Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə26/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

130 


çiçəklər cücərmiş, göz dəliklərində qədim falçının sınayıcı gözləri yanıb-sönürdü…» Onu 

başdan-ayağa görəndə isə o, onu niyə «Nikanor! Nikanor!»** çağrıldığını anladı. Axı, ürəyinə 

yatan hər bir adamı, Ölüm elə bu adla çağırır. O isə bərkdən: «Dayan bir, ölüm! Vaxtım hələ 

çatmayıb axı! Mən - yuxuda, yarıqaranlıq kabinetimdə ölməliyəm. Bunu mənə, suların aynasına 

baxan kor falçı qadın deyib…» - dedi. Ölüm isə: «Yox, general! Bu indi, özü də burda baş 

verəcək. Siz, əyninizdəki bu dilənçi paltarında - meyitinizi tapanlar, sizi bu kabinetdə, paqonsuz 

hərbi formada, sol tayı qızılı mahmızlı uzunboğazlarda tapdıqlarını desələr də, elə beləcə

ayaqyalın öləcəksiz. Onlar, görüm əfsanəsinin ziddinə getməmək üçün, buna inam itməməsi 

üçün belə deyəcəklər.» - deyə ona cavab verdi. O, ölümün dediyi qaydada – ölümü, 

həmişəkindən az istədiyi bir vaxt - uzun illərin bəhrəsiz illüziyalarından, özü-özünü 

aldatmasından sonra nəhayət, insanların yaşamadıqlarını, yalnız mövcud olduğunu dərk elədiyi 

ən uzun və yaradıcı həyatının yalnız sonunda - insan həyatını yaşamağı öyrənməyə çatdığını 

anlayan vaxt öldü. O, həyatının ümumi nəticəsini – bir vatxlar, falçıların kartı və xəttsiz 

ovuclarının əlamətinə görə, sevmək qabiliyyətindən məhrum olduğuna inandığından, insan 

sevgisini hakimiyyət sevgisi ilə əvəz etdiyini, ömrü boyu qəlbində hakimiyyət iblisini 

yetişdirərək, hər bir şeyi ona qurban verdiyini, özünü könüllü qurbana çevirdiyini anlayan bir 

vaxt öldü. O, öz şüşə kürəciyini dünyanın lap sonunacan ovcunda bərk-bərk saxlamaq üçün

bütün ömrünü yalan və cinayətlərlə qidalana-qidala, qəddarlıq və şərəfsizlik üzərində ucalmışdı, 

simiclik titrətməsini, anadangəlmə qorxusunu boğub gizlətmişdi və anlamışdı ki, hakimiyyət 

tamahı - hakimiyyətin də şiddətli hakimiyyət yanğısı doğurur, lakin, başa düşməmişdi ki, 

hakimiyyətdən, təkcə bizim dünyanın yox, heç o biri dünyaların da axırınacan doymaq mümkün 

deyil, mənim generalım! 

Amma lap ilk günlərdən bilirdi ki, onu aldadan - ilk növbədə, ətrafındakı yaltaqlardı; o, onların, 

hər tərifə görə qabaq düşdüklərindən xəbərdar idi, onu sevinə-sevinə tərifləyən və əbədi həyat 

arzulayan kütlələrin silah gücünə saxlandığını bilirdi; bütün bunları yaxşı bilirdi və özünü bu 

yalanla, miskin, alçaq şöhrət həzlzəriylə yaşamağa öyrədirdi; axı, uzun-uzadı illərin 

təcrübəsindən dəfələrlə əmin olmuşdu ki, yalan – şübhədən sərfəli, sevgidən faydalı, həqiqətdən 

uzunömürlüdü; hökmranlığının biabırçı mərhələsinə gəlib çatanda isə, artıq o, heç nəyə 

təəccüblənmir, heç kim ona tabe olmayanda, yenə hökm eləməyinə davam edir, heç bir nüfuzu 

qalmayanda, heç olmasa, yan-yörəsindəkilərin ona tabe olmasından təsəlli tapırdı. O, yalınz öz 

payızının sarı xəzan illərində əmin oldu ki, heç bir vaxt həqiqi hakimiyyət sahibi olmayacaq, heç 

bir vaxt həyatı bütünlüklə qavraya bilməyəcək, çünki onun yalınz astar tərəfini dərk edə bilər, 

bünövrəsinin bənd yerlərini görə bilər, hansısa bağlarını açıb, illüziya qobeleninin - bu qaçılmaz 

reallıq qobeleninin naxışlı düyünlərini sökə bilərdi; o, lap son günlərinəcən anlamadı, ağlına belə 

gəlmədi ki, onun əsl, həqiqi həyatı, hamının gözü qabağında keçib; biz, onun bu həyatını tamam 

ayrı gözlə görürdük, mənim generalım, məzlumların gözüylə; biz onu, ağrı-acılarımızın bitib-

tükənməyən illəri arasından - uzun-uzadı payızının qızılı xəzan illərinin arasından görə-görə, elə 

elə də yaşayırdıq; bədbəxtliyimiz bədbəxtlik, xoşbəxt anlarımız isə, ani də olsa, xoşbəxtlik idi; 

bilirdik ki, sizə olan sevgimiz, ölüm viruslu sevgidi, amma əsl sevgidi, əbədi sevgidi, mənim 

generalım! Vaqon pəncərəsinin tozlu şüşəsi araxasından görünən dumanlı xəyalınız, həyat 

məşəliydi; ötəri görünən məsum, titrək solğun dodaqlar, ipək əlcəkli əlin ayrılıq işarəsi – tale 

xətlərindən məhrum qoca əlin işarəsi – həyatımızın yanar məşəliydi. Biz, bu qocanın əslində kim 

olduğunu heç vaxt öyrənə bilmədik; onun, təsəvvürünə gətirməyə belə hünəri çatmadığı, 

bizimsə, tükənməz ehtirasla sevdiyimiz bu həyatın arxa və üz tərəflərini ayırd eləyə bilməyən bu 

cəllad, bizim mifimiz idi bəlkə?.. O, bizim anladığımız həqiqəti – həyatın çətin və ani olduğunu 

və bundan savayı ayrı bir həyatın olmadığını dərk eləməyə qorxurdu; bizsə, bu yeganə gerçək 

həyatımızdan xoflanmırdıq, çünki kimliyimizi yaxşı dərk edirdik, onun isə – şişkin qarnını zorla 

sürüyə-sürüyə gəzən bu qocanın kimliyi, son günəcən nə bizə, nə də özünə aydın olmadı və axır 

ki, o, ölüm qayığının çürük yelkənlərindən yapışaraq, bitib-tükənməz zamanının nəhayət ki, sona 

yetdiyi xəbərini insanlara, bütün dünyaya car çəkən təbillərin gurultusunu, kilsə zənglərinin 

səsini, bayram atəşfəşanlığını, küçələrə tökülüşüb qəlbləri, fərəh və qalibiyyət dolu sevinclə 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

131 


mahnılar oxuyan xalq kütlələrinin səsini eşitmədən, öz payızının son, donuq xəzəl axarıyla 

qaranlıq əbədiyyətə yollandı… 



 

 

Mütərcim haqqında... 

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr 

Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur. Əsərləri rus, ingilis, 

fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib. «Üçüncü mərtəbədə» (1976), 

«Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) 

«Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib. «Can üstə», «O məni sevir», «Yol üstə» 

pyeslərinin müəllifidir. Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» 

romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», 

Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə 

açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib. Əsərləri əsasında «Sərçələr» və 

«Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib. “Can üstə”, “O məni sevir” 

pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub. 2001-ci ildə Vyana Universitetində A.Məsud 

yaradıcılığını tədqiq edən doktorluq işi m üdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında 

qadın yazarlar»). “Humay” Milli Akademiyası mükafatı laureatıdır. 

 

 

 

 

 

 

 

 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

132 


Corc Oruell 

 

1984 

 

Roman 

  

İngilis dilindən tərcümə edəni: Vilayət Quliyev 

 

BĠRĠNCĠ HĠSSƏ 

 

I fəsil 

 

Soyuq, günəşli aprel günü idi. Saat on üçü vurdu. Sərt küləkdən qorunmaq üçün çənəsini 



sinəsinə sıxıb addımlayan Uinston Smit özünü tələsik "Qələbə" yaşayış binasının şüşə 

qapısından içəri saldı. Amma nə qədər cəld tərpənməyə çalışsa da külək qum qarışıq tozu 

arxasınca vestibülə doldurdu. 

Vestibüldən bişmiş kələm və köhnə döşəmə əskilərinin iyi gəlirdi. Giriş qapısı ilə üzbəüz divara 

içəri üçün çox iri görünən rəngli plakat yapışdırılmışdı. Plakatda nəhəng, eni bir metrdən böyük 

insan sifəti təsvir edilmişdi. Bu təxminən qırx yaşlı, qara lopa bığlı, kobud görünüşlü, lakin 

yaraşıqlı kişi portreti idi. Uinston pilləkənə tərəf getdi. Lifti gözləməyin mənası yox idi. Lift 

hətta ən yaxşı vaxtlarda da nadir hallarda işləyirdi. İndi isə gündüz olduğundan işıqları 

söndürmüşdülər. Qənaət rejimi işə düşmüşdü-Nifrət Həftəsinə hazırlaşırdılar. Mənzil yeddinci 

mərtəbədə yerləşirdi. Uinstonun otuz doqquz yaşı vardı. Sağ topuğunnda damarların 

genişlənməsi nəticəsində əmələ gəlmiş varikoz yarasından əziyyət çəkirdi. Odur ki, pillələri asta-

asta qalxır, arada dayanıb nəfəsini dərirdi. Bütün mərtəbə meydançalarında liftlə üzbəüz divara 

vurulmuş plakatdan ona eyni sifət baxırdı. Portret elə çəkilmişdi ki, addımını hara atsan şəkildəki 

adamın gözləri səni izləyirdi. BÖYÜK QARDAŞ SƏNƏ BAXIR – şəklin altında elə-belə də 

yazılmışdı.  

Otaqda təravətli səs çuqun istehsalı haqqında nə isə danışır, rəqəmlər oxuyurdu. Səs sağ 

divardakı tutqun güzgünü xatırladan uzunsov metal lövhədən (ona teleekran deyirdiər) gəlirdi. 

Uinston düyməciyi burdu. Səs azaldı, amma əvvəlki kimi aydın eşidilirdi. Teleekranın səsini 

azaltmaq olardı. Tamam söndürməyə isə icazə verilmirdi. Pəncərəyə yaxınlaşdı. Boyu o qədər də 

uca deyildi. Göy rəngli rəsmi partiya geyimində isə daha yığcam görünürdü. Saçları açıq rəngdə 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

133 


idi. Çəhrayıyıya çalan sifəti keyfiyyətsiz sabundan, küt ülgücdən və təzəcə çıxmış qışın 

sazağından qabıq bağlamışdı. 

Bağlı pəncərələrin arxasında soyuq hələ də öz işini görürdü. Külək tozu və kağız parçalarını 

sovurub sütun kimi havaya qaldırırdı. Günəş çıxsa da, səma tünd göy rəngə çalırdı. Şəhərin hər 

yerinə yapışdırılmış rəngli plakatlardan başqa qalan nə varsa hamısı bomboz görünürdü. Küçəyə 

açılan bütün künc-bucaqlardan lopabığın sifətini görmək mümkün idi. Qarşıdakı binadan da 

portreti asılmışdı. BÖYÜK QARDAŞ SƏNƏ BAXIR – bu şəklin altında da eyni xəbərdarlıq 

sözləri yazılmışdı. Tünd qonur gözlər düz Uinstonun sifətinə zillənmişdi. Aşağıda külək küncləri 

cırılmış plakatı şiddətlə divara çırpır, üstündəki yeganə INGSOS sözünü gah açıb göstərir, gah 

da görünməz edirdi. Uzaqda, damların arasında helikopter diqqətini çəkdi. Helikopter leş 

üstündə uçan milçək kimi dövrə vurub bir anlığa havadan asılı vəziyyətdə qaldı, sonra gözdən 

itdi. Içərisində pəncərədən mənzillərə nəzarət edən patrullar vardı. Amma bu patrullar elə də 

qorxulu deyildilər. Fikir Polisindən özünü qorumaq lazım idi.  

Uinstonun arxasındakı ekrandan eşidilən səs hələ də çuqun istehsalı və Doqquzuncu Üçillik 

Planın uğurla yerinə yetirilməsi haqqında üdüləyib tökürdü. Teleekran eyni anda həm səsi yazır, 

həm də efirə verirdi. Əgər hansısa söz çox yavaşdan, pıçıltı ilə deyilməsəydi, mütləq teleekranın 

yaddaşına düşürdü. Səsin yazılması bir yana qalsın, tutqun güzgünü xatırladan metal lövhə 

görünmə bucağında olduğu müddətdə həm də adamın təsvirini yaddaşa köçürürdü. Heç kəs o 

anda özünün nəzarətdə olub-olmadığını bilmirdi. Fikir Polisinin sənin ekranına hansı qrafik 

əsasında, hansı zaman fasilələri ilə qoşulduğunu isə yalnız ehtimal etmək mümkün idi. Hər bir 

adamın bütün gün ərzində nəzarətdə saxlanması da istisna deyildi. Bir sözlə, istədikləri vaxt 

ekrana qoşula bilərdilər. Amma yaşamaq lazım idi. Adamlar da hər sözlərinin dinlənildiyini

qaranlıq saatları çıxmaqla, bütün hərəkətlərinin izləndiyini bildikləri halda, instinktə çevrilmiş 

adətkarlıqla həyatlarını davam etdirirdilər.  

İndi Uinston arxasını teleekrana çevirmişdi. Belə daha təhlükəsiz idi. Amma adamı bəzən 

kürəyinin də ələ verdiyini bilirdi. Pəncərəsindən bir kilometrlik məsafədə kirli şəhərin fonunda iş 

yerinin Həqiqət Nazirliyinin böyük, ağ binası ucalırdı. Budur, bura Londondur, Birinci Uçuş 

Zolağının əsas şəhəri, Okeaniya dövlətinin əhali baxımından üçüncü böyük əyaləti!- Uinston 

səsəbini özü də bilmədiyi bir narazılıq duyğusu ilə bu fikirləri beynindən keçirirdi. O, Londonun 

əvvəlki dövrlərdəki vəziyyəti ilə bağlı uşaqlıq xatirələrini yada salmağa çalışdı. Həmişəmi 

balkonlarına şalbanlardan dayaq verilmiş, pəncərələrinin çoxu kartonla örtülmüş, damlarına 

dalğavari tənəkə dəmir vurulmuş, uçuq bağça hasarları hər tərəfə uzanmış XIX əsrin zövqsüz 

binalarının cərgələndiyi küçələr belə olmuşdu? Həmişəmi bombardmana məruz qalmış yerlərdə 

əhəng tozu sütun kimi havaya qalxmışdı, daşların altından çıxan çayırlar səkiləri basmışdı, 

bombaların yerlə bir elədiyi tikililərin üzərində toyuq damını xatırladan taxta evlər sıralanmışdı? 

Amma yadına heç bir şey sala bilmirdi. Uşaqlıq xatirələrində daha çox görünən yerlərdə, 

əksəriyyəti də savadsızcasına tərtib edilmiş işıqlı reklam lövhələrindən başqa heç nə qalmamışdı.  

Həqiqət Nazirliyi -Yeni dildə Həqnaz ətrafdakı tikililərin hamısından heyrətamiz dərəcədə 

seçilirdi. Ağ betonu günəş işığında bərq vuran bu ehram şəkilli nəhəng bina pillə-pillə üç yüz 

metrə qədər yüksəlirdi. Uinston dayandığı yerdən onun fasadında səliqəli hərflərlə yazılmış üç 

partiya şüarını oxuya bilirdi: 

 

MÜHARİBƏ - SÜLHDÜR 



AZADLIQ - KÖLƏLİKDİR 

CƏHALƏT - QÜVVƏDİR 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

134 


Deyilənə görə, Nazirliyin binasında təkcə yer səthindən yuxarıdakı otaqların sayı üç minə çatırdı. 

Bina eyni qayda ilə həm də yerin dərinliklərinə kök atmışdı. Londonun müxtəlif səmtlərində bu 

ölçü və görünüşdə daha üç nəhəng tikili vardı. Çox yüksəyə qalxdıqlarından və memarlıq 

baxımından ətrafdakı binalardan kəskin fərqləndiklərindən, "Qələbə" yaşayış evinin damından 

dördünü də eyni vaxtda aydın görmək olurdu. Binalarda nəhəng dövlət aparatının aralarında 

bölündüyü dörd Nazirlik yerləşirdi. Həqiqət Nazirliyi informasiya, təhsil, asudə vaxtın təşkili və 

incəsənət məsələləri ilə, Sülh Nazirliyi müharibə, Sevgi Nazirliyi ictimai asayişin mühafizəsi, 

Rifah Nazirliyi iqtisadiyyatla məşğul olurdu.Yenidildə Nazirliklər müvafiq şəkildə Həqnaz, 

Sülhnaz, Sevnaz və Rifnaz adlanırdı.  

Sevgi Nazirliyi həqiqətən də insanın canına qorxu salırdı. Binada yerli-dibli pəncərə yox idi. 

Uinston bir dəfə də olsun bu Nazirliyinin kandarından içəri ayaq basmamışdı. Içəri girmək nədir, 

heç yarım kilometrlik məsafədə onun həndəvərinə hərlənməmişdi. Rəsmi səbəb olmadan binaya 

düşmək mümkün deyildi. Həm də bundan ötəri tikanlı məftillərin, polad qapıların, 

gözəgörünməyən yerlərdə gizlədilmiş pulemyot yuvalarının bütöv bir labirintindən keçmək 

lazım idi. Hətta binanın bayır hasarına yaxın küçələrdə də ucu toppuzlu dəyənəklərlə 

silahlanmış, sifətdən qorillaya bənzəyən qara paltarlı təhlükəsizlik xidməti əməkdaşları keşik 

çəkirdilər.  

Uinston sərt hərəkətlə geri döndü. Sifətinə teleekranla üzbəüz gələrkən daha məqsədəuyğun 

sayılan sakit nikbinlik ifadəsi verdi. Otaqdan kiçik mətbəxə keçdi. Günün bu saatında 

Nazirlikdən çıxmaqla yeməkxanadakı naharını qurban verməli olmuşdu. Mətbəxdə bir fal qara 

çörəkdən başqa dilə vurulası bir şey tapmayacağını dəqiq bilirdi. Çörəyi də sabah səhər 

yeməyinə saxlamaq lazım idi. Rəfdən ağ rəngli etiketində "QƏLƏBƏ CİNİ" yazılmış rəngsiz 

maye dolu şüşəni götürdü. Cin çinlilərin düyü arağı kimi boz - bulanıq, neft tamı verən içki idi. 

Uinston çay fincanını ağzına qədər doldurdu, özünü toplayıb, dərman içirmiş kimi, birnəfəsə 

başına çəkdi.  

Sifəti dərhal qızardı. Gözlərindən su axdı. Elə bil nitrat turşusu içmişdi. Üstəlik də, içəndən sonra 

adamda elə təəssürat yaranırdı ki, sanki kimsə rezin dəyənəklə başının arxasına döyəcləyir. 

Amma bir an sonra mədəsinə düşən od söndü, dünya gözlərinə daha baxımlı görünməyə başladı. 

Üzərinə "QƏLƏBƏ SİQARETİ" yazılmış əzik qutudan bir siqaret götürdü. Fikri dağınıq 

olduğundan, onu bir müddət əlində başı aşağı saxladı. Nəticədə tütünün çoxu döşəməyə 

səpələndi. Uinston növbəti siqaretlə daha ehtiyatlı davrandı. Otağa qayıdıb teleekranın sol 

tərəfindəki kiçik masasının arxasında oturdu. Siyirtmədən qələm, mürəkkəbqabı, üzərinə 

mərməri xatırladan qırmızı cild çəkilmiş qalın, kvadrat şəkilli qeyd kitabçasını çıxardı.  

Nədənsə, teleekranın yeri bir qədər fərqli seçilmişdi. O, bütün otağı nəzarətdə saxlamağa imkan 

verən qarşı divara deyil deyil, pəncərə ilə üzbəüz bərkidilmişdi. Teleekranın bir tərəfində, 

divarda o qədər də dərin olmayan girinti vardı. Yəqin, evi tikəndə bu yeri kitab rəfləri üçün 

nəzərdə tutmuşdular. Uinston indi orada oturmuşdu. Stulu lap irəli çəkib dizlərini divara, sinəsini 

masayaya yapışdıranda teleekranın baxış bucağından çıxır, gözəgörünməz olurdu. Əlbəttə, səsi 

dinlənilirdi. Burada daldalandığı müddət isə özü görünmürdü. Otağın qeyri-ənənəvi quruluşu da 

onu indi məşğul olmaq istədiyi işə həvəsləndirən amillərdən biri idi.  

Bundan əlavə, indicə siyirtmədən çıxardığı qeyd kitabçası da onu şövqə salmışdı. Kitabça 

həqiqətən də gözəl idi. Doğrudur, süd rəngli yumşaq vərəqləri köhnəlikdən bir az saralmışdı. Bu 

da azı qırx il əvvəlin malı olduğunu düşünməyə əsas verirdi. Uinstonun fikrincə, qeyd 

kitabçasının yaşı çox da ola bilərdi. Onu şəhərin kasıb məhəllələrindən birində (dəqiq yerini 

xatırlamırdı) köhnə-kürüş satılan dükanda görmüş, dərhal da almaq qərarına gəlmişdi. Partiya 

üzvlərinə adi mağazalara getmək məsləhət görülmürdü. Bu, "sərbəst bazarda mal və əşya əldə 

etmək" hesab olunurdu. Ancaq belə qadağalara o qədər də ciddi əhəmiyyət vermirdilər. Çünki 

ayaqqabı bağı, yaxud ülgüç kimi xırdavat şeylərini başqa cür tapmaq mümkün deyildi. Uinston 

tələsik sağına-soluna baxıb özünü dükana salmış, iki dollar əlli sent verib qeyd kitabçasını 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

135 


almışdı. Həmin an bunu nə məqsədlə etdiyini özü də anlamamışdı. Kitabçanı çantasına qoyub 

gizlicə evə gətirmişdi. Hətta içərisində heç nə yazılmasa da o, sahibinə başağrısı yarada bilərdi.  

İndi qeyd kitabçasına gündəliyini yazmaq istəyirdi. Bu, qanuna zidd deyildi (artıq qanunlar 

özləri mövcud olmadığından, daha qanuna zidd heç nə qalmamışdı), lakin gündəlik aşkara 

çıxarılsa, Uinstonu edam cəzası, yaxşı halda isə, icbari əmək düşərgəsində iyirmi beş illik həbs 

gözləyirdi. Qələmi mürəkkəbə batırdı, vərəqə ləkə salmamaq üçün ehtiyatla kənara çırpdı. 

Qələm də köhnə dövrün yadigarı sayılırdı. İndi belə qələmlə nadir hallarda qol çəkirdilər. Onu da 

əl altından, həm də böyük çətinliklə tapmışdı. Düşünürdü ki, süd rəngli bu gözəl kağız yalnız əsl 

qələmlə yazılmağa layiqdir, onu kimyəvi karandaşla eybəcər hala salmaq olmaz. Əslində, 

Uinston əllə heç nə yazmırdı. Çox qısa qeydləri çıxmaq şərti ilə, hər şeyi nitqyazara diqtə edirdi. 

Indi isə hər hansı diqtədən söhbət gedə bilməzdi. Qələmi mürəkkəbə batırdı, bir anlıq duruxub 

qaldı.Qarnından ani sancı keçdi. Qələmi kağıza toxundurmaq artıq geriyə heç bir yol qoymamaq 

deməkdi. Uinston kiçik, əyri hərflərlə tarixi yazdı: 

 

4 aprel 1984-cü il 



 

Stulun arxasına söykəndi. Bütün varlığına tam bir köməksizlik hissi hakim kəsilmişdi. İlk 

növbədə, indi həqiqətən də 1984-cü il olub-olmadığını bilmirdi. Hər halda, buna yaxın tarix idi

çünki özünün 39 yaşı olduğuna əmindi. Deməli, ya 1944, ya da 1945-ci ildə doğulmuşdu. Amma 

indi bir-iki il yanlışlığa yol vermədən hər hansı tarixi müəyyənləşdirmək müşkülə çevrilmişdi.  

Qəflətən düşündü ki, bu gündəliyi kimin üçün yazır? Gələcək üçün, hələ yer üzündə olmayanlar 

üçün. Bir anlıq fikri kağıza yazdığı, özünə də şübhəli görünən tarixin ətrafında fırlandı. 

Yenidildəki ikifikirlilik məfhumu yadına düşdü. Başlamaq istədiyi işin miqyası ona yalnız indi 

aydın oldu. Gələcəklə necə ünsiyyət qura bilər? Axı, mahiyyət etibarı ilə bu qeyri-mümkündür. 

Ola bilsin, sabah da bu günə oxşayacaq və nəticədə, yazdıqlarına əhəmiyyət verən tapılmayacaq. 

Yaxud da zaman dəyişəcək, çəkdiyi iztirablar gələcək nəsillərə heç bir şey deməyəcək.  

Bir müddət gözlərini səfehcəsinə kağıza zilləyib oturdu. Teleekranın ahəngi dəyişmişdi, indi 

oradan sərt hərbi musiqi səsi gəlirdi. Maraqlıdır, Uinston nəinki fikirlərini ifadə emək 

qabiliyyətini yadırğamışdı, hətta nə yazmaq istədiyini də yaddan çıxarmışdı. Neçə həftə idi ki, 

özünü bu ana hazırlayırdı. Heç ağlına gəlməmişdi ki, burada cəsarətdən başqa da nə isə tələb 

edilir. Sadəcə yazmaq o qədər də çətin iş olmamalı idi. Bütün qayəsi, məramı uzun illərdən bəri 

beynində gəzdirdiyi bitib-tükəmnək bilməyən narahat monoloqu kaqıza köçürmək idi. Amma 

deyəsən imkan yarananda bu monoloq özü yoxa çıxmışdı. Topuğunun yarası dözülməyəcək 

dərəcədə incitsə də, ayağını qaşımağa ürək eləmirdi. Çünki həmişə iltihabla nəticələnirdi. 

Saniyələr keçib gedirdi. Qarşısında açılan səhifənin boşluğundan, topuğundakı yaranın 

göynərtisindən, qulağı deşən musiqidən, cinin gətirdiyi yüngül məstlik havasından başqa heç nə 

barədə düşünə bilmirdi. 

Yazmağa qəflətən, həm də sanki vahimə içərisində başladı. Qələmindən çıxanları özü də çox 

dumanlı anlayırdı. Uşaq xəttinə bənzəyən hərflərin sıralandığı sətirlər gah səhifənin yuxarısına 

qalxır, gah aşağı enirdi. Əvvəlcə baş hərfləri, sonra isə nöqtə-vergülü unudaraq yazırdı: 

4 aprel 1984-cü il. Dünən axşamkı kino. Ancaq müharibə filmləri. Biri çox yaxşı idi haradasa 

Aralıq dənizində içi qaçqınlarla dolu gəmini bombalayırdılar nəhəng, çox kök bir kişinin üzüb 

aradan çıxmaq istəməsini helikopterin isə onu təqib etməsini göstərən kadrlar adamları yamanca 

əyləndirdi əvvəlcə həmin kişinin delfin kimi suda necə batıb-çıxdığını görürdün, sonra onu 

helikopterin nişangahından görürdün sonra o güllələrdən dəlmə-deşik edilmiş halda suyun üzünə 

çıxır ətrafındakı su çəhrayı rəng alır sonra da elə bil bədənindəki güllə deşiklərindən qarnına su 

1   ...   22   23   24   25   26   27   28   29   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə