“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
115
vətənpərvəri seyr edibmiş; bu məsələdən sonra qoca bir azca sakitləşmişdi, amma bu sakitlik çox
az çəkdi; kəsilmiş başlarla dolu kisələr, bir ucdan saraya daxil olmaqda idi; - kisələr o qədər
çoxalmışdı ki, daha Xose İqnasio Saens de la Barranın, bu qədər insan qanını, heç bir şəxsi
məqsəd güdmədən, tökdüyünə inanmaq mümkün deyildi; qoşun komandirlərinin, öz miskin
gücsüzlükləriylə belə asanlıqla barışmaları, məvaciblərinin qadırılmasını belə istəməmələri, ona
lap məntiqsiz gəlirdə; hərbçilərin müəmmalı itaətkarlığının, üsyan etməmələrinin, bu cür azğın
hərəkətlər edən bu adamın aradan götürülməsini tələb etməmələrinin əsl səbəbini öyrənmək
üçün, hərbçilərin vəziyyətiylə daha yaxından tanış olamq qərarına gəldi; bir dəfə ən uzaqgörən,
cəsur hərbçidən soruşdu ki, silahlı qüvvələrin ləyaqətini tapdalayan bu qaniçən lotunun başını
bədənindən ayırmaq vaxtı hələ çatmayıbmı? Cavab onu təəccübləndirdi: «Ah, yox, mənim
generalım, bir az şişirdirsiniz.» O vaxtdan bəri o, hər dəfə ona, lotereyalarla bağlı bədbəxt
uşaqların taleyini xatırladan, bu ölüm qoxulu «qanun çərçivəsində Tərəqqi» adlı bic qurğuda,
kimin kim tərəfində olduğunu, kimin kimə zidd olmasını heç cür ayırd edə bilmirdi; Xose
İqnasio Saens de la Barra da ayıq-sayıq idi: hökmdarının qızğın həyəcanlarını təlimçi bacarığıyla
yatırdırdı: «Rahat yatın, mənim generalım, dünya sizindi!» - deyə Saens tez-tez təkrarlaya-
təkrarlaya generalı yenə inandırırdı ki, ona və yalnız ona məxsus olan bu dünyada hər şey çox
sadə və aydındı və bu aydınlığı dəyişməyə dəyməz; odu ki, həyat öz axarıyla gedirdi; o, həmin
qəbiristanlıq zülmətli kimsəsiz evində – möhtəşəm prezident sərdabəsinin qaranlıq dəhlizlərində
vurnuxur, tez-tez bu vurnuxmadan bezir və ümidsizliklə özü-özünə: «Lənət şeytana, axı mən
kiməm – insanam, yoxsa insanın güzgüdəki əksi? Əgər səhərin bu vədəsi, saat on birdə ətrafda
ins-cins yoxdusa, onda mən kiməm? Bu kimsəsiz saray səhrasında Allahın dilsiz-ağızsız toyuğu
belə yoxdu…» - deyə fikirləşir, sonra öz-özüylə danışa-danışa, şirin xatirələri – sübhün ala-
toranlığından, yemək artıqları üstə itlərlə əlbəyaxa savaşan cüzamlı və iflic xəstələrin hay-küyü
eşidilən dövrləri, camaatın, pilləkənlərə tökülüb-qalmış inək təzəklərinin üstüylə sürüşdüyü,
uzaq-uzaq yerlərdən tökülüşüb gələn, kişili-qadınlı, saysız-hesabsız adamın, qarşısında diz
çöküb, yaralarını sağaltmağı, uşaqlarını xaçlamağı, yaxud qarın ağrısından qurtarmağı xahiş
edib, yalvaran günləri yadına saldı: «Əlinizi verin, mənim generalım, ürəyimə sakitlik gətirin –
köksümə dolmuh bu qorxunc zəlzələni yalnız siz yatıra bilərsiz!» «Bir dənizə baxın, mənim
generalım, qasırğalar təkcə sizin qarşınızda ram olur! Səmaya fikir verin, buludların pərdəsini
yalnız siz yırta bilərsiz! Yerə diqqət edin, vəba, yalnız sizdən qorxur!» – deyirdilər. Hüzuruna
can atan minlərlə adam, onun hər şeyə qadir olduğuna, küləyi belə, öz iradəsinə tabe etmək
qabiliyyətinə, bütün Yer üzündə qayda-qanun yaradmaq qabiliyyətinə, lazım gələrsə, lap Allahın
özüylə də baş-başa gələ bilmək qabiliyyətinə malik olduğuna qəti əmin idilər; o özü də yavaş-
yavaş bu mövhumatçı inama qapılır, camaatın istəyini yerinə yetirə-yetirə, hər kəsə, imkan
daxilində, onun istədiyini verir, ona təklif olunanları qəbul edirdi; çünki ona bu boyda
fədakarlıqla inananları, onun əsl və uydurma əzəmətini tərənnüm edənləri, azca da olsa,
sevindirməyə bilməzdi; amma indi bir kəs ondan, nə isə istəmirdi, heç adicə: «Sabahınız xeyir,
mənim generalım! Necə yatmısız?» - deyən də yox idi. Pəncərə şüşələrini çilik-çilik edə-edə,
ordunun canına vəlvələ salsa da, onu, hələ ki, sağ olduğuna inandıran gecə partlayışları da yox
idi… sarayın, gecələr onu yatmağa qoymayan bu ölü sakitliyindən, o partlayışlar yaxşıydı; indi
o, guya hakim-mütləq idi, amma divardakı kölgəsindən də gücsüzüydü; verdiyi, yaxud verməyə
hazırlaşdığı bütün əmrlər, o, hələ ağzını açmağa macal tapmamış yerinə yetirilirdi; ağlına yenicə
gələn gizli arzuları, artıq kiminsə tərəfindən icra olunurdu; siesta saatlarında adəti üzrə tor
yelləncəyində uzana-uzana, oxuduğu rəsmi qəzetlər də bu barədə yazırdı. Yekə-yekə hərflər,
onun hər addımı, havanı necə udması, bütün niyyətləri barədə bar-bar bağırırdı; şəkillərdə, onun
tikdirmək niyyətində olduğu, lakin bu barədə əmr verməyi unutduğu körpü, uşaqlara, yalnız küçə
süpürmək qaydaları öyrədilən məktəb və nəhayət, onun özünə də məlum olmayan nəyinsə
təntənəli açılışında, sağmal inəyin və çörək ağacının yanında, ordenli, bərbəzəkli formasında lent
kəsdiyi məqam həkk olunmuşdu; o, heç cür rahat olmur, iri, ağır ayaqlarını, kimsəsiz, boş otaqlar
boyu qoca fil kimi sürüyə-sürüyə yeriyir, elə hey nəyi isə axtarır, nəyisə itirmək qorxusu
canından əl çəkmirdi; otaqları gəzdikcə isə belə məlum olurdu ki, yenə kimsə quş qəfəslərinin
üstünə tünd örtük çəkib; fermadakı inəkləri sayıb, bütün pəncərələrdən görünən dənizə baxdı: hər
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
116
şey yerində və salamat idi deyə, çırağı əlinə alıb yataq otağına getdi, bir dəfə isə, dəhlizdə
gəzişərkən, qəfildən prezident qvardiyasının qarovul otağında qulağına öz səsi gəldi; oğrun-
oğrun ora boylananda, tüstüdən dumana bürünmüş otaqda, televizor ekranının tutqun işığı altında
mürgüləyən bir qrup zabiti gördü; ekrandakı o özüydü, indikindən bir az arıq, səliqəli geyimdə:
«Hər halda, bu mən idim, ana!»
Dövlət gerbinin qarşısında, üstündə üç cüt qızıl çərçivəli gözlük olan masa arxasında falçı
arvadın dediyi – ölməli olduğu kabinetində oturmuşdu; əslində, heç vaxt dilinə gətirə bilmədiyi
çətin elmi terminlərlə danışaraq, dövlət işlərinin analiziylə bağlı çıxış edirdi; bu mənzərə onu, bir
vaxt gül-çiçək içində itib-batan meyitinin tamaşasına baxdığı andan daha çox həyəcanlandırdı:
«Bu diri adam özüm idim, ana, utandığımdan, camaatın üzünə çıxa bilməyən, xalqın qarşısında
çıxış etməkdən xoflanan adam, indi öz səsiylə danışırdı!.. Bu doğurçu, adi insan mən idim, ana!
Bu möcüzənin nə demək olduğunu ha götür-qoy elədimsə də, bir şey anlamadım, yerimdəcə
donub qaldım!» Həmin bu televizya verilişi, generalda böyük qəzəb partlayışı, rejimin sonsuz
illəri ərzində yeganə narazılıq partlayışı oyatdı; Xose İqnasio Saens de la Barra, onun hüzurunda
özünü soyuqqanlı aparırdı: «Şişirtməyə dəyməz, general - Xose İqnasio şirin səsiylə deyirdi - bu
qanunsız yollara, qanun çərçivəsində tərəqqi adlı gəmimizi qəzadan qurtarmaq naminə əl atmalı
olduq. Bu, ilahidən gələn buyruq idi, general, onun köməyilə də xalqın, canlı insanın
hakimiyyətinə, sizin varlığınıza olan şübhələrini azalda bildik, general! Camaat bilməlidi ki, hər
ayın son çərşənbəsi, siz hökumətin fəaliyyəti barədə məruzə edirsiz. Onlar bunu, dövlətin radio-
televiziyasıyla eşidib-görməlidirlər. Axı, bu sayaq məruzələr ümumi qəm-qüssəni aradan
qaldırır?!.. «Məsuliyyəti öz üzərimə götürürəm, general! Mikrafonlu günəbaxana oxşayan bu
vazı bura mən qoymuşam. Bütün dedikləriniz, cümə günləri sizdən soruşduğum sualların
cavabları bu mikrafonla yazılırdı. Verdiyiniz sadəlöhv cavabların, hər ay millətə olan
müraciətlərinizin bir hissəsini təşkil etdiyi heç ağlınıza belə gəlmirdi! Amma onu da deyim ki,
sizin əvəzinizə, özgəsinin şəkli istifadə olunan kadrlarda, demədiyiniz sözlərdən istifadə
olunmayıb. Buna özünüz də əmin ola bilərsiz: bu da kino-lentləri və qrammofon yazısı olan
vallar!» Xose İqnasio Saens de la Barra, kino lentlərini və valları, bir də gördüyü işlərin siyahısı
yazılmış vərəqi stolun üstünə qoydu: «General, bu vərəqi elə yanınızda imzalayıram ki, taleyimi
istədiyiniz kimi həll edəsiz!» O, gözlərini heyrətlə Xose İqnasio Saens de la Barraya zillədi və
birdən-birə anladı ki, Xose İqnasio onun yanına, ilk dəfədi ki, köpəksiz, silahsız, ölü kimi solğun
sifətdə gəlib… ah çəkib: «Yaxşı, Naço, vəzifənizi icra edin.» - dedi və həmişəkindən bir az da
qoca, hədsiz yorğun vəziyyətdə, yumşaq kreslosuna yayxanıb, şəkillərdəki qəhərəmanın satqın
gözlərinə baxmağa başladı; qoca qəmli və tutqun idi, sifətində, müəmmalı niyyətlərinin əbədi
ifadəsi donub qalmışdı; həmin bu daşlaşmış ifadəni, Xose İqnasio Saens de la Barra iki həftə
sonra - öz dobermanını zorla sürüyə-sürüyə, onun kabinetinə, təqdimatsız-filansız girəndə gördü:
«Mühüm xəbər var, əla həzrətləri! Silahlı üsyan hazırlanır! Bunun qabağını ancaq siz ala
bilərsiz!»
General axır ki, uzun illərdən bəri bu divar kimi yarılmaz adamın, cadügar qəlbi kimi, sirli
qəlbində aradığı kiçik çatı gördü: «Anam mənim, Bendisyon Alvarado… bu bədbəxt-qurumsaq
qorxusundan ölür ki!» - deyə ürəyində fikirləşdisə də, içindəkini biruzə vermədən, Saens de la
Barranı nəvazişlə qarşıladı və: «Narahat olmayın, Naço, vaxtımız çoxdu hələ, bizə, bu
qarmaqarışıq xəbərlərin içindən, əsl həqiqəti tapmağa mane olan yoxdu!» - dedi. Bunu eşidən
Saens de la Barra, cib saatına baxıb: «Yeddiyə az qalıb, general! Bu dəqiqə qoşun komandirləri
öz evlərində, arvad-uşaqlarıyla şam yeməyini başa vururlar, şam yeməyini evdə yeyirlər ki,
evdəkilər də heç nədən şübhələnməsin; onlar evlərinin arxa qapısından, adi geyimdə,
mühafizəçisiz-filansız çıxıb, onları qapılarının ağzında gözləyən xidməti avtomobilə minəcəklər;
bu maşınları onlar, onları izləyəcək adamlarımızı çaşdırmaq üçün, teleyfonla çağırtdırıblar.
Onların sürücüləri bizim adamlardı, general, amma bu, onların ağıllarına da gəlmir!» «Aha! –
general gülümsədi. – Belə həyəcanlanmaq lazım deyil, Naço! Bir məni yaxşı-yaxşı başa salın
görüm, kəsdiyiniz başların reyestrinə əsasən, belə çıxır ki, düşmənlərimizin sayı, əsgərlərdən
çoxdu, əgər belədisə, onda necə olub ki, siz indiyə qədər sağ-salamat qalmısız?» Saens de la
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
117
Barra isə cib saatının zəif çıqqıltılarına qulaq asırdı, çünki həyatı bu dəqiqə bu çıqqıltılarından
asılıydı: «Üç saatdan az qalıb, general! Piyada qoşunlarının komandiri, indi Kondedəki
kazarmalara, hərbi dəniz qüvvələri komandiri, liman qalasına, hava donanması komandiri isə
San-Xeronimo bazasına yola düşür. Onları hələ ki, ələ keçirmək olar. Komandirlərin ardınca,
tərəvəz furqonu cildində, milli təhlükəsizlik furqonları düşüb». Generalın əhvalı bu sözdən sonra
da dəyişmədi; general hiss edirdi ki, Xose İqnasio Saens de la Barranın get-gedə artan bu
həyəcanı onu, bu adamın, ağır yükə çevrilmiş xidmətindən - onun hakimiyyətpərəstlik yükündən
də ağır olan xidmətindən azad edir. «Sakit olun, Naço, - o dedi - sakit olun və məni başa salın ki,
niyə siz, özünüzə gəmi boyda nəhəng bir mülk almırsız? Əgər sizi pul maraqlandırmırsa, onda
niyə gecə-gündüz uzunqulaq kimi işləyirsiz? Niyə əsgər kimi, kazarmada yaşayırsız, axı, ən
əxlaqlı qadınlar belə, sizinlə bir yataqda yatmaqdan ötrü sinov gedir. Nədi bu, Naço, siz
monarxlardan da müqəddəssiz?» Xose İqnasio Saens de la Barra isə boğulurdu, bədənini buz
kimi soyuq tər basırdı, otağın, kremasiya sobası kimi cəhənnəm alovlu, onun soyuqqanlılıq
maskasını əridib tərlədirdi. «Saat on birdi, - o dedi – fürsət əldən çıxdı! Bu dəqiqə onlar, bütün
ölkə boyu qiyam qaldırmaq üçün şərti siqnalları teleqrafla bütün qarnizonlara ötürürlər!» Həmin
vaxt həqiqətən, qiyamçı generallar, hakimiyyətə gələcək xunta üçün şəkil çəkdirməyə hazırlaşır,
ordenlərini parad mundirlərinə taxır, generalların yavərləri, bu rəqibsiz döyüşdə onların adından
son əmrləri verirdilər; döyüş əməliyyatları onunla nəticələndi ki, ordu, rabitə mərkəzi və mühüm
hökumət binaları üzərində öz nəzarətini bərqərar etdi. Prezidentin otağında isə, əla həzrətləri
gözünü qırpmağa macal tapmamış, məxmər dərili Lord Köxel, təhlükə duyub, əzələləri titrəyə-
titrəyə, ağzının suyu süzülə-süzülə döşəmədən qalxdı. «Qorxmayın, Naço, - general dedi, -
yaxşısı budu, başa salın görək, niyə ölümdən bu qədər qorxursuz?» Xose İqnasio Saens de la
Barra, tərdən islanmış sellüloid boyunluğunu çəkib qopartdısa da, daşa dönmüş bariton
müğənnisi sifətini dəyişə bilmədi. «Bu, təbiidi, ölümqabağı xof - xoşbəxt həyatdan miras qalan
közərmiş kömürdü. Bu hiss, sizin üçün əlçatmazdı, odu ki, onu duya bilməzsiz, general!» - o
dedi və adəti üzrə, kilsə zənginin zərbələrini sayıb ayağa qalxdı: «On iki! Hər şey bitdi! Bu
dünyada sizə sadiq olan daha heç kəs qalmadı! Mən sonuncuydum, general!» Lakin general, de
Armas meydanı boyu irəliləyən ağır tankların səsindən titrəyən yerin gurultusunu eşidənəcən,
kreslosundan tərpənmədi, tankların uğultusu eşidiləndə isə: «Səhviniz var, Naço, mənim xalqım
var.» - deyib gülümsündü.
Bu, həqiqətən də beləydi! Onun hələ xalqı vardı… yenilməz qocanın gizli planıyla, sübh
çağından xeyli əvvəl küçələrə çıxan yoxsul, sədaqətli xalqı; o, dövlət radio və televiziyasıyla
bütün xalqa - siyasi əqidəsindən asılı olmayaraq, bütün vətənpərvərlərə həyəcanla müraciət edib
bilirdi ki, şəxsi əmriylə, xalqın suveren iradəsini ifadə edən bütün qoşun dəstələri, rejimin
qüdrətli ideallarından ruhlanaraq, həmişəki kimi, kütlələrin haqlı qəzəbinə gəlmiş bu qanahəris
adamın terror maşınını, bu tarixi gecə birdəfəlik darmadağın etmişlər!»; bu adamı xalq özü
mühakimə edib cəzalandırdı. «Siz, əlləri qana batmış bu cəlladın, əcnəbi səfirliklərin heç birində
gizlənə bilməməsi, siyasi sığınacaq istəməməsi üçün, uzaqgörənlik edib bizə, səfirliklər olan
rayonu mühasirəyə almaq əmrini verəndə, mənim generalım, Xose İqnasio Saens de la Barra,
sizin bir vaxt dediyniz kimi, de Armas meydandakı fənərdən - cinsi orqanı ağzında, ayaqlarından
başıaşağı asıldı. Asılmamışdan qabaq camaat onu daşa basdı, amma bundan əvvəl biz, dörd
mülki adamın içalatını yeyib-tökən, dörd əsgəri ölümcül dişləyən yırtıcı köpəyi güllələyib,
aşsüzənə döndərməli olduq; bütün bunlar, bu yaramaz cəlladın iqamətgahına hücum zamanı baş
verdi. Camaat onun pəncərələrindən, iki yüzdən çox, etiketli zərxaralı, təptəzə jilet, geyilməmiş
üç min italyan ayaqqabısı… üç min, mənim generalım, dövlətin pulunu gör bir, bu nəyə
xərcləyirmiş!.. Allah bilir, nə qədər qardeniya qutusu, axı onun ilgəklərində həmişə təzə
qardeniya olurdu… və Bruknerin bütün vallarını bayıra tulladı. Sonra adamlar, zirzəmiləri açıb
dustaqları çölə buraxdılar, «Generala eşq olsun, yaşasın əsl kişi! Yaşasın həqiqəti üzə çıxaran!» -
deyə hamı qışqıra-qışqıra, keçmiş holland dəlixanasının işgəncə kameralarını yandırdılar… axı,
hamı elə bilirdi ki, siz heç nə bilmirdiz, mənim generalım, ürəyiyumşaqlığınızdan, təhlükəsizlik
xidmətinin xəbis cəlladları istifadə ediblər. Üsyan vaxtı onları, siçovulları tutan kimi tutduq,
mənim generalım, sizin köməyinizlə tutduq, çünki, təhlükəsizlik xidmətinin uzun sürən
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
118
hökmranlığı zamanı, camaatın üst-üstə yığılan nifrətini üzə çıxarmaq üçün, onların hər hansı
müdafiə və mühafizədən məhrum olunması əmrini də siz verdiniz, mənim generalım.»
O, xalqın bütün hərəkətlərini bəyəndi – «Razıyam!» - Ona minnətdarlıq edən camaatın istiqlal
nəğmələrindən, şadyanalıqla çalınan zəng səslərindən və sevincək hay-küylərdən kövrəldi; de
Armas meydanına toplaşan adamların əllərində iri transparantlar vardı; «İlahi, bizi terror
zülmətindən qurtaran dahilər dahisini hifz et!» Zəng sədaları və camaatın uğultusu ona,
çoxdankı, xoş xatirələri xatırlatdı. Bu, həmin o gözəl illərin efemer əks-sədası idi; o, bu səslərə,
uğultuya qulaq asa-asa, hakimiyyət daxilində yaranan katorqa zəncirlərini qırmaqda ona kömək
etmiş zabit kadrlarını öz patiosuna yığdı, barmağının bircə işarəsiylə, gücdən düşmüş rejiminin
son ali komandanlığını bu zabitlərdən təşkil etdi. Onlar, Letisiya Nasarenonun və uşağının
qatillərini – siyasi sığınacaq almağa çalışarkən, əcnəbi səfirliklərin qapılarındaca, alt paltarında
tutulan generalları əvəz etdilər. İndi o, onların heç birini xatırlamırdı, adlarını da unutmuşdu; ən
əsası isə o idi ki, ölənəcən ürəyində saxlamaq istədiyi qəzəbin közünü axtararkən, alçaq
xudbinliyinin külündən savayı heç nə tapa bilmədi. Bu külü üfürüb alovlandırmağa dəyməzdi:
«Qoy rədd olsunlar!» - deyə əmr verdi. Qatil generalları gəmiyə mindirdilər və gəmi elə bir yerə
yön aldı ki, orda onlar heç kimə lazım deyildilər, orda bu bədbəxt qurumsaqlar heç kəsin yadına
belə düşməyəcəkdilər. O, yeni hökumətin ilk iclasını – yeni əsrin yeni nəslinin bütün bu say-
seçmə nümunələrinin, əvvəlki tozlu sürtuklu, süst mülki nazirlərindən ibarət olduğunu həmin
dəqiqə hiss edərək, bu yenilərin, əvvəlkilərindən daha şöhrəstpərəst, daha qorxaq və yaltaq, daha
faydasız və yararsız oldğunu anlayaraq, ciddi məsuliyyət hissi ilə aparırdı. Matəm içində olan
ölkənin xarici borcları, satılası hər bir şeyin dəyərinin qiymətini ötüb keçmişdi. «Sonunucu qatar,
arandan keçən dəmir yolundan uçuruma, səhləb çiçəklərinin arasına yuvarlanıb, mənim
generalım, indi onun yumşaq oturacaqlarında bəbirlər mürgüləyir. Nuh əyyamından qalma
təkərli gəminin sınıqları, çəltik zəmilərinə dağılıb. Məktublar, gəminin apardığı poçt kisələrində
çürüyüb. Bir cüt Steller inəyi* prezident kayutunun güzgüləri arasında məzələnməkdədi. Sizinsə
bundan xəbəriniz yoxdu, mənim generalım! Əlbəttə, qanun çərçivəsində Tərəqqiyə inanmaq,
sizinçün cəmi bir nüsxə tirajla çap olunan bu qəzetdə, sizi cazibə və həzz dünyasına – bu adi,
zəhlətökən siestadan fərqli aləmə aparan sərfəli xəbərlər, xoşunuza gələn foto şəkillər, reklam və
elanlar da dərc olunub!»
«Mən, heç nəyə inanmayan bu gözlərimlə, nazirlik binalarının möhtəşəm parıltısı arxasında,
həmin limanın - təpələr boyu sıralanan alabəzək, zənci komalarının gizləndiyini, dənizin sahilə
çıxaraq, bulvar boyu əkilmiş palma və eyvanları bir-birinə oxşayan, klassik üslublu, yalançı
mülkləri, saysız-hesabsız qasırğalarla dağıdıb tökdüyü xaraba məhəllələri görməsəydim,
prezident vaqonunun pəncərəsindən gördüyüm dünyanı mənə, anam Bendisyon Alvaradonun
bir-birinə oxşayan boz quşcuğazlarını rənglədiyi akvarel boyaları kimi bu cür alabəzək
göstərməkçün, dəmir yolunun hər iki tərəfi boyu uzanan gül-çiçəklərin doğruçu olduğuna inana
bilməzdim!» Yeni əyanları, bir vaxt general Rodriqo de Aqiların elədiyi kimi ona yarınmaq
məqsədilə, yaxud Letisiya Nasareno kimi, sevgidən çox, rəhmdillikdən, yaxud onu artıq
narahatçılıqdan qurtarmaq, əslində isə sonradan onu öz hakimiyyətinin quluna çevirmək
məqsədilə aldatmırdılar; hər şey, illüziya və yalan idi, hətta məktəbli qızların xoru, onların yaşıl
ağaca qonan çopur quşcuğaz haqqında oxuduqları mahnı da saxtaydı; bir sözlə, doğruçu olan bir
şey yox idi. Bu, həyat deyil, Allah bilir nədi! O, dövlətin çiçəklənməsi naminə, ölkənin, kinə və
başqa dərmanlar istehsal edən müəssisələrinin bərpası haqda dekret imzaladı və bütün yalanları
unutmağa, reallıqla barışmağa çalışdı, reallıq isə onun gözləmədiyi süprizlərlə dolu idi; dünyanın
bu qədər dəyişdiyi, həyatda ona tabe olmayan nəyinsə olduğu ağlına belə gəlməzdi. «Sənayemizi
necə dirçəldək, mənim generalım, axı, yalnız sizin, səmərəsiz yerə dağıdılan saysız-hesabsız,
şəxsi sərvətlərinizdən savayı nə kinə ağacımız, nə kakaomuz, nə indiqomuz, nə də ayrı bir
şeyimiz qalmayıb! O bu məqamda da özünü itirmədi, qoca səfir Rauksberiyə kəskin mətnli bir
məktub göndərdi ki, bəlkə səfir, domino oyunu ərəfəsində, xilas üçün, heç olmasa, bir şey tapa;
səfir də ona, elə onun üslubunda cavab verdi: «Heç nə eləyə bilməyəcəksiz, zat aliləri! Dənizi
çıxmaqla, bu ölkə qara qəpiyə də dəyməz. Dəniziniz o qədər şəffaf və iştah açandı ki, bütün
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
119
dünyanı doyura biləcək xərçəng şorbası bişirmək üçün bircə, altını odlamamaq qalır. Bax belə,
zat aliləri, odu ki, fikirləşin, borclarınızın əvəzinə, dənizi qəbul etməyə hazırıq, yoxsa
borclarınızı, sizin kimi, zat aliləri, işgüzar qəhərəmanların heç yüz nəsli də ödəyə bilməyəcək!»
O, Rauksberinin təklifini ciddi qəbul etmədi, onu pilləkənəcən ötürə-ötürə, öz-özünə: «Anam,
Bendisyon Alvarado, bax bir gör, bu qrinqolar necə vəhşidilər! – deyə fikirləşdi. – Bunların
beynində bircə şey var, necə olursa-olsun, dənizi həzm-rabedən keçirtmək.» O, qonaqla adəti
üzrə, onun çiynini şappıldada-şappıldada ayrıldı, yenə tək-tənha xəyallar dumanına qərq oldu,
xəyalən yaylaqların dumanlıqlarına üz qoydu, azmış adamlar kimi, dörd bir yanı bomboş sarayda
dolaşdı; camaat isə artıq de Armas meydanını boşaltmışdı, standart plakatları özləriylə aparmış,
hökumətin verdiyi trafaret şüarları gizləmişdi ki, bir də belə bir hadisəyə bənzər nə isə baş
verəndə, istifadə etsinlər. Camaat, əsgərlər çəpiklərə ara veriləndə, payladıqları pulsuz yemək-
içmək bitən kimi çıxıb getdi; indi, təkcə de Armas meydanı yox, onun, hər bir kəsin, istədiyi vaxt
içəri girə bilməsi üçün qapıları açıq qoymağı əmr etməsinə baxmayaraq, sarayın özü də bom-boş
idi; bir vaxtlarsa, bura hamının eviydi, daha indiki kimi dəfn kontoruna oxşamırdı. Bir də ki, lap
elə də tək deyildi; cüzamlı xəstələri, ifliclər, korlar – bir sözlə, uzun illərini iqamətgahın divarları
dibində yola salanlar – Yerusəlim darvazalarının önündə, günün altında qaralan Demetrio
Aldousun, bu çarəsiz xəstələrin bura qayıtdığını sanki gözləriylə gördüyü kimi geri
qayıtmışdılar; onlar bilirdilər ki, taleyin bütun zərbələrini dadan, ən sərt ehtiraslara əyilməyən,
unutqanlığın ən məkrli tələlərindən, ölməz olduğuna görə yaxasını qurtaran bu adamın əlindən
şəfa duzu istəyəcəklər. Hə, Demetrio Aldousun təsəvvürünə gətirdikləri düz çıxdı; səhər
sağımından sonra fermadan qayıdarkən, general, bütün bu məsləkdaşlarını yenidən gördü; onlar
kərpiclərdən ocağabənzər nə isə düzəldərək, konserv qablarında özlərinə zir-zibildən nahar
hazırlayırdılar; bütün patio onlarla doluydu; yara-xoralılar, yaralarının şirəsindən üzülüb cırılan
həsirlərini ətirli qızılgül kollarının altına sərib, əlləri qoyunlarında uzanmışdılar; onlara yemək
hazırlamaqdan ötrü əməlli-başlı ocaq çatmağı tapşırdı, təzə həsirlər aldı; xəstələrin iqamətgaha
daxil oması üçün pationun içəri hissəsində palma yarpaqlarından talvar hazırlamağı tapşırdı;
amma xeyri yox idi, yenə elə bir gün olmurdu ki, gah bu cüzamlını, gah o birini, İran xalçalarının
üstündən durquzmasınlar, ya hansısa kor, sarayın içində azıb qalmasın, ifliclərdən biri,
pilləkənlərdən yumalanıb ölümcül əzilməsin; o, cüzamlıların, içəri girərkən, divarlara söykənə-
söykənə, öz irin və qan ləkələrini ora-bura yaxmaması üçün qapıları bağlamağı əmr etdi; saray
əyyaşlarının, karbol turşusu iyi verməsini qadağan etməsinə baxmayaraq, sanitar xidməti binaya,
həmin o turşudan səpdi; xidmətçilər, cüzamlıları, korları və iflicləri, bir ucdan hey qovur, onlar
isə elə hey iqamətgaha, saray otaqlarına soxulurdular; görünür, onları bura yenə, artıq heç kimin
heç nə umub gözləmədiyi köməksiz qocanın ecazkar sovqatlarıyla şəfa tapacaqlarına olan
yenilməz, qədim, vəhşi bir inam sürükləyirdi. Qoca, yuxulu adamalarsayağı, öz xatirələr
bataqlığında veyillənir, hara gəldi dürtdüyü yaddaş kağızlarının köməyilə, haraya gedəcəyini əl
havasına tapır, tor yelləncəyində keçirdiyi saatlarda, yeni səfir Fişerdən yaxasını necə qurtarmaq
barədə düşünürdü; səfir, ölkədə sarı qızdırma epidemiyasının başlandığının elan edilməsini tələb
edirdi; səfirin təkidi, əslində – öz ölkəsinin gəmiləriylə, buranın ərazisinə dəniz piyadalarının
yeridilməs üçün bir bahanə idi; qarşılıqlı yardım müqaviləsinə görə, dəniz piyadaları qeyri-
müəyyən müddətə - can verən ölkəmizə yeni nəfəs gələnəcən burada qalmalıydılar. O, nə
edəcəyini götür-qoy edir, yadına, rejimin ilk illərini salır və xatırlayırdı ki, o vaxt o epidemiyaya
əsaslanaraq, öz üzərinə bütün fövqəladə səlahiyyətləri götürmüşdü, xalq kütlələrinin
təlatümündən yaranan ciddi təhlükəyə cavab olaraq, hərbi qanunları tətbiq etmişdi. Lakin onda o,
ölkədə sarı qızdırma yox, taun olduğunu elan etmiş, mayakın üstündə sarı bayraq qaldırılmış,
liman bağlanmış, istirahət günləri ləğv edilmiş, ölənlər üçün elliklə göz yaşı tökmək, dəfn
zamanı hüznlü marşlar səsləndirmək qadağan edilmişdi; prezidentin fövqəladə tapşırıqlarının
icrasını təmin eləməyə cəlb olunmuş silahlı qüvvələr, yoluxmuş adamlarla istədiklərini etmək
hüququ qazanmışdılar; qollarında sanitar sarğısı olan əsgərlər, müxtəlif mövqeli adamları kütləvi
şəkildə qətlə yetirir, rejimdən narazılıqda şübhələndikləri sakinlərin mənzillərinin qapılarına
qırmızı dairələr cızır, cinayətkarların, kişisifət lesbiyankaların və narkomanların alınlarını, mal-
qaranı nişanlayan tək, işarələyir; səfir Mitçelin təkidiylə gələn sanitar missiyası, prezident sarayı
|