–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
157
Cini qulpsuz çini fincanlarda verirdilər. Dolu zaldan keçib podnosdakı yeməkləri metal masanın
üstünə düzdülər. Küncdə kimsə sous dağıtmışdı. Qatı, ürəkbulandıran məhlul qusuntunu
xatırladırdı. Uinston fincanı götürdü, sanki cəsarətini toplamaq üçün azacıq ara verdi və
yağımsov mayeni birnəfəsə başına çəkdi. Gözlərini yumub-açdı. Yalnız indi bərk acdığını hiss
elədi. Şorbanı qaşıqlayıb yeməyə başladı. Boz-bulanıq mayenin içərisindən qaşığına arabir şişib
formasını itirmiş qırmızımtıl kubiklər çıxırdı. Yəqin ət məhsulu sayılırdı. Kasalar boşalana qədər
heç biri danışmadı. Uinstonun sol tərəfində, arxadakı masada kimsə tez-tez və aramsız danışırdı.
Kobud səsi eynən ördək qaqqıltısını xatırladır, yeməkxananı bürümüş ümumi uğultuda aydın
seçilirdi.
- Lüğət üzərində iş necə gedir? - sözlərinin yaxşı eşidilməsi üçün Uinston da səsini qaldırmalı
oldu.
- Çox asta, - deyə Saym cavab verdi. - Indi sifətlər üzərində işləyirəm. Ləzzət verir.
Yenidildən söhbət düşən kimi Saymın gözləri parıldadı. Kasasını yana itələdi, arıq əli bir tikə
çörək götürüb pendir qıçasını üstünə qoydu və qışqıra-qışqıra danışmamaq üçün masanın
üstündən Uinstona tərəf əyildi.
- On Birinci Nəşr - son nəşrdir, - dedi. Biz dilə tamamlanmış şəkil veririk. Artıq başqa dildə
danışılmayacaq. İşimizi sona çatdırandan sonra sizin kimi adamlar dili yenidən öyrənməli
olacaqlar. Əminəm ki, fəaliyyətimizin əsas istiqamətinin təzə sözlər uydurmaq olduğunu
düşünürsünüz. Qətiyyən elə deyil. Əksinə, biz sözləri məhv edirik. Hər gün onlarla, yüzlərlə
sözü aradan götürürük. Biz dili sümüyə qədər bütün artıq ətdən təmizləyəcəyik. Iki min əllinci
ildən əvvəl On Birinci Nəşrə daxil edilmiş heç bir söz köhnəlməyəcək.
O, acgözlüklə çörəyindən ağızdolusu dişləm vurdu, çeynəyib uddu. Sonra əvvəlki pedant ədası
ilə söhbətini davam etdirməyə başladı. Arıq, qarayanız sifəti canlanmışdı, gözlərindəki istehza
ifadəsi yoxa çıxmışdı. Indi onlar daha çox xəyalpərvər adamın gözlərinə bənzəyirdilər.
-Sözləri məhv etmək gözəl işdir. Zibillənmə ən çox fellərdə və sifətlərdə hiss olunur. Amma
isimlərin içərisində də yüzlərlə artıq, mənasız söz var. Söhbət yalnız sinonimlərdən getmir,
antonimlər də eyni vəziyyətdədir.. Məsələn, bir sözün əksi olan başqa söz nəyə lazımdır? Axı,
hər bir söz özündə əksini də ehtiva edir. Məsələn, "sevinc" sözü varsa "kədər"ə nə ehtiyac qalır?
"Sevincsiz" də pis deyil, əksinə, daha yaxşı səslənir. Həm də "sevinc"in tam əksidir, "kədər" isə
tamam kənar sözdür. Yaxud, götürək sifətin çalarlarını və dərəcələrini. "Yaxşı"- baxır kimin
üçün yaxşıdır. Amma "müsbət" deyiləndə subyektivliyin hər cür təzahürü aradan qalxır. Əgər
sizə "müsbət"in daha güclü çaları lazımdırsa, o zaman "gözəl", "əla" və s. kimi yayğın sözlərə nə
ehtiyac var? "Müsbətmüsbət", yaxud "ikiqat müsbət" eyni mənanı daha yaxşı ifadə edir. Sifətin
şiddətləndirmə dərəcəsinə ehtiyac yaranarsa, o zaman "üçqat müsbət" deyə bilərsiniz. Düzdür,
hələlik biz köhnə və yeni formalardan paralel istifadə edirik. Lakin Yenidilin son variantında
köhnə sözlərə, ümumiyyətlə, yer qalmayacaq. Nəticədə, "yaxşı" və "pis" məfhumlarının bütün
dərəcələri altı, daha dəqiqi iki sözlə ifadə olunacaq. Bütün bunların nə qədər gözəl səsləndiyini
hiss edirsinizmi, Uinston? Əlbəttə, ideya Böyük Qardaşa məxsusdur,-deyə o, azacıq fikrə
gedəndən sonra sözünü tamamladı.
Böyük Qardaşın adı çəkiləndə Uinston dərhal sifətinə sevinc ifadəsi verməyə çalışdı. Lakin
entuziazm çatışmazlığı Saymın diqqətli nəzərlərindən yayınmadı.
- Siz ürəyinizdə Yenidili çox da yüksək qiymətləndirmirsiniz, Uinston! - deyə o, kədərlə
sözlərinə davam etdi. -Hətta bu dildə yazanda da köhnə dildə düşünürsünüz. Sizin Tayms-da çap
olunan bəzi yazılarınıza baxmışam. Kifayət qədər yaxşıdırlar, amma diliniz-tərcümə dilidir.
Görürəm ki, bütün yayğınlığına, lüzumsuz məna çalarlarlarına baxmayaraq, tam şəkildə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
158
Köhnədilə bağlısınız. Sözləri məhv etməyin gözəlliyini hələ də anlaya bilməmisiniz. Xəbəriniz
var ki, Yenidil bütün Yer kürəsində sözlərinin sayı ildən-ilə azalan yeganə dildir?
Uinstonun, təbii ki, bundan xəbəri yox idi. Deyilənlərə inanmasa da, öz aləmində üzünə maraq
və rəğbət ifadəsi verərək gülümsəyə bildi. Saym yenə qara çörəkdən bir dişləm vurdu, tələsik
çeynəyib uddu. Söhbətə qaldığı yerdən davam etdi.
-Doğrudanmı siz Yenidilin əsas məqsədinin fikrin üfüqlərini mümkün qədər daraltmaq olduğunu
başa düşmürsünüz? Bu yolla biz fikri cinayətləri ümumiyyətlə qeyri-mümkün bir şeyə
çevirəcəyik. Çünki cinayətkar fikirləri ifadə etmək üçün ümumiyyətlə, söz qalmayacaq.
Açıqlanmasına ehtiyac duyulan hər bir anlayış tək bir sözlə ifadə olunacaq. Sözün daşıdığı məna
qəti şəkildə müəyyənləşdiriləcək, yardımçı mənalar isə ləğv ediləcək və unutduralacaq. On
Birinci Nəşrlə biz bu məqsədə daha da yaxınlaşacağıq. Lakin proses sizinlə mən həyatda
olmayandan sonra da uzun müddət davam edəcək. Ilbəil sözlərin sayı azalacaq, ilbəil fikrin
sərhədləri daralacaq. Aydın məsələdir ki, indinin özündə də fikir cinayətləri üçün əsas və səbəb
yoxdur. Bu yalnız özünüintizam və reallığa nəzarət məsələsidir. Sonda isə buna da ehtiyac
qalmayacaq. Dil mükəmməl hala gələndə inqilab da başa çatacaq. Yenidil - İngsosdur, İngsos -
Yenidildir!-deyə Saym dua sözləri pıçıldayırmış kimi məmnunluqla dilləndi. -Uinston, heç
ağlınıza gələrdimi ki, ən geci 2050-ci ildə indi danışdığımız dili anlayan bir nəfər də insan övladı
həyatda qalmayacaq?
- Yalnız, - deyə Uinston tərəddüdlə sözə başladı, amma tez də dayandı.
"-Yalnız prollardan başqa!" - kəlmələrini dilinin ucundan qaytardı. Lakin deyəcəyi sözlərin
mühafizəkar baxışlarla zidd səslənəcəyini düşünərək susdu. Saym isə artıq onun nə demək
istədiyini anlamışdı. Laqeydliklə:
- Prollar insan deyillər, -dedi. -2050-ci ildə, hələ bəlkə ondan da əvvəl Köhnədillə bağlı bütün
bilgilər yoxa çıxacaq. Keçmiş dövrlərin bütün ədəbiyyatı məhv ediləcək. Çoser, Şekspir, Milton,
Bayron yalnız Yenidil variantında mövcud olacaq. Həm də onların yalnız dilləri dəyişməyəcək,
müəyyən dərəcədə özləri də əslində olduqlarının ziddinə çevriləcəklər. Hətta Partiya ədəbiyyatı
da dəyişəcək. Hətta şüarlar da dəyişəcək. Əgər "azadlıq" məhfumunun özü ləğv ediləcəksə, o
zaman "Azadlıq-köləlikdir" şüarını haradan götürəcəksiniz? Fikir mühiti tamamilə başqalaşacaq.
Bizim indi anladığımız mənada fikir olmayacaq. Inanclı adam fikirləşmir. Onun fikirləşməyə
ehtiyacı yoxdur. İnanclı olmaq-şüursuz olmaq deməkdir.
Uinston fikirləşdi ki, günlərin bir günü Saymı mütləq buxara çevirəcəklər. Çünki çox ağıllıdır.
Hər məsələyə aydın münasibəti var, fikirlərini gözəl ifadə edir. Partiya belə adamları sevmir. Bir
gün mütləq yoxa çıxacaq. Bu, sifətində yazılıb.
Uinston da pendir-çörəyini yeyib qurtardı. Qəhvə fincanını götürmək üçün stulda azacıq yana
tərəf çevrildi. Soldakı masada oturan kişi hələ də qaqqıltılı səslə əsəbi monoloqunu davam
etdirirdi. Arxası Uinstona tərəf oturan və yəqin ki, katibəsi olan gənc qadın isə diqqətlə qulaq
asır, sözləri ilə razılaşdığını bildirmək üçün tez-tez başını tərpədirdi. Arabir Uinston onun cavan
qadın səsi və səfeh əda ilə dediyi "Düşünürəm ki, çox haqlısınız. Fikirlərinizlə tam razıyam" -
kimi ifadələrini eşidirdi. Qaqqıltılı səs isə heç vaxt, hətta qız danışanda da kəsilmək bilmirdi.
Uinston səs sahibini sifətdən tanıyırdı. Ədəbiyyat Departamentində hansısa mühüm vəzifə
tutmasından başqa haqqında elə bir məlumatı yox idi. O, təxminən otuz yaşlarında olardı, əzələli
boynu və iri, daim açılıb-yumulan ağzı vardı. İndi başını azca yana əymişdi və bu rakursda
eynəyinə düşən işığın altında Uinston onun gözlərinin yerində iki boş çuxur olduğunu gördü.
Daha dəhşətlisi isə, ağzından fasiləsiz axıb tökülən sözlərin heç birinin anlaşılmaması idi. Yalnız
bir dəfə Uinstonun qulağı "Qoldşteynçiliyin tam və qəti şəkildə aradan qaldırılması" ifadəsini
çaldı. Linotipdə tökülmüş sətir kimi ifadə də onun ağzından sürətlə, birnəfəsə çıxdı. Qalan
danışdığı isə yalnız qaqqıltıdan, qaak-qaak-qaak səsindən ibarət idi. Dediklərindən heç nə başa
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
159
düşməmək bir yana qalsın, söhbətin məcrası haqqında ümumi təsəvvür əldə etmək də mümkün
deyildi. O, Qoldşteynin əleyhinə danışa bilərdi, təxribatçılara və fikir cinayətkarlarına qarşı daha
sərt tədbirlər görülməsini tələb edə bilərdi, Avrasiya ordusunun vəhşiliklərinə qəzəblənə bilərdi,
Böyük Qardaşı, yaxud Malabar cəbhəsi qəhrəmanlarını tərifləyə bilərdi-bütün bunların heç bir
fərqi yox idi. Nədən danışmasından asılı olmayaraq, bütün sözlərinin başdan-başa
mühafizəkarlıq üstündə kökləndiyinə, tam şəkildə İngsos prinsiplərinə əsaslandığına şübhə ola
bilməzdi. Gözsüz sifətdəki çənənin sürətlə aşağı-yuxarı hərəkət etməsinə baxan Uinston bu
sifətin insan övladına deyil, nə isə ruha, həyuləyə məxsusluğu haqqında qəribə düşüncələrə
dalmışdı. Eynəkli adamın nitqi öz mənbəyini insan beynindən deyil, insan qırtlağından alırdı.
Ağzından üdülənib tökülənləri bəlkə də söz adlandırmaq olardı, lakin heç bir halda nitq deyildi.
Bu, ördək qaqqıltısı kimi şüursuzcasına çıxarılan səslər idi.
Saym bayaqdan bəri danışmırdı. Qaşığın ucu ilə masaya tökülmüş sousun üstündə xətlər çəkirdi.
Qonşu masadan gələn ördək qaqqıltısına bənzər səs indi daha bərkdən eşidilir və yeməkxananın
ümumi uğultusu içərisində fərqlənirdi.
- Yenidildə belə bir söz var, - deyə Saym sükutu pozdu. - Bilmirəm, eşitmisiniz, yoxsa yox -
"ördəknitq", yəni danışanda ördək kimi qaqqıldayan adam. Iki əks mənası olan maraqlı sözlərdən
biridir. Əleyhdarınıza qarşı işlədiləndə bu təhqirdir, razılaşdığınız adama ünvanlananda isə
tərifdir.
"Saymı mütləq buxara çevirəcəklər", - deyə Uinston yenə düşündü. Hətta buna müəyyən qədər
kədərlənirdi. Saymın ondan çox da xoşlanmadığını, hələ bəlkə nifrət etdiyini yaxşı bilirdi. Əgər
hansısa səbəb olsa, onu fikir cinayətində günahlandırmaq fürsətini də əldən qaçırmazdı. Amma
bu Saymda nə isə bir çatışmazlıq da vardı. Həyi isə çatışmırdı-ehtiyatlılığı, laqeydliyi, bəlkə də
hansısa xilasedici səfehliyi. Onun mühafizəkar olmadığını söyləmək düzgün deyil. Ingsos
prinsiplərinə inanır, Böyük Qardaşa pərəstiş edir, fikir cinayətkarlarına səmimi şəkildə, bütün
varlığı ilə, cani-dildən nifrət bəsləyir. Ondan həmişə sıravi Partiya üzvlərinin yaxın düşə
bilmədikləri məlumatlar eşitmək olur. Amma həm də çox zaman bir ehtiyatsızlıq havası
içərisində yaşayır. Ortalığa çıxarılmasına lüzum görülməyən sözlər danışır, həddindən çox kitab
oxuyur, tez-tez rəssamların, musiqiçilərin sevimli yeri olan "Şabalıd kölgəsində" kafesinə gedir.
Doğrudur, bu kafe ilə bağlı hər hansı qadağa, hətta şifahi göstəriş də yox idi. Amma adı pis
çıxmışdı. Sonuncu əsaslı təmizlənmə aparılana qədər Partiyanın köhnə, nüfuzunu itirmiş üzvləri
adətən ora yığışırdılar. Deyilənə görə illər, bəlkə də on illər əvvəl Qoldşteyn özü də həmin
kafeyə gəlirmiş. Saymın taleyinin necə olacağını indidən bilmək o qədər də çətin iş deyildi.
Lakin o da həqiqət idi ki, Saym hətta üç saniyəliyinə Uinstonun fikirlərinə nüfuz edə bilsəydi,
tərəddüd hissi keçirmədən onu Fikir Polisinin əlinə verərdi. Əslində, bu məsələdə Saymın
yerində olan hər adam eyni hərəkəti edə bilərdi. Saymdan isə bunu gözləməyə daha çox əsas
vardı. İnanclı olmaq-şüursuz olmaq deməkdir.
Saym başını qaldırdı.
- Baxın, Parsons da gəlir,-dedi.
Səsinin tonunda sanki "islaholunmaz axmaqın biridir"-nidası eşidildi. Həqiqətən də, Uinstonun
"Qələbə" yaşayış binasındakı qonşusu-balacaboy, açıq sarı saçlı, qurbağa sifətli, bədəninin
ölçüləri çəlləyi xatırladan Parsons adamların arasından keçərək onlara tərəf gəlirdi. Vur-tut otuz
beş yaşında olsa da, artıq iri qarın bağlamış, peysərində piy qatları toplanmışdı. Amma
hərəkətləri cəld idi, yetkin kişidən daha çox sürətlə boy atmış kiçik yaşlı gombul oğlan uşağına
oxşayırdı. Hamı kimi rəsmi kombinezon geyinsə də, onu göy rəngli şort, boz köynək və qırmızı
Kəşfiyyatçı qalstuku olmadan təsəvvürə gətirmək mümkün deyildi. Həmişə şalvarının dizləri bir
az sürtülmüş, köynəyinin qolları yuxarıya qədər çirmənmiş olurdu. Parsons ilk imkan düşən kimi
qısa şalvarını əyninə taxırdı. Fiziki fəallıq tələb edən turist yürüşlərində və başqa ictimai
tədbirlərdə onu mütləq şortda görmək olardı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
160
"Hello! Hello!"- deyə səmimiyyətlə onları salamladı, stulu çəkib oturdu. Dərhal da ətrafa kəsif
tər iyi yayıldı. Çəhrayı sifətində də tər damlaları muncuqlanmışdı. Parsonsun qeyri-adi tərləmək
qabiliyyəti vardı. Raketkanın islanmış tutacağından yapışan kimi Ictimai Mərkəzdə sonuncu dəfə
kimin tennis oynadığını səhvsiz müəyyənləşdirmək olurdu. Saym barmaqları arasında kimyəvi
karandaş tutaraq sözlərin uzun sütunlarla alt-alta yazıldığı kağızlarını çıxarıb oxumağa
başlamışdı.
- Nahar vaxtı da işləyir, -deyə Parsons başı ilə Sayma işarə etdi. - Siz o kağızlarda nə
görmüsünüz, dostum? Hər halda mənim başım çıxan məsələ deyil. Smit, bilirsiniz, niyə dalınızca
düşmüşəm? Pul verməyi unutmusunuz.
- Nə pul?- Uinston soruşdu, dərhal da özündən asılı olmayaraq əlini cibinə atdı. Maaşın təxminən
dörddə biri müxtəlif könüllü abunələrə gedirdi. Sayları o qədər çox idi ki, yadda saxlamaq da
olmurdu.
- Nifrət Həftəsi üçün yaşayış yerləri üzrə pul toplayırıq. Bizim binanın xəzinədarı mənəm. Gərək
əsl bayram əhvalı yaranması üçün əlimizdən gələni eləyək. Açıq deyirəm, əgər köhnə "Qələbə"
binası meydana başqalarından az bayraqla çıxsa, daha bu mənim günahım deyil. Iki dollar vəd
etmişdiniz.
Uinston iki əzilmiş, yağımsov əskinas çıxarıb Parsonsa uzatdı. O, savadsız, amma səliqəli xətlə
dəftərçəsində qeydiyyat apardı.
-Yeri gəlmişkən, dostum, eşitdim dünən bizim balaca yaramaz quşatanla sizi əməlli-başlı atəşə
tutub. Ona möhkəm təpindim. Hətta dedim ki, bir də belə iş görsə, tutub quşatanını əlindən
alacağam.
- Mənə elə gəldi ki, uşaqları edama baxmağa aparmadığınıza görə bir az kefləri pozulmuşdu,-
deyə Uinston dilləndi.
- Elədir. Bilirsiniz... Amma baxan kimi düzgün tərbiyə aldıqları hiss olunur, elə deyilmi? Ikisi də
çox dəcəl və yaramzdırlar, amma nələr danışmırlar! Bütün vaxtı ya Kəşfiyyatçılar, ya da
müharibə haqqında fikirləşirlər. Heç xəbəriniz var ki, keçən şənbə günü, Berkampestdə yürüşdə
olarkən balaca qızım nə edib? Orada iki başqa qızcığazı da yanına alıb, dəstədən ayrılıblar və az
qala yarım gün tanımadıqları bir nəfəri təqib ediblər. Iki saat meşə ilə arxasınca gediblər,
nəhayət, Amerşemdə patrula təhvil veriblər.
- Bunu nə üçün ediblər? - bir balaca özünü itirən Uinston soruşdu.
Parsons qalib ədası ilə sözünə davam etdi.
- Qızım fikirləşib ki, o, düşmən casusudur, bəlkə əraziyə paraşütlə atıblar. Məsələ belə olub,
dostum. Heç bilirsiniz, o, birinci nədən şübhələnib? Qızım həmin adamın ayaqqabılarının
qəribəliyinə diqqət yetirib. Deyirdi ki, heç vaxt belə ayaqqabı geyən adam görməmişəm. Bəlkə
xaricidir? Yeddi yaşı var, amma gör nələr fikirləşir!
- Bəs o adamın axırı nə oldu?-bunu da Uinston soruşdu.
- Daha bu mənlik deyil. Qətiyyən təəccüblənmərəm, eşitsəm ki,..? Parsons əlini tapança kimi
irəli uzadıb damağını şaqqıldatdı.
- Əla!- Saym gözünü oxuduğu kağızlardan çəkmədən fikri dağınıq halda dilləndi.
- Biz heç bir imkanı əldən verə bilmərik! - Uinston da vəzifəsini yerinə yetirirmiş kimi
təqdiredici ahənglə başını tərpətdi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
161
- Özünüz görürsünüz, müharibədir - deyə Parsons söhbətə yekun vurdu.
Onun sözlərinin təsdiqi kimi başlarının üstündəki teleekrandan da şeypur səsləri eşidildi. Lakin
bu dəfə hərbi uğurlardan danışılımırdı. Rifah Nazirliyinin məlumatı oxunurdu.
- Yoldaşlar! - deyə enerjili, cavan səs ekrandan qışqırırdı.-Diqqət, yoldaşlar! Indi sizə çox
mühüm xəbərlər çatdıracağıq. Istehsalat cəbhəsində yeni qələbələr qazanılmışdır! Bütün növlər
üzrə istehlak malları istehsalı haqqında yekun məlumatlar ötən illə müqayisədə həyat
səviyyəsinin azı iyirmi faiz yüksəldiyini göstərir. Bu gün səhərdən başlayaraq bütün Okeaniyanı
qarşısıalınmaz kortəbii nümayişlər dalğası bürümüşdür. Zəhmətkeşlər Böyük Qardaşın müdrik
rəhbərliyi altında yeni, xoşbəxt həyata qovuşduqlarına görə öz minnətdarlıq hisslərini bildirmək
üçün bayraqlar və şüarlarla zavodlardan, müəssisələrdən küçələrə axışmışlar. Sizi bəzi
göstəricilərlə tanış edirik. Istehlak mallarının istehsalı...
"Bizim yeni xoşbəxt həyatımız" sözləri bir neçə dəfə təkrarlandı. Son vaxtlar Rifah Nazirliyinin
bu ifadədən yaman xoşu gəlirdi. Əvvəlcə şeypur səsindən diqqəti bir qədər yayınan Parsons indi
bütün sifətinə yayılmış təntənəli ifadə ilə ağzını açıb hayıl-mayıl teleekrana baxırdı. Rəqəmləri
ardıcıl izləyə bilmirdi, amma onlara sevinmək lazım olduğunu başa düşürdü. Bərkiyib kömürə
dönmüş tütünlə yarıya qədər doldurulmuş iri, çirkli qəlyanını cibindən çıxardı. Həftədə tütün
normasının yüz qram olduğu şəraitdə çəkən adamlar qəlyanlarını nadir hallarda tam doldura
bilirdilər. Uinston "Qələbə" siqareti çəkirdi. Tütünün dağılmaması üçün onu həmişə dik tutmağa
çalışırdı. Yeni talonlarla yalnız sabahdan mal buraxılacaqdı. Uinstonun isə cəmisi dörd siqareti
qalmışdı. Teleekranda deyilənləri daha yaxşı eşitmək üçün indi özünü ətrafdakı səs-küydən
tamam təcrid etməyə çalışırdı. Deyəsən, guya həftəlik şokolad normasını iyirmi qrama qədər
artırdığına görə bəzi yerlərdə hətta Böyük Qardaşa minnətdarlıq bildirmək üçün mitinqlər də
keçirilmişdi. Uinston düşündü ki, axı elə dünən şokolad normasının azaldılaraq həftədə iyirmi
qrama endirildiyi elan olunub. Doğrudanmı aradan vur-tut bir gün, vur-tut iyirmi dörd saat
keçəndən sonra adamlar bu yalanı həzm edəcəklər? Əlbəttə, həzm edəcəklər! Gözünün
qarşısında Parsons şüursuz heyvan kütlüyü ilə həyasız yalanı çox asanlıqla həzm etdi. Qonşu
masada oturub ördək kimi qaqqıldayan gözsüz adam da həvəslə, fanatikcəsinə həzm etdi. Indi
onlar şokolad normasının hələ keçən həftə otuz qram olduğunu iddia edən hər kəsi tapıb üzə
çıxarmağa, xüsusi amansızlıqla tapdalayıb əzməyə, buxara çevirməyə hazırdırlar! Yəqin ki,
Saym da yalanı həzm etmişdi. Amma buna daha mürəkkəb yolla-ikifikirliliyin tətbiqi sayəsində
nail olmuşdu. Belə çıxırdı ki, o, Uinston yaddaş hissini qoruyub saxlayan yeganə adamdır?
Teleekrandan hələ də statistika nağılı eşidilirdi. Ötən illə müqayisədə yemək, paltar, mənzil,
mebel, qazança, istilik, gəmi, helikopter, kitab, yeni doğulan körpələr-hər şey, hər şey artmışdı.
Xəstəliklər, cinayətlər, ruhi pozuntular isə qat-qat azalmışdı. Dəqiqəbədəqiqə, ilbəil hər kəs və
hər şey sürətlə, gurultu ilə inkişaf edirdi. Uinston da bir az əvvəl Saymın elədiyi kimi, qaşığın
ucu ilə masaya dağılmış sousda xətlər çəkməyə, daha doğrusu, axarı bir səmtə yönəltməyə
başladı. Həyatının maddi tərəfi ilə bağlı qəzəb dolu fikirlər sinəsini deşirdi. Görəsən, həmişə belə
olmuşdu? Ərzaqların dadı həmişə indikinə bənzəmişdi? Çevrilib yeməkxanaya baxdı. Alçaq
tavanlı basabas otaq, sürtünməkdən yeyilib-çirklənmiş divarlar, çox yaxın düzüldüklərindən
adamların az qala biri-birlərinin qarınlarına girdikləri yağlı dəmir masa və stullar, əyri qaşıqlar,
çirkli podnoslar, yağlovça kasalar, ağ və kobud qədəhlər-hər gün gördükləri mənzərə bu idi. Hər
tərəfə pis iyli yağ hopmuşdu, hər dəlmə-deşik hislə, tozla dolmuşdu. Bütün bunlara turşumuş
cinin, keyfiyyətsiz qəhvənin, dəmir tamı verən şorbanın, köhnə, tərli paltarların qoxusu
qarışmışdı. Görəsən, insanın mədəsində və duyğu orqanlarında həmişə belə etiraz yaşanmışdı?
Görəsən, insana həmişə haqqı çatan bir şeyin aldadılaraq əlindən alınması hissi hakim
kəsilmişdi? Əslində, Uinston xatırlaya bildiyi bütün şüurlu həyatı boyu indikindən fərqli
vəziyyətin şahidi olmamışdı. Yadına düşəsi yemək bolluğu görməmişdi, corabları, pal-paltarları
həmişə yırtıq-yamaq, nimdaş olmuşdu. Köhnə, sürtülmüş mebellər daim laxlayırdı. Mənzillər
heç zaman qızdırılmırdı. Metro qatarları basa-bas idi. Binalar çatlayıb uçulurdu. Çörək qara və
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
162
yapışqan kimi idi. Qəhvə yaxantı dadı verirdi. Çay nadir hallarda ələ düşürdü. Siqareti dənə ilə
verirdilər. Ucuz heç nə tapılmırdı. Sintetik cindən başqa ucuz və bol heç nə yox idi. Insanın
bədəninin yaşlaşdıqca qocalması yalnız təbiət qanunları ilə izah oluna bilməzdi. Buna həm də
cirkli, yarıac, səksəkəli yaşayış, bitmək bilməyən qışlar, corablarının və pal-paltarının yırtıq-
yamağı, işləməyən liftlər, buz kimi soyuq su, adamın dərisini dalayan sabun, tütünü ovulub-
tökülən siqaretlər, qəribə və əcayib tamlı yeməklər səbəb olurdu. Əgər irsi yaddaş əvvəllər hər
şeyin indikindən tamamilə fərqləndiyini pıçıldayırdısa, niyə insanlar indiki həyat tərzini məqbul
saymalı idilər?
Uinston bir də yeməkxanaya göz gəzdirdi. Adamların demək olar ki, hamısı eybəcər idilər. Hətta
bu göy rəngli kombinezonları dəyişib başqa paltar geysələr də yenə əvvəlki kimi eybəcər
görünəcəkdilər. Otağın uzaq küncündə balaca boylu, heyrətamiz dərəcədə böcəyi xatırladan bir
nəfər təkcə oturub qəhvə içir və xırda gözləri ilə ətrafı şübhəli nəzərlərlə süzürdü. Uinston
fikirləşdi ki, əgər hər gün dörd bir yanına baxıb bu eybəcər məxluqları görməsəydi, Partiyanın
təbliğ etdiyi ideal insan tipinin-ucaboylu, əzələli gənclərin, dolu sinəli, saman saçlı, qayğısız, şən
və cazibədar qızların mövcudluğuna, həm də cəmiyyətdə üstünlük təşkil etdiklərinə nə qədər
asanlıqla inanmaq olardı! Əslində isə çox fikirləşirdikcə, Birinci Uçuş Zolağının əksər
sakinlərinin balacaboy, qarayanız və xəstə görünüşlü olduqlarına daha çox inanırdı. Maraqlıdır,
Nazirliklərdə bu böcəyəbənzər insan tipi necə formalaşmışdı? Erkən yaşda kökəlmiş bütün
kişilər özlərinin əyri, yerə yapışan ayaqları, əsəbi əl-qol hərəkətləri, piy basmış sifətləri və xırda,
ifadəsiz gözləri ilə sanki biri-birinin eyni idilər. Partiyanın hakimiyyəti altında bu insan tipinin
daha geniş yayıldığını görməmək mümkün deyildi.
Rifah Nazirliyinin məlumatı şeypur sədaları ilə tamamlandı. Indi teleekrandan başqa gurultulu
musiqi eşidilirdi. Üzərinə yağan rəqəm yağışından xeyli fərəhlənmiş Parsons qəlyanını ağzından
çıxarıb masa arxasında oturanlara baxdı.
- Həqiqətən də, Rifah Nazirliyi bu il yaxşı işləyib, - deyə məmnun halda başını tərpətdi. -Yeri
gəlmişkən, Smit, dostum, sizdə artıq ülgüc tapılmaz ki?
- Bir dənəsi də yoxdur. Özüm də ay yarımdır ki, eyni ülgüclə təraş olunuram.
- Hmm. Fikirləşdim ki, elə-belə, hər ehtimala qarşı səndən də soruşum.
- Gərək üzrlü sayasan.
Rifah Nazirliyinin məlumatı oxunan zaman qonşu masada bir müddət kəsilən ördək qaqqıltısına
bənzər səs indi əvvəlkindən də bərk eşidilirdi. Uinston qəflətən missis Parsonsu, onun dağınıq,
seyrək saçlarını, qırışlarının arasına toz dolmuş sifətini xatırladı. Uzağı iki-üç ilə öz uşaqları onu
Fikir Polisinə şeytanlayacaqdılar. Zavallı qadını buxara çevirəcəklər. Saymı da buxara
çevirəcəklər. Uinstonu özünü də buxara çevirəcəklər. O`Brayeni də buxara çevirəcəklər.
Parsonsu isə, əksinə, heç vaxt buxara çevirməyəcəklər. Ördək səsi ilə qaqqıldayan gözsüz
məxluqu da heç vaxt buxara çevirməyəcəklər. Nazirıliyin labirintə bənzər koridorlarında o baş-
bu başa şütüyən balacaboy, böcəyəbənzər adamları da heç vaxt buxara çevirməyəcəklər.
Ədəbiyyat Departamentindəki qara saçlı qızı da heç vaxt buxara çevirməyəcəklər. Uinstona elə
gəlirdi ki, intuitiv şəkildə kimin məhv ediləcəyini, kimin salamat qalacağını bilir. Lakin xilas
olmaq üçün nə etmək lazım gəldiyi heç kəsə bəlli deyildi.
Gözlənilməz kobud müdaxilə Uinstonu fikrindən ayırdı. Qonşu masadakı qız boynunu yarıya
qədər əyib ona tamaşa edirdi. Həmin qara saçlı qız idi. Uinstona yanakı, lakin diqqətlə baxırdı.
Nəzərləri rastlaşan kimi gözlərini yayındırdı.
Uinstonun belinin tini ilə tər axmağa başladı. Dəhşətli qorxu hissi canını bürüdü. Düzdür, qorxu
tez keçib getdi, amma üzücü narahatlıq hissi hələ də qalırdı. Qız ona niyə belə baxırdı? Niyə hər
yerdə onu təqib edirdi? Bədbəxtlikdən qızın əvvəldən həmin masada əyləşdiyini, yoxsa sonra
|