Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə4/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   2   3   4   5   6   7   8   9   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

20 


başınızı itirib, böcək kimi ora-bura qaçıdınız... Və o vaxtdan siz kreslodan ona görə düşmədiniz 

və düşmək fikriniz də ona görə yox idi ki, sizin üçün bu, sadəcə olaraq, qeyri-mümkün idi... 

Qorxu! Məsələ burasındadı... Boynunuza alın, mənim generalım, siz gözəl bilirsiniz ki, küçəyə 

adi adam kimi çıxsanız, camaat üstünüzə quduz it kimi atılıb, Santa-Mariya-del-Altardakı kütləvi 

qırğının, qala zindanındakı canavarlarla çiy ət əvəzi, diri-diri atılan dustaqların, yerdə qalanların 

gözünün odunu almaq məqsədilə diri-diri dərisi soyulub ailələrinə göndərilənlərin əvəzini 

çıxacaqlar... » Patrisio Araqones beləcə uzun-uzadı danışa-danışa, ötüb keçmiş incikliklər 

kisəsindən bir-birinin ardınca saysız-hesabsız dəhşətli xatirələr çıxardıqca, elə bil bu murdar 

rejimin qurbanlarının ruhuna dua oxuyurdu… qəfildən o susdu… elə bil qızmar yaba ilə içalatını 

oydular, ürəyi az qaldı dayana... sonra özünə gəlib asta-asta, təhqirsiz-filansız, yalvarış dolu səslə 

davam elədi: «Mənim generalım ... bu gözəl məqamı əldən buraxmayın, mənimlə birgə ölün... 

sizin üçün ən yaxşısı ölməkdi ... axı, kim bilməsə də, mən bilirəm... axı, mən elə sizəm... amma 

bir Allah şahiddi ki, mən bunu heç vaxt istəməmişəm ... heç vaxt əzəmət, şöhrət diləməmişəm, 

vətən qəhrəmanı olmaq arzusuna düşməmişəm... belə alındı... siz necə yaşayırsız, bunu mən 

bilirəm... sizin bütün həyatınızı təhlil eləməyə gücüm də çatar... çünki ürəyimin ən dərin 

guşəsində mən elə adi şüşəüfürən qalmışam, atam kimi şüşəüfürənlərdən biri olmuşam... 

Qorxmayın, mənim generalım! Ölüm siz düşünən qədər də ağrılı deyil...» O, bu sözləri o qədər 

inamla, səmimiyyətlə dedi ki, bizim general ona etiraz eləmək üçün özündə hirsə, acığa oxşar bir 

şey tapa bilmədi, son tutmalar, son qıcolmalar başlayanacan çarpayının kənarında oturub, 

Patrisionu yataqdan yumalanıb yerə düşməyə qoymadı. Patrisio Araqones qəfildən qarnını ikiəlli 

qucaqlayıb ağrıdan, xəcalətdən ağlaya-ağlaya: «Ay Allah! – dedi – şalvarımı doldurdum, mənim 

generalım!» General, Patrisionun bu sözünü ayrı mənada, ölümqabağı qorxu kimi başa düşdü, 

amma elə bu dəm Patrisio dedi ki, şalvarını ayrı mənada yox, elə doğrudan doldurub. Onda 

general çığırıb: «Yalvarıram sənə, bir az döz! Vətən oğlu, nə olur-olsun, kişi kimi ölməlidi!» - 

dedisə də, artıq gec idi... Artıq vətənpərvərlik hisslərinin yeri deyildi... Patrisio Araqones 

döşəməyə yıxılıb son titrətmələrlə, ayaqlarını yerə döyə-döyə, göz yaşı və nəcis içində 

çabalayırdı... 

O, Patrisionun meyidini iclas zalının yanındakı gizli yataq otağında öz əlləriylə yudu, əynində nə 

vardısa, hamısını soyunub meyidin əyninə geyindirdi, özü isə çılpaq qaldı. Qarnını saxlayan 

brezent qayışını da çıxarıb Patrisionun qurşağına bağladı. Uzunboğaz çəkmələrini soyunub 

Patrisionun ayaqlarına geyindirdi, qızılı mahmızı uzunboğazların sol tayının dabanına bərkitdi. 

Bütün bunları da öz tənhalığını dərk eləyə-eləyə, ağır kədər içində, bundan sonra daha tənha 

keçəcək həyatının acısını duya-duya elədisə də, bu kədər onu heç də karıxdırmadı, meyidlə 

apardığı əməliyyat boyu, özündən bircə dənə olsun, iz qoymadı, bir vaxt görücü-falçı qadının 

suyun aynasına baxıb dediyi sözlər - qulluqçuların onun ölüsünü hansı vəziyyətdə tapacağı da 

yadından çıxmadı. Onu, hələ o vaxt falçı qadın deyən kimi, öz təbii ölümü ilə öldüyü vəziyyətdə 

– orden-medalsız hərbi səhra geyimində, uzunboğaz çəkməsinin sol tayında qızılı mahmızı ilə 

döşəmədə üzüqoylu, üzünü balışın içinə basan kimi, ovuclarına basıb uzandığı yerdə 

tapmalıydılar… İşin qəribəsi isə o oldu ki, heç nə onun gözlədiyi kimi olmadı, heç kim onun 

öldüyünü təsdiq eləmədi, rejiminə sadiq qalanlar səbrlə nəyisə gözləyir, xəlvət məşvərətlər 

aparır, aralarında nə isə gizli razılaşmalara gəlirdilər. Üstəlik, onun ölümü barədə gəzən şayələrin 

qarşısını da nəyə görəsə alırdılar, bizim hamımızı inandırmaq üçün ki, generalın anası Bendisyon 

Alvarado yaslı deyil, arvadı alış-veriş yerlərində görünməyə məcbur eləyirdilər… «Əynimə güllü 

paltar keçirib məcbur elədilər ki, lazım oldu-olmadı, əlli cür çıncıq-mıncıq, quş lələkli şlyapa, 

daha ayrı zir-zibil alım, senyor, yəni hamı görsün ki, heç bir dərdim yoxdu, guya xöşbəxtəm... 

Ha deyirdim ki, a bala, indi bazarlıq vaxtı deyil, matəm vaxtıdı, indi ölkə göz yaşı içində 

boğulmalıdı. Axı, mən məsələnin nə yerdə olduğunu bilmirdim, elə bilirdim, ölən oğlumdu, 

bunlar isə, bu hərbiçilər, durduğum yerdə, foto-şəklimi çəkirdilər, çəkə-çəkə də məni məcbur 

eləyirdilər ki, gülümsəyim, özü də deyirlər ki, vətən naminə belə lazımdı, senyora!» 

Həmin dəqiqələr general xəlvət otağında gizlənib həyəcan və çaşqınlıqdan üzülə-üzülə, özünü 

yeyib-tökürdü: «Nəyə görə, lənət şeytana, mənim ölümümdən sonra bu dünyada heç nə 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

21 


dəyişmədi? Axı necə ola bilər ki, günəş elə əvvəlki kimi batır, çıxır, heç yanda büdrəmir də? Axı 

niyə, ay ana, niyə, bazar günü elə bazar günü qaydasıyla keçir… bürkü də, mənim sağlığımdakı 

kimi, yeri-göyü yandırıb-yaxır?» General bu suallarla özünü üzürdü ki, bu vaxt liman qalasında 

topdan atəş açıldı, kilsə zənglərinin səsləri şəhəri bürüdü və bir əsrlik rəzalət yuxusuna getmiş 

şəhər bu səsə ayılıb elə bil çalxalandı, qarmaqarışıq, səs-küylü izdiham sarayın ətrafına axışdı... 

Onda o, gizli yataq otağının qapısını azca aralıyıb ordan, iclas zalının tən ortasına qoyulub 

ətrafına yanar şamlar düzülən cansız bədnini, bütün xristianlıq tarixində baş vermiş ölüm 

hadisələrindən - Roma papalarının cəsədlərindən də gözəl bəzədilən cəsədini gördü… güllərin 

içində ağaran pudralı sifətinə, boyalı dodaqlarına, orden-medalların ağırlığından çökən sinəsinin 

üstə çarpazladığı sümüklü əllərinə, bir vaxtlar kiminsə göylər generalı üçün özündən uydurub 

düzəltdiyi – hər tərəfində on ədəb günəşcik yanan, oyuncaq kralın əldəqayırma xəncərinə oxşar 

gödək qılınc taxılmış qundağına, parad libası geydirilmiş bədəninə baxdıqca içini xəcalət və 

dəhşət hissi bürüdü. Ən qəribəsi isə, bu əldəqayırma qılıncın, bütün ölçüləri baş-ayaq eləməsiydi. 

Bu gödək qılınca görə hər bir şey - hakimiyyət möhtəşəmliyinin bütün rəmzləri, ağır hüznlü yas 

mərasimi, hərbi təltiflər və sair oyuncaq qılınc kimi cılız görünür, hər şey öz əzəmətini itirib 

adiləşir, tabutda yatan adamın bədən ölçüləriylə qəribə bir uyğunsuzluq yaradırdı. O isə ömrü 

boyu özünü kişi, üstəlik, hərb adamı hesab eləmişdi… odu ki, cəsədə baxdıqca, əsəbiləşir, öz-

özünə: «Yəni bu mənəm? Lənət şeytana, ola bilməz!» - deyə fikirləşirdi. Ardı-arası kəsilməyən, 

ucu-bucağı görünməyən adam axını cənazənin başına dolanırdı… Bir anlıq o bütün bunların 

tamaşa olduğunu, bu tamaşanın məkrli məqsədini unudub, özünü öz ölümündən təhqir olunmuş 

və alçaldılmış hiss elədi və ağzının içində dönə-dönə: «Bu ki, ədalətsizlikdi, lənət şeytana!» - 

deyə təkrar eləyə-eləyə, onu ölmüş bilib bura gələn adamların davranışına göz qoya-qoya, öz-

özlüyündə bir sıra məsələləri götür-qoy eləməyə başladı. O, bir çoxlarının özünü itirib köməksiz 

vəziyyətə düşdüyünü gördükdə ürəkdən sevindi, onu itirdiklərinə görə öz həyatlarından silən 

biçarələrin halına acıdı, bunun ardınca isə nəfəsini içinə qısa-qısa, bura, onun həqiqətən ölüb-

ölmədiyini, cənazədə uzananın o, yoxsa ayrı bir kəs olduğunu, ümumiyyətlə, bütün bunların 

oyun olub-olmadığını öyrənib bilmək üçün gələnlərin hərəkətlərini izlədi. Cənazənin önündə 

donuxub qalan, cəsədi hərbi salamla şərəfləndirən qoca veteranı, tabutun üzərinə əyilib

mərhumun üzüyündən öpən, qolu qara matəm sarğılı kişini, cənazəyə bircə gül qoyan utancaq 

litsey tələbəsini gördü və onları yaddaşında xüsusi bir yerə həkk elədi. Onları, bir də balıq satan 

arvadı. Balıqsatan arvad, ağzınacan balıqla dolu səbətini döşəməyə buraxıb, özünü cəsədin 

üstünə atdı, pudralı-boyalı meyidi qucaqlayıb, səsi zalı başına götürə-götürə: «İlahi, indi biz 

neyləyəcəyik?! – deyib bərkdən-bərkdən çığırdı – O ölüb! O ölüdür!» Onda hamı xısın-xısın 

pıçıldaşdı, xosunlaşdı: «Gördünüz, bu odur, onun özüdür! Özüdü ki, var! Ölüb!» - «Bu, odur! 

Odur! Odur!» - deyə Armas meydanında günün altında yanıb qarala-qarala cavab gözləyən 

adamların bir-birinə ötürdüyü bu xəbərdən sonra kilsə zənglərinin səsi kəsildi və qəfildən, əvvəl 

kilsənin, sonra ətrafdakı bütün kilsələrin zəngləri dini bayramların müqəddəs çərşənbəsində 

olduğu kimi, şən zınqırovlarla cingildəməyə başladı… havaya pasxa fişəngləri atıldı, salyut 

fişəngləri buraxıldı, təbillər çalındı və o, bilərəkdən susub kənara çəkilən qarovulun yanından 

ötüb sarayın divarlarına dırmaşan, pəncərələrdən içəri doluşan qiyamçıların dəstələrini gördü… 

onların, cənazənin önündə duranları dəyənəklə qovduqlarını, meyidə sarılıb ağlamaqdan 

doymayan balıqsatan arvadı döşəməyə yıxmaqlarını, meyidi səkkiz ədəd pəzəvəng gül 

çələnginin içindən dartıb çıxardığını, ayağından tutub pilləkənlər boyu sürütləyə-sürütləyə 

məsxərəyə qoyduqlarını, piləkəni düşürüb harasa bir az da aşağı aparmaqlarını gördü... Qalanları 

isə içi naz-nemət dolu kədər sarayı talan eləməyə, əllərinə keçəni dağıdıb məhv eləməyə 

başladılar… qotika üslubunda yığılmış kərpicli sütunları sökür, quş qəfəslərini, vitse-kralın 

tacını, royalı pəncərələrdən aşağı tulazlayır, naməlum cəngavərlərin külü yığılmış vazları yerə 

çırpıb sındırır, məyus gəmilərdə xumarlanan gözəllər təsvir olunmuş qobelenləri yırtır, 

yepiskopların, qədim döyüş geyimlərində təsvir olunan hərbçilərin portretlərini, möhtəşəm dəniz 

müharibələri təsvir olunan şəkilləri od vurub elə yandırırdılar, elə bil bununla bu mənfur 

hakimiyyətin axırına biryolluq çıxırdılar. Hər şeyi elə dağıdıb sökürdülər ki, gələcəkdə bu qan 

çanağını yada salmağa belə bircə iz qalmaın.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

22 


Bütün bunları o, öz gözü ilə gördü, sonra özünü pəncərənin qabağına atıb, çərçivələrin bağlı 

taxtaları arasından, çöldə baş verənləri, hər şeyi söküb məhv eləyən bu dağıdıcı dalğanın 

haralaracan gedib çıxdığını öz gözləri ilə gördü… «Elə bu an, bayaqdannan maşahidə elədiyim 

bütün bu məşəqqətlərdən sızlayıb qan ağlayan gözlərimlə daha dəhşətli mənzərələri, misli 

görünməyən yaramazlığın və naşükürlüyün bariz nümunəsini gördüm, ana... Bəxtəvərlikdən 

ağlıllarını itirmiş arvadlarım dingildəyə-dingildəyə evimi atıb gedirdilər. Hələ bu bəs deyil, 

özləri ilə fermanın inəklərini, sarayın mebelini, sənin bəslədiyin pətəklərin balını da vedrələrlə 

daşıyıb aparırdılar… mən öz balalarımı - qazan qapaqlarını gümüş qaşıqlarla təbil kimi çalan, 

bürünc ləyənləri büllur güldanlara vurub cingildədə-cingildədə: «Atam ölüb, yaşasın azadlıq!..» - 

deyib ulaşa-ulaşa ətürpədən şənlik düzəldən bu alayarımçıq küçükləri öz gözlərimlə gördüm… 

Armas meydanında qalanan tonqalda yanıb külə dönən portretlərimi, litoqrafik təqvimləri 

gördüm!» O, hamının zəhləsini tökmüş, hər dəqiqə, hər addım camaatın gözünü döyənək eləmiş 

portretlərinin alışıb yanmağına, sonra yenə öz bədəninə baxdı. Bədnini indi də fayton yolunun 

ortasıyla - orden-medalları, qızılı qaytanaları, məxmər gödəkçəsi, balaca qılıncı, paqonlarında, 

göylər generalının qüruba enən günəşləri ilə bir yol uzunu sürüyürdülər… «Bax gör, ana, gör 

məni neylədilər…» - deyə o, ağzının içindəcə pıçıldadı və küçə boyu, bir ucdan meyidə tüpürən 

camaatın sulu tüpürcəyini bütün vücuduyla, dərisinin hər toxumasıyla hiss elədi, eyvanlardan 

təpəsinə tökülən sidiyin üfunətini duydu, bədənini acı xəcalət təri basdı, sonra get-gedə bu 

xəcaləti dəhşətli qorxu əvəz elədi; onu şaqqalaya da bilərdilər... Onda ətini itlər gəmirəcəkdi, 

bədənini qarğa-quzğun dəlik-dəlik eləyəcəkdi və bütün bu müsübət, bu bayram şənliyinin - onun 

ölümünə qurulan şənliyin gurultulu təntənəsi olacaqdı! Bu dəhşətli bayram qasırğası sovuşub 

gedəndən sonra otağı, çöldə çalınan müxtəlif musiqi səsləriylə doldu… Külək əsməsə də, musiqi 

sədaları şəhərin dörd bir yanından axıb içəri dolurdu… o öz tənha, xəlvət otağında gicəllənir, 

milçəkləri havada tutub ovcundaca boğur, qulağına qonub fikrini cəmləməyə mane olan 

mığmığaları da beləcə, ovcuna sıxıb öldürməyə çalışır, üfüqdə közərən yanğının işığına, yaşıl 

işığı dəqiqədə bir yanıb sönə-sönə pəncərənin taxta millərindən içəri süzülərək, onu zolaqlı 

pələngə oxşadan mayaka baxır, çöldən eşidilən səslərə diqqət kəsilir, həyatın qaynar nəfəsini, 

onsuz keçən gündəlik həyatın – fövqəladə ölümü adiləşib, yüz-yüz illərin minlərlə ölüsünün adi 

ölümünə çevrildikcə, dincəlib, rahatlanıb özünə qayıdan həyatın havasını duyur, tədricən adsız-

ünvansız əbədiyyət bataqlığında əriyib yoxa çıxdığını hiss eləyirdi. Bu məqam o, ölümünün 

üstünə çımxırıb: «İtil cəhənnəmə, adamaoxşamaz!» - dedi və xəlvət otağından bu fikirlə çıxdı ki, 

artıq vaxtdı, gizlənməyin heç bir mənası yoxdu. Ayağını sürüyə-sürüyə, sökülüb dağılmış 

zalların içi ilə, ölü güllərin, şam yanığının iyindən baş çatlayan qaranlıq xarabaıqlarla gəzib-

dolaşdı, nazirlər kabinetinin iclas salonuna çatıb qapını itələdi və tüstüdən göz-gözü görməyən 

bu qaranlıq otağa daxil oldu. Uzun, qədim stolun ətrafı xırlıtılı adam səsləriylə uğuldayırdı... 

Dünəndən bəri axtardığı, görmək istədiyi adamların hamısı buradaydı. Federasiya uğrunda 

qazandıqları qələbəni pula dəyişən liberallar, onlardan bu qələbəni satın alan konservatorlar, 

yüksək rütbəli generallar, üç nazir, arxiyepiskop və səfir Şnotpern, hamı buradaydı, hamı! Hamı 

bir tələdə! Bir neçə dəqiqə əvvəl bu adamlar öz çılğın çıxşlarıyla hamını bir əsrlik despotizmə 

qarşı mübarizədə birliyə çağırırdılar, amma özləri ömürləri boyu bütün işlərdə ona züy 

tutmuşdular. İndi başları bütün bu murdarlığa o qədər qarışmışdı ki, gözləri elə qızmışdı ki, heç 

biri o dünyadan xortlayıb gələn prezidenti görmədi. Onda o yumruğunu stola çırpıb: «Demək 

belə?!» - dedi və zərblə çırpıdığı yumruğunun stola dəyməyi ilə stolun ətrafındakıları göz 

qırpımında, çığır-bağırtıyla yoxa çığmaqları bir oldu. Ortada siqaret kötüyü ilə dolu külqabılar, 

qəhvə fincanları, arxası üstə aşan kreslolar, bir də hərbi səhra geyimli, balaca, təmkinli general 

Rodriqo de Aqilar qaldı. O, tək qoluyla otağın ortasından pərdə kimi asılan tənbəki tüstüsünü 

qovub döşəməni göstərərək: «Yerə uzanın, mənim generalım! – dedi – İndicə atəşfəşanlıq 

başlayacaq». Və bizim general özünü yerə, əziz dostunun yanına atmağı güclə çatdırdı və 

«Qiyamçılardan biri də sağ qalmamalıdır!» əmrini xüsusi dəqiqlikə yerinə yetirən prezident 

qvardiyasının qanlı bayramı, ölüm şənliyi başladı. Əmriniz yerinə yetirildi, mənim generalım, 

çöl qapısından aradan çıxmaq istəyənləri pulemyotla aşsüzənə döndərdilər, pəncərədən atılanlar 

havada tutuldu, yaxın evlərdə gizlənənlər isə qumbara tüstüsündə boğuldu. «Cəzadan qaçanlar 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

23 


əsrin sonunadək ən qorxunc düşmən elan olunsun!» - prinsipinə əsasən, orda-burda sağ qalan 

yaralıları da yerlərindəcə güllələdilər. Bütün bu haqq-hesab uzananacan o, general Rodriqo de 

Aqilardan iki addam aralıda, döşəmədə üzü üstə uzanaraq, səbrlə qumbaraların gurultusuna 

qulaq asdı. Kürəyi, hər partlayışdan pəncərələrdən içəri dolan şüşə qırıntılarıyla, divarlardan 

qopan suvaq parçalarıyla dola-dola, qumbaralar guruldaya-guruldaya, dua oxuyurmuş kimi, 

ağzının içində bir nəfəsə pıçıldadı: «Bitdi, əzizim, qurtardı daha, bundan sonra bütün əmrləri 

özüm verəcəyəm, bir küçüyün belə cınqırı çıxmayacaq, sabah səhər baxarıq görək, bu zırıltıdan 

sonra nə salamat qalıb… əgər oturmağa bir şey qalmayıbsa, bir cüt ucuz kətil, dəlmə-deşiyi 

tutmağa beş-altı həsir, bir-iki xəm-xırt da alınar, qab-qaşıq lazım deyil, kazarmalardakını 

işlədərik, daha əsgər-məsgər də saxlayan deyiləm, nə əsgər, nə zabit, hamısı cəhənnəm olsun süd 

əmməklərinə, qarmaqarışıqlıq düşəndə ələ bir kəs gəlmir, çörəkləri dizlərinin üstündədi köpək 

uşağının, bircə prezident qvardiyasını saxlayacağam, bir onlar qocaq və namusludurlar, nazirlər 

kabineti-zad da qurtardı… nəyimə gərəkdi, bircə qabiliyyətli səhiyyə naziri bəs eləyər… belə 

nazir doğrudan lazımdı, bir də xətti yaxşı olan bir nəfər, birdən bir şey yazmaq lazım oldu, 

vəssalam, bütün bu kazarmaları, nazirlikləri də kirayə verərik, o pula sarayı da saxlayarıq, indi 

adamdan çox. pula ehtiyac var, iki nəfər də qabiliyyətli quluqqçu götürərik, qoy biri bişirib-

düşürsün, yır-yığış eləsin, o biri yuyub ütüləsin, inəklərdən, quşlardan salamat qalanı varsa əgər, 

onlara da özüm baxacağam, bir fahişənin də ayağı dəyməyəcək bundan sonra buralara, bu da o 

deyil ki, dəqiqə başı tumanlarını sivirib əsgərlərin yanına cumurdular… qızılgüllərin altında 

köpən cüzamlılar da rədd olsunlar başımdan, başıbilən hüquqşünaslar, hər şeyi guya qabaqcadan 

bilən siyasətçi-alimlər də – hamısı cəhənnəm olsun, bura prezident sarayıdı, yankilərin sözü 

olmasın, murdar fahişəxana deyil… Patrisio Araqones də düz deyirdi, hər şeyin öhdəsindən 

özüm gələrəm, heç kim də mənə lazım deyil, ikinci kameta olmur, lap belə onuncusu olsun, daha 

ölməyə hazırlaşmıram. Ölmək istəyən ölsün, boyunlarının ardını görərlər!» Bütün bunları o, dua 

kimi ara vermədən, ağzının içində şer əzbərləyən tək, birnəfəsə dedi. Bu, onun köhnə adəti idi

həmişə ən çətin dəqiqələrdə, müharibələrdə içini yeyən qorxunu canından çıxarmaq üçün 

fikirlərini öz-özünə danışır, sabah gələcək yeni yüzilliyin hansı tarixinin hansı saatınınsa dəqiq 

planını qururdu. Belədə elə bil yeri-göyü lərzəyə gətirən partlayışların səsi eşidilməz olurdu.  

Axır ki, çöldən sonuncu güllənin səsi eşidildi. Bu güllə ilə axırıncı yaralını öldürdülər. General 

Rodriqo de Aqilar pəncərəyə sarı sürünüb ayağa qalxdı, küçəyə boylanıb kiməsə, meyidləri 

daşımaq üçün zibil furqonları gətirməyi əmr elədi, sonra generala sarı çönüb: «Gecəniz xeyrə 

qalsın, mənim generalım!» - deyib otaqdan çıxdı. «Xeyrə qarşı, - general cavab verdi – xeyrə 

qarşı, dostum! Çox sağ ol!» Rodriqo gedəndən sonra o bir müddət nazirlər kabinetinin matəm 

rənginə boyanmış qara, mərmər döşməsi üstə uzanıb qaldı, sağ qolunun dirsəyi başının altında, 

üzü sol ovucunun içində, xaraba qalan otaqların tüstüsündən və qan gölməçələrinin əksindən 

qızaran ayın çəhrayı işığı altında, bu gecə ömrünə ilk qədəmini qoyan uğursuz payızın xəzəli 

qoynunda, xəzəlin yumşaq laylasını diləyə-dinləyə, həmişəkindən bir az da tənha vücuduyla 

yuxuya getdi. Səhəri gün isə hər şey gözlənilmədən ayrı cür oldu, dünəndən bəri fikirləşib öz-

özünə qurduğu planları yerinə yetirməyə ehtiyac qalmadı. Ordu öz-özünə dağılmışdı – əsgərlər 

qaçmış, son dəqiqəyəcən paytaxtın kazarmalarında və ölkənin bir neçə ayrı kazarmalarında 

dünənəcən müqavimət göstərən bir ovuc zabit, könüllülər dəstəsinin köməyi ilə prezident 

qvardiyası tərəfindən öldürülmüş, nazirlərdən sağ qalanların hamısı, son dəqiqəyəcən ona sadiq 

qalan həkimindən, bir də ölkənin ən yaxşı kalliqrafından başqa, hamı xaricə qaçmışdı. Maliyyə 

məsələlərində də ortaya bir o qədər çətinlik çıxmadı, borc üçün kiməsə, hansı xarici dövlətəsə 

agız açıb, bogaz çəkmək lazım olmadı. Sən demə, tərəfdarları az deyilmiş, onlar dövlət 

xəzinəsini qızıl üzüklərlə, bəzək əşyalarıyla doldurmuşdular. Ucuz kətil, dəfn günü sökülüb-

dagılan uçuq-söküyü yamamaq üçün kilim almaq da lazım olmadı. Ona görə lazım olmadı ki, 

ölkənin sakitləşdirilib dinc əmin-amanlıq yaradılması zəmnində, prezident sarayı da bərpa edilib 

əvvəlkindən daha zəngin və gözəl olmuşdu. Saray yenə başdan-başa içi cürbəcür quşlarla dolu 

qəfəslərlə bəzədilmişdi. Qəfəslərin bir qismində acıdil qaykamay tutuquşları oturub: «İspaniya 

olmur, Portuqaliya olsun» mahnısını oxuyurdular. Hər yer gül kimi tər-təmiz, dənizçi səliqəsi ilə 

par-par parıldayırdı. Bu dənizçi səliqəsi, bu sahman iki utancaq qadının əməyini bəhrəsiydi. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

24 


Pəncərələrdən içəri, onun şəninə çalınan musiqi sədaları axır, fişənglər atılır, dünən ölümünə 

çalınan zənglər, indi səhər-axşam onun ölməz əbədiliyinə cingildəyirdi. Armas meydanının 

həmişəhazır camaatı isə iri hərflərlə yazılmış: «Ölümünün üçünçü günü zühur edən zat-alilərini 

Allah hifz eləsin!» - şüarlarıyla hamını ölməz prezidentin ətrafında sıx birliyə səsləyirdilər. Bir 

sözlə, həyat, əvvəllər olduğu kimi, heç kimi, heç nəyi süni surətdə nəyəsə təhrik eləmədən, təbii 

şəkilldə gündəlik bayrama çevrilmişdi. Hər şey öz-özünə düzəlirdi. Dövlət işləri yağ kimi gedir, 

vətən, iri addımlarla irəliləyir, höküməti öz bildiyi, öz istədiyi kimi idarə eləyir, heç kim ona 

mane olmur, elə bil düşmənləri də öz-özünə ha tərfəsə buxarlanırdı. Əziz dostu Rodriqo de 

Aqilar öz işindən razı qalmaya bilməzdi, Rodriqonun işindən general da razı idi, odu ki, günlərin 

bir günü prezident qvardiyasının qiyam vaxtı xüsusi amansızlıq və şücaət göstərən bütün 

əsgərlərini sıraya düzdürüb, hamısına zabit rütbəsi verdi, sonra da yadına düşdü ki, indi bu 

zabitlər kiməsə əmr verməlidir, bunun üçün də mütləq yenə ordu yaranmalıdı, çörəyi dizinin 

üstdə olan ordu. Dəxli yoxdu, o, sıravi əsgərlərin hamısına zabit rütbəsi verib barmağıyla bir-bir 

onların sinəsini nişan ala-ala: «Sən – kapitan! Sən – mayor! Sən – polkovrik! Yox-yox, sən – 

general, o birilər – leytenant! Haydı, əzizlərim, ordunu qəbul edin!» - dedi. Ölümünə sidq-

ürəkdən yananları da yaddan çıxarmadı, bu qədirbilən insanlara qarşı duyduğu coşgun 

minnətdarlıq hissi bütün vücudunu alovlandıra-alovlandıra, vida mərasimində cənazənin önündə 

hüznlə dayanan həmin qoca veteranı, məhrumun üzüyünü öpən həmin o kişini axtarıb tapmağı 

əmr elədi. Tabutu üstə ağlayan balıqsatan arvadı da tapdırdı və on dörd uşağı olan bu yazıq 

qadına çoxotaqlı mənzil bağışlayaraq, zavallı ananın ən böyük ehtiyacını ödədi. Cənazəsi üstə 

tək gül qoyan litsey tələbəsini də tapdırdı, onu dənizçiyə ərə verərək, qızın ən böyük arzusunu 

yerinə yetirdi. Bu hədiyyələr və təltiflərlə kifayətlənmək bilməyən kövrək qəlb yalnız San-

Xeronimo kazarmalarının həyətində əli-qolu bağlı qiyamçıları görəndə sakitləşdi. Qorxudan və 

nifrətdən itiləşən yaddaşıyla onların hamısını bircə-bircə, qəddar dəqiqliklə tanıdı, əsirləri günah 

dərəcəsinə görə ayırdı: «Qiyama sən başçılıq eləyirdin – bu yana keç! Meyidin üstündə ağlayan 

arvadı itələyib yerə yıxan sən idin – bu yana! Mərhumu murdarlayıb pillələrlə, palçıqlı 

gölməçələrlə sürüyən siz idiniz – bura durun! Qalanları bu yana! İndi göstərərəm sizə – 

alçaqlar!» Amma cəzanın özü onu qətiyyən maraqlandırmırdı, adicə cəzayla heç nə həll 

olunmurdu. Ona o lazım idi ki, qiyama qalxan adamların bu hərəkətlərinin, «meyidinin» 

murdarlanmasının, ümumxalq narazılığının partlayışı yox, bir dəstə heyvərənin əskik hərəkəti 

olduğunu özü-özünə sübut eləsin. Odu ki, əsirləri şəxsən özü dindirir, istədiyi yalanı onların 

boynuna qoyub, öz dilləriylə etiraf elətdirirdi. Əsirlər isə heç cür heç nəyi boyunlarına almırdılar. 

Onda o, onların əl-qolunu bağlatdırıb, tavan taxtalarından, tutuquşu kimi kəllə-mayallaq 

asdıraraq, saatlarla başıaşağı saxlatdırırdı. Bundan da bir şey çıxmyanda, onlardan birini qala 

zindanına atmağı əmr elədi ki, timsahlar onu diri-diri parçalayıb yesinlər, o birilər də buna 

tamaşa eləyib hərə öz payını götürsün. Bu da kar eləməyəndə, o, həbs olunanların hər 

dəstəsindən bir nəfər seçib əmr elədi ki, hamının gözü qabağında onların dərisini soysunlar və 

hamı, ana bətninin pərdəsi tək sarımtıl, incə dərilərə, qıpqırmızı əti görünən titrək bədənlərdən 

kazarmanın daş pillələri üzərinə süzülən qaynar qana baxıb hərə öz dərsini götürsün. Yalnız 

bundan sonra bu inadkar heyvərələr hər şeyi boyunlarına aldılar. Boyunlarına aldılar ki, onları 

pulla şirnikləndirib, cənazəni murdarlayaraq, bazar zibilliyi ilə sürütləmək üçün dörd yüz qızıl 

peso veriblər. Əvvəl onlar buna razı olmayıblar, çünki ona qarşı çıxmaq istəməyiblər və 

ümumiyyətlə, belə şeylərin əleyhinədirlər, amma məsələ belə olub ki, gizli müşavirələrin birində 

iştirak eləyən iki hərbçi general onları cürbəcür sözlərlə qorxudaraq məcbur eləyib. «Biz ancaq 

buna görə razı olduq, işıq haqqı!» Onda o, rahat nəfəs alıb: «Aldadılmış zavalı balalar!» - dedi və 

onları doyunca yedirdib, yatıb-dincəlmələrinə şərait yaradılmasını əmr elədi, səhərisi gün isə 

hamısını yem əvəzi timsahlara atdırdı. Bundan sonra qəlbinin şübhə kisəsinin açılıb boşalmasını 

hiss elədi və rahatlanıb ağzının içində özü-özünə: «Şeytana min lənət, indi hamı başa düşdü ki, 

xalqın heç bir təqsiri yoxdu, xalq məni sevir!» - deyə-deyə öz yerinə, saraya qayıtdı. Patrisio 

Araqonesin, bir vaxtlar qəlbində qaladığı həyəcan tonqalının son közərtilərini tapdalayıb 

söndürərək, işgəncələrin ləğvi barədə fərman verməyi qərara aldı və ürəyində özünə söz verdi ki, 

bu gözəl məmləkətdə bir daha işgəncəyə yol verilməyəcək. Qərardan sonra bütün timsahları 



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin