“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
105
olmurdu; biz, bu eybəcər üfunətin kökünü mətbəxdə axtardıq, tövlələri yoxladıq, bu iyi
kabinetlərdən siqaret tüstüsüylə qovmağa çalışdıq, o isə müşavirə zalına doldu. Çürümüş qızılgül
iyini xatırladan bu üfunəti, ən gizli dəlmə-deşiklərə – heç vaxt heç bir iyin gedib çatmadığı, hətta
vəba illəri xəstəliklə yoluxmuş küləyin havası belə dəymədiyi yerlərə dolurdu; iy bizim ağlımıza
gəlməyən yerdən – arxiv materiallarıyla dolu şkafın içindən - Xose İqnasio Saens de la Barranın
göstərişiylə qoyulmuş, guya kokos qozuyla dolu, kobud çuvaldan gəlirdi; məlum oldu ki, bu
çuval, onun generalla razılaşdığı kimi, ilk ödənişinə görə doldurulmuşdu; hər bir yiyəsinin ölüm
səbəbi göstərilən şəhadətnaməsi olan altı ədəd kəsik baş.
Burda, ürək damarlarının qocalıq sklerozundan on dörd may tarixində vəfat etmiş, radikallar
partiyasının bünövrəsini qoymuş sonuncu böyük müharibə əlili, daş dövrünün nümayəndəsi,
patrissiyalar nəslindən olan doxsan dörd yaşlı Nepomuseno Estralın, onun oğlu, atasıyla eyni
gündə, həmin ürək xəstəliyindən əlli yeddi yaşında vəfat edən qomeopat - həkim Nepomuseno
Estrad de la Fuentenin, şəhadətnaməsində göstərildiyi kimi, sərxoşluq əlbəyaxasında itiuclu
alətlə ağır bədən xəsarəti almış iyirmi bir yaşlı Eliser Kastorun, gizli abort nəticəsində otuz iki
yaşında həlak olmuş Lidise Santyaqonun, o birilərin öldüyü gün alkoqol zəhərlənməsindən ölən
otuz səkkiz yaşlı, rəngli şar istehsalçısı Roke Pinsonun – yəni gözəgörünməz Xasintanın, «On
yeddi oktyabr» gizli hərəkatının lideri, ölüm şəhadətnaməsində göstərildiyi kimi, nakam
məhəbbəti uğrunda özünü, ağzına dirədiyi tapançadan atıb öldürən otuz iki yaşlı Natalisio Ruisin
başları vardı. – Beləlikl, altı baş, əla həzrətləri! Bu qəbzi qəbul etməniz barədə imza atın!» O,
ciyəri dəhşətdən və üfunətdən az qala ağzına gələ-gələ qəbzi imzalamışdı: «Anam mənim,
Bendisyon Alvarado, bu adam vəhşiymiş! Onun, o seçmə incə ədaları hara, ilgəyindəki gül hara,
bu qaniçənlik hara?» ona isə ucadan: «Mənə bir də tasaxo* göndərməyin, naço**; şifahi
izahlarınız kifayətdi.» - demişdi. Lakin Xose İqnasio Saens de la Barra bu sözə etiraz edərək:
«Bizim sizinlə bağladığımız müqavilə kişi sözüdü, əla həzrətləri! Yox, əgər əsl həqiqətin
gözünün içinə dik baxmağa sizin bir yeriniz çatmırsa, onda götürün, bu da sizin qızılınız, gəlin
xudahafizləşək! Bu nə hərəkətdi?!.. Şəxsən mən özüm, işdi, əgər tələb olunarsa, doğma anamı
belə güllələyərəm!» - demişdi. «Di yaxşı, Naço, - deyə general sülhpərvər səslə demişdi - bu
qədər dərinə getmək lazım deyil, öz vəzifə borcunuzu yerinə yetirin!» Odu ki, yenə bir ucdan
saraya, içinə guya kokos doldurulmuş, içi başla dolu həmin bu kobud parçalı çuvallar daxil
olmağa başladı. Generalın da içalatı az qala ağzına gəlirdi və o: «Bunları burdan rədd edin!» -
deyə əmr edirdisə də, başlara əlavə olunan şəhadətnamələrdə yazılanlara qulaq asıb növbəti
qəbzi imzalayırdı; bu minvalla o, ümumi sayı doqquz yüz on səkkiz ədəd ən barışmaz siyasi
düşmənlərinin başının alınması barədə qəbzlərə imza atdı və həmin gecə, başların sayı bu
rəqəmə çatanda, yuxuda özünü, səhralıqda yeridikcə, arxasınca baş barmağının uzun-uzadı
uzanan izini qoyub gedən hansısa eybəcər bir heyvanın simasında gördü və yuxudan, ağzı öd
dada-dada ayılıb, sübh çağı fermada baş verə biləcək hansısa təlatümdən xoflanaraq, sönük
xatirələr dəryasına qərq olaraq, kəsik başları hesablayır, hesabladıqca da elə bil qocalır, qulağının
dibində cırıldayan zəhlətökən cırcıramanın səsini, çürük otların arasından eşidilən cücülərin
cızıltıslarıyla qarışıq salırdı; - «Anam mənim, Bendisiyon Alvarado, - o fikirləşirdi – axı, nəyə
görə mənim bu qədər düşmənim olmalıdı? Əsl günahkarlarsa bir yanda qalıb!»
Düşmənlərin sayına gəldikdə, Xose İqnasio Saens de la Barra ona izah etmişdi ki: «Altmışına
görə altı yüzünü, altı yüzünə görə altı minini, altı mininə görə altmış milyonunu qazanacağıq!»
«Bu ki, bütün ölkədi, lənət şeytana, - deyə o, çığırmışdı – belə getsə, biz bu işi heç vaxt başa
çatdıra bilməyəcəyik!» - Lakin Xose İqnasio Saens de la Barra sakitcə: «Rahat yatın, general!
Bizim işimiz, onlar bitib tükənəndə sona bitəcək!!!» - dedi. «Vəhşinin dediyi sözə bir bax!»
Bu adamın heç nəyə, zərrə qədər olsun, şübhəsi yox idi, öz niyyətlərindən bircə addım belə geri
çəkilmək, beyninə girmiş fikirlərini ayrıları ilə əvəz eləməyə, işıq ucu boyda belə yeri yox idi; o,
iti doberman kimi, daimi iştirakıyla sahibində özünəinam və arxayınlıq yaradırdı; Xose İqnasio
ilk dəfə onun kabinetinə, dünyada yeganə qorxmaz və ən qəddar adama – tək bir sahibinə tabe
olan, civə kimi parlaq əzələli, sürüşkən dərili nəhəng iti ilə, həmin bu yekəpər dobermanla daxil
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
106
olanda general: «İti qapının o üzündə qoyun.» - demişdi. Lakin Xose İqnasio Saens de la
Barranın generalın sözünə əməl eləmək fikri yox idi: «Bu mümkün deyil, general! Dünyada hələ
elə bir yer yoxdur ki, ora mən Lord Köxelsiz ayaq basım!» Odu ki, it daim öz yiyəsi ilə bir
kabinetə daxil olur, sahibi generalla kəsilmiş başların gündəlik hesabatını çürüdənəcən, sakitcə
onun ayaqları altında mürgüləyir, general səsini ucaldanda, dikəlib bütün vücuduyla amansız
sıçrayışa hazır vəziyyət alırdı; - «Onun, dəhşətli dərəcədə qadın gözünə bənzər, insan gözləri
mənə fikirləşməyə mane olurdu, mən onun insan nəfəsindən diksinirdim; növbəti çuvalda öz
köhnə adyutantlarımdan birinin başını taparkən, qəzəb içində yumruğumu stola çırpanda, onun
üzü göz qırpımında buğlandı, bədəni, qaynar qazan kimi pıqqıldadı, dişlərini qıcıdı və o mənim
üstümə atıldı.» Bu adyutant, onun sınaqdan çıxmış, çoxdankı domino müqabili, həm də demək
olar, tanışı, dostu idi, odu ki, qəzəbini heç cür gizlədə bilmədi: «Daha bəsdi, lənət şeytana!
Yığışdırın bu hərc-mərcliyi!» Lakin Xose İqnasio Saens de la Barra, həmişəki kimi onun hirsini,
hansısa dəlil-sübutla yox, vəhşi itlərin qəddar təlimçisi üsullarıyla yatırtdı. Gecələr general,
onunla, vassalı kimi rəftar edən bu yeganə adama - Saens de la Barraya tabe olduğuna görə
özünə min bir lənət yağdırır, bu tipin, onun daxilində qurduğu imperiyaya qarşı öz-özlüyündə,
təkbaşına üsyan edir, tədricən bütün dövlət strukturlarıno sirayət etməyə başlamış kölə
tabeçiliyini canından çıxartmağa çalşırdı. - «Günü sabah bu biabırçılığa son qoyulacaq – o,
ağzının içində deyirdi – daha bəsdir, lənət şeytana! Hər şey bir yana, Bendisyon Alvarado məni,
əmr yerinə yetirmək üçün yox, əmr vermək üçün yaradıb!» Lakin bütün gecəni fikirləşib
qurduqları, Xose İqnasio Saens de la Barra öz itiylə onun hüzurunda peyda olduğu an bircə
dəqiqənin içində darmadağın olurdu və general yenidən, ilgəyinə diri qardeniya taxılmış gur
səsli, losyon ətri qoxuyan, nişastalı qolçaqlarında zümrüd sancaqlar bərq vuran, zəhmli çəlikli,
incə ədalarından göz qamaşan, bu ən lazımlı və ən dözülməz adamın şikarına çevrilirdi; -
«Gözümə dəyən adamlar içindən!» - deyə fikirləşirdisə də, onu görən kimi: «Şişirtmək lazım
deyil, naço, öz vəzifə borcunuzu yerinə yetirin!» - deyirdi və yenə bir ucdan, içi kəsik başlarla
dolu çuvalları qəbul edir, növbəti qəbzlərə imza atır, ayağının altını hiss eləmədən, sonsuzluğa
çökən tək, etibarsız hakimiyyət qumluğunun içiylə harasa aşağı enir, dibə çökürdü; səhərlər isə
hər addımda, hər birindən yalnız dəniz görünən pəncərələrin qarşısında ayaq saxlayıb özü-özünə:
«Bu dünyada nələr baş verir? – deyirdi. – Saat artıq on birdir, bu evdə isə bircə adam belə gözə
dəymir! Burda kimsə var?..» - deyə ucadan çağırırdısa da, səsinə səs verən olmurdu. – Sarayda
tamam tək idi deyə, çox vaxt ona elə gəlirdi ki, öz sarayında yox, hardasa yad bir yerdədi. -
«Eşşəklərin belindən ağır yükləri boşaldıb yalın ayaqlarıyla dəhlizlər boyu, içi tərəvəz və toyuqla
dolu zənbilləri daşıyan bir düjün əsgərim hara yoxa çıxşdı?, gecələrlə solan güllərin əvəzinə,
təzələrini qoymaq üçün güldanların iyli sularını çölə töküb, üfunətli gölməçələr yaradan çərənçi
arvadlarım hanı?; «Susanna, yanım gəl, Susanna sevginin həsrətindəyəm…» mahnısını oxuya-
oxuya, quş qəfəslərinin havasını dəyişib içini təmizləyən, eyvanlarda süpürgələriylə xəlçələr
çırpan qadınlarım hanı?; hər qapının arxasında ayaq üstündə işəyən və sidiyiylə müşavirələr
zalının divarlarında dəvə şəkilləri çəkən sısqa, bic uşaqlarım hanı?; yazı stollarının
siyirtmələrində yumurtlayan toyuqları qova-qova otaqlardan çıxaran həyəcanlı məmurlarım
hanı?; ümumi tualetlərdə əsgərlərlə eyş-işrətlə məşğul olan fahişələrim hanı?; diplomatlara hürən
saysız-hesabsız itlərim hanı?; mənim iflic xəstələrimi pilləkənlərdən qovub, qızılgül kollarının
altında yatan cüzamlıları rədd eləyib, yaltaq əyanlarımı məndən kim uzaqlaşdırıb..?» O,
generalitetdən olan-qalan yaxın dostlarını, o birilərdən güclə ayırır, onlara, cangüdənlərin, yeni
yaxınlarının kürəyi arxasından baxırdı; ona, tərkibi tamamilə ayrı bir adam tərəfindən təsdiq
olunan Nazirlər Kabinetinin iclasında çıxış eləməyə böyük minnətlə icazə verirdilər; - bu, onun
fikirlərini qabaqlayaraq, bütün dövlət işlərini, onunla məsləhətləşmədən, həll edən qara, hüznlü
pencəkli, nişastalı yaxalıqlı altı elmlər doktoru idi. «Lənət şeytana! Hökumət mən özüməm!» -
deyə o, arada bir özündən çıxırdısa da, Xose İqnasio Saens de la Barra ona sakitcə: «Qətiyyən,
general! Siz, hökumət yox, hakimiyyətsiniz!» - deyə izah edirdi. Axşamlar o, darıxmaqdan
üzülə-üzülə, domino oynayır, tərəf müqabillərinin ən usta oyunçu olmasına baxmayaraq, üzücü
darıxmadan xilas ola bilmir, ha bic fəndlərlə üzləşirdisə də, bircə partiya belə uduzmaq ona
müyəssər olmurdu. Naharı hər dəfə, ən azı bir saat ona görə gözləməli olurdu ki, nəzarətçilər, hər
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
107
tikənin dadına bircə-bircə baxmadan, onu stola yaxın buraxmırdılar; gizli divar mücrülərindən,
içi bal dolu bankalar yoxa çıxmağa başlamışdı, odu ki, o, Saens de la Barraya şikayətlənərəki:
«Bu nə hakimiyyətdi? Məgər mən belə hakimiyyət deyirdim?» - deyirdi. Saens de la Barra da
cavab verirdi ki, ayrı cür hakimiyyət olmur. - «Olanı budur, general!» Bir zamanların büsatlı
cənnət həyatı - istirahət günlərinin bazarını xatırladan saray həyatı onun letargik yuxusuna
çevrildi və o, yeni həyatını, gündə-gündə dördcə saat, yerli radisostansiyanın verdiyi bədbəxt
sevgi barədə romana qulaq asmağın intizarında yaşamağa başladı; o, romanın hər fəslini, top
yelləncəyində uzana-uzana, əlində, içilməmiş meyvə şirəsiylə dolu stəkan tuta-tuta dinləyir,
gözləri dolur, növbəti fəsil başa çatanadan sonra, radioromanın baş qəhrəmanı olan cavan qızın
ölüb-ölməyəcəyi sualıyla özünü üzüb əldən salırdı. Xose İqnasio Saens de la Barra, bu barədə də
onun üçün informasiya toplayıb xəbər veridi ki: «Bəli, general, qız öləcək!» - «Qoy ölməsin,
lənət şeytana! - o, əmr etdi - qoy bütün adamlar kimi ərə gedib uşaq doğsun, sonra qocalıb
ölsün!» Və Saens de la Barra, generalın, hakimiyyət illuziyalarında rahatlığı üçün ssenarini
dəyişdirməyi əmr etdi. O gündən sonra radioromanların qəhrəmanları, onun icazəsi olmadan,
ölmür, əsərin keçmiş fəsillərində ölmüş personajlar onun arzusuyla dirilir, mənfi qəhrəmanlar
vaxtından əvvəl cəzalandırılır, müsbət qəhrəmanlar xoşbəxt olurdular; bu xoşbəxtliklər, onun
əmriylə baş tuturdu; bütün bunlar, fəaliyyət illuziyası yaradaraq, onun həyatına nə isə bir
dolğunluq gətirirdi; axı, lap çoxdannan, nə iləsə məşğul olmağa özünə iş tapmırdı; axşamlar, saat
səkkizdə, əlində lampa, öz malikanəsində gəzib dolaşdıqca, belə məlum olurdu ki, artıq kimsə
itləri yemləyib və prezident qvardiyasının otlaqlarının işığını söndürüb, kimsə qulluqçuya
yatmaq əmri verib və o yatıb; mətbəx - tərtəmiz yığışdırılmış, döşəmələr yuyulmuş, üstündə ət
doğranan taxtalar, qaşınıb karbolla dərmanlanmışdı; kimsə onun görəcəyi işləri artıq yerinə
yetirmişdi; sonra məlum olurdu ki, kimsə pəncərələrin şpinqaletlərini də endirib, kabinet
qapılarının açarlarının yalnız və yalnız onda olmasına baxmayaraq, bütün qapıları da
açarlamışdı; vestibuldən, onun yataq otağınacan asılan divar işıqları, o əlini düyməyə uzatmağa
macal tapmamış, bir-bir sönürdü və o, qaranlıqda əsir düşmüş monarx kimi, ayaqlarını ağır-ağır
çəkə-çəkə, izinə heç kim düşə bilməsin deyə, qara məxmərin içindəki mahmızını ardınca sürüyə-
sürüyə, əksi güzgülərə düşmədən, yeriyirdi; pəncərələrin önündən keçib getdikcə, həmin dənizi –
yanvar ayının Qəraib dənizini görürdü; o, dənizə düz iyirmi üç dəfə baxdı və iyirmi üç dəfənin
iyirmi üçündə də onu öz yanvar mənzərəsində – üzünə qırmızı örtük çəkilmiş cənnət bataqlığına
oxşar vəziyyətdə gördü. O, hər axşamını beləcə, bu minvalla keçirdi; həmin o avqust axşamı da
yenə hər şey olduğu kimi idi; qaranlıqda ayaqlarını xışıldada-xışıldada öz otağına getdiyi yerdə
o, yolüstü, hələ də melisa kolu bitən dibçək, çoxdan ölmüş quşların qəfəsləri, anasının, diri-diri
çürüyüb canını tapşırdığı əzablar kəcavəsi həmişəki yerində dayanan otağa – Bendisyon
Alvaradonun yataq otağına baş çəkdi. «Gecən xeyrə qalsın, ana!» - səssizcə deyib uzun
müddətdən bəri eşitmədiyi: «Gecən xeyrə qalsın, Allah amanatında, oğul!» - cavabını yenə də
eşitmədi. Anasının otağından çıxıb, işdi, əgər qalmaqal düşərsə, qaçıb aradan çıxmaq üçün
karına gələcək lampayla yoluna işıq saça-saça, öz yataq otağına gedirdi ki, birdən-birə bədəni
qorxudan qıc olub gərildi – lampanın işığı, hardasa qaralığın dibində, Lord Köxelin, kösöv kimi
işaran bəbəklərində közərirdi… kişi odekalonu ətri gəldi və general bu odekalon ətri gələn
adamın ona olan nifrətini, hakim gücünü hiss etdi. O, zülmət qaranlıqda duranın kim olduğunu,
əyninə parad kostyumu geyib bura, bu gecənin tarixi bir gecə olduğunu ona xatırlatmaq üçün
gələn adamın, Xose İqnasio Saens de la Barra olduğunu gözəl bilsə də: «Kim var burda?» - deyə
soruşdu. – «Bu gün on iki avqustdur, general! Böyük, tarixi bir gündür! Sizin hakimiyyətə
gəlişinizin düz yüzüncü ildönümüdür! Odur ki, general, dünyanın dörd bir tərəfindən qonaqlar
təşrif buyurub! Bəs necə?! Axı belə bayramda, ən uzun ömür ərzində belə, cəmi bircə dəfə iştirak
etmək müyəssər olur. Bu günü bütün ölkə qeyd edir, bəs siz?!» O, Xose İqnasiyonun inadkar
tələblərinə - bu yaddaqalan gecəni, xalqın gurultulu alqışları və odlu məhəbbətinin şüarları
altında keçirmək barədə bütün xahişlərinə cavab olaraq, öz yuxu kamerasına həmişəkindən bir az
da tez çəkilib, üç kilidi və üç qıfılı bağladı, üç zənciri çəkib soyunmadan, orden-medalsız, kobud
kətan formasında, sol tayı qızıl mazmızlı uzunboğazlarında döşəməyə uzanaraq, üzünü balışa
basan kimi, ovuclarına basdı və elə bu vəziyyətdəcə – öz əbədi vəziyyətində, bizim, onu bir vaxt
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
108
tapacağımız vəziyyətdə - quzğunların didib-dağıtdığı, dərisi min bir həşərat və dəniz yosunları
basdığı vəziyyətdə donub qaldı və yuxusuz gözələrinin içiylə, dumanlı şehin arasıyla uzaqdan
eşidilən bayram atəşfəşanlığının, şən musiqinin, təntənəli kilsə zənglərinin cingiltisini, şüarlar
çığıra-çığıra, lil axını kimi irəliləyən kütlələrin səsini eşitdi; o, bütün bunları eşidir,
qəmlənməkdən çox, təəccüblənir və öz-özünə: «Anam mənim, taleyim mənim, Bendisyon
Alvarado! O vaxtdan artıq düz yüz il keçir! Lənət şeytana, vaxt necə də tez gedir!» - dedi.
…Deməli o, elə ordaydı, özü də bu, onun oxşarı yox, məhz özüydü, qəbul salonunda, ziyafət
masasının üstündə, dünyasını dəyişmiş Papa kimi təmtəraqlı geyimdə, təpədən-dırnağacan gül-
çiçəyin içində, bir dəfə nə vaxtsa ölüb uzandığı kimi, həmin bu stolun üstündəcə çürüdüyü kimi,
sağlığındakı kin-küdurətindən bir az da qatı, kinli ölümüylə, içinə pambıq tıxanmış şişkin, ipək
əlcəklərdə, sinəsi, abırsız əlaltılarının düzüb-qoşduğu əldəqayırma müharibələrdəki uydurma
qalibiyyətlərinə görə qazandığı saysız-hesabsız orden-medallarla dolu, tovuzquşuna bənzər, al-
əlvan parad mundirində, uzunboğazının sol tayındakı qızıl mahmızıyla, çinlərindəki on ədəd
Kainat Generalının qəmli günəşiylə (bu rütbəni ona lap ölümqabağı vermişdilər) hamının görə
biləcəyi elə yaxın bir yerdə uzanmışdı ki, ilk dəfə onun real varlığına bizdə bircə damla belə
şübhə yeri qalmadı; hərçənd ki, əslinə qalsa, ictimaiyyətin nümayişinə çıxarılan, bizim müşavirə
zalında hələ də axıracan inana bilmədiyimiz rəsmi xəbərin hər sözünü götür-qoy elədiyimiz vaxt,
qonşu zalda şamların aram odunda elə bil get-gedə pörtüb qızaran bu meyit qədər bu dünyada
ona az oxşayan, hər ədasıyla ondan seçilən ikinci bir adam yəqin ki, tapılmazdı. – «Məni hərbi
yük maşınlarının boğuq uğultusu oyatdı: silah-sursatın, boyunlarından asılı avtomatların
ağırlığından beli bükülən yaşıl dəbilqəli əsgərlər dəstə-dəstə, hələ də adamsız səkilərlə
addımlayır, girişlərdə gizlənir, yol ayrıclarında dayanır, dövlət binalarının darvazaları önündə
ayaq saxlayırdılar; onlardan bəziləri günün altında bərq vuran lülələrini böyürlərinə qoyub, alış-
veriş küçəsindəki piştaxtaların altına uzanmışdılar, o birilər, ağır pulemyotlarını vitse-kralın
məhəlləsindəki evlərin damına çıxartmışdılar; butun bunları mən öz gözlərimlə gördüm;
patioadan yığdığım tər qərənfil dəstəsini qoymağa yer axtara-axtara, eyvanın qapısını açanda isə
əsgərlərin çəkmələrinin küt tappıltısını və kobud danışıqlarını eşitdim; leytenantın başçılığı
altında bir dəstə patrul onun-bunun qapısını döyəcləyib, alverə başlamaq istəyən dükanları
bağlamağı tələb edirdi. – «Əmri yuxarılar verib! Bu gün milli bayramdı!» Qərənfilin birini
leytananta tullayıb soruşdum ki, bu nə hay-həşirdi, niyə küçələrdə bu qədər əsgər var?!..
Leytenant gülü havadaca tutub əvvəl çiyinlərini çəkdi: «Biz də heç nə bilmirik, əzizim.» – dedi,
sonra mənə göz vurub uzun-uzadı qəhqəhə çəkdi, – «Bəlkə rəhmətlik dirilib, hə?» Bu sözlərdə
qəribə heç bir şey yox idi, əksinə, bizlərə, onun bu dünyadakı varlığının sona yetməsi,
dərkolunmaz və təəccüblü gəlirdi və biz onun, dövlət işləriylə maraqlanmadığı uzun illərdən
sonra ölüm yatağından qalxıb hakimiyyət cilovlarını yenidən əlinə yığdığına, tanış çıraqların,
əvvəlki vaxtlardakı kimi yandırıldığı ecazkar Hökumət İqamətgahının, ucu-bucağı görünməyən,
döşəməsi xalılı dəhlizləriylə enli, yastı dabanlarını həmişəki qaydasıyla, hələ əvvəlkindən bir
qədər də şövqlə sürüdüyünə daha asanlıqla inanırdıq; biz asanca inanırdıq ki, inəkləri qovan, ayrı
bir kəs yox, məhz o özüdür; – de Armas meydanının çatlaq plitələri arasından çırtlayan otu
qırpıb yeyə-yeyə aramla yeriyən, həmin o plitələrin üstündə, palma kölgəsinin altında otura-
otura, inəklərin yerişini əsgər çəkməsinin səsiylə qarışıq salan korun yanındaca otlayan inəkləri
də o qovmuşdu, küçələrdən hələ də inəklərin ayaq səsləri eşidilirdi və o, ölümə sinə gərərək,
evinə qələbəylə dönən xoşbəxt cəngavər haqqında şer söyləməyə başladı; şeri, əllərini, yarımçıq
tikililərin böyür-başında qıvrılan şitilləri laqeyd üzləriylə gövşəyən inəklərə açaraq, birnəfəsə
dedi – onlar üçün - yem üçün saray pillələrini qalxıb-enməyə öyrəşmiş inəklər üçün oxudu;
buralar inəklərin ürəyin yatırdı, odu ki, heyvanlar burda – çöl kameliyalarından çələng taxmış
musiqi ilahələrinin və Milli teatrın uçuq-sökük binasını bəzədiyi, liralarından meymunlar
sallandığı yerlərdə yem axtarmağa öyrəşmişdilər; susuzluqdan üzülən inəklər, vitse-kral
məhəlləsinin, yarıqaranlıq, sərin girişlərinə elə səs-küylə cumurdular, elə bil girişlərdə bir yığın
gül dibçəyi yerə dəyib çilik-çilik olurdu, sonra da, susuzluqdan yana-yana başlarını patiodakı
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
109
nohura soxurdular; heyvanlar nə qədər su içsələr də, onları buralardan qovan olmurdu, çünki
inəklərin hər birinin boynunda prezident möhürünün izləri gözə dəyirdi; hamı bu heyvanlara,
müqəddəs canlılar kimi baxırdı, hətta əsgərlər belə, ən dar, qızğın alver gedən küçələrdə onlara
yol verirdilər.
Küçə, həmişəki şən karnaval ovqatını, öz iblisanə cəlbediciliyini çoxdannan itirmiş, buşpritlər
dövründən bu yana zaman-zaman gəmirilərək, sınıq qabırğaya bənzəməyə başlayan şpanqout və
dorların, bir vaxtlar, dənizimiz olanda, gəmilərin, az qala alver piştaxtaları arasında lövbər
saldığı, təzə balıq və tərəvəz satılan ərazilərdə yaranmış üfunətli bataqlıqlarda çürüməkdə olan
lazımsız avadanlıqların zibilliyinə çevrilmişdi; onun prezidentliyinin ilk illəri, hind bazarının,
çevik alış-veriş aparıldığı boş pavilyonlardan axan qatı üfunəti havadan asılı qalmışdı; sonra
hindlilər də buralardan çıxıb getdilər, ona heç «sağ ol» da demədilər; – «Bunlara bir bax!» - deyə
o, onların ardınca, qocasayağı, səbrsiz hikkəylə çığırdı: - «İtilin, ingilislərin yanına, onların zir-
zibilini təmizləməyə!» Hindlilər onun sözlərini eşitmədilər, onlardan sonra bazarda, birdən-birə
hardansa - tilsimli boyunbağılar, ilan zəhərinə qarşı təmrinlər satan alverçilər peyda oldu,
çürüntüdən, zir-zibildən münbitləşmiş yaxın torpaqlarda isə, bir-birinin ardınca – isi, nazik
arakəsmələrlə bölünən, gecə-gündüz yeyilmiş patefon vallarının zəhlətökən xırıltısı altında eşq
macəraları altında cırıldayan çarpayıların səsi eşidilən xırda komalar bitməyə başladı; bu
çarpayılar, kilsə zəngləri milli matəmin başlanmasını elan edənəcən, əsgər qundaqları altında
darmadağın olub getdi. Bəli, kim nə deyir-desin, bu, əsl matəm idi… və kədər də saxta deyildi,
çünki onun, uzun müddətdən bəri həsrətlə gözlədiyimiz ölümü, bizim özümüzdə də çox şeyi
aşkar eləmişdi və hər şeydən əvvəl, onun tutulduğu hansısa monarx mərəzindən gəbərəcəyini,
dəfələrlə ağızdan-ağıza gəzən, hər dəfə də yalan çıxan ölüm xəbərinin, nəhayət ki, həqiqət
olacağını ümidsizliklə gözləyirdik ki, bunu gözləyə-gözləyə, özümüz az qala öldük, quruyub
qaxaca döndük və indi biz, onun son gedişinə, bunun, yenə həqiqət olmadığına görə yox, ona
görə inanmırdıq ki, daha buna, özümüz inanmaq istəmirdik, çünki artıq qəlbimizin dərinliyində
onun ölümünü istəmirdik; biz artıq təsəvvürümüzə belə gətirmirdik ki, ondan sonra necə
yaşayacağıq, ümumiyyətlə, onun əsaslı yer tutduğu həyatımız, onsuz necə davam edəcək. - «O,
mənim üçün hər şey idi… bu adam mənə, heç bir kişinin verə bilmədiyi, on iki illik xoşbəxtlik
bəxş etmişdi! Onu lap çoxdannan – fermanın xırda pəncərəsindən şorgöz-şorgöz bizlərə – saat
beşdə məktəbdən qayıdan mavi paltarlı qızlara baxıb: «Ah, anam mənim, Bendisyon Alvarado,
bu sütül bədənlər necə də gözəldi!?» - dediyi vaxtlardan yadımda saxlamışam. Biz onun ac
gözlərini, səfir Fourbisin göndərdiyi nabatların cingiltisini qızlara eşitdirmək üçün, içi nabatla
dolu yaraşıqlı bankanı cındır əlcəkli əlində oynada-oynada atıb-tutduğunu görürdük və çönüb
qaça-qaça, ordan uzaqlaşırdıq; tək bircə dəfə - heç kəsin görmədiyini dəqiqləşdirib, oğrun-oğrun
pəncərəyə yaxınlaşdım, əlimi güllü bankaya uzatdım, nabatların səsi çox cəlbedici idi; o, mənim
əllərimi möhkəmcə, eyni zamanda incə-incə sıxdı, məni, yumşaq pələng hərəkətləriylə havaya
qaldırdı, heç bir ağrı vermədən, pəncərədən içəri elə saldı ki, formamın bircə qırçını belə
əzilmədi; sonra məni, qatı sidik iyi verən samanlığa uzadıb, mənə nə isə demək üçün ağzını
açdısa da danışa bilmədi; onun dili, elə bil damağına yapışmışdı, mənə elə gəldi ki, o, məndən
çox qorxuya düşüb; ürəyi elə vururdu ki, hər döyüntüsü, sinəsinə yapışmış köynəyindən hiss
olunurdu; rəngi ağappaq ağarmışdı, gözləri yaşarmışdı; bu göz yaşlarını, sonralar mənimlə yatan
heç bir kişinin gözündə görmədim; o, qırmaq kimi iti barmaqlarıyla mənim titrək bədənimi
dinməz-söyləməz, elə qüvvətlə, elə ehtiras və incəliklə əlləşdirirdi ki, bu həzzi mən bir daha heç
kimdən duymadım; barmaqları qarnım boyu üzüyuxarı sürüşür, arada bir, qıcolmuş kimi gərilirdi
və mən, bu əllərin altında döşlərimin gilələrinin böyüyüb qönçə kimi açıldığını hiss edir,
samanlığın içində ağnaya-ağnaya, yad kişi təri qoxuyan nəm köynəyə bir az da bərk sıxılırdım;
daha ona səfir Beyldriçin nabatları lazım olmadı – indi daha mən özüm, samanlıqda məni əlində,
içi yeməklə dolu zənbillə gözləyən qəmli, lakin, sağlam ürəkli bu adamın qucağına yetişmək
dəqiqələrini bir daha yaşamaq xoşbəxtliyi ilə tövlənin pəncərəsindən içəri soxulurdum; o, mənim
bədənimin iylərini çox sevirdi, mənə də bu iyləri sevməyi öyrətmişdi; o, bizim yediyimiz
yeməklərə də, iyimin hopmasını istəyirdi: «Ləzzətlisən, - o pıçıldayırdı – əcəb dizin var… sənin
öz şirəndə bişmiş böyrəklərini, tərinin duzuna batırıb elə yeyərdim ki...» O, sabahı olmayan hər
|