Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə1/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   115

Yeni Yazarlar və Sənətçilər Qurumu  

  http://www.kitabxana.net  

 - Milli Virtual Kitabxananın   

Azərbaycan Respublikası Prezidenti  

yanında Gənclər Fondunun  

(AzGF) maliyyə dəytəyi ilə

 

 

 



 

 

 



 

 

 



 

 

Ədəbi-poetik,  



kulturoloji-kreativ  

tərcümə e-Antologiyası  

 

Dördüncü buraxılış – 



 IV cild 

İkinci kitab

 

 

 



2013 

www.kitabxana.net – Milli Virtual Kitabxana

 

Yeni Yazarlar və Sənətçilər Qurumu 



08.11.2013 

Çağdaş dünya 

ədəbiyyatı. Bədii nəsr. 

Romanlar, povestlər 

 

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 



www.kitabxana.net



 

Milli Virtual Kitabxananın təqdimatında 

Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu   

http://www.kitabxana.net

  - Milli Virtual 

Kitabxananın  Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə 

dəytəyilə  “Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-akademiya” adlı kulturoloji 

ədəbiyyat layihəsini çərçivəsində nəşrə hazırlanıb və yayılır. E-kitab N 04 (153 - 2013) 

 

 



Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

 

 

Azərbaycan Respublikası



 

Prezidentinin yanında 

  

Azərbaycan Gənclər Fondu



http://youthfoundation.az

 

 

Çağdaş dünya ədəbiyyatı 



 

Bədii nəsr 



 

 

ROMANLAR, POVESTLƏR 

 

Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  



 

Dördüncü buraxılış - IV cild

 

İkinci kitab 



 

Ədəbi redaktoru, toplayanı, işləyib hazırlayanı : Aydın Xan (Əbilov)  

Yeni Yazarlar və Sənətçilər Qurumu sentyabrın sonundan başlayaraq Azərbaycan Respublikası Prezidenti 

yanında Gənclər Fondunun (AzGF) maliyyə dəytəyilə  “Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-

innovativ e-akademiya” adlı kulturoloji ədəbiyyat layihəsini həyata keçirərək çağdaş dünya ədəbiyyatının 

ən dəyərli nümunələrindən ibarət silsilə e-antologiya nəşrə hazırlayıb. Üçüncü buraxılışda dünya 

ədəbiyyatının ən böyük ədəbi növü – müasir xarici nasirlərin azərbaycancaya tərcümə olunmuş müxtəlif 

səpkili romanları daxil edilib. Elektron kitaba yaxın XX və XXI əsrin görkəmli yazıçıların müxtəlif 

mövzulara həsr olunmuş irihəcmli modern, intellektual, populyar, postmodern kimi pyeslərin elektron 

variantları daxil edilib. Peşəkar mütərcimlər və yazıçılar tərəfindən, orijinal, eləcə də rus və başqa 

dillərdən tərcümə olunmuş bu səhnə əsərlərinin mətnlərin əsas hissəsi ilk dəfə geniş oxucu kütləsinin 

sərbəst istifadəsinə verilir. Bütün tərcüməçilərə, yaradıcı heyətimizə və dəstək verənlərə xüsusi 

minnətdarlığımızı bildirirk. 

 E-kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. AR “Müəlliflik və Əlaqəli Hüquqlarla haqqında qanunu, 

beynəlxalq konvensiyalarla müəllif haqları qorunur. Bütün hüuqular Yeni Yazarlar və Sənətçilər 

Qurumuna, müəlliflər və mütərcimlərə, eləcə də e-nəşr hüququ http://www.kitabxana.net  - Milli Virtual 

Kitabxanaya aiddir: onların razılığı olmadan e-antologiyadan kommersiya məqsədi ilə hər hansı bir 

formada yayım və istifadə qəti qadağandır. 

