Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə29/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

147 


şəxsi və sarsılmaz hisslərə sədaqətinə görə indi Uinstonun xatırlaya bilmədiyi hansısa yolla 

özünü qurban verməyi həyatda qalıb yaşamaqdan üstün tutmuşdu. Başa düşürdü ki, indi belə 

şeylər əsla təkrarlana bilməz. Indi qorxu, nifrət, ağrı var, lakin hisslərdəki ləyaqət yoxdur, dərin, 

yaxud hər şeyi ehtiva edən kədər yoxdur. Uinston bütün bunları neçə yüz fut dərinlikdə, hələ də 

batmaqda olan anası ilə bacısının yaşılımtıl su laylarının altındakı geniş açılmış gözlərində 

görürdü.  

Yumşaq otlu çəmənlikdə dayanmışdı. Qüruba meyillənməkdə olan yay günəşinin şüaları altında 

hər tərəf qızılı rəngə çalırdı. Bu mənzərə yuxusuna elə tez-tez girirdi ki, həmin yeri gerçək 

həyatda həqiqətən də görüb-görmədiyini heç vaxt dəqiqləşdirə bilmirdi. Ayılandan sonrakı 

düşüncələrində Uinston günəş nurunda çimən o çəmənliyi Qızıl Ölkə adlandırmışdı. Bir qədər 

örənimiş, bəzi yerlərdə otunu dovşanların didişdirdiyi çəmənlik... Ortasından cığır keçirdi. 

Cığırın kənalarında göstəbəklərin yerdən qazıb çıxardıqları torpaq topaları vardı. Külək canlı 

hasar kimi çəmənliyin kənarında sıralanmış qarağacların budaqlarını ahəstə-ahəstə silkələyirdi. 

Sıx yarpaqlar qadın saçları kimi dalğalanırdılar. Haradasa lap yaxınlıqda, gözə görünmədən 

balaca çay axırdı. Sahilində, söyüd budaqlarının üzərinə kölgə saldığı kiçik nohurlarda isə, 

balıqlar sayrışırdı.  

Qara saçlı qız çəmənlikdən keçib ona tərəf gəlirdi. Əlinin ani hərəkəti ilə paltarını parçalayıb 

bıqmış, usanmış kimi bir kənara tulladı. Bədəni hamar və ağ idi, lakin Uinstonda heç bir istək 

doğurmurdu. Ona yalnız gözucu baxmaqla kifayətləndi. Hər şeydən çox qızın paltarını cıraraq 

nümayişkaranə əda ilə kənara atması xoşuna gəlmişdi. Hərəkətinin zərifliyi və saymazyanalığı 

ilə sanki bütün bir mədəniyyətin, bütün bir düşüncə sisteminin üstündən xətt çəkmiş, Böyük 

Qardaşı, Partiyanı, Fikir Polisini-hamısını bu parlaq jestlə yox edib heçliyə döndərmişdi. Bu zərif 

əl hərəkəti də əski zamanların yadigarı idi. Uinston dodaqlarında "Şekspir" kəlməsi ilə yuxudan 

ayıldı.  

Teleekran bir not üzərində otuz saniyədən bəri davam edən uzun, qulaqbatırıcı fit çalırdı. Saat 

səhər 7.15-i göstərirdi. Fit işə gedənləri yuxudan oyatmaq üçün verilirdi. Uinston yataqdan 

qalxdı. Lüt yatırdı, çünki Kənar Partiyanın üzvlərinə ildə yalnız üç min kuponluq paltar talonu 

verirdilər. Təkcə bir pijamanın qiyməti isə 600 kupon idi. Stulun başına atdığı köhnə mayka-

tumanı götürüb geyindi. Üç dəqiqədən sonra Səhər Gimnastikası başlanacaqdı. Öskürək isə 

Uinstonu ikiqat eləmişdi. Səhərləri adətən belə dəhşətli öskürəklə açırdı. Ciyərlərində hava 

çatmadığından boğulurdu. Yalnız təzədən arxası üstə yatağına uzanıb bir neçə dəfə dərindən 

nəfəs alandan sonra tənəffüsünü nisbətən qaydaya sala bilirdi. Öskürəyin şiddətindən damarları 

şişib genişlənir, ayağının varikoz yarası qaşınmağa başlayırdı.  

- Otuz yaşdan qırx yaşadək olanlar qrupu!-Teleekrandan cingiltili qadın səsi eşidilirdi. - Otuz 

yaşdan qırx yaşa qədər olanlar! Çıxış vəziyyəti alın. Otuz yaşdan qırx yaşa qədər! 

Uinston teleekranın qarşısında özünü qurudub dayandı. Ekranda artıq əynində qısa tuman, 

ayağında gimnast ayaqqabıları olan nisbətən gənc görünüşlü, lakin bədəninin damarları çıxmış 

qadın görünürdü. 

-Qollarınızı yuxarı qaldırıb sonra yana açın! -deyə o, komanda verirdi. -Ardımca təkrar edin. 

Sayla başla! Bir, iki,üç, dörd! Bir, iki, üç, dörd! Bir az cəld tərpənin, yoldaşlar. Çalışın 

hərəkətlərinizdə canlılıq olsun. Bir, iki, üç, dörd! Bir, iki, üç, dörd! 

Öskürək ağrıları gördüyü yuxunun təsirini hələ də Uinstonun beynindən çıxara bilməmişdi. 

Səhər idmanının ritmik hərəkətləri isə bəzi təfərrüatları sanki yaddaşında yenidən canlandırırdı. 

Adətkərdə şəkildə qollarını yuxarı qaldırıb yana açır, sifətinə Səhər Gimnastikası üçün zəruri 

olan məmnunluq ifadəsi verir, eyni zamanda ilk uşaqlıq illərinin dumanlı xaytirələrini yada 

salmağa çalışırdı. Bu son dərəcə çətin idi. Əllinci illərdən arxada qalan hadisələrin hamısı 

yaddaşından silinmişdi. Üz tuta biləcəyin hansısa yazılı qeydlər olmayanda hətta şəxsi həyatın 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

148 


təfərrüatlarını xatırlamaq da çətinlik törədirdi. Əslində, bəlkə də gerçək həyatda baş verməyən 

diqqətəlayiq hadisələr göz önündə canlanırdı. Təbiətinə, ruhuna nüfuz edə bilmədiyin proseslərin 

təfərrüatları yadına düşürdü. Arada isə tamamilə unudulmuş bütöv zaman kəsimləri qalırdı. O 

vaxtlar hər şey tamam fərqli idi. Hətta ölkələrin adları, onların xəritədəki sərhədləri də 

indikindən fərqlənirdi. Məsələn, o zaman Birinci Uçuş Zolağı hələ indiki adını daşımırdı, 

Ingiltərə, ya da Britaniya adlanırdı. London isə, - bu məqam Uinstonun yadında dəqiq qalmışdı, - 

həmişə London olmuşdu.  

Uinston ağlı kəsəndən sonra ölkənin müharibə vəziyyətində olmadığı dövrü heç cür xatırlaya 

bilmirdi. Lakin uşaqlıq illərinin böyük bir hissəsinin sülh şəraitində keçdiyi dəqiq yadında idi. Ilk 

xatirələrindən biri hamını heyrətdə qoyan gözlənilməz hava hücumu ilə bağlı idi. Bəlkə 

Kolçesterə atom bombasını da elə o vaxt atmışdılar. Hava hücumnun özünü xatırlamırdı. Amma 

atasının əlindən bərk-bərk yapışdığı və yay kimi burula-burula üzü aşağı, yerin altına uzanan 

pilləkənlərlə endikləri yadında idi. Ayaqları dəmir pillələrə toxunduqca hər tərəfə boğuq tappıltı 

səsi yayılırdı. Uinston yoruldu. Zıqqıldamağa başladı. Atası bunu görüb bir az nəfəs dərmələri 

üçün dayandı. Anası həmişəki kimi öz xəyal aləminə qapılaraq onlardan xeyli arxada asta 

addımlarla gəlirdi. Qucağında, deyəsən, südəmər bacısını tutmuşdu. Bəlkə də səhv edirdi, bəlkə 

də bu, yatacaq dəstinin yığıldığı adi boğça idi. Uinston o vaxtlar artıq balaca bacısının olduğuna 

qəti əmin deyildi. Nəhayət, nisbətən işıqlı, səs-küylü, izdihamlı yerə çatıb dayandılar. Buranın 

Metro stansiyası olduğunu başa düşdü.  

Adamlar daş döşəməyə sərələnmişdilər. Bəziləri az qala bir-birlərinin belinə minərək dəmir 

arakəsmələrin üstündə özlərinə yer eləmişdilər. Uinston, atası və anası döşəmədə yer tapdılar. 

Yaxınlıqdakı dəmir arakəsmənin üstündə bir qoca ilə qarı yan-yana oturmuşdu. Qocanın əynində 

abırlı qara kostyum vardı. Qara kepkasını ağappaq saçlarının üstündən bir qədər arxaya, 

peysərinə tərəf sürüşdürmüşdü. Sifəti tünd qırmızıya çalırdı, mavi rəngli gözləri yaşla dolmuşdu. 

Qocadan möhkəm cin iyi gəlirdi. Iy tək ağzından deyil, bütün bədənindən yayılırdı. Sifətindən 

tər əvəzinə cin tökülürdü. Gözlərindən də yaş yerinə tərtəmiz cin axdığını düşünmək olardı. 

Qoca sərxoş idi. Amma bununla belə, bütün görkəmindən həqiqi və dözülməz dərd içərisində 

çırpındığı aydın sezilirdi. Hətta Uinston uşaq ağlı ilə qocaya dəhşətli bədbəxtlik üz verdiyini 

anlamışdı. Bu bədbəxtliyə görə nə adamın günahından keçmək, nə də axtarıb çarəsini tapmaq 

mümkün idi. Uinston nə baş verdiyini də təxmin edirdi. Bədbəxtliyin, hətta fəlakətin səbəbini də 

bilirdi. Qocanın çox sevdiyi yaxın bir adamı, bəlkə də balaca qız nəvəsi öldürülmüşdü. Hər iki-

üç dəqiqədən bir o, eyni sözləri təkrarlayırdı.  

- Onlara inanmamalı idik. Axı, mən sənə dedim, qarı. Axı, bunu sənə dedim. Bu da 

inanmağımızın nəticəsi. Mən həmişə demişdim. Bu quzğunlara inanmaq olmazdı.  

Etibarı itirmiş quzğunların kimliyini Uinston xatırlaya bilmirdi.  

O vaxtdan bəri dava arası kəsilmədən davam edirdi. Əslində fasiləsiz savaşın eyni bir müharibə 

olduğunu söyləmək çətin idi. Uşaqlıq illərində bir neçə ay dalbadal hətta Londonun küçələrində 

aramsız döyüşlər getdiyi yadına gəlirdi. Hətta o döyüş səhnələrindən bəzilərini yaxşı xatırlayırdı. 

Amma həmin dövrün tarixini izləmək, kimin kimlə vuruşduğunu söyləmək mümkün deyildi. 

Çünki müharibə haqqında, mövcud qüvvələr nisbəti haqqında indikindən fərqli görünə biləcək 

heç bir yazılı sənəd, heç bir şifahi əhvalat, heç bir xatırlatma qalmamışdı. Məsələn, indi, 1984-cü 

ildə (əgər həqiqətən də 1984-cü ildirsə!) Okeaniya Avrasiya ilə müharibə aparırdı. Istasiya ilə 

sülh vəziyyətində idi. Heç kəs nə aşkarda, nə də gizlində bu üç dövlətin qarşılıqlı münasibətlərini 

əvvəlki dövrlərdə hansı şəkildə qurduqlarını təsəvvürünə də gətirə bilməzdi. Ancaq Uinston 

Okeaniyanın yalnız son dörd ildə Avrasiya ilə müharibə apardığını, Istasiya ilə müttəfiq 

olduğunu dəqiq bilirdi.. Bu gizli məlumatın çox cüzi hissəsindən xəbərdar olan tək-tük 

adamlardan biri idi. Çünki hələlik yaddaşı yetərincə nəzarət altında deyildi. Düşmənlə müttəfiqin 

yerdəyişməsi haqqında isə heç zaman rəsmi məlumat verilmirdi. Əgər Okeaniya Avrasiya ilə 

müharibə vəziyyətindədirsə, deməli, Okeaniya həmişə Avrasiya ilə müharibə aparmışdır. İndiki 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

149 


düşmən həmişə şər və pisliklırin daimi təcəssümü sayılırdı. Deməli, nə keçmişdə, nə də 

gələcəkdə onunla hər hansı razılığın əldə edilməsini təsəvvürə gətirmək imkan xaricində idi.  

"Ən dəhşətlisi isə budur ki, -Uinston belinin ağrısından güclə nəfəs alaraq (indi əllərini çanaq 

sümüyünün üstünə qoyub bütün gövdələrini oynadırdılar, bu xüsusi ilə kürək əzələləri və fəqərə 

sütunu üçün faydalı sayılırdı) fikrində bəlkə də on mininci dəfə eyni mətləbin üzərinə qayıdırdı,-

ən dəhşətlisi isə budur ki, iddia edilənlər əslində doğru da ola bilər. Əgər Partiya keçmişə əl 

uzadıb olmuş bir hadisənin heç zaman baş vermədiyini deyirsə, bu, işgəncə və ölümdən də 

dəhşətli deyilmi?"  

Partiya Okeaniyanın heç zaman Avrasiya ilə müttəfiq olmadığını deyir. O, Uinston Smit isə 

dəqiq bilir ki, dörd ildən də az müddət bundan öncə Okeaniya ilə Avrasiya müttəfiq idilər. Lakin 

həmin məlumat harada əks olunub? Yalnız onun yaddaşında. Onu, Uinston Smiti isə istənilən 

halda tezliklə yox edəcəklər. Əgər qalan hamı Partiyanın yalanını qəbul edirsə, əgər bütün 

sənədlərdə eyni nağıl yazılırsa, onda bu yalan mütləq tarixə köçəcək və həqiqətə çevriləcək. 

Nahaq yerə Partiya şüarında deyilmir ki, "Keçmişə hökm edən gələcəyə də hökm edir. Bu günə 

hökm edən keçmişə də hökm edir". Lakin münasibət baxımından dəyişkən olan keçmiş özünün 

əsas mahiyyəti ilə heç vaxt dəyişikliyə məruz qalmamışdı. Indi həqiqət sayılanlar əsrlər boyu da 

həqiqət olmuşdu. Hər şey çox bəsitdir. Sadəcə, yaddaş üzərində arasıkəsilməz qələbələr çalmaq 

lazımdır. Buna "Gerçəkliyə nəzarət", Yenidildə isə "ikifikirlilik" deyilir.  

- Azad! - deyə sifəti bir az mülayimləşən gimnastika müəllimi komanda verdi.  

Uinston əllərini yana saldı. Asta-asta nəfəs almağa başladı. Ağlı ikifikirliliyin keçilməz 

labirintlərinə dalmışdı. Bilə-bilə bilməmək, həqiqətə tam sahib olduğun halda diqqətlə 

düşünülmüş yalanlara rəvac vermək, biri digərini istisna edən iki fikrin tam zidd olduqlarını 

anladığın halda onların ikisinə də tərəfdar çıxmaq, məntiqi məntiqlə öldürmək, əxlaqdan danışıb 

əxlaqı məhv etmək, demokratiyanın qeyri-mümkünlüyünə inanmaq və Partiyanın 

demokratiyanın keşiyində dayandığını söyləmək, unudulması zəruri sayılanı unutmaq, ehtiyac 

duyulanda isə onu yenidən yaddaşda canlandırmaq və yenidən yaddaşdan qoparıb atmaq, ən 

başlıcası isə, eyni bir prosesi həmin prosesin özünə tətbiq etmək...Məsələnin ən incə məqamı da 

elə bunda idi: şüurlu şəkildə şüurun üzərindən xətt çəkmək və bu zaman şüurlu özünühipnozla 

məşğul olduğunu dərk etməmək! Hətta "ikifikirlilik" məhfumunun özünü anlamaq üçün 

ikifikirlilikdən yararlanmaq lazım gəlirdi.  

Gimnastika müəllimi yenidən farağat vəziyyəti almağı əmr edirdi.  

- İndi isə baxaq, kim əl barmaqlarının ucunu ayaq barmaqlarına toxundura bilir-deyə 

əvvəlkindən də həvəslə danışırdı. - Dizlərinizi əyməyin, yoldaşlar! Bir-iki! Bir-iki! 

Uinston bu təmrinə nifrət edirdi. Gərgin vəziyyətdə dayandığından yançaqlarından tutmuş 

topuğuna qədər bütün ayağı sızıldayırdı. Çox vaxt səhər idmanı öskürək tutması ilə nəticələnirdi. 

Düşüncələrindəki həzin ovqat dərhal yoxa çıxdı. Fikirləşirdi ki, keçmiş sadəcə dəyişdirilmıyib, 

keçmiş yerli-dibli məhv edilib. Hətta ən bəsit fakt da sənin yaddaşından başqa heç yerdə təsbit 

olunmayıbsa, onun gerçəkliyini necə sübut edə bilərsən? Böyük Qardaş haqqında ilk dəfə nə 

zaman eşitdiyini xatırlamağa çalışdı. Deyəsən, haradasa 60-cı illər idi. Amma indi bunu 

dəqiqləşdirmək qeyri- mümkündür. Təbii ki, Partiyanın tarixi ilə bağlı mənbələrdə Böyük Qardaş 

sadiq əsgər və lider kimi öz yerini Inqilabın ilk günlərindən başlayaraq tutmuşdur. Tədricən onun 

qəhrəmanlıqları daha geriyə və daha dərinlərə-başlarına silindr adlanan əcaib şlyapalar qoymuş 

kapitalistlərin London küçələrində iri, par-par yanan avtomobillərdə və at qoşulmuş yanı şüşəli 

ekipajlarda gəzdikləri əfsanəvi 30-40-cı illərə tərəf sürüşdürülmüşdü. Bu nağıllarda nə qədər 

həqiqət, nə qədər yalan olduğu artıq heç kimə bəlli deyildi. Uinston Partiyanın özünün nə zaman 

yarandığını xatırlaya bilmirdi. Hətta "ingsos" sözünü də 60-cı illərdən əvvəl eşitməsi ona 

inandırıcı görünmürdü. Amma təbii ki, bu söz özünün Köhnədildəki "ingilis sosializmi" 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

150 


variantında daha əvvəllər də mövcud olmuşdu. Hər şey dumana bürünüb itirdi. Ən aşkar 

yalanlara qarşı çıxmağa da heç kimdə cəsarət çatmırdı. Məsələn, Partiya tarixi kitablarında iddia 

edildiyi kimi, təyyarənin ilk dəfə Partiya tərəfindən ixtira olunması həqiqətdən çox uzaq idi. 

Təyyarələri lap uşaqlıq illərindən xatırlayırdı. Lakin nəyi isə sübuta yetirmək mümkün deyildi. 

Çünki heç bir sənəd-sübut qalmamışdı. Uinston bütün həyatı boyu yalnız bir dəfə tarixi faktın 

saxtalaşdırılması ilə bağlı təkzibolunmaz sənədi əlində tuta bilmişdi. Onda da... 

- Smit, - teleekrandan gimnastika müəlliminin deyingən səsi eşidildi. - 6079! Smit U! Bəli, siz!. 

Axıra qədər əyilin. Tənbəllik etməsəniz bacararsınız. Amma özünüzü əziyyətə salmaq 

istəmirsiniz. Əyilin, bir az da əyilin. Indi daha yaxşıdır, yoldaş. Sərbəst hərəkətə keçid. Qrup, 

ardımca təkrar edin.  

Uinstonun bədənini isti tər basmışdı. Sifətində isə bir əzələ də tərpənmirdi. Ruhdan düşdüyünü 

heç vəhclə büruzə vermək olmazdı. Əsəbiləşdiyini hec vəhclə göstərmək olmazdı. Özünü ələ 

vermək üçün bircə dəfə nəzərlərini yayındırmağın kifayətdir. O, yerində dayanıb gimnastika 

müəlliminin əllərini başı üzərinə qaldırmasına, yalnız zərif bir hərəkətlə deyil, həm də məharət 

və cəldliklə qaldırmasına, sonra isə əyilərək əl barmaqlarını ayaq barmaqlarının ucuna 

toxundurmasına tamaşa edirdi.  

- Bax belə, yoldaşlar! Sizin də bu hərəkəti təkrar etməyinizi istəyirəm. Bir də baxın. Mənim otuz 

doqquz yaşım var, dörd uşaq anasıyam. Baxın.  

Qadın yenidən aşağı əyildi. 

- Görürsünüz, mənim dizlərim qətiyyən tərpənmir. Istəsəniz siz də belə edə bilərsiniz, - qadın 

belini düzəldərək dilləndi. - Qırx beş yaşından aşağı hər kəs asanlıqla ayaq barmaqlarına toxuna 

bilər. Bizə ön atəş xəttində vuruşmaq səadəti nəsib olmayıb. Amma ən azı özümüzü formada 

saxlamağa borcluyuq. Malabar cəbhəsindəki döyüşçülərimizi yada salın! Üzən Qalalardakı 

dənizçilərimizi xatırlayın! Görün, onlar necə çətinliklərlə üzləşirlər. Gəlin, bir də sınaqdan 

keçirək. Bax, indi yaxşıdır, yoldaş, çox yaxşıdır!-deyə o, bütün iradi qüvvəsini toplayıb son bir 

neçə ildə ilk dəfə əlini ayaq barmaqlarına toxundurmağı bacaran Uinstonu təriflədi.  

IV fəsil 

Teleekran yaxında olsa da Uinston iş gününü heç cür tərgidə bilmədiyi ümidsizcəsinə, sinə 

dolusu ah çəkməklə başladı. Nitqyazarı qabağına çəkdi, mikrofonun tozunu sildi, eynəyini 

gözünə taxdı. Sonra masanın sağ tərəfindəki pnevmatik borudan düşən dörd kağız bürməsini açıb 

hamarladı və sancaqla bərkitdi. 

Kabinəsinin divarlarında üç çıxış yeri, yaxud yuvacıq vardı. Nitqyazardan sağ tərəfdəki kiçik 

pnevmatik boru yazılı tapşırıqların, sol tərəfdəki isə qəzetlərin alınması üçün nəzərdə 

tutulmuşdu. Yanda, əlinin çatacağı məsafədə məftil torlu qapağı olan daha böyük yuva yerləşirdi. 

Bura lazımsız kağızları atırdılar. Belə yuvacıqlar binada minlərlə, bəlkə də on minlərlə idi. Onlar 

təkcə otaqlarda deyil, qısa məsafələrlə koridorlarda da yerləşdirilmişdi. Adını nədənsə yaddaş 

yuvası qoymuşdular. Əməkdaşlardan biri hansısa istifadə müddəti bitmiş sənəddən canını 

qurtarmaq istəyirdisə, yaxud döşəməyə düşmüş təsadüfi kağız parçası görürdüsə, dərhal 

yaxınlıqdakı yaddaş yuvasının qapağını qaldırır, əlindəkini ora atırdı. Isti hava cərəyanı lazımsız 

sənədi, yaxud kağız parçasını sorub binanın zirzəmisində yerləşən nəhəng sobalara aparırdı.  

Uinston hamarlayıb qarşısına qoyduğu vərəqlərə baxdı. Hərəsində Nazirlikdə işlədilən teleqraf 

jarqonunda bir-iki sətirlik tapşırıq yazılmışdı. Tapşırıqların dili hələ tam Yenidil deyildi, lakin 

daxili məqsədlər üçün istifadə olunan çoxsaylı Yenidil ünsürləri ilə zəngin idi.  

tayms 17.03.84 bq nitq yanlış afrika dəqiqləşdirməli 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

151 


tayms 19.12.83 qarşıdan gələn 83 il 4 rüb 3 ip mətbəə xətaları, cari sayla uyğunlaşdırmalı 

tayms 14.12.84 minrifah yanlış şokolad dəqiqləşdirməli  

tayms 03.12.83 bq nitq ikiqat mənfi mövcud olmayanların xatırlanması arxiv üçün əvvəldən sona 

yenidən yazmalı 

Uinston məmnunluq hissi ilə dördüncü vərəqi bir tərəfə itələdi. Xüsusi məsuliyyət tələb edən 

dolaşıq məsələ idi. Onu axıra saxlamaq daha yaxşıdır. Qalan üçü əlinin artıq öyrəşdiyi adi işlərdi. 

Amma ikinci ilə bağlı bəzi rəqəmlərin dəqiqləşdirilməsi kimi yorucu axtarışla məşğul olmaq 

lazım gələcəkdi.  

Uinston teleekranda "geri tarixlə" sözlərini yığıb Tayms-ın tapşırıqlarda göstərilən köhnə 

saylarını tələb etdi. Bir neçə dəqiqədən sonra pnevmatik boru onları önünə, masanın üstünə atdı. 

Göndərilən saylarda bu və ya digər səbəbə görə dəyişdirilməsi, rəsmi dillə deyilsə, 

dəqiqləşdirilməsi tələb olunan məqalələr və məlumatlar vardı. Məsələn, Böyük Qardaşın Tayms-

ın 17 mart tarixli sayında çap edilmiş bir gün əvvəlki nitqində Cənubi Hindistan cəbhəsində 

sakitlik olacağı, Avrasiya qoşunlarının isə tezliklə Şimali Afrikada hücum əməliyyatlarına 

başlayacaqları bildirilirdi. Amma tezliklə bunun tam əksinə olaraq Avrasiya orduları Cənubi 

Hindistanda hücuma keçmişdilər. Şimali Afrikada isə heç bir fəallıq nəzərə çarpmamışdı. Böyük 

Qardaşın nitqinin bu hissəsini yenidən elə yazmaq lazım idi ki, o, hadisələrin məhz bu ssenari 

üzrə inkişafının dəqiq proqnozunu vermiş olsun.  

Yenə Tayms özünün 19 dekabr tarixli sayında 1983-cü ilin dördüncü, yaxud Doqquzuncu Üçillik 

Planın altıncı rübü üçün müxtəlif çeşidli zəruri istehlak malları istehsalının rəsmi proqnozlarını 

çap etmişdi. Qəzetin bu günkü sayında isə faktiki istehsal haqqında məlumat verilirdi. Buradan 

da ilkin rəqəmlərlə gerçək istehsal arasında böyük fərqlər aşkara çıxırdı. Uinston proqnozu 

faktiki göstəricilərlə uyğunlaşdırmalı idi. Üçüncü vərəqdə söhbət düzəldilməsi iki dəqiqənin işi 

olan adi yanlışlıqdan gedirdi. Az öncə, fevral ayında Rifah Nazirliyi 1984-cü ildə şokolad 

normasının azaldılmayacağını bildirmişdi (rəsmi məlumatda bu, "qəti bəyan etmişdi" şəklində 

verilmişdi). Əslində isə, artıq Uinstonun teleekrandan qulağı ilə eşitdiyi kimi, gələn həftənin 

sonundan etibarən normanın 30 qramdan 20 qrama endiriləcəyi elan olunmuşdu. Indi Rifah 

Nazirliyinin son xəbərdarlığı ilə ilkin vədinin yerini dəyişdirmək, normanın azaldılacağının hələ 

fevralda nəzərdə tutulduğunu yazmaq lazım idi. 

Uinston ilk üç tapşırığı yerinə yetirib islah edilmiş vərəqələri nitqyazardan çıxardı, Tayms-ın 

müvafiq sayları ilə birlikdə pnevmatik boruya qoydu. Sonra vərdişkar hərəkətlə alınan 

tapşırıqları və onların üzərində işləyərkən elədiyi qeydləri bürmələyib yandırılmaq üçün yaddaş 

yuvasına atdı.  

Pnevmatik boruların uzanıb getdiyi gözəgörünməz labirintlərdə nələr baş verdiyini dəqiq 

bilmirdi. Lakin ümumi təsəvvürü vardı. Tayms-ın göstərilən sayı ilə bağlı zəruri düzəlişlər 

aparıldıqdan və bir daha yoxlandıqdan sonra həmin say əvvəlki tarixlə yenidən çap olunub cildə 

tikilməli, köhnə say isə məhv edilməli idi. Bu arasıkəsilməz dəyişmə, yeniləmə əməliyyatı yalnız 

qəzetlərin üzərində aparılmırdı. Hər hansı ideoloji, yaxud siyasi əhəmiyyət kəsb edən bütün 

zehni əmək məhsulları-kitablar, jurnallar, broşüralar, plakatlar, intibahnamələr, filmlər, 

fonoqramlar, karikaturalar, fotolar da eyni qayda ilə günün tələblərinə uyğun şəklildə 

dəyişdirilirdi. Günbəgün, bəlkə dəqiqəbədəqiqə keçmiş bu günlə uyğunlaşdırılırdı. Ona görə də 

sənədlər vasitəsi ilə Partiyanın istənilən öncəgörməsinin tam qəqiq və əsaslı olduğunu sübut 

yetirmək mümkün idi. Bu sənədlərdə artıq günün ehtiyacları ilə zidd səslənən heç bir xəbərə, heç 

bir fərqli fikrə təsadüf edilmirdi. Tarix sanki köhnə perqament parçası idi; onu qaşıyıb təmizləyir 

və tələbə uyğun şəkildə yenidən yazırdılar. Bu iş başa çatdırılandan sonra saxtakarlığı sübuta 

yetirmək üçün əldə daha heç bir tutalqa, heç bir dəlil qalmırdı. 


1   ...   25   26   27   28   29   30   31   32   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə