“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
110
eşq axşamı, bədənimi başdan-ayağa ehtirasının acı istiotuyla, dəfnə yarpaqlarıyla ədvalayır,
yalvarışlarının aram odunda bişirirdi; məni səxavətlə yedirdib doyuzdurur, özü də yeyirdi;
sonralar daha mən, nə bu şəhvəti, nə bu səxəvəti heç bir kişidə görmədim; yeyib doyandan sonra,
sulu tikanlı dilləriylə bizi yalamaq istəyən inəkləri qovub, özü haqqında, arada bir ürəyinin
sıxıldığından, hər şeyə tüpürüb, baş götürüb, buralardan getmək istədiyindən danışardı; özü də
bu barədə sakitcə, taleyindən şikayətlənmədən, heç nədən umub-küsmədən, yalnız ümidsiz bir
çığırtının poza biləcəyi təmkinlə, elə bil öz-özüylə danışırdı; səsi aram idi, dırnaqlı barmaqları
yenə bədənimə toxunurdu; bir sözlə, o, mərd və yenilməz idi – mənim həyatımın yeganə mənası
idi. On dörd yaşım yenicə tamam olmuşdu ki, evimizə, paqonlarında çoxlu ulduz parlayan iki
hərbçi gəldi; onlar, içi qızıl dublonlardan* şişib ağırlaşmış çamadanlarla gəldilər; məni
valideynlərimlə birgə, gecənin bir yarısı hansısa əcnəbi gəmiyə oturtdular və mən beləcə,
qürbətdə yaşamalı oldum. Onun ölüm xəbərini eşidənəcən - onun ağuşunu öz darıxdırıcı, miskin
həyatım boyu xatırladıqca, gündə yüz dəfə ölüb-dirilməyimdən, hər qarşıma çıxanla yata-yata,
bu dünyada ondan yaxşı kişinin olub-olmadığını yoxlayaraq, bir adam kimi hamıdan üz
çevirdiyimdən xəbərsiz öldüyünü eşidən günəcən, uzun-uzadı illər elə orda da qaldım; vətənə -
qocalıb qartımış vəziyyətdə, müxtəlif kişilərdən doğduğum bir düjün uşaqla, onun, ölüm
ayağında, dumanlı xatirələrlə də olsa, məni xatırlayacağı ümdlə qayıtdım...» Lakin general onu,
fermanın pəncərəsində görmədiyi günün səhərisi unudub, ayrı birisini, sonra daha bir ayrısını ələ
keçirdi... beləliklə, hər axşam, bir-birindən seçilməyən, eyni formalı məktəbli qızlarla məşğul
oldu; bu qızların hamısı, elə bil bir-birinə bənzəyirdi, böyründən mavi sürüylə ötdükcə, ona iti
dillərini göstərir, «Qoca kaftar!» - deyə çqışqırışıb, şən-şən gülüşür, səfir Rimpelmeyerin hədiyə
verdiyi nabat şüşəsinə əyri-əyri baxırdılar; o isə işindən qalmırdı, qızları bir-bir pəncərəyə
çağırır, əlinə keçənin, dünənki, yaxud təzəsi olduğuyla heç maraqlanmır, onların hamısını,
dənizçi yaxalıqlı, mavi paltarlı, vahid canlı şəklində təsəvvür edirdi; bu təsəvvür - gün-gündən
artıb çoxalan borcunun əvəzinə, ərazi sularının verilməsi tələbini eşitməmək üçün, ona elektron
gücləndiricili qrammofon ruporu bağışlayan səfir Ştreymberqin zəhlətökən, yeqnəsəq
mülahizələrini, mürgüləyə-mürgüləyə qulaqardına vurduğu dəqiqələr ruhunu şirin-şirin
oxşayırdı. O, bu tələbi və bu tələbin böyür-başındakıları əzbər bilirdisə də, yenə melanxolik bir
yeqnəsəqliklə: «Qətiyyən, əzizim Stivenson! Dənizdən başqa nə istəyirsən, götür.» - deyir və
metal səsli gücləndiricini söndürürdü ki, onun, iqtisadiyyatdan az-çox başı çıxan iqtisadçılarının,
çoxdannan bəri: «Biz lütük, mənim generalım, qəpiyimiz belə yoxdu.» - deyə-deyə ona başa
salmağa çalışdıqlarını bir də, dönə-dönə təkrar eləməsin. Amma o, onsuz da, bilirdi ki, xəzinə
bomboşdu, bilirdi ki, ehtiyatlar çoxdannan dağıdılıb, ölkə borc hesabına yaşayır; yaxşı
yadındaydı ki, müstəqillik uğrunda müharibələr dövründən bu yana yığılan borcları ödəməkdən
ötrü ilk əvvəl istiqraz almışdı, sonra gecikdirilmiş ödənişin faizlərini ödəmək üçün ayrı
istiqrazlar gəldi, sonra faizlərin ödənişi xirtdəyə dirəndi, sonra pul çatışmazlığından qəzəblənmiş
kreditorları sakitləşdirmək üçün, pulun əvəzinə, nələrisə vermək məcburiyyəti ortaya çıxdı, kinə
ağacı və tütünü ingilislərə, kauçuk və kakaonu hollandlara, dəmir yolu tikintisi konsepsiyasını və
su yollarını almanlara, bir sözlə, hər şeyi, gizli, ya açıq şəkildə – əsasən əlbəttə ki, gizlicə – bu
yadelli qrinqolara verməli olduq; bəzən bu işlər o qədər gizli gedirdi ki, bunlar barədə o, özü
sonradan - Xose İqnasio de la Barranın biabırçı ifşasından və ictimai şəkildə qətlindən sonra
xəbər tuturdu. – Allah onu, əbədi olaraq, cəhənnəm odunda yandırsın! Buna baxmayaraq, həmin
o çətin ildən başlayaraq, Hamburq bankirlərinə – xirtdəyinə keçən bu xəsislərə ödəniləcək
haqqın təxirə salınması barədə əmr verdiyi həmin o çətin ildən başlayaraq o, yenə hər maliyyə
nazirindən: «Bizim ayrı yolumuz yoxdu, mənim generalım!» - sözünü eşidirdi; bu, alaman
eksadrilyasının limanı mühasirəyə aldığı dövrlər idi; qəfildən reydə çıxan ingilis zirehli gəmisi
xəbərdarlıq atəşi açmışdı və mərmiylə kilsənin qülləsini dağıtmışdı; lakin bu top atəşləri də onu
qorxutmadı. O: «İngilis kralının lap belə... Rədd olsun kayzer! Ölərəm, təslim olmaram!» - deyə
bağırdı və onun kimi ehtiraslı domino həvəskarı olan səfir Çarlz U.Treykolerin köməyi ilə, lap
axır məqam - hər şeyin bitdiyi güman edilən son anda xilas edildi; səfirin təmsil etdiyi bu dövlət
özünü, generalın Avropa üzrə məsuliyyətlərinin təminatçısı elan edərək, əvəzində, bizim təbii
sərvətləri istismar etmək hüququ qazandı. Həmin bu məsələdən sonra ölkə müflis vəziyyətə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
111
düşdü, bizsə ömürlük dilənçiyə çevrildik. «Biz, mənim generalım, əynimizdəki alt paltarına görə
də borcluyuq.»
Onu heç nə çaşdırmadı, əvvəlki vaxtlarda olduğu kimi, səfiri əzəmətlə, pilləkənlərə qədər ötürür,
onunla, bütün səfirlərlə xudahafizləşdiyi qaydada, bir xeyli çərənləyəndən sonra çiynini
şappıldadaraq: «Xeyr a-a-a, əzizim Beykster! Ölərəm, amma dənizi vermərəm!»
Ödənilməyən bütün borclardan çox onu, etimadını heç cür doğrultmayan, lənətəgəlmiş Xose
İqnasio Saens de la Barranın - Letisiya Nasareno və onun körpəsini məhv edən bədxahların
başlarından savayı, hamının başını bədənindən ayırtdıran bu qatilin günahı üzündən, içində
qəbiristanlıq sükutu və kimsəsizlik hökm sürən sarayı narahat edirdi. O, tutuquşuların boğazına
nə qədər şəfqətli dərmanlardan damcıladırdısa da, quşların səsi çıxmırdı ki, çıxmırdı;
qonşuluqdakı məktəbin qızları da daha yaşıl ağaca qonan çopur quşcuğazın mahnısını
oxumurdular; bircə o qalırdı ki, bir kənara çəkilib hər şeyi unudasan; vaxtın qalan hissəsi isə,
döşləri kal limon kimi balaca, bərk məktəbli qızların yolunu gözləməyə və onlarla məzələnməyə
gedirdi; ya da, siestanın bürkülü saatlarında yamyaşıl talvarın altında təmtəkcə oturub, çoxlu,
dadlı yeməklər yeyə-yeyə, ürəyinə yatan televizya filmində baş verən əhvalatın ipini əldən
buraxmamaqdan ötrü, arada bir, yarımürgünün içindən oyanıb, yenidən mürgüləyə-mürgüləyə
keçirirdi; bu filimlərdə hər şey həyatdakı kimi deyildisə də, ona elə gəlirdi ki, əsl həyat, yaxud ən
azı, onun təsəvvürüncə həyat - elə-belə də olmalıdı; uzun müddət onun ağlına belə gəlmirdi ki,
bu yaxşı sonluqlu yüngül filmləri – əclaflığın xeyirxahlığa təslim olduğu, məhəbbətin şərə qalib
gəldiyi bu filimləri biz, onun zövqünü oxşamaqdan ötrü - Xose İqnasionun tapşırığı ilə, xüsusi
radioötürücülərlə, ya da, televizya verlişlərini kəsib, ayrıca kanalla verirdik; biz, hər şeyi bilə-
bilə, onu vicdansızcasına aldadırdıq ki, o, özünü xoşəbxt hiss etsin; o da özünü son günlərinəcən,
qocalıb lap heydən düşənəcən, xoşbəxt hiss edirdi; axırı-sonu görünməyən, uzun-uzadı qocalıq
illərində o bir də, əyinlərindəki dənizçi formalarında tir-tir titrəyən, balaca qızları əlləşdirəndə,
özünü belə xoşəbxt hiss edirdi; lakin günlərin bir günü, o soruşanda ki: «Sənə məktəbdə nə
öyrətdilər?», mən də cavab verəndə ki: «Mənə heç nə öyrətmədilər, senyor, axı mən liman
fahişəsiyəm!» - o dəqiqə məni, qulağına dediyimi təkrar eləməyə məcbur elədi… olsun, elə
bilmişdi ki, səhv eşidib; onda mən, dediyimi heca-heca təkrar elədim ki, mən məktəbli deyiləm,
liman fa-hi-şə-si-yəm!; dedim ki, məni qətranlı sabunla yuyub, lifləyib dənizçi yaxalıqlı mavi
paltar geydirib, hər axşam saat beşdə onun pəncərəsi önündən qaçmağı əmr ediblər; özü də mən
tək qaçmırdım, böyrümlə, sanitar polisinin yaxalayıb ələ keçirdiyi, yuyundurulub mənim kimi,
məktəbli forması və oğlan botinkaları geydirildiyi, başlarına, at quyrüğündan hörüklər taxılmış
fahişələr də qaçırdı; baxın, bu saçlar, başa adi sancaqla taxılır; bizi xəbərdar etmişdilər ki,
əlindən heç bir iş gəlməyən, bədbəxt, səfeh qocadan qorxmağa dəyməz, bircə onu edəcək ki,
soyundurub, həkim kimi ora-buranıza baxacaq, ola bilsin, yüngülvari əlləşdirəcək… bir sözlə,
sizin elədiklərinizi dedilər, mənim generalım, bizsə gözlərimizi yumub, guya ehtirasdan
alovlana-alovlana: «Ax mənim sevgilim... sevgilim mənim...» - deməliydik, necə ki, hər axşam
mən deyirdim, sizin də canınıza yağ kimi yayılırdı; pulu bizə verməzdən əvvəl, bu səhnəni
oynamaq üçün bir neçə dəfə məşq elətdirirdilər, pul da nə pul – beş-on qara qəpik, vəssalam:
sanitar vergisini və serjant üçün komisyon xərclərini çıxanda, bizə cəmi dörd ütük peso qalır.
Bütün bunları, mənə gözünü qırpmadan qulaq asan qaraqabaq qocanın üzünə dedim».
«Ah, anam mənim, Bendisyon Alvarado, bu qədər zülm çəkmək olar?..» - deyə o, özü-özünə
fikirləşirdisə də, nə bir sözüylə, nə hərəkətiylə sarsıntısını biruzə vermir, vəziyyəti dolayısı
yollarla aydınlaşdırmağa, xırdalıqları dəqiqləşdirməyə çalışırdı və çox keçmədi ki, o, Dövlət
Evinin qonşuluğundakı qızlar məktəbinin artıq çoxdan bağlandığını dəqiqləşdirdi; balaca,
məktəbli qızları həmin indi qabağımızdakı banket stolunun üstündə, nə iləsə, sousun içində
üzüyuxarı üzən sabalo balığını xatırladan bədəni ilə uzanmış qaraqabaq, şorgöz qocanın
caynağından qurtarmaq üçün, şəxsən maarif nazirin özünün, yepiskopun xeyir-duası altında, var-
dövlətli, adlı-sanlı ailə başçılarıyla əlbir olaraq, dəniz kənarında yeni, üçmərtəbəli məktəbin
tikintisinə vəsait ayırdığını öyrənə bilmişdi; solğun malvların, kimsəsiz düzənliklərin, ay
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
112
kraterlərinin sönük şüaları - onsuz açılan ilk səhərin zəif işartıları, üstünə səpilən ağappaq gül-
çiçək meyitin rəngini bir qədər də saraldırdı… o nəhayət ki, azad idi, öz hakimiyyət əsarətindən,
əsiri kim olduğu dəqiq bilinməyən Hakimiyyət Evinin cansıxıcı köləliyindən qurtulmuşdu! Bir
vaxtlar bu sərdabə, həmin bu saray təmir olunanda, sahibinin razılığı alınmadan, içəri və çöl
tərəfdən ağ rənglə boyananda o, otaqların, dəhlizlərin divarlarına söykənə-söykənə, kənar bir
adam kimi, rəngsazların işinə tamaşa edir, orda onu tanımayan rəngsazlar: - «Burda sizlik bir iş
yoxdu, senyor, rəngi korlayırsız!» - deyə üstünə qışqırırdılar. O da, təzəcə ağardılmış divarlara
toxunmadan, ehtiyatla sivişib gedirdi. «Aşağı düşməyin, senyor, taxtabəndlər başınıza uçar!» -
deyə o biri yandan çığırırdılar və o, dinməzcə yuxarıda dayanıb qalırdı. Burda, həmin bu yerdə,
balta səsindən, bənnaların qəzəbli çığırtılarından qulaq batırdı. – «Çəkil, kaftarın biri kaftar,
yoxsa gilə yapışarsan!» - o da sıravi əsgər itaəti ilə deyilənə tabe olur, geri çəkilir, guya rahatlığı
üçün aparılan bu səfeh yenidənqurmanın dözülməz əməliyyatlarına səbrlə dözürdü; özü özünə
məxsus olmadığına görə, cangüdənlərinin baxışlarından heç cür qurtara bilmirdi; cangüdənlərin
kinli baxışları, elə bil onu qorumaqdan ötrü yox, güdməkdən ötrü ardınca zillənirdi; onlar, onun
yeyəcəyi bütün xörəklərdən dadır, yeməklərin yarısını korlayır, bal ehtiyatlarının xəlvəti
yerlərini dəyişir, yeriyəndə cingildəməsin deyə, qızıl mahmıza üz çəkir, cürbəcür ehtiyat
tədbirləri görürdülər; bütün bu işlər, olsun ki, köhnə dostunı - Saturno Santosa yaman gülməli
gələrdi; on bir başkəsənin, səhərdən-axşamacan sirk kəndirbazları kimi, böyür-başına hərlənmsi,
əlli metrlik məsafədən silahın növünü hiss edən, yanıb-sönən yaşıl-qırmızı lampalı cihazları,
doğrudan gülməliydi; avtomobil karvanı isə elə sürətlə gedirdi, yeddi eyni markalı maşın bir-
birilə elə ötüşürdü, elə bil onları qovan vardı; bu ötüşmədə general bəzən tez-tez yerini dəyişən
maşınların arasında, özünün hansı maşında olduğunu qarışdırırdı; lakin bütün bu ehtiyat
tədbirləri, quzğuna güllə atmaq kimi, mənasız bir iş idi; maşının pərdəsini çəkib çölə boylananda
gördü ki, özünü könüllü surətdə dustaq etdiyi bu qədər uzun-uzadı matəm illərindən sonra da,
prezidentin limuzinlər karvanının lotusayağı manevrləri heç kəsin vecinə deyil; o, kilsə
qüllələrindən də yüksəklərə ucalan şüşə qayaya bənzər nazirlik binalarına baxdı, divarda fırçayla
yazılmış hansısa şüarı pozub təmizləyən hərbi patrula göz qoydu; orda nə yazıldığını soruşanda
dedilər: «Yeni vətən qurucusuna eşq olsun!»; şüarın başdan-ayağa yalan olduğunu anladısa da,
başını tərpətdi, «yoxsa silməzdilər» - fikirləşdi; dənizə qədər altı bulvar uzunluğunda uzanan
kokos palmalı, gül-çiçəkli, geniş bulvarı gördü; əvvəllər bu yerlər bataqlığıydı; qədim sütunlu
eyvanı, bir-birinə bənzər yeni villalar salınmış, yeni şəhərətrafı qəsəbəni gördü; bir vaxtlar
zibilxana olan yerdə sıx amazon yaşıllıqlarıyla dövrələnmiş otelləri gördü; əyri-üyrü küçələrlə
tısbağa gedişiylə yeriyən sonsuz avtomobil sürüsünü gördü; səkinin gün düşən tərəfiylə
veyillənən, günortanın bürküsündən gicəllənən adamları gördü; səkinin kölgə hissəsində isə
vergi idarəsinin, harın-harın o baş-bu başa gəzişən məmurları, səkinin kölgə yerində dayanmağa
görə haqq alırdılar; odu ki, yazıq camaata, günün altında qovrulmaqdan savayı bir şey qalmırdı!
Amma onu ən çox, getdikcə ətrafına cod hakimiyyət dalğası yayan, nəhəng dəmir tabuta bənzər
prezident limuzininin, heç kəsin tükünü belə tərpətməməyi heyrətə gətirdi. Onun donuq
gözlərini, həyəcan və təəcübdən səyriyən dodaqlarını da heç kəs tanımadı; onun əlinə – ona
əhəmiyyət verməyən camaata tərəf yellətdiyi məşhur əlinə də diqqət yetirən olmadı; maşın
irəlilədikcə, qəzet və boyunbağı satanların haray-həşiri, dondurma arabalarının cırıltısı,
lotereyaları bayraq kimi yellədən lotereyasatanların ətürpədən çığırtıları – küçə dünyasının bütün
uğultuları arxada qaldı; «Anam Bendisyon Alvarado, gör bir, mənim şəhərim nə günə qalıb?» -
deyən qocanın qəlbində nələr baş verdiyinin, bu küçə dünyasına heç bir dəxli yox idi. Buralar elə
dəyişmişdi ki, heç haranı tanımaq mümkün deyildi: bir vaxtlar paltarları eyvanların
məhəccərində qurudan, şam yeməyinə bir-iki balıq əldə eləmək üçün, qürub çağı xırda dükanlara
girərək, alverçilərlə söyüşən ərsiz qadınlar döngəsi hardaydı? Öz dükanlarının qapısı ağzında
çöməlib bayıra çıxan hindlilər hanı? Darıxdırıcı mahnılarla ölümü ovsunlayan arvadlar hanı?
Valideynlərinə qulaq asmadıqlarına görə əqrəbə çevrilən qorxunc qız şəkli hanı? Hanı, üfunətli
bataqlığa çevrilən quldur yuvaları?.. Maşın, küçəni buruldu və onun gözünün qabağına,
boynubükük qutanalar gəldi, birdən-birə ürəyi sıxıldı: liman! Bəs liman hanı? Hanı o qaçaqmalçı
qayıqları? Bir vaxt desantçıların atıb getdiyi zirehli gəmi hanı? Bəs o zibil iyi hara yoxa çıxıb?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
113
Yoox, bu dünyaya nə isə olub, əgər limuzindən düşüb vaqona mindikdən sonra da, onun
pəncərədə görünən zərif əlinə məhəl qoyan yoxdusa, bu hakimi-mütləq qocanın əlini heç kim
tanımırsa, bu dünyada nə isə baş verib. İndi bu əl – aran yerlərinə yeni dəmir yolu xəttini açan ilk
qatarın yarımçıq pəncərəsindən kiməsə hədər yerə yellədilən mənasız bir əl idi. Qatar, bir vaxtlar
malyariya bataqlığı olan ətirli çöllərdən keçib, qara-qışqırıqçı bataqlıq quşlarının dolaşdığı düyü
zəmilərinin yanından ötərək, prezident möhürü vurulmuş inək sürülərini hürküdərək, ağlasığmaz
mavi çalarlı düzənliklərlə sarı şütüyürdü; o isə vaqonun, səyahətdən çox matəm mərasimlərinə
daha çox yarayan, qara, məxmər üzlü kupesində oturaraq, özü-özünə: «Lənət şeytana, bəs mənim
köhnə, dördayaqlı qatarım hanı? Hey çığırışan meymunlar hanı? Hanı cənnət quşlarının
nəğməsi? Hanı yenilməz əjdahalı ölkəm, hanı vətənim? Bütün bunlar hara yox oldu, anam
mənimcan?»
Keçmiş vaxtları, bircə stansiyalar və ingilis şlyapaları taxmış, qaradinməz hindu qadınları oturan
yarımstansiyalar yada salırdı: bu qadınlar, müxtəlif heyvanlar şəklində bişirilmiş şəkərli
meyvələr, kartof və qızardılmış toyuq satırdılar; gül-çiçəkdən yığılmış «Vətənin böyük atasına
əbədi eşq olsun!» - şüarı görünən arakəsmələr boyu qızğın alver gedirdi; o, yenə əvvəlki
möhtəşəmliyində, əvvəlki qüdrətində idi və yenə heç kəs onun harda olduğunu bilə bilmirdi;
onun adı yenə əvvəlki qaydada hamını diksindirirdi; axı, ölkədə baş verən hər şey yenə onun
adıyla bağlıydı; o özü də son vaxtlar qorxu içindəydi, çox vaxt özünü, təqib olunan qaçqın kimi
hiss edirdi, səbr kasası daşanda isə: «Belə yaşamaq ölümdən də betərdi!» - deyə Xose İqnasio
Saens de la Barranın üstünə çımxırır, cavabında isə: «Elə deyil, general, bu, qanun çərçivəsində
gedən Tərəqqidir!» - kəlamını eşidirdi, bu cümlənin ardınca, məlahətli təbəssümlə müşayət
olunan, min cür ən ağlasığmaz, sirli və inandırıcı sözlər gəlirdi. Və o, onsuz, özünü tamamilə
tənha hiss etdiyi bu lənətəgəlmiş Saens de la Barrayla bir dəfə təslim olub razılaşdığı kimi, bu
yırtıcıyla - yuxusuz gecələrdə ürəyində söydüyü, səhərlər isə yenə hakim-mütləq və gərəkli olan
bu qəddar adamla razılaşmalı olurdu; bu adamın, az qala ayaqyoluna gedəndə belə, ondan
ayrılmadığı insan gözlü, insan adlı, gözəl köpəyi Lord Köxellə birgə, günün günorta çağı
üzündəki mülayim təbəssümlə peyda olmağıyla, bizim generalın gecəki qəzəbinin sovuşmağı bir
olurdu; general, həmin dəqiqə bütün acığını, kin-kidurətini unudur, onun təklif elədiyi hər bir
şeyi ürəkdən bəyənir və deyilənlərə elə dinməzcə, elə tələskənliklə əməl eləyirdi ki, sonradan
buna görə, ürəyinin dərinliyində özü özəlindən əsəbiləşirdi. Di gəl ki, bu əsəbiliyin özü də çox
çəkmirdi, Saens de la Barra onun daxilində yaranmaq istəyən hər hansı cüzi bir dəyişikliyi tutan
kimi, general o dəqiqə Saensi sakitləşdirməyə başlayır, hər şeyi, öz əvvəlki yerinə qoyurdu:
«Narahat olmayın, Naço, öz vəzifə borcunuzu yerinə yetirin!» - deyirdi.
Və Xose İqnasio Saens de la Barra yenidən öz yenilməzliyi və dəolunmazlığıyla öz zindanına -
prezident sarayından cəmi beş yüz metr aralıda quraşdırılmış cəza kombinatına, bir vaxtlar
holland dəlixanası olmuş, kolonial memarlıq binasına qayıdırdı. «Sizin saray kimi, möhtəşəm bir
saraya, mənim generalım.» Bu, badam pöhrələrinin arasında itib-batan, qabağı, çöl
bənövşələriylə dolu yaşıl çəmənlik olan bir bina idi; birinci mərtəbəsində, axtarış xidməti və
vətəndaşlıq aktları qeydiyyatı bürosu yerləşirdi, qalan mərtəbələrdə isə vəhşi işgəncə maşınları
quraşdırılmışdı; bu maşınlar elə incə və ətürpədən fantaziyayla hazırlanmışdı ki, o, bunlara
baxmaq belə, istəmədi və Saens de la Barraya: «Naço, vətən qarşısındakı borcunuzu daha yüksək
səviyyədə yerinə yetirməyinizdə olun və unutmayın: mən heç nə bilmirəm, heç bir şey
görməmişəm, idarənizdə də heç vaxt olmamışam!» - dedi. Xose İqnasio Saens de la Barra, onun
qarşısında dərin ehtiramla təzim edib, kişi kimi söz verdi ki, prezidentin dediklərini qəbul edir,
valideynlərinin dilini açmaqdan ötrü, beş yaşlı uşaqların cinsi orqanlarına elektrik cərəyanı
buraxmaq kimi cəza növünə son qoymaq əmrini dinməzcə yerinə yetirdiyi kimi, bu sözünün də
üstündə dayanacaq; əmrin yerinə yetirilməsinə xüsusi nəzarət lazım idi; əla həzrət qorxurdu ki,
lotereya əhvalatı vaxtı onu heydən salan zalım yuxusuzluq, bütün bu iyrəncliklərdən sonra yenə
üstünə hücum çəksin. Əmr yerinə yetirildisə də, o yenə, hardasa, yaxında işləyən dəhşətlər
emalatxanasını unuda bilmədi; bir də axı necə unudaydı ki, səssiz, aylı gecələr, yaxından ötüb
keçən qatarların taqqıltısına, şimşək gurultusuna ayılırdı; bu qatar və şimşək səsləri isə əslində,
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
114
Bruknerin vallarına yazılmışdı, bu səsləri o, gecə yarısı işgəncə verilənlərin iniltilərini
batırmaqdan ötrü işə salırdı; bu cəhənnəm qasırğası sübh çağının sel kimi tüğyan edir, özündən
sonra, bir vaxtlar holland lunatiklərinin yaşadığı bu vahiməli dəlixananın binasına – cəza evinə
düşən cavan gəlinlərin fatalarından badam ağaclarının budaqlarına ilişib qalan cır-cındırı
vahiməli-vahiməli ağardırdı… Bəli, zat-aliləri, həyatlarını işgəncələr içində itirən insan
iniltilərinin və lənətlərinin yuxusuzluğunun içinə dolmağından qorxur, öz işini yorulmadan görən
bir adam haqda - Xose İqnasio Saens de la Barra haqqında israrla düşünürdü. Saens de la
Barranın bircə nöqsanı vardı: o, zahiri parıltını sevirdi, sinəsi qəribə, monoqramlı ipək
köynəklər, gözəl tikilişli, bahalı ayaqqabılar, xüsusi qutulara yığılmış diri qardeniyalar,
etiketlərində şəcərə gerblər döydürülmüş fransız losyonları alır, qalan məsələlərdə isə özünə sərt
qadağalar qoyurdu; məşuqəsi yox idi, lütfkar, arvadsifət oğlanlarla da maraqlanmırdı, dostu-
filanı, hətta öz evi belə yox idi, möminlər kimi, dörd divarın arasında yaşayır, gecə-gündüz o
qədər işləyirdi ki, axşamlar yorğunluqdan, iş otağındakı divana pallı-paltarlı sərilir, üç saatdan
çox yatmırdı; qapısının ağzında onu qorumalı olan mühafizsiz, tapançasız, deyilənə görə, yediyi
yeganə qida – başı bədənindən təzəcə ayrılan adamların isti bağırsaqlarını almayanda, az qala öz
dərisini yırtıb çıxmağa hazır olan, ayıq-sayıq, yuxubilməz Lord Köxel qoruyurdu. Kiminsə
kabinetə yaxınlaşdığını hiss edən köpək, həmin dəqiqə qaynar qazan kimi qaynayıb, dərhal
sahibini oyadırdı; kabinetə sarı yaxınlaşanın kim olmağının heç bir fərqi yox idi: Saens, onsuz da
heç kəsə inanmırdı, güzgüdə öz əksinə də şübhəylə baxırdı; bütün qərarları, heç kimlə
məsləhətləşmədən, yalnız çoxsaylı casuslarının təqdimatlarını dinlədikdən sonra özü qəbul
edirdi; ölkədə baş verən ən mənasız hadisə belə -, dünyanın hər hansı guşəsində ən adi qaçqının
nəfəs alması da, Xose İqnasio Saens de la Barraya, gözəgörünməz hörümçək toru telləriylə bəlli
olurdu; o, qorxu, şantaj və səxavətli rüşvətlər hesabına, az qala, bütün Yer kürəsini bu torun içinə
salmışdı; düzdü, o səxavətliydi, amma dövlətin hesabına yox; öz işinə o qədər sədaqətliydi ki,
xəbər gətirənləri, çox zaman öz puluyla mükafatlandırırdı; bu cür təmannasız xidmətlə tək bircə
o məşğul deyildi; boşboğaz çərənçilər orda-burda pıçıldaşırdılar ki, guya onun muzdla tutduğu
cəlladlar, xəfiyyələr və casuslar, camaatdan fantastik məbləğdə haqq aldıqlarına görə, hər cür
cinayətə getməyə hazırdılar; bu adamların bir çoxu, öz xidmətinə görə haqq istəmirdi; bu
adamlar, öz analarını belə şaqqalayıb, qanlı tikələrini donuzlara yedirdməyə hazır idilər, təki, bu
könüllü halda yarındıqları xəfiyyənin diqqətini cəlb etsinlər; onlar, vəhşiliklərinə və kiçicik
mərhəmət hissindən belə məhrum olduqlarına görə ad çıxarmış, fransız cəllad-rasionalistlərinin
əlinin altında işləmək üçün, nümunəvi davranış barədə zəmanət məktubu və arayış əvəzinə,
törətdikləri əclaflıqlar haqda sənədlər gətirirdilər; bu könüllü xəfiyyələr, cəlladlar, Sanesin dediyi
kimi, həmin o «qanun çərçivəsində tərəqqi» söhbətini adi bir məsələyə çevirmişdilər; dondurma
kafelərinin taxtapuşları altına uzanıb sərinləyənlər, çin restoranında qəzetləri gözdən keçirənlər,
ucuz kinolarda mürgü vuranlar, avtobuslarda öz yerlərini hamilə qadınlara verənlər də onlar idi;
elektrik və santexnik işləyənlər, həyatlarının yarısını paytaxt qanqsterləri və əyalət quldurlarıyla
yanaşı yaşayanlar, okean laynerlərində, beynəlxalq barlarda işləyən qulluqçuların və fahişələrin
təsadüfi ərləri də onlar idi; Qəraib cənnətinə ekskursiya təşkil edən Amerika turist agentlərinin
əməkdaşları, Belçika xarici işlər nazirinin şəxsi katibi, bir sözlə, heç kəsin ağlına belə gətirə
bilmədiyi, bir çox işlərlə yenə onlar məşğul idi; qiyamı yatırmağa kömək edənlər, təhlükəli
adamları aradan götürənlər, həddən artıq çılğın və qətiyyətli beyinlərdə, hələ tam yetişməmiş sui-
qəsdlərin üstünü açanlar da onlar idi. Onlar, öz işləriylə inamla, həyasız bir arxayınlıqla məşğul
olurdular, sözün əsl mənasında, vətənpərvərlər isə əmin idilər ki, bütün bu əməllərdən
prezidentin xəbəri yoxdu: «Əgər bilsəydiniz… ah, bircə bilsəydiniz, mənim generalım…» - deyə
ürəklərində ona üz tutur, bütün bu dəhşətlər barədə söhbətləri dönə-dönə xatırlayır və uşaq
sadəlövhlüyü ilə elə güman eləyirdilər ki, onların sözləri generalın qulağına çatsaydı, Saens de la
Barra, çoxdan bu satqınları liman qalasının yanındakı qəbirstanlığa sürütləyərdi; odu ki, əsl
vətənpərvərlərdən biri, nəhayət ki, özünü generalın yanına çatdırdı, bütün bunlar barədə cəsarətlə
danışdı və sarsıldı… general ona diqqətlə qulaq asıb demişdi ki, qoy o sırğa eləyib qulağından
assın ki, bu barədə heç vaxt heç nə bilməyib, bilmir və bilməyəcək, o, heç kəslə heç bir şey
haqda danışmayıb; - bunları deyəndən sonra qoca, sınayıcı baxışlarla bir müddət həmin bu
|