 

 

YYSQ - 



Milli Virtual Kitabxana. Bakı –

 2013. Elektron Kitab N 04 (153 

 2013) 


 

Virtual redaktoru v

ə

 e-n


əşrə

 

hazırlayanı: Aydın Xan (Əbilov), yazar



-kulturoloq

 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

 



Çağdaş Dünya ədəbiyyatı 

 

Bədii nəsr 



ROMANLAR 

 POVESTLƏR 

 

 

Ədəbi-poetik, kulturoloji-kreativ  



tərcümə e-Antologiyası  

 

Dördüncü buraxılış - IV cild 



 

İkinci kitab

 

 

 



 

BAKI – 2013 

 

 



Yeni Yazarlar və Sənətçilər Qurumu

  

 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana

 

 



 

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 



Ġçindəkilər 



 

1.

 



Qabriel Qarsia Markes. “Patriarxın payızı”. Roman.       -----------     səh. 5 

Tərcümə edəni: Afaq Məsud 

 

2.

 



Corc Oruell. "1984". Roman.  

 

 



 

-----------     səh. 132 

İngilis dilindən çevirəni: Vilayət Quliyev 

 

3.



 

Qabriel Qarsia Markes. “Bizdə oğru yoxdur”. Povest.    ----------- səh. 279 

Tərcümə edəni: Mahir Qarayev 

 

4.



 

Orxan Pamuk. “Bəyaz qala”. Roman.  

 

    ––––––––– səh. 303 



Tərcümə edəni: Fərid Hüseyn 

 

5.



 

Riçard Bax. “Conatan Livinqston adlı qağayı”. Povest.   -----------       səh. 490 

Tərcümə edəni: Nihalə 

 

6.



 

Kobo Abe. “Qumluqdakı qadın”. Roman.   

 

    -----------  səh. 394 



Tərcümə edəni: Balaxan Nəzərov 

7.

 



Jorj Blon. “Ölümə yürüş”. Povest.    

                           -----------      səh. 470 

Tərcümə edəni: Kamil Vəli Nərimanoğlu 

 

8.



 

Beso Xvedelidze. "Tampo". Povest.  

 

 

 



-----------  səh. 484 

Tərcümə edəni: Arifə Arifqızı 

 

9.

 



Cığatay Şıxzamanov. “Qardaşlar".  Povest.   

 

 



-----------   səh. 504 

Tərcümə edəni: Südabə Ağabalayeva 

 

 

10.



 

Herman Hesse. “Yalquzaq”. Roman.  

 

 

-----------  səh. 551 



Alman dilindən tərcümə edəni: Vilayət Hacıyev 

    


 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 



Qabriel Qarsia Markes 

 

"Patriarxın payızı" 

 

Roman 

 

Tərcümə edəni: Afaq Məsud 

 

 



Afaq Məsud   

Romana ön söz 

 

Latın Amerikasının Nobel mükafatı laureatı - dünyaşöhrətli yazıçısını şah əsəri azərbaycan 

dilində… 

 

Qabriel Qarsia Markesin özü dediyi kimi, yaradıcılığında önəmli yer tutan bu məşhur romanı, 



mistik bir qoca haqqında – dünya durduqca duran, bütün vücudu və ruhuyla hakimiyyət 

zirvəsinin havasıyla qidalanan, bu «ecazkar ucalıqlarla» heç cür vidalaşmaq istəmədən, 

ölümünün astanasınacan mübarizə aparan qoca diktator haqqında, onun hakimiyyətinin qürub 

çağı – payızı haqqındadır.  

Magik realizm məktəbinin parlaq nümayəndələrindən olan Markesin, özünəməxsus yazıçı 

qələmiylə ərsəyə gətirdiyi bu əsər - unikal təhkiyə üslubu - zaman və məkan ölçülərinin itirildiyi, 

müxtəlif dövrlərdə və məkanlarda baş verən hadisə və situasiyaların, eyni bir müstəviyə - yaşı və 

məkanı dəqiq bilinməyən, ilğımvari yaddaş ərazisinə sığışdırılması, təsvir olunan olaylara və 

insan talelərinə, guya təkrar-təkrar dönə-dönə, əslində isə, yazıçının nəzarət dairəsinə düşmüş bu 

mənzərələrə, ayrı-ayrı zaman və baxış bucaqlarından daxil olunması, insan obrazlarının 

markesvari təsviri, əsəri, ilk növbədə, yüksək bədii sənət nümunəsi kimi, iyirminci əsr 

