“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
25
öldürdülər, diri-diri adamların sümüklərini sındırıb üyüdən işgəncə kameralarını sökdülər, sonra
əfvi-ümumi elan edildi, yalnız bundan sonra, gələcək haqqında fikirləşərkən, birdən-birə ölkəni
fəlakətə sürükləyən bütün səbəblərin kökünü tapdı – bekarçılıqdan beyinlərində cürbəcür fikirlər
dirçələn adamların həddən ziyadə boş vaxtını doldurmaq lazım idi. Bundan ötrü o, mart poeziya
yarışlarını və gözəllik kraliçası adı qazanılan gözəllik müsabiqələrini yenidən bərpa elədi, Qəraib
ölkələri içində ən gözəl həndbol meydançası, ən böyük bağlı stadion tikdirib bizim komandanı,
«Qələbə, yaxud ölüm!» devizi altında oynamağı boynumuza qoydu. Hər kənddə pulsuz
süpürgəçilər məktəbi açdırdı, orda təhsil alan qızlar isə ilhamlanıb nəinki evləri, küçələri və
maşın yollarını da süpürürdülər. Dəstə-dəstə adamlar zibil qalıqlarını bir kənddən o birinə, ordan
da geriyə daşıya-daşıya çaş-baş halda bir-birinə baxırdılar. Hər zibil qalığı «Millətin təmizliyi
qeydinə qalan müqəddəs apostolumuzu hifz et, ilahi!» - şüarları və dövlət bayraqlarıyla müşayiət
olunurdu. O isə həmin dəqiqələr, yalvara-yalvara ondan bir çimdik duz istəyən cüzamlı
xəstələrlə, korlarla, ifliclərlə dolu bağın içiylə ayağını sürüyə-sürüyə gəzir, huşa getmiş heyvan
aramlığıyla öz həmvətənləri üçün yeni-yeni məşğuliyyətlər planı fikirləşib tapır, ayaqüstü, yaxın
günlərdə açıq səma altında, boş çənlərdə dünyaya gələn körpələri xaç suyunə çəkir, onların hər
birinə öz adını verirdi. Yaltaqlar: «Yeganə və vahid xilaskarımız!..» - deyib onu
şərəfləndirirdilər. O isə elə doğrudan-doğruya yeganə idi… çünki daha əkiz tayı yox idi və
günaşırı quş dolu qəfəslər göndərilən bu sarayda, əkizinin yerinə də, hər yerdə özü iştirak
eləyirdi. Bu qəfəsləri saraya, anası Bendisyon Alvaradonun bir vaxtlar quşsatmaqla məhğul
olduğu xəbəri yayılandan sonra göndərməyə başlamışdılar. Bəziləri bu qəfəsləri ona
yaltaqlanmaq, yarınmaq məqsədi ilə göndərirdi, bəzi qəfəslərinsə açıq-açığına rişxəndlə,
dolamaq məqsədi ilə göndərildiyi. Axır nə baş verirdisə, bir müddətdən sonra, təzə gələn
qəfəsləri asmaq üçün sarayda yer qalmadı. Bu qayğının üstünə saysız-hesabsız dövlət işləri də
yığıldı və bütün bu işlərin birdəfəlik həlli tələb olundu. Otaqlara da o qədər adam doluşdu ki,
məmurları, qəbula gələn adamlardan ayırmaq mümkün olmadı. Darısqallıqdan can qurtarmaqdan
ötrü divarları söküb o qədər pəncərə düzəltdilər ki, növbəyə duranlar, sarayın pəncərələrindən
dəniz mənzərəsini seyr edə bilsinlər, bir otaqdan o birinə, yelkənli gəmi, payız günü açıq dənizdə
küləyi yarıb keçən kimi keçsinlər. Lap üzü qədimdən bəri adamlar, saray pəncərələrindən
vıyıltıyla içəri dolan soyuq mart küləyini sülh və əmin-amanlıq küləyi adlandırmışdılar, mənim
generalım və hətta uzun illərdən bəri qulağınızı yoran uğultunun da sülh və əmin-amanlıq səsi
olduğunu təsdiq eləmişdilər. Şəxsi həkimi elə beləcə də demişdi: «Qulağınızda uğuldayan bu səs,
sülh və əmin-amanlıq səsidir, mənim generalım!» Həmin o gündən – ölüb-dirildiyi o taleyüklü
gündən sonra yerdə və göydə, ətrafda nə vardısa, hər şey sülh və əmin-amanlıqdan, ümumi
firavanlıqdan xəbər verirdi. O özü də buna sidq-ürəkdən inanırdı. İnanırdı ki, artıq sakitlik və
firavanlıq dövrü gəlib çatıb… və bir gün buna elə inandı ki, yenə dekabrda dağın başına qalxdı,
öz aralarında əttökən saxta qohum-qardaşlıq münasibətləri yaratmış keçmiş diktatorların
miskinliyindən zövq almaq üçün dağın başındakı həmin o evə getdi. Onlar da onu görən kimi
domino oynunu yarımçıq kəsib, ovuclarında qalan daşları ona göstərə-göstərə: «Tutaq ki, məndə
altı-altıdı, bu kütbeyin konservatorlarda da tutaq ki, üç-üçdü… o da var ki, keşişlərlə massonların
əlaltı fırıldaqlarını bilmirdim…» İndi bu qoca çaqqala nə deyəsən?
Sonra o biri tula çərənləməyə başlayırdı ki, bax, bu külqabı tutaq ki, prezident sarayıdı, düşmən
isə dörd yüz metr məsafədən küləyin istiqamətiylə buranı atəşə tutub və əgər külək bu səmtə
əsməsə, düşmən gülləsi saraya çata bilməz. «Və əgər indi siz məni bu vəziyyətdə görürsünüzsə,
bu, cəmi-cümlətanı səksəncə santimetrin işidi. Bədbəxtçiliyə bir bax!..» Sabiq diktatorların ən
inadkarları belə, bu uzunmüddətli sürgündən mənən sınmış, olan-qalan ümidlərini də itirmişdilər.
Bircə o ümidlə yaşayırdılar ki, arada bir üfüqdə görünən tüstüsünün rəngindən, fitinin səsindən
tanıdıqları doğma gəmiləri görüb limana enəcək, yağış başlarına döyə-döyə, zibil yeşiklərində
eşələnəcək, dənizçilərin, yemək bükmək üçün istifadə elədikləri qəzet parçalarını axtarıb
tapacaq, onları sətirbəsətir həm soldan sağa, həm də sağdan sola oxuyacaq, bütün
oxuduqlarından – məsələn orda, vətəndə kimin kiminlə evləndiyi, kimin öldüyü, kimin kimi ad
gününə kimi dəvət eləyib, kimi dəvət eləmədiyi barədə yazılardan, öz ölkəsində baş verən
hadisələrin siyasi proqnozunu dəqiqləşdirəcəklər. Hər biri də, əvvəl-axır onun taleyini dəyişəcək
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
26
hansısa qasırğanı - Allah qoysa, ölkənin üstündən əsib, hər yeri viran qoyacaq qasırğanı, bütün
körpüləri, bəndləri kökündən qoparıb aparacaq, aşıb daşa-daşa, əkin sahələrini, buğda zəmilərini
yuya-yuya, bütün məhsulu məhv edəcək, evləri aparıb, əvəzində aclıq, vəba və ölüm gətirəcək
qasırğanın gəlişini gözləyirdi. Onda camaatın, ölkəni başına götürmüş bu bəladan, bu
özbaşınalıqdan qurtarmaq üçün, bir vaxt ölkədən qovub çıxartdıqları adamı köməyə çağırmaqdan
savayı ayrı əlacı qalmayacaqdı. «Belə də olacaq, görərsiniz!» Həmin bu möhtəşəm məqamın
yetişəcəyi anın həsrətiylə yaşaya-yaşaya da, təzə gələnlərdən birini kənara çəkib sakitcə: «Siz
allah, bu iynəni saplayaydınız, şalvarımı yamamalıyam… mən bu şalvarı ata bilmərəm, bu şalvar
mənimçün əziz xatirədir…» - deməli olurdular. Paltarlarını gizlində yumalı, heç kəs görməsin
deyə, sığınacağa təzə gələnlərin ilk günlər zibil qutusuna tulladıqları ülgücləri ordan üsulluca
yığmalı, dişsiz ağızlarını, qocalığın üzüqara xasiyyətini - özünü saxlaya bilməyib batırdığı
şalvarlarını o birilərdən gizləməkdən ötrü, otağının qapısını kilidləyib təklikdə nahar eləməli
olurdular. Axırı da bununla qurtarırdı ki, qocalardan qartıyıb lap əldən düşənlərinin sonuncu
babat köynəyini əyinlərinə geyindirib, orden-medallarını döşünə yapışdırıb, bir vaxtlar qoyub
qaçdığı ölkəsinin bayrağına büküb, üstündə milli himnini oxuyur və bədbəxtləri bir-bir əbədilik
dünyasına – qayaların altındakı sualtı saraya yola salırıq və yer üzündə bu zavallıdan, artırmada
tək-tənha yellənən boş çimərlik stulundan savayı heç nə qalmır. «Biz də o stula əyləşib
rəhmətliyin olan-qalan pal-paltarıyla əylənirik, mənim generalım, siz bu dünyanın işinə baxın, o
boyda şan-şöhrət, axırda da bu cür ucuz ölüm.»
Ötən dekabrda, bu sığınacaq hələ təzə-təzə açılanda o, həmin bu artırmaya çıxıb birdən-birə
Qəraib sahillərinin şəhərlərini - boyunbağı kimi sırayla düzülən Antil adalarını gördü. Bu
mənzərə həqiqətdən çox yuxuya oxşayırdı. Amma bu, yuxu deyildi, çünki yanında dayanan
kimsə barmağını dənizə uzada-uzada, inadkar bir həvəslə bu mənzərəni ona göstərməkdən
yorulmurdu. «Ora baxın, mənim generalım, Martinika oradır.» Və o, Martinikanı - bu əsrarəngiz,
sönmüş vulkanı, ordakı vərəm sanatoriyasını, kilsə sütunları arasında qubernator arvadlarına iri
qardeniya kolları satan gipür köynəkli nəhəng zənciləri gördü. «Paramaribo isə, mənim
generalım, ordadır». Onda o, Paramaribonun, cəhənnəmə oxşar bazarını - dənizin dibindən
borularla sürünüb sahil kafesinin stollarına dırmaşan xərçəngləri, horra kimi məd yağışın altında
dayana-dayana hind maskaları və imbir kökləri satan gombul zənci qarıların ağızlarında bərq
vuran brilyant dişləri, Tanaquarene çimərliklərində günün altına yayxanan, qızılı inəklərə bənzər
qadınları gördü. «Xalis qızıldı, mənim generalım!» İkicə reala skripkanın olan-qalan simində
çala-çala ölümün özünü qovan quayyolu kor sehrbazı, Trinikdadenin qızmar günortasını, dal-dalı
gedən avtomobilləri, fil sümüyündən yonulmuş tumgöz mandarin1 fiqurları və təbii ipəkdən
köynəklər satılan piştaxtaların qarşısında səkiyə çöməlib bayıra çıxan yaşıl paltarlı hinduları
gördü. O, eləcə də Haiti dəhşətlərini – bu şəhərin küçələrində sümsünən göyərmiş, qotur itləri,
səhər tezdən səkilərdən yığılıb öküz arabalarında harasa daşıınan me
1 Mandarin – Çin imperatorları sülalələrindən birinin adı.
yitləri, zanbaq işarəsiylə Hollandiyanın yenə buralara qayıtdığından xəbər verən benzin
anbarlarını, qarlı qışa hesablanmış dəyirmansayağı evlərin şiş qüllələrini, şəhərin mərkəzi
küçələriylə bir mehmanxanadan o birinə üzən əcayib okean gəmisini, Kartaxenanın daşdan
hörülmüş tövlələrini, dəmir buxovla əhatəyə alınmış limanını, eyvanları, vitse-kral yeməyindən
ötrü burnunun ucu göynəyə-göynəyə qəm-qüssə içində əsnəyən yorğun parad atlarını gördü…
«Təzək iyi gəlir, mənim generalım! Möcüzədir! Dünya sərhədsizdir!» Dünya doğrudan sərhədsiz
idi, həm də məkrli idi. Çünki bu dekabr, general, dağın başındakı sığınacağa, oranın bədbəxt
sakinləri ilə - ona dünyanın pis üzünü, bədbəxt tərəfini xatırladan bu mənfur qocalarla söhbət
eləməkdən ötrü yox, həmin o sehrli anı - dekabrın soyuq günəşi şəffaflaşan məqam, dənizin mavi
sinəsinə salınmış əlvan boyunbağını xatırladan Antil tacını, Barbadosdan Verakrusacan uzanan
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
27
Qəraib şəhərlərinin mənzərəsini görmək üçün gəlirdi. O mənzərə yerində idi, indi bu adalar, ay
işığının altında sahildə uyuyan timsahlara bənzəyirdi və hər şey yenə həmin o oktyabr cüməsinin
ala-toranını xatırladırdı. Onda, yadına gəlir, səhər tezdən yataq otağından çıxanda bir də baxıb
gördü ki, prezident sarayının bütün əhlinin başında qırmızı papaqlar var. Sonra gördü ki, otaqları
süpürən, quş qəfəslərinin suyunu dəyişən arvadların da, ferma sağıcılarının da başında həmin bu
qırmızı papaqdan var. Qarovulçular da, həmişə pilləkənlər boyu oturan ifliclər də, cüzamlılar da
bu papaqlardaydılar. Bazar günü şənliyində də, hamı başında bu qırmızı papaq, qızılgül kolları
arasında gəzişirdi. O gecə general, dünyanın bu düz vaxtında nə baş verdiyini heç cür anlaya
bilmirdi, bütün şəhər camaatının qırmızı papaqlarda, hərənin əlində də bir dəstə şaq-şaqlı
oyuncaqla gəzməyinin mənasını başa düşə bilmirdi. Uzun üzüntülərdən sonra axır ki, o gün nə
baş verdiyini ona izah eləyən bir adam tapıldı. «Bura hardansa xaricilər gəlib, mənim generalım,
onlar ispan dilində danışır*, amma bu, bizim danışdığımız ispan dili deyil, çünki onlar dənizə
«nə?» yox, «kim?» deyirlər, bizim tutuquşulara «papaqayo», qayığa «almadiya», dustaqxanaya
isə «asaqay» deyirlər. Biz qayıqlarda dənizə çıxıb onların gəmiləri ətrafında fırlananda, onlar dor
ağacına qalxıb bir-biriylə qışqıra-qışqıra, bizim biçimli bədənimizdən, gözəl üzümüzdən danışıb,
saçlarımızı tərifləyirdilər, saçımızı at saçına bənzədirdilər. Görəndə ki, dərimiz gündən yanıb
soyulmasın deyə, bədənimizi rəngləmişik, tutuquşu kimi quqquldaşdılar ki, biz nə onlar kimi
ağıq, nə də generallar kimi qarayıq, bir Allah bilir nə rəngdəyik, dərimizi də tünd qəhvəyi rənglə
rəngləmişik, sonra da gülüşdülər, biz də başa düşmədik bunlar nəyə gülür, axı, biz tamam lüt
idik, mənim generalım, anadangəlmə. Əslinə qalsa, gülməli olan, onların özləri idi, o cəhənnəm
istisində şahzadə kimi altdan geyinib, üstdən qıfıllanmışdılar, «bürkü» sözünü də holland
qaçaqmalçıları kimi deyirdilər, saçları da arvad saçına oxşayırdı. Aralarında bircə qadın belə yox
idi, hamısı kişi idi, onlar bizə qışqırırdılar ki, niyə biz adam dilində, xristian dilində heç nə başa
düşmürük, hərçənd özləri də adam dilində heç nə qanmırdılar. Sonra onlar «almadiya» dedikləri
qayıqlarda yanımıza üzdülər və bizim, ucu sabala balığının sümüyündən düzəldilən avarlarımıza
baxıb təəccübləndilər. Onlar sabalaya «dişli balıq» deyirlər. Sonra da nəyimiz vardısa, hamısını
qırmızı papaqlara və şıq-şıq şıqqıldayan oyuncaqlara dəyişdilər. Biz bu oyuncaqları boyun-
boğazımıza taxıb xarici qonaqları bir xeyli güldürdük. Qalan şeylərimizi isə dəmir çax-çaxlara,
nimçələrə, güzgülərə, cürbəcür xarici cıncıq-mıcığa dəyişdilər, mənim generalım və görəndə ki,
bunlardan bizə heç bir ziyan gəlməz, yavaş-yavaş, onlar da hiss eləmədən, sahilə yan aldıq.
Burda da aləm qarışdı, nə qarışdı. Bir hay-həşir qopdu, bir bazar açıldı ki, gəl görəsən! Kimin
əlinə nə keçdisə, eləmə tənbəllik, budu ha, sürütləyib gətirdi. Tutuquşu gətirən kim, şokalad, quş
yumurtası daşıyan kim… Daşıhadaşı… Onlar da hər şeyi məmnuniyyətlə götürüb, əvəzində
camaata öz zir-zibillərini soxuşdururdular, hələ arada biri, öz məxmər cübbəsini bizim birimizlə
dəyişmək istədi ki, aparıb Avropada nümayiş elətdirsin. Təsəvvür eyləyirsiniz, mənim
generalım?»
General, çaşqınlıq və həyəcan içində duruxub qalmışdı, nə edəcəyini bilmirdi, bu qəribə işə onun
qarışmağı lazım idimi?.. Bu işlərin ondan bir asılacağı var idimi? Beləcə, çaşqınlıq və həyəcan
içində o, prezident sarayına - öz yataq otağına qayıdıb sabahkı günü gözlədi. Təzə açılacaq
günün sübh şəfəqi hər şeyi aydınlaşdıracaqdı, onda sular durulacaq, ona danışılan bütün bu
məşəqqətlərin əslində nə olduğu bilinəcəkdi. Amma pəncərəni açanda, onun gözünə, ilk
növbədə, nə vaxtsa dəniz desantının limanda qoyub getdiyi zirehli gəmidən savayı, acıqlı dənizin
ortasında aramla yırğalanan üç karavella dəydi.
***
Onun ölüsünü yenə həmin kabinetdə, elə həmin vəziyyətdə, həmin geyimdə - qartalların didib-
tökdüyü həmin üzüylə tapanda, bizim heç birimiz o qədər də qoca deyildik ki, meyitin birinci
dəfə tapılanda eyni ilə bu cür, ya başqa cür olduğunu yadımıza sala bilək, amma dəqiq bilirdik
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
28
ki, təkcə elə bir ölüm xəbəri ilə ölənin məhz o olduğuna qəti inanmaq olmaz. Çünki əvvəllər də
bir neçə dəfə belə olmuşdu ki, hamıya məlum olan bir həqiqət onun özünə aid olanda,
izaholunmaz bir anlaşılmazlığa, şahidlərin dəlil-sübutları isə boşboğaz söz-söhbətə çevrilirdi.
Məsələn, deyirdilər, guya o, kiməsə müsahibə verəndə, dəhşətli sancılardan qovrula-qovrula
kreslodan yerə yıxılıb, ağzından da yamyaşıl öd köpüklənib; yaxud, danışırdılar ki, Allah,
acıdilliyinə görə ona qənim olub, dilini qurudub və guya o, bircə söz belə deyə bilmir, təkcə
ağzını, o da zorla açıb-yuma bilir, onun əvəzinə isə pərdənin dalından ayrı adam danışır; sonra
deyirdilər, əxlaqsız hərəkətlərinin ucbatından, bədənini başdan-başa, balıq puluna bənzər əcayib
səpki basıb, qarnı da, hava dəyişəndə sancıdan elə doğranır ki, söyüşündən qulaq tutulur,
deyirdilər guya o, qarnını xüsusi arabaya qoyub gəzdirir ki, heç olmasa, əl-ayağını tərpədə bilsin;
«odu ki, deməli, ölümünə az qalıb…» – hamı bir ağızdan deyirdi. Deyirdilər ki, guya kimsə öz
gözləriylə, sarayın arxa qapısından onun, üstü qızılı çələnglərlə bəzədilmiş məxmər tabutunun
çıxarıldığını, Letisiya Nasarenonunsa Yağışlar bağçasında qanlı göz yaşları ilə ağladığını görüb.
Amma onun ölümü barədə yayılan bu şayələr nə qədər həqiqətə oxşayırdısa və bu cəbərlər nə
qədər sevindirici olurdusa, sonradan, onun, əvvəlkindən də betər qıvraqlaşdığını görmək,
hakimiyyət sükanını əlinin içində möhkəm-möhkəm saxlaya-saxlaya dünya durduqca, bizim
taleyimizi idarə eləməyinin şahidi olmaq bir o qədər kədərli olurdu. İlk baxışda elə bil hər şey
çox sadə görünürdü; axı bu, məhz onun bədəniydi?!.. Axı, dövlət möhürlü üzük təkcə onun
barmağında olurdu?!.. Yastı dabanları üstə yeriməkdən yorulmayan ayaqları, qartalların, nəyə
görəsə dəymədiyi dumbul qarnı haqqında biz çox eşitmişdik. Amma aramızda elələri də vardı ki,
nə vaxtsa bir dəfə, əlində eynilə bu cür üzük olan, yekə ayaqlı, dumbul qarınlı meyidi
görmüşdülər. Odu ki, biz bütün sarayı gəzib-dolaşandan sonra tapdığımız ölünün əslini
axtarmağı qərara aldıqsa da, sarayda aparılan ciddi yoxlamalar heç bir nəticə vermədi. Anasının
– Bendisyon Alvaradonun yataq otağında biz, içi, quruyub qaxaca dönmüş ölü quşlarla dolu bir
neçə sınıq qəfəs, inək təzəyinə bulanan hörmə kreslonu gördük, akvarel rəngləri ilə dolu tübiklər
və bir xeyli fırça tapdıq.
Bendisyon Alvaradonun satışa çıxardığı mallar məhz bu rənglərlə, bu fırçalarla rənglənib
bəzənir, bozarmış ütük cüllütlər gözəl qu quşuna çevrilir, sonra quş bazarında pəh-pəhlə satılırdı.
Burda, Bendisyon Alvaradonun yataq otağında biz, baxımsızlıqdan solmaq əvəzinə, yaşıllaşıb
daha iri qol-budaqlar atan melissa kollarını gördük, onun şitilləri divarlarla dırmanıb portretlərə
sarmaşmış, kətanların arxasında kök atıb, şəkillərdə təsvir olunan adamların gözlərini deşərək,
bu biri üzdən asılmış, ordan sürünüb pəncərələrə dırmanmış, çölə uzanıb bağçanın sıx yaşıllığına
hörülmüşdü. Odu ki, ölüsünü axtardığımız adamın buralarda gizlənə biləcəyinə zərrə qədər
şübhə yeri qalmırdı. Letisiya Nasarenonun yataq otağında gözümüzə ilk növbədə dəyən isə
təmtəraqlı sevgi yatağı – şəbəkəli pərdənin altında uyuyan, üstündə toyuqlar qaqqıldaşan nəhəng
çarpayı oldu. Biz, otaq boyu düzülmüş sandıqları açdıq və sandıqların içində çürüyən köhnə-
kürüşü – güvələrin yeyib dağıtdığaraq, bir yığın toz qalığına çevirdiyi tülkü dərilərini, uzunətəkli
qadın paltarlarının altından geyilən, məftildən hörülmüş tor tumanları, tozlu çiyin örtüklərini,
işləməli brüssel döşlüklərini, arada bir qadınların da ayaqlarına keçirib gəzdikləri kişi
başmaqlarını, qəbul günləri Letisiyanın şellənə-şellənə geyinib gəzdiyi qızıl tesmalı, hündür
dabanlı atlas çəkmələrini, üstünə fetrdən bənövşələr çəkilmiş, uzunətəkli paltarını, yas
mərasimlərində, ali xanımlıq nişanəsi sayılan ağır taftadan düzəldilmiş qara rəngli matəm
lentlərini gördük.
Sandıqların birindən biz, Letisiyanın, bir vaxtlar Yamaykadan oğurlanıb, büllur qab-qacaq
yeşiyində bizim tərəflərə gətiriləndə əyninə geydiyi yun tələbəlik paltarını tapdıq. Həmin o
əzablı səfərdən sonra Letisiyanı rahatca prezident xanımının taxtına oturtmuşdular. Bütün
bunlara baxmayaraq, biz Letisiyanın yataq otağında, axtardığımız adamdan bircə əlamət belə
tapa bilmədik və nəinki ondan, hətta Letisiyanın quldursayağı oğurlanmasıyla bağlı da əlimizə
bircə dənə belə olsun, dəlil keçmədi. Biz, onun Letisiyaya olan sonsuz məhəbbətinə aid də orda
heç nə tapa bilmədik, elə bil o, heç ömründə Letisiyanın yataq otağına ayaq basmamışdı.
Ömrünün son illərini, ayağını çölə qoymadan içində keçirmiş yataq otağında isə biz, üstü
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
29
səliqəylə yığılmış əsgər çarpayısını, əntiqçilərin, evlərdən ucuz qiymətə alıb yığdıqları qədim
mizi, içindən doxsan iki orden çıxan dəmir sandığı, qartalların, meyidin əynində dağıdıb tökdüyü
nişansız hərbi səhra formasını tapdıq, lakin sandıqdan tapıb çıxardığımız hərbi mundirin döş
hissəsi, altı irihəcmli güllə ilə deşilmiş, güllələrin açdığı dəliklərin kənarları yanıb qaralmışdı və
bu mənzərə bizi, onun ölməzliyi barədə gedən söz-söhbətlərə az qala inandırmışdı. Deyilənə
görə, guya ona heç bir güllə-filan təsir eləmirdi, guya kürəyinə xaincəsinə atılan güllə, onun
bədənindən xətərsiz-zədəsiz sivişib bu biri üzə düşür, üzbəüz açılan digər güllələr isə sinəsinə
dəyib geriyə qayıdaraq, gülləni atanın sinəsini dəlib keçirdi. Deyirdilər, o yalnız bircə halda, ona
son dərəcə sədaqətli olan, yolunda ölümə getməyə hazır olan adamın gülləsindən ölə bilərdi.
Güllə yalnız rəhmlə atılmalıydı ki, təsiri olsun, deyirdilər… onu yalnız rəhmlə atılan gülləylə
öldürmək olardı. Tapdığımız bütün meyidlər onun bədəninə görə balaca idisə də, ələ
keçirdiyimiz geyimin məhz onun mundiri olduğuna qəti əmin idik, çünki az-maz da olsa, onun
yüz yaşınacan boy atıb böyüməyindən xəbərimiz vardı, onu da bilirdik ki, yüz əlli yaşına çatanda
o, üçüncü dəfə təzə diş çıxarmışdı. Ağzındakı dişlər də elə xırdaydı, elə bil süd dişləriydi,
sarımtıl ləkəli dərisi isə elə sallanırdı, elə bil o, nə vaxtsa həddindən artıq kök olmuşdu… qalan
hər bir şeyi isə qaydasındaydı, bədəni, orta boylu adi adam bədəni idi, əcaib ölçülü yekə
qarnından, qızılquşun caynağına bənzər əyridırnaqlı, dördkünc ayaqlarından savayı qeyri-adi bir
şeyi yox idi. Bir də, nə vaxtsa qartalların dəlib çıxardıqları kədərli gözlərinin dəlikləri niyəsə
həddindən artıq yekəydi. Bir sözlə, bu adam, tarixçilərin təsvir elədiyi kimi, o qədər də
hündürboylu deyildi ki, sarayın dar və alçaq qapılarından keçə bilməsin. Bu, deyilən kimi,
uşaqları və qaranquşları sevən, bir çox heyvanların dilini bilən, təbii fəlakətləri qabaqcadan hiss
eləyən, gözlərə baxıb ürəkləri oxuyan, bir çimdik duzla cüzamlı yaralıları sağaldan, iflicli
xəstələri ayağa qaldıran, şəfqət duzunun sirrini bilən adama oxşamırdı, onun haqqında bütün
danışılanlar, əlimizə keçən mundirlərinin ölçülərindən fərqli olaraq, onun, həddindən artıq
möhtəşəm cüssəsindən xəbər verirdi. Mənşəyinə gəldikdə isə, bu barədə bütün məlumatların və
qaynaqların məhv edilməsinə baxmayaraq, hamı bilirdi ki, o, aran adamı idi, çünki onda, bütün
aranlılara məxsus hakimiyyət hərisliyi vardı. Qəddar idarəçilik üslubu - daim qanıqara gəzməsi
də buna bir sübut idi, dənizimizi, bilərəkdən xarici dövlətlərə satıb, bizi, ölü külünü andıran
qupquru tozanağa bürünmüş ucsuz-bucaqsız səhrada yaşamağa məhkum etməsi də. Şəxsi
həyatına qalanda isə, deyirdilər, saysız-hesabsız sevgililərindən, daha doğrusu, yatdığı
arvadlardan (əslinə qalsa, bu qadınların heç birini o sevməmişdi) onun beş mindən çox uşağı
vardı və bu uşaqlardan heç birinə, ağıllı-başlı, tamam-kamal adam demək olmazdı. Bu uşaqların
heç biri onun nə adını, nə də soyadını daşımırdı. Bircə Letisiya Nasarenodan olan oğlundan
savayı. Bu uşaq, dünyaya gələr-gəlməz, general rütbəsi almış və ilk övlad hüququyla dairə
diviziyasının komandanı vəzifəsinə təyin edilmişdi. O da ona görə ki, bu uşağı Letisiya
doğmuşdu. Qalan uşaqlara gələndə isə, sahibləri belə hesab edirdi ki, uşaq tək bir anayla da
kifayətlənə bilər. Çünki o özü də, digər görkəmli despotların taleyinə uyğun olaraq, atasının
üzünü görməmişdi. Görüb tanıdığı, bircə anası Bendisyon Alvarado olmuşdu. Bütün dərsliklərdə
də yazılmışdı ki, Bendisyon da, Müqəddəs Mariya kimi, yuxuda ikən bakirə hamiləlik möcüzəsi
ilə boylu olmuş və ali qüvvələr uşağın alnına möminlik taleyi yazmışdı. Odu ki, hakimiyyət
zirvəsinə çatan kimi o, xüsusi dekretlə Bendisyon Alvaradonu Vətən anası elan etdi – çünki belə
ana dünyada bircə dənə idi, «Ona görə ki, lənət şeytana, bu mənim anamdır!»
Əslində isə bu, nəsli-kökü bilinməyən, ağlasığmaz dərəcədə sadəlövh və dağınıq təbiətinə görə,
saraydaxili qayda-qanunları bütün ciddiliyi ilə qoruyub saxlayan əyanların nifrətini qazanan
qəribə bir qadın idi. Heç kim bu qadının, yəni dövlət rəhbərinin anasının, qəm-kədər çəkməsin
deyə, döşünə çörəkotu düyünü taxıb gəzməsiylə, kürünü çəngəllə, özü də hər dənəsini çəngələ
ilişdirə-ilişdirə yeməsiylə, laklı çəkmələrini, ayaqlarından ağır qandallar asılıbmış kimi,
arxasınca sürüyən yerişiylə heç cür barışa bilmir, onun, musiqi məşqləri keçirilən şüşəbənddə arı
pətəkləri bəsləməyindən, dövlət idarəsinin binasında toyuq saxlamağından hiddətlənir, tükləri
bozarmış, ütük quşları akvarel rəngləri ilə rəngləyib bazarda satmasından, əzəldən tarixi nitqlər
söylənilmiş mötəbər prezitdent eyvanında, yuyulmuş paltarları qurutmağından əsəbiləşirdilər.
Rəsmi qəbulların birində isə, onun giley-güzarından hamının az qala ürəyi dayanmışdı. O,
|