökm eləməyinə davam edir, heç bir nüfuzu
qalmayanda, heç olmasa, yan-yörəsindəkilərin ona tabe olmasından təsəlli tapırdı. O, yalınz öz
payızının sarı xəzan illərində əmin oldu ki, heç bir vaxt həqiqi hakimiyyət sahibi olmayacaq, heç
bir vaxt həyatı bütünlüklə qavraya bilməyəcək, çünki onun yalınz astar tərəfini dərk edə bilər,
bünövrəsinin bənd yerlərini görə bilər, hansısa bağlarını açıb, illüziya qobeleninin - bu qaçılmaz
reallıq qobeleninin naxışlı düyünlərini sökə bilərdi; o, lap son günlərinəcən anlamadı, ağlına belə
gəlmədi ki, onun əsl, həqiqi həyatı, hamının gözü qabağında keçib; biz, onun bu həyatını tamam
ayrı gözlə görürdük, mənim generalım, məzlumların gözüylə; biz onu, ağrı-acılarımızın bitib-
tükənməyən illəri arasından - uzun-uzadı payızının qızılı xəzan illərinin arasından görə-görə, elə
elə də yaşayırdıq; bədbəxtliyimiz bədbəxtlik, xoşbəxt anlarımız isə, ani də olsa, xoşbəxtlik idi;
bilirdik ki, sizə olan sevgimiz, ölüm viruslu sevgidi, amma əsl sevgidi, əbədi sevgidi, mənim
generalım! Vaqon pəncərəsinin tozlu şüşəsi araxasından görünən dumanlı xəyalınız, həyat
məşəliydi; ötəri görünən məsum, titrək solğun dodaqlar, ipək əlcəkli əlin ayrılıq işarəsi – tale
xətlərindən məhrum qoca əlin işarəsi – həyatımızın yanar məşəliydi. Biz, bu qocanın əslində kim
olduğunu heç vaxt öyrənə bilmədik; onun, təsəvvürünə gətirməyə belə hünəri çatmadığı,
bizimsə, tükənməz ehtirasla sevdiyimiz bu həyatın arxa və üz tərəflərini ayırd eləyə bilməyən bu
cəllad, bizim mifimiz idi bəlkə?.. O, bizim anladığımız həqiqəti – həyatın çətin və ani olduğunu
və bundan savayı ayrı bir həyatın olmadığını dərk eləməyə qorxurdu; bizsə, bu yeganə gerçək
həyatımızdan xoflanmırdıq, çünki kimliyimizi yaxşı dərk edirdik, onun isə – şişkin qarnını zorla
sürüyə-sürüyə gəzən bu qocanın kimliyi, son günəcən nə bizə, nə də özünə aydın olmadı və axır
ki, o, ölüm qayığının çürük yelkənlərindən yapışaraq, bitib-tükənməz zamanının nəhayət ki, sona
yetdiyi xəbərini insanlara, bütün dünyaya car çəkən təbillərin gurultusunu, kilsə zənglərinin
səsini, bayram atəşfəşanlığını, küçələrə tökülüşüb qəlbləri, fərəh və qalibiyyət dolu sevinclə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
131
mahnılar oxuyan xalq kütlələrinin səsini eşitmədən, öz payızının son, donuq xəzəl axarıyla
qaranlıq əbədiyyətə yollandı…
Mütərcim haqqında...
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur. Əsərləri rus, ingilis,
fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib. «Üçüncü mərtəbədə» (1976),
«Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984)
«Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib. «Can üstə», «O məni sevir», «Yol üstə»
pyeslərinin müəllifidir. Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru»
romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət»,
Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə
açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib. Əsərləri əsasında «Sərçələr» və
«Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib. “Can üstə”, “O məni sevir”
pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub. 2001-ci ildə Vyana Universitetində A.Məsud
yaradıcılığını tədqiq edən doktorluq işi m üdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında
qadın yazarlar»). “Humay” Milli Akademiyası mükafatı laureatıdır.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
132
Corc Oruell
1984
Roman
İngilis dilindən tərcümə edəni: Vilayət Quliyev
BĠRĠNCĠ HĠSSƏ
I fəsil
Soyuq, günəşli aprel günü idi. Saat on üçü vurdu. Sərt küləkdən qorunmaq üçün çənəsini
sinəsinə sıxıb addımlayan Uinston Smit özünü tələsik "Qələbə" yaşayış binasının şüşə
qapısından içəri saldı. Amma nə qədər cəld tərpənməyə çalışsa da külək qum qarışıq tozu
arxasınca vestibülə doldurdu.