ədəbiyyatının yetirdiyi ən parlaq romanları sırasına çıxarır. Yazıçının, xüsusi bir şövqlə, adi 

insan normalarına sığmayan sirli dünyasını zərgər incəliyi ilə açdığı patriarx obrazı, Yer üzünə 

tarixin müxtəlif dönəmlərində gələn, hakimiyyəti, taleyin acı hökmüylə ələ kesirib, sonradan heç 

bir vəchlə əlindən buraxmaq istəməyən diktatorların ümumiləşmiş, gerçək simasını gözlərimiz 

önündə canlandırır. Bu baxımdan əsər, xalqların və millətlərin azad, demokratik cəmiyyətə 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

doğru irəlilədiyi ən həlledici tarixi dönəmlərdə, bütün işıqlı yolları və cığırları öz kasad 



dünyagörüşləri və əqidələriylə, ağır və keçilməz şlaqbaum kimi kəsən, zamanın bütün 

sınaqlarından – sui-qəsdlərdən və məhəlli savaşlardan, dünya müharibələrindən və inqilabi 

çevrilişlərdən, təbii fəlakətlərdən və xəstəliklərdən, anlaşılmaz xatasızlıqla ötüşən bu insanların 

mistik əbəliyini, dəfedilməzliyini fiksə edən sənədli səlnamə kimi də xüsusi əhəmiyyət kəsb edir.  

Tarixinin müxtəlif dönəmlərində Yer üzünə sınaq kimi göndərilən bu oxşar taleli insanların gizli 

mahiyyətini mahir yazıçı qələmiylə ümumiləşdirməyə nail olmuş Markes, insanlıq üçün xüsusi 

təhlükə olan «ölməz diktator» obrazını yaratmaqla, insanlıq və vətəndaşlıq hüquqları əsrlər boyu 

tapdanan, zülm və haqsızlıq üzərində qurulmuş hakim rejimlərin basqısı altında inləyən dünya 

xalqları qarşısında öz haqq səsini ucaldaraq, müqəddəs yazıçılıq missiyasını yerinə yetirmiş olur.  

A. Məsud 

 

«PATRĠARXIN PAYIZI» HAQQINDA 

 

Bir dəfə Karlos Fuentes, Xulio Kortasar və Qarsia Markes Meksikada görüşürlər və Fuentes, 



Latın Amerikasının diktatorları haqqında – hər yazıçı öz ölkəsinin diktatoru haqqında bir fəsil 

yazmaq şərtilə, birlikdə kitab yazmağı təklif edir. Belə qərara gəlirlər ki, Fuentes – Porfirio 

Diasın, Qarsia Markes – ötən əsrin Kolumbiya diktatorlarından hər hansı birinin, Varqas Lyosa – 

Legianın, Otero Silva (yəni mən) – Qomesin, Roa Bastos – Fransianın, Kortasar – Rosasa 

oxşayan uydurma bir diktatorun, Karpentyer isə Maçadonun obrazını yaratsın. Hətta 

Venesuelaya xəbər göndərib məndən Qomes haqqında fəsil yazmağımı da xahiş etdilər. Mən o 

xahişi yerinə yetirə bilmədim, bu günə kimi də Qomesdən bir sətir belə yazmamışam, çünki ona 

nifrət edirəm. Varqas Lyosa da, təklifi irəli sürən Fuentes də heç nə yazmadı. Bəziləri isə 

yazdılar, özü də fəsil yox, kitab yazdılar: Roa Bastosun «Mən, Ali», Karpentyerin diktator 

Maçadonun müəyyən xarakterik cizgilərini ehtiva edən «Metodun yanlışlığı» və Qarsia 

Markesin «Patriarxın payızı» kitabları bu cür meydana gəldi. Beləliklə, təsadüfi bir söhbətin 

nəticəsi kimi ən azı üç roman yarandı... 

Migel Otero Silva, Venesuela yazıçısı  

 

Q.Q.Markes özü isə  roman haqqında belə düĢünür 

 

…«Yüz ilin tənhalığı» mənim digər kitablarımdan populyar olsa da, belə hesab edirəm ki, 



«Patriarxın payızı» daha əhəmiyyətlidir və qəti əminəm ki, məni unudulmaqdan xilas etməyə 

qabil olan əsərim, məhz elə «Patriarxın payızı»dır. Mən bu fikirdəyəm ki, təkcə «Yüz ilin 

tənhalığı» yox, əvvəl yazdığım əsərlərin hamısı «Patriarxın payızı»nın prelüdüdür. Başqa sözlə 

desək, mənim, daim axtarışında olduğum və yazmaq istədiyim əsər «Yüz ilin tənhalığı» yox, 

«Patriarxın payızı» olub. Bu roman, oxucudan müəyyən ədəbi hazırlıq tələb edir ki, məhz həmin 

bu cəhətinə görə də bu əsəri çox yüksək qiymətləndirirəm. Üstəlik də, mən onu öz işimdən ləzzət 

ala-ala yazmışam: tələsmədən, özümü zorlamadan. «Yüz ilin tənhalığı»nı yazarkən isə, təəssüf 

ki, belə imkandan məhrum idim. 

 

*** 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

…Mənim öyrəndiyim ispan dili ispan poeziyasının Qızıl dövründən, bir də Romansero 



poeziyasından qaynaqlanır. Mən ispan poeziyasını çox gözəl bilirəm və bu poeziyanın mənə çox 

köməyi olub. Bütün bunlar «Patriarxın payızı»nda şüurlu şəkildə öz təzahürünü tapıb. Əsər 

Qəraib xalqlarının şerləri ilə, xüsusən də Ruben Dario poeziyası ilə doludur. Bu mənada, əsərin 

mütərcimlərinin hansı çətinliklər qarşısında qaldıqlarını yaxşı təsəvvür edirəm. Mütərcimlər 

üçün problem ondan ibarətdir ki, nikaraqualı şair Ruben Darionun poeziyası ispan dünyasından, 

Latın Amerikasının hüdudlarından kənarda az bəllidir. Bu poeziya, ayrı dillərə demək olar ki, 

tərcümə olunmayıb. «Patriarxın payızı» isə əslində Ruben Dario poeziyasının dili üstündə 

qurulub. 

 

*** 


Mən «Patriarxın payızı»nı «Yüz ilin tənhalığı»ndan qabaq yazmağa başlamışdım, amma nədənsə 

iş ləng gedirdi.  

…Kuba inqilabı nəhəng bir işə – Batistanın generalı Soso Blankanın edam edilməsinə imza atdı. 

Blankanın işinə, bütün dünya ölkələri jurnalistlərinin iştirakı ilə açıq məhkəmədə baxılırdı. Bu, 

həyatımda gördüyüm ən müdhiş mənzərələrdən idi. Onun törətdiyi bütün qanlı cinayətlər, 

şübhəsiz ki, sübuta yetirildi və müttəhim ölümə məhkum edildi. Sarsıntılar içində kirimişcə 

oturub dinləyirdim. Ölüm hökmü oxunanda, mən Blanko ilə üz-üzə dayanmışdım: onun sifətində 

bircə əzələ də tərpənmədi, yalnız dizləri azacıq titrədi. Bu, mənim üçün kəşf kimi bir şey oldu və 

düşündüm ki, çoxdan axtardığım, həsrətində olduğum diktator məhz odur. Lakin sonralar çox 

götür-qoy elədim, diktatorlar haqqında bütün yazılanları – məktubları, bioqrafiyaları, reportajları 

oxudum. Yazmağa başlayanda isə həmin faktlardan istifadə eləməməyə çalışırdım. İstəyirdim ki, 

mənim qəhrəmanım mövcud diktatorlardan heç birinin əkiz tayı olmasın. 

 

*** 


 

…Mənim yaratdığım diktator obrazında Samosadan da, Truxilyodan da, Frankodan da, 

Qomesdən də nə isə var. İkihücrəli qəfəsi qoca Samosa ixtira etmişdi – bu qəfəsin bir hücrəsinə 

siyasi dustaqları salırdılar. Bununla belə, Samosa ailəsinin diktaturası sönük təsir bağışlayırdı. O 

ki, qaldı Qomesə – Xuan Visenta Qomes ayrı aləm idi… O, elə bir nadir şəxsiyyət idi ki, 

venesuelalılar özlərini saxlaya bilməyib, ona, görəkəmli bir venesuelalı kimi bəraət də 

qazandırmışdılar. Bütün diktatorlardan ən çox isə, məni Qomes maraqlandırırdı və mənim 

personajım daha çox ona oxşayır. 

 

 

 



 

 

 



 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

 



 

 

 



 

 

 



 

 

PATRĠARXIN PAYIZI 

 

Həftənin sonuna yaxın quzğunlar, pəncərələrin dəmir qəfəslərini söküb prezident sarayına 



doluşdular, qanadlarını çırpa-çırpa, saray otaqlarının uzun müddətdən bəri dəyişilməyən kifsəmiş 

havasını çalxaladılar və öz çürük əzəməti ilə bir əsrlik ölüm yuxusuna getmiş şəhər, bazar 

ertəsinin ala-toranında nəhayət ki, yuxudan ayıldı... biz, yalnız bundan sonra içəri girməyə ürək 

elədik və artıq, nə bəzi qoçaqların dediyi kimi, qədim qala divarlarına dırmaşmağa, nə də o 

birilərin düşündüyü kimi, giriş qapılarını öküz qoşqularıyla dağıdıb-sökməyə ehtiyac olmadı, bir 

vaxtlar Uilyam Deymperin gürzlərinə şərəflə davam gətirən binanın qapıları, yüngülcə 

toxunmaqla öz-özünə açıldı və biz, ötüb keçən əsrə qədəm qoyduq, sakitliyinin özü belə köhnə 

və kövrək olan, içindəki əşyalarıyla bir bu kövrəkliyin və ilğımın içində dumanlanan bu qəsrin 

xarabalıqlarında az qala boğulduq; döşəməsi, az qala buludlara dirənən qanqalın ağırlığından 

çatlayıb cadar-cadar olmuş birinci həyətdə biz, saray qarovulunun, qəfil düşən qovhaqovdan, 

tələm-tələsik ora-bura atıb qaçdığı silah-sursatı, həyətin ortasındakı uzun, taxta stolda yarımçıq 

qalan naharın niməçələrdə çürüyən artıqlarını, bir vaxt dəftərxana yerləşən yarıqaranlıq tikilini, 

bu tikilinin divarlarını basmış rənbərəng, zəhərli göbələkləri, uzun müddətdən bəri yaddan 

çıxdığından, gedişatı məzmunsuz həyatın özündən də uzun çəkən, lakin baxılmadığından, 

qovluqlarının araları araları mamır bağlayan şəxsi işləri, qüllələri az qala buludlara dirənən bu 

sarayda üzü qədimdən bu yana yaşamış beş nəslin xaç suyuna çəkildiyi iri çəni, həyətin lap 

qurtaracağında vitse-kralın anbarı kimi işlədilən tövləni, orda güvə dumanı içində qaralan Böyük 

Qalmaqal dövrünün karetini, Taun dövrlərindən qalan üstübağlı faytonu və Dünyanın Birinci 

Əsrinin əfsanəvi limuzinini gördük; bunların hamısı yaxşı vəziyyətdəydi, hər biri milli bayraq 

rəngində rənglənmiş halda, qalın tozun və hörümçək torlarının altında bozarmaqlarına davam 

edirdilər; o biri həyətdə isə, dəmir çəpərin o biri üzündə, sanki ay tozundan tökülmüş gümüşü 

rəngli qızılgüllər açmışdı; bir vaxtlar bu güllərin kölgəsində cüzamlı xəstələr sığınıb yatardı, indi 

isə baxımsızlıq üzündən, bu əfsanəfi gül kolları çoxalıb az qala bütün həyəti bürümüşdü və bu 

səbəbdən, havadan da qızılgül ətri gəlirdi… bu ətrə, bağın dərinliyindən yayılan digər üfunətli 

iylər də – toyuq hininin, mal təzəyinin, qatı əsgər sidiyinin iyləri qarışmışdı; biz qızılgül 

kollarının boğanağından keçib, içinə qərənfil, ətirli astra, inciçiçəyi basdırılmış dibçəklərlə dolu 

tacşəkilli artırmaya çıxdıq; bura onun, qadınlarıyla əyləndiyi yer idi, üst-üstə qalanmış 

qarmaqarışıq tullantılardan, müxtəlif növ zir-zibildən və saysız-hesabsız tikiş maşınlarından 

təxminən bilmək olurdu ki, bu barakda nə qədər qadın və nə qədər, bəlkə də azı minəcən 

vaxtından tez doğulan uşaqlar yaşayıb; biz həmçinin, çoxdannan bəri işlənməyən kimsəsiz 

mətbəxlərdəki iyrəncliyi - ləyənlərdə qalıb iylənmiş yaş camaşırı, kişilər və qadınlar üçün 

genişləndirilmiş ümumi ayaqyolunu, bir vaxtlar Kiçik Asiyanın torpağında bitib göyərən, həmin 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

torpaqla da doldurulub nəhəng çəlləklərdə gətirilmiş, yarpaqlarının üstü sanki narın şeh bağlamış 



vavilon söyüdlərini də gördük; söyüdlərdən sonra onun balaca sarayı – çərçivələri, dəmir 

qəfəsləriylə bir kökündən qoparılan pəncərələrində hələ də quzğunlar vurnuxan möhtəşəm, 

qəzəbli evi ucalırdı; bizə, qapıları sındırmaq lazım olmadı, onlar elə öz-özünə, elə bil səsimizin 

gücünə açıldılar və biz, daş pillələrə salınmış, inək dırnağı altında tapdanıb eybəcər kökə düşən 

təmtəraqlı, teatral xalçaların üzəriylə qalxaraq, binanın əsas mərtəbəsinə daxil olduq, birinci 

artırmadan axıracan – mərtəbənin lap qurtaracağındakı yataq otağına qədər bütün otaqlara baş 

çəkdik, xidməti yerlərdən saysız-hesabsız qəbul otaqlarına keçdik və hər yerdə, üzləri heç nə 

ifadə eləməyən inəklərlə rastlaşdıq; onlar məxmər pərdələri çeynəyir, isti təzək və mebel 

sınıqları arasında saralan müqəddəs ikonaları və sərkərdələrin portretlərini tapdalaya-tapdalaya, 

kresloların ipək üzlüklərini isladır, zəhlətökən moultularla moulaya-mouldaya qonaq otağında, 

konsert zalında ağa kimi gəzişirdilər; hər yer inəklə dolu idi… biz, sınıq domino və bilyard 

stollarını, üstləri, inəklərin sanki indicə otlayıb yalın qoyduqları yamyaşıl çəməni xatırladan açıq 

yaşıl rəngli mahudu, künclərin birində, öz doğma sahillərindən ayrı düşən ev sakinlərinə dəniz 

həsrətini unutdurmaq üçün işlədilən küləklər maşınını - dəniz küləyinin səsini çıxaran əcayib 

qurğunu, bir də, hələ ötən həftədən üstünə yaylıq atılıb yaddan çıxmış quş qəfəslərini gördük; 

saysız-hesabsız pəncərələrdən isə şəhərin özü – hələ ki, qədəm qoyduğu taleyüklü bazar ertəsinin 

ciddiliyini dərk eləməyən nəhəng əjdaha görünürdü… şəhərdən sonra isə, bir vaxtlar dənizin 

yaşıl suları dalğalanan, indi isə ay külünə bənzər kələ-kötür yarğanlar və vulkan dəlikləri açılan 

ucsuz-bucaqsız çöllər uzanırdı; onun gizli iş otağından isə, bizlərdən yalnız bəzilərinin, hələ bu 

hadisədən bir qədər əvvəl ürəklənib daxil olduğu yerdən üfunətli çürüntü və cəmdək iyindən 

boğulub təngiyən quzğunların nəfəsi eşidilirdi və biz, bu üfunətli qoxunun iziylə qartalların 

ardınca gedib, iclas zalına çıxdıq və orda da yenə həmin inəkləri - bu dəfə, zavallı heyvanların 

qurd basmış cəmdəklərini, bu cəmdəklərin, zalın nəhəng güzgülərində birə on artmış ayrı-ayrı 

əzalarını gördük; sonra biz, onun iş otağına aparan gizli qapını - arxa qapını itələdik və orda 

nəhayət ki, onun özünü – orden-medalsız hərbi səhra geyimində, sol tayında qızılı mahmız 

işıldıyan həmin uzunboğaz çəkmələrində tapdıq; o, Yer üzünün bütün canlılarından qoca 

vücuduyla, qurunun və suyun ən qədim heyvanlarından da ulu qədimliyi ilə, üzünü balışa basan 

tək, ovuclarına basıb gizlətmiş vəziyyətdə, döşəmədə üzü ütə uzanmışdı; olsun ki, həmin bu 

görkəmdə o, öz qəddar -kahin ömrünün neçə-neçə saysız-hesabsız, bitib-tükənməz, gecələrini 

yatmışdı; amma biz onu kürəyi üstə çevirib üzünə baxanda, həmin dəqiqə başa düşdük ki, onun 

şəxsiyyətinin təsdiq edilməsi, təkcə, saraya doluşan quzğunların, onun üzünü dimdikləyib 

tanınmaz hala saldığı üçün yox, həm də sağlığında heç birimiz bu üzü əməlli-başlı görmədiyimiz 

səbəbindən baş tutan məsələdeyil və hərçənd ki, onun, əjdaha şəkilli bayraqla təsvir olunmuş

cansız əlini sinəsinə bərk-bərk sıxdığı, qızılı çərçivəli, litoqrafik portreti hər saat, hər dəqiqə 

hamının gözləri qarşısındaydı və profili dəmir pulların hər iki tərəfinə döyülmüşdü, poçt 

markalarının, qarınağrı dərmanlarının, kəmər və sarğıların, ipək pul kisəciklərinin də üzərinə 

çəkilmişdi, biz bilirdik ki, bütün bu əkslər onun, hələ lap uzaq keçmişlərdən bizim günlərə gəlib 

çıxan keçmiş surətlərin sürətidi və Kometa ilindən bu yana etibarlı sayılmır; həmin o ildən ki, 

onun kimliyi və görkəmi barədə bizim valideynlər öz ata-analarından, onlar da öz növbələrində, 

öz dədə-babalarından eşidib-öyrənmişdilər; biz isə lap uşaq yaşlarımızdan onun əbədi olduğuna 

və əbədi olaraq, öz iqamətgahında sağ-salamat yaşadığına inanmağa alışmışdıq; biz bilirdik ki, 

kimsə, nə vaxtsa bayram axşamı onun, iqamətgahın çıraqlarını yandırdığını, kimisi, prezident 

karetinin qaranlığından baxan kədərli gözlərini, qanı qaçmış solğun dodaqlarını, karet 

pəncərəsinin, kahin cübbəsi kimi gümüşü saplardan hörülmüş pərdəsi altından kimsəsiz küçələrə 

xeyir-dua verən yuxulu əlini görmüşdü; biz onun sağ və salamat olduğunu, bir neçə il bundan 

əvvəl, unudulmuş şair Ruben Darionun şerlərini küçənin ortasında beş sentə ucadan oxuduğuna 

görə tutulan, sonradan, həmin o poeziya tədbirinə görə dəmir pulla mükafatlandırılıb azadlığa 

buraxılan, gözləri kor bir tüfeylidən də öyrənib bilmişdik; o bədbəxt, həmin o məlum səbəbdən 

generalın üzünü görə bilməmişdi, gözləri görsəydi belə, onu onsuz da o səbəbdən görə 

bilməyəcəkdi ki, hələ Sarı Titrətmə dövründən bu yana onun üzünü, Yer üzünün bir canlısı 

görməmişdi; amma, biz bilirdik ki, o sağdı, Yer kürəsi də, məhz buna görə hələ ki, hərlənir, 

  1   2   3   4   5   6   7   8   9   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə