Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə19/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   15   16   17   18   19   20   21   22   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

95 


bu şəkillər o qədər qədim idi ki, çoxunda o, özü-özünə oxşamırdı, elə bil nə vaxtsa, lap 

çoxdannan onun əvəzinə ölmüş əkiz tayı idi; kometanın gəlişindən bu yana, bircə iclasın 

keçirilmədiyi, keçən çərşənbə isə nazirlər şurasının iclasında sədrlik etdiyi zaman çəkilən şəklinə 

baxır, burnunu az qala, sətirlərə dirəyə-dirəyə, yüksək rütbəli nazirlərin, onun adından yazdıqları 

aforizmlərlə, tarixi fikirləriylə tanış olur, sonra tutqun avqust gününün istisindən üzülə-üzülə: 

«Bu nə zay qəzetdi, lənət şeytana! Bu yazıq camaat bunu necə oxuyur?!» - deyə-deyə, siestanın 

boğanaq havasında yuxuya gedir, hər belə duzsuz qiraətdən beynində azca da olsa, nə isə qalırdı 

və həmin o cüzi olan nə isə, onun beynində yeni ideyaların yaranmasına təkan verirdi, onda o, 

qısa, dayaz yuxusundan ayılıb Letisiya Nasareno vasitəsi ilə öz nazirlərinə müxtəlif tapşırıqlar 

göndərirdi; nazirlər də öz növbələrində, onun fikirlərini, bu xanımın dedikləri əsasında 

müəyyənləşdirməyə cəhd edərək, cavablarını elə Letisiya vasitəsi ilə verirdilər. «Çünki mənim 

rəmmalım sən idin, bircə sən mənim fikirlərimi oxuya bilirdin, demək istədiyimi deyə bilirdin, 

mənim ən qəliz fikirlərimi yalnız sən nizamlaya bilirdin, sən, mənim səsim idin, mənim şüurum 

və qüvvəm idin, sən - mənim, dünyanın dörd bir yandan daim üstümə odlu axınla yeriyən sonsuz 

uğultu içində lazım olanları eşidən ən iti qulağım idin.» O, belə deyirdi, əslinə qalanda isə, 

bəhrələnib istiqamətləndiyi ən etibarlı xəbərlər mənbəyi ümumi saray tualetlərinin divarlarında 

yazılan anonim xəbərlər idi; bu informasiyalardan o, heç kimin, «Hətta Letisiya, sənin özünün 

belə», deməyə cürət eləmədiyi həqiqətləri öyrənirdi; o bu informasiyaları sübh tezdən, inəklərin 

səhər sağımından sonra, gündüz növbətçiləri onları divarlardan yuyanacan oxuyur və tualetlərin 

divarlarını hər gün ağartdırmağı əmr edirdi ki, heç kim öz qəlbinin çirkabını, içinin acığını bəyaz 

divarlara tökməyə heyfslənməsin; həmin bu imzasız məktublardan o, öz zabitlərinin dərdlərini 

öyrənir, onun köməyi ilə yüksək rütbəyə çatıb üzü dönənləri, ürəyində ona nifrət edənləri bircə-

bircə tanımağa başlayır və məhz beləcə, insan qəlblərinin gizli guşələrinə baş vurduqca, özünü 

tam qüvvətli hiss edirdi; bu qəlblərə o, çox asanca, ifşa güzgülərinə – tualetlərin divarına – 

boylandıqca, baş vururdu.  

O dövrlər o, uzun-uzadı illər bundan əvvəl tərgitdiyi mahnılarını yenidən oxumağa başladı; yenə 

miçətkənin dumanı içində Letisiya Nasarenonun, ləpənin vurub dayaza atdığı balina cəmdəyinə 

bənzər bədənini nəzərdən keçirə-keçmrə: «Di oyan, Letisiya, mənim qəlbimdə artıq səhərdir! 

Həyat davam edir! Dəniz sahilini sığallayır!» - oxuyurdu. Həyat beləcə davam edir, Letisiya 

Nasarenonun – bircə boş bir şeydən savayı – səhərlər onunla bir yataqda oyanmaqdan savayı, 

istədiyi hər bir şeyi ondan ala bilən yeganə qadının qəribə əhvalatları davam edirdi. Hər axşam o, 

sevgi nəşələrindən doyandan sonra öz otağına gedir, öz subay yataq otağının qapısından, işdi, 

birdən qovhaqov düşərsə, ona mütləq lazım olacaq yanar lampasını asır, kilidi üç dəfə açarlayıb, 

üç zənciri, üç cəftəni bağlayır, Letisiya Nasarenoya qədər olduğu kimi və Letisiyadan sonra, 

ömrünün son gecəsinədək olacağı kimi, geyimli-keçimli, üzü üstə döşəməyə düşüb, suda 

boğulan tənha adamın yuxusunu görürdü. Lakin hər səhər o, inəklərin sağılmasına nəzarət 

eləyəndən sonra Letisiyanın digər, yeni arzularını həyata keçirməkdən ötrü - onun tamahkar 

gözünü, rəhmətlik anası Bendisyon Alvaradonun hüdudsuz vərəsəliyi müqayisəyə belə gəlməyən 

bahalı hədiyyələrlə doldurmaqdan ötrü yenidən Letisiyanın yataq otağına – hələ də vəhşi heyvan 

iyi qoxuyan otağa qayıdırdı. Lakin məsələ, tək Letisiya ilə qurtarmırdı, Letisiyanın hansısa antil 

adalarından tökülüşüb gələn qohumlarının da tamahkar gözünü doyurmaq lazım gəlirdi; bu, bir 

sürü, heç nəyi olmayan, bircə Nasareno nəslinə aidiyyatı olan yoğun səsli, ac-yalavac şogöz 

dəstəsi idi. Letisiyanın qohum-əqrabası, bütün duz, tütün, içməli su satışını ələ keçirdilər, ordu 

rəhbərlərinin arasında bölüşdürülmüş ticarət sahələrinə də soxuldular. Demək, məsələ beləydi ki, 

ac-yalavac Nasareno sülaləsi onun-bunun tikəsini əlindən qamarlaya-qamarlaya camaatın 

hesabına dövlətlənməyə başladılar və guya bütün bunlar prezidentin razılığıyla həyata keçirilirdi; 

əslində isə qərarı Letisiya verir, prezident də bu qərarla razılaşmalı olurdu. Həmin o dövr o, 

Letisiyanın təkidiylə, vəhşi edamları – adamları dörd atın arasında şaqqalamaq cəzasını ləğv etdi 

və bu dəhşətli cəza növünü, yadelli desantın ölkədə olduğu illər, desantın komandanının şəxsən 

ona bağışladığı elektrik stulu ilə əvəz etməyə cəhd etdi; yəni ki, bizdə də ölüm cəzasının ən 

müasir növündən istifadə edirlər.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

96 


Bu məqsədlə o, liman qalasının dustaqxanalarına – ən cansız siyasi dustaqların təcrübə dovşanı 

kimi saxlanıldığı dəhşətli laboratoriyalara baş çəkdi: işə salınanda bütün şəhərin elektrik 

enerjisini udan ölüm taxtının idarə sistemi bu adamların bədənində sınaqdan keçirilməliydi; biz 

bu eksperimentlərin vaxtını dəqiq bilirdik; bunu təyin eləmək bir o qədər də çətin deyildi, işıqlar 

qəfil sönürdü və biz, dəhşətdən itən nəfəsimizlə qaranlıqda donub qala-qala, liman 

qəlyanaltıxanalarında ölənlərin ruhunu, badə qaldıraraq, bir dəqiqəlik sükutla yad edirdik və 

bilirdik ki, bu adamlar, bir dəfə yox, bir neçə dəfə ölürlər; biz bilirdik ki, dustaqların çoxu birinci 

dəfədən ölmürdü, yarımcan vəziyyətdə kabab kimi tüstülənə-tüstülənə qayışdan asılıb qalır, 

cəlladlardan hansısa əməliyyatı iki-üç dəfə təkrar edəndən sonra, bu yazıqları gülləylə vurub 

öldürməyincə, dəhşətli ağrılardan xır-xır xırıldayırdılar. - «Hər şey sənin istəyin naminə idi, 

Letisiya! Türmə kameraları sənin istəyin naminə boşaldılmışdı, sənin naminə mən düşmənlərimi 

əfv edib vətənə qayıtmalarına icazə verdim!»  

Pasxa qabağı o, vicdan azadlığını bərqərar edən, zidd fikirliliyə görə cəzaları qadağan edən 

qərarı rəsmiləşdirdi, çünki ömrünün payızının yetkin çağı o, səmimi qəlbdən anladı ki, ən qatı 

düşmənlərinin belə, əfsanəvi yanvar gecələri Letisiya Nasareno ilə onu göyərtədə, bircə alt 

tumanında oturan vəziyyətdə, ayın işıldatdığı nəhəng qarnını görmək şərəfinə nail olan yeganə 

qadınla keçirdiyi xoşbəxtliyin ən xırdaca payına da olsa hüquqları çatır; onda o, Letisiya ilə 

birlikdə Vavilon hökmdarlarının göndərdiyi, Yağışlar Bağında əkilən gümüşü söyüdləri, leysan 

yağışın, günəşin büllur şüalarıyla kəsilməsini, yaşıl cəngəlliklər içində itib-batan Qütb ulduzunu 

seyr edir, radioların, dünyanın bütün pataxtylarının adı və meqagerts rəqəmləriylə dolu olan 

şkalasını gözdən keçirir, Letisiya ilə birlikdə dünyanın qarmaqarışıq səsləri və öz orbitləri 

ətrafında ətürpədən uğultu yaradan planetlərin səsi içində hər axşam Santyaqo de Kubadan 

verilən, hər fəsli ürək kövrəldən – «Təki sabaha sağ çıxaydıq» sözləri ilə bitən radioromanın 

növbəti fəslinə qulaq asırdı. Gecələr, yatmamışdan