Vestibüldən bişmiş kələm və köhnə döşəmə əskilərinin iyi gəlirdi. Giriş qapısı ilə üzbəüz divara
içəri üçün çox iri görünən rəngli plakat yapışdırılmışdı. Plakatda nəhəng, eni bir metrdən böyük
insan sifəti təsvir edilmişdi. Bu təxminən qırx yaşlı, qara lopa bığlı, kobud görünüşlü, lakin
yaraşıqlı kişi portreti idi. Uinston pilləkənə tərəf getdi. Lifti gözləməyin mənası yox idi. Lift
hətta ən yaxşı vaxtlarda da nadir hallarda işləyirdi. İndi isə gündüz olduğundan işıqları
söndürmüşdülər. Qənaət rejimi işə düşmüşdü-Nifrət Həftəsinə hazırlaşırdılar. Mənzil yeddinci
mərtəbədə yerləşirdi. Uinstonun otuz doqquz yaşı vardı. Sağ topuğunnda damarların
genişlənməsi nəticəsində əmələ gəlmiş varikoz yarasından əziyyət çəkirdi. Odur ki, pillələri asta-
asta qalxır, arada dayanıb nəfəsini dərirdi. Bütün mərtəbə meydançalarında liftlə üzbəüz divara
vurulmuş plakatdan ona eyni sifət baxırdı. Portret elə çəkilmişdi ki, addımını hara atsan şəkildəki
adamın gözləri səni izləyirdi. BÖYÜK QARDAŞ SƏNƏ BAXIR – şəklin altında elə-belə də
yazılmışdı.
Otaqda təravətli səs çuqun istehsalı haqqında nə isə danışır, rəqəmlər oxuyurdu. Səs sağ
divardakı tutqun güzgünü xatırladan uzunsov metal lövhədən (ona teleekran deyirdiər) gəlirdi.
Uinston düyməciyi burdu. Səs azaldı, amma əvvəlki kimi aydın eşidilirdi. Teleekranın səsini
azaltmaq olardı. Tamam söndürməyə isə icazə verilmirdi. Pəncərəyə yaxınlaşdı. Boyu o qədər də
uca deyildi. Göy rəngli rəsmi partiya geyimində isə daha yığcam görünürdü. Saçları açıq rəngdə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
133
idi. Çəhrayıyıya çalan sifəti keyfiyyətsiz sabundan, küt ülgücdən və təzəcə çıxmış qışın
sazağından qabıq bağlamışdı.
Bağlı pəncərələrin arxasında soyuq hələ də öz işini görürdü. Külək tozu və kağız parçalarını
sovurub sütun kimi havaya qaldırırdı. Günəş çıxsa da, səma tünd göy rəngə çalırdı. Şəhərin hər
yerinə yapışdırılmış rəngli plakatlardan başqa qalan nə varsa hamısı bomboz görünürdü. Küçəyə
açılan bütün künc-bucaqlardan lopabığın sifətini görmək mümkün idi. Qarşıdakı binadan da
portreti asılmışdı. BÖYÜK QARDAŞ SƏNƏ BAXIR – bu şəklin altında da eyni xəbərdarlıq
sözləri yazılmışdı. Tünd qonur gözlər düz Uinstonun sifətinə zillənmişdi. Aşağıda külək küncləri
cırılmış plakatı şiddətlə divara çırpır, üstündəki yeganə INGSOS sözünü gah açıb göstərir, gah
da görünməz edirdi. Uzaqda, damların arasında helikopter diqqətini çəkdi. Helikopter leş
üstündə uçan milçək kimi dövrə vurub bir anlığa havadan asılı vəziyyətdə qaldı, sonra gözdən
itdi. Içərisində pəncərədən mənzillərə nəzarət edən patrullar vardı. Amma bu patrullar elə də
qorxulu deyildilər. Fikir Polisindən özünü qorumaq lazım idi.
Uinstonun arxasındakı ekrandan eşidilən səs hələ də çuqun istehsalı və Doqquzuncu Üçillik
Planın uğurla yerinə yetirilməsi haqqında üdüləyib tökürdü. Teleekran eyni anda həm səsi yazır,
həm də efirə verirdi. Əgər hansısa söz çox yavaşdan, pıçıltı ilə deyilməsəydi, mütləq teleekranın
yaddaşına düşürdü. Səsin yazılması bir yana qalsın, tutqun güzgünü xatırladan metal lövhə
görünmə bucağında olduğu müddətdə həm də adamın təsvirini yaddaşa köçürürdü. Heç kəs o
anda özünün nəzarətdə olub-olmadığını bilmirdi. Fikir Polisinin sənin ekranına hansı qrafik
əsasında, hansı zaman fasilələri ilə qoşulduğunu isə yalnız ehtimal etmək mümkün idi. Hər bir
adamın bütün gün ərzində nəzarətdə saxlanması da istisna deyildi. Bir sözlə, istədikləri vaxt
ekrana qoşula bilərdilər. Amma yaşamaq lazım idi. Adamlar da hər sözlərinin dinlənildiyini,
qaranlıq saatları çıxmaqla, bütün hərəkətlərinin izləndiyini bildikləri halda, instinktə çevrilmiş
adətkarlıqla həyatlarını davam etdirirdilər.
İndi Uinston arxasını teleekrana çevirmişdi. Belə daha təhlükəsiz idi. Amma adamı bəzən
kürəyinin də ələ verdiyini bilirdi. Pəncərəsindən bir kilometrlik məsafədə kirli şəhərin fonunda iş
yerinin Həqiqət Nazirliyinin böyük, ağ binası ucalırdı. Budur, bura Londondur, Birinci Uçuş
Zolağının əsas şəhəri, Okeaniya dövlətinin əhali baxımından üçüncü böyük əyaləti!- Uinston
səsəbini özü də bilmədiyi bir narazılıq duyğusu ilə bu fikirləri beynindən keçirirdi. O, Londonun
əvvəlki dövrlərdəki vəziyyəti ilə bağlı uşaqlıq xatirələrini yada salmağa çalışdı. Həmişəmi
balkonlarına şalbanlardan dayaq verilmiş, pəncərələrinin çoxu kartonla örtülmüş, damlarına
dalğavari tənəkə dəmir vurulmuş, uçuq bağça hasarları hər tərəfə uzanmış XIX əsrin zövqsüz
binalarının cərgələndiyi küçələr belə olmuşdu? Həmişəmi bombardmana məruz qalmış yerlərdə
əhəng tozu sütun kimi havaya qalxmışdı, daşların altından çıxan çayırlar səkiləri basmışdı,
bombaların yerlə bir elədiyi tikililərin üzərində toyuq damını xatırladan taxta evlər sıralanmışdı?
Amma yadına heç bir şey sala bilmirdi. Uşaqlıq xatirələrində daha çox görünən yerlərdə,
əksəriyyəti də savadsızcasına tərtib edilmiş işıqlı reklam lövhələrindən başqa heç nə qalmamışdı.
Həqiqət Nazirliyi -Yeni dildə Həqnaz ətrafdakı tikililərin hamısından heyrətamiz dərəcədə
seçilirdi. Ağ betonu günəş işığında bərq vuran bu ehram şəkilli nəhəng bina pillə-pillə üç yüz
metrə qədər yüksəlirdi. Uinston dayandığı yerdən onun fasadında səliqəli hərflərlə yazılmış üç
partiya şüarını oxuya bilirdi:
MÜHARİBƏ - SÜLHDÜR
AZADLIQ - KÖLƏLİKDİR
CƏHALƏT - QÜVVƏDİR
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
134
Deyilənə görə, Nazirliyin binasında təkcə yer səthindən yuxarıdakı otaqların sayı üç minə çatırdı.
Bina eyni qayda ilə həm də yerin dərinliklərinə kök atmışdı. Londonun müxtəlif səmtlərində bu
ölçü və görünüşdə daha üç nəhəng tikili vardı. Çox yüksəyə qalxdıqlarından və memarlıq
baxımından ətrafdakı binalardan kəskin fərqləndiklərindən, "Qələbə" yaşayış evinin damından
dördünü də eyni vaxtda aydın görmək olurdu. Binalarda nəhəng dövlət aparatının aralarında
bölündüyü dörd Nazirlik yerləşirdi. Həqiqət Nazirliyi informasiya, təhsil, asudə vaxtın təşkili və
incəsənət məsələləri ilə, Sülh Nazirliyi müharibə, Sevgi Nazirliyi ictimai asayişin mühafizəsi,
Rifah Nazirliyi iqtisadiyyatla məşğul olurdu.Yenidildə Nazirliklər müvafiq şəkildə Həqnaz,
Sülhnaz, Sevnaz və Rifnaz adlanırdı.
Sevgi Nazirliyi həqiqətən də insanın canına qorxu salırdı. Binada yerli-dibli pəncərə yox idi.
Uinston bir dəfə də olsun bu Nazirliyinin kandarından içəri ayaq basmamışdı. Içəri girmək nədir,
heç yarım kilometrlik məsafədə onun həndəvərinə hərlənməmişdi. Rəsmi səbəb olmadan binaya
düşmək mümkün deyildi. Həm də bundan ötəri tikanlı məftillərin, polad qapıların,
gözəgörünməyən yerlərdə gizlədilmiş pulemyot yuvalarının bütöv bir labirintindən keçmək
lazım idi. Hətta binanın bayır hasarına yaxın küçələrdə də ucu toppuzlu dəyənəklərlə
silahlanmış, sifətdən qorillaya bənzəyən qara paltarlı təhlükəsizlik xidməti əməkdaşları keşik
çəkirdilər.
Uinston sərt hərəkətlə geri döndü. Sifətinə teleekranla üzbəüz gələrkən daha məqsədəuyğun
sayılan sakit nikbinlik ifadəsi verdi. Otaqdan kiçik mətbəxə keçdi. Günün bu saatında
Nazirlikdən çıxmaqla yeməkxanadakı naharını qurban verməli olmuşdu. Mətbəxdə bir fal qara
çörəkdən başqa dilə vurulası bir şey tapmayacağını dəqiq bilirdi. Çörəyi də sabah səhər
yeməyinə saxlamaq lazım idi. Rəfdən ağ rəngli etiketində "QƏLƏBƏ CİNİ" yazılmış rəngsiz
maye dolu şüşəni götürdü. Cin çinlilərin düyü arağı kimi boz - bulanıq, neft tamı verən içki idi.
Uinston çay fincanını ağzına qədər doldurdu, özünü toplayıb, dərman içirmiş kimi, birnəfəsə
başına çəkdi.
Sifəti dərhal qızardı. Gözlərindən su axdı. Elə bil nitrat turşusu içmişdi. Üstəlik də, içəndən sonra
adamda elə təəssürat yaranırdı ki, sanki kimsə rezin dəyənəklə başının arxasına döyəcləyir.
Amma bir an sonra mədəsinə düşən od söndü, dünya gözlərinə daha baxımlı görünməyə başladı.
Üzərinə "QƏLƏBƏ SİQARETİ" yazılmış əzik qutudan bir siqaret götürdü. Fikri dağınıq
olduğundan, onu bir müddət əlində başı aşağı saxladı. Nəticədə tütünün çoxu döşəməyə
səpələndi. Uinston növbəti siqaretlə daha ehtiyatlı davrandı. Otağa qayıdıb teleekranın sol
tərəfindəki kiçik masasının arxasında oturdu. Siyirtmədən qələm, mürəkkəbqabı, üzərinə
mərməri xatırladan qırmızı cild çəkilmiş qalın, kvadrat şəkilli qeyd kitabçasını çıxardı.
Nədənsə, teleekranın yeri bir qədər fərqli seçilmişdi. O, bütün otağı nəzarətdə saxlamağa imkan
verən qarşı divara deyil deyil, pəncərə ilə üzbəüz bərkidilmişdi. Teleekranın bir tərəfində,
divarda o qədər də dərin olmayan girinti vardı. Yəqin, evi tikəndə bu yeri kitab rəfləri üçün
nəzərdə tutmuşdular. Uinston indi orada oturmuşdu. Stulu lap irəli çəkib dizlərini divara, sinəsini
masayaya yapışdıranda teleekranın baxış bucağından çıxır, gözəgörünməz olurdu. Əlbəttə, səsi
dinlənilirdi. Burada daldalandığı müddət isə özü görünmürdü. Otağın qeyri-ənənəvi quruluşu da
onu indi məşğul olmaq istədiyi işə həvəsləndirən amillərdən biri idi.
Bundan əlavə, indicə siyirtmədən çıxardığı qeyd kitabçası da onu şövqə salmışdı. Kitabça
həqiqətən də gözəl idi. Doğrudur, süd rəngli yumşaq vərəqləri köhnəlikdən bir az saralmışdı. Bu
da azı qırx il əvvəlin malı olduğunu düşünməyə əsas verirdi. Uinstonun fikrincə, qeyd
kitabçasının yaşı çox da ola bilərdi. Onu şəhərin kasıb məhəllələrindən birində (dəqiq yerini
xatırlamırdı) köhnə-kürüş satılan dükanda görmüş, dərhal da almaq qərarına gəlmişdi. Partiya
üzvlərinə adi mağazalara getmək məsləhət görülmürdü. Bu, "sərbəst bazarda mal və əşya əldə
etmək" hesab olunurdu. Ancaq belə qadağalara o qədər də ciddi əhəmiyyət vermirdilər. Çünki
ayaqqabı bağı, yaxud ülgüç kimi xırdavat şeylərini başqa cür tapmaq mümkün deyildi. Uinston
tələsik sağına-soluna baxıb özünü dükana salmış, iki dollar əlli sent verib qeyd kitabçasını
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
135
almışdı. Həmin an bunu nə məqsədlə etdiyini özü də anlamamışdı. Kitabçanı çantasına qoyub
gizlicə evə gətirmişdi. Hətta içərisində heç nə yazılmasa da o, sahibinə başağrısı yarada bilərdi.
İndi qeyd kitabçasına gündəliyini yazmaq istəyirdi. Bu, qanuna zidd deyildi (artıq qanunlar
özləri mövcud olmadığından, daha qanuna zidd heç nə qalmamışdı), lakin gündəlik aşkara
çıxarılsa, Uinstonu edam cəzası, yaxşı halda isə, icbari əmək düşərgəsində iyirmi beş illik həbs
gözləyirdi. Qələmi mürəkkəbə batırdı, vərəqə ləkə salmamaq üçün ehtiyatla kənara çırpdı.
Qələm də köhnə dövrün yadigarı sayılırdı. İndi belə qələmlə nadir hallarda qol çəkirdilər. Onu da
əl altından, həm də böyük çətinliklə tapmışdı. Düşünürdü ki, süd rəngli bu gözəl kağız yalnız əsl
qələmlə yazılmağa layiqdir, onu kimyəvi karandaşla eybəcər hala salmaq olmaz. Əslində,
Uinston əllə heç nə yazmırdı. Çox qısa qeydləri çıxmaq şərti ilə, hər şeyi nitqyazara diqtə edirdi.
Indi isə hər hansı diqtədən söhbət gedə bilməzdi. Qələmi mürəkkəbə batırdı, bir anlıq duruxub
qaldı.Qarnından ani sancı keçdi. Qələmi kağıza toxundurmaq artıq geriyə heç bir yol qoymamaq
deməkdi. Uinston kiçik, əyri hərflərlə tarixi yazdı:
4 aprel 1984-cü il
Stulun arxasına söykəndi. Bütün varlığına tam bir köməksizlik hissi hakim kəsilmişdi. İlk
növbədə, indi həqiqətən də 1984-cü il olub-olmadığını bilmirdi. Hər halda, buna yaxın tarix idi,
çünki özünün 39 yaşı olduğuna əmindi. Deməli, ya 1944, ya da 1945-ci ildə doğulmuşdu. Amma
indi bir-iki il yanlışlığa yol vermədən hər hansı tarixi müəyyənləşdirmək müşkülə çevrilmişdi.
Qəflətən düşündü ki, bu gündəliyi kimin üçün yazır? Gələcək üçün, hələ yer üzündə olmayanlar
üçün. Bir anlıq fikri kağıza yazdığı, özünə də şübhəli görünən tarixin ətrafında fırlandı.
Yenidildəki ikifikirlilik məfhumu yadına düşdü. Başlamaq istədiyi işin miqyası ona yalnız indi
aydın oldu. Gələcəklə necə ünsiyyət qura bilər? Axı, mahiyyət etibarı ilə bu qeyri-mümkündür.
Ola bilsin, sabah da bu günə oxşayacaq və nəticədə, yazdıqlarına əhəmiyyət verən tapılmayacaq.
Yaxud da zaman dəyişəcək, çəkdiyi iztirablar gələcək nəsillərə heç bir şey deməyəcək.
Bir müddət gözlərini səfehcəsinə kağıza zilləyib oturdu. Teleekranın ahəngi dəyişmişdi, indi
oradan sərt hərbi musiqi səsi gəlirdi. Maraqlıdır, Uinston nəinki fikirlərini ifadə emək
qabiliyyətini yadırğamışdı, hətta nə yazmaq istədiyini də yaddan çıxarmışdı. Neçə həftə idi ki,
özünü bu ana hazırlayırdı. Heç ağlına gəlməmişdi ki, burada cəsarətdən başqa da nə isə tələb
edilir. Sadəcə yazmaq o qədər də çətin iş olmamalı idi. Bütün qayəsi, məramı uzun illərdən bəri
beynində gəzdirdiyi bitib-tükəmnək bilməyən narahat monoloqu kaqıza köçürmək idi. Amma
deyəsən imkan yarananda bu monoloq özü yoxa çıxmışdı. Topuğunun yarası dözülməyəcək
dərəcədə incitsə də, ayağını qaşımağa ürək eləmirdi. Çünki həmişə iltihabla nəticələnirdi.
Saniyələr keçib gedirdi. Qarşısında açılan səhifənin boşluğundan, topuğundakı yaranın
göynərtisindən, qulağı deşən musiqidən, cinin gətirdiyi yüngül məstlik havasından başqa heç nə
barədə düşünə bilmirdi.
Yazmağa qəflətən, həm də sanki vahimə içərisində başladı. Qələmindən çıxanları özü də çox
dumanlı anlayırdı. Uşaq xəttinə bənzəyən hərflərin sıralandığı sətirlər gah səhifənin yuxarısına
qalxır, gah aşağı enirdi. Əvvəlcə baş hərfləri, sonra isə nöqtə-vergülü unudaraq yazırdı:
4 aprel 1984-cü il. Dünən axşamkı kino. Ancaq müharibə filmləri. Biri çox yaxşı idi haradasa
Aralıq dənizində içi qaçqınlarla dolu gəmini bombalayırdılar nəhəng, çox kök bir kişinin üzüb
aradan çıxmaq istəməsini helikopterin isə onu təqib etməsini göstərən kadrlar adamları yamanca
əyləndirdi əvvəlcə həmin kişinin delfin kimi suda necə batıb-çıxdığını görürdün, sonra onu
helikopterin nişangahından görürdün sonra o güllələrdən dəlmə-deşik edilmiş halda suyun üzünə
çıxır ətrafındakı su çəhrayı rəng alır sonra da elə bil bədənindəki güllə deşiklərindən qarnına su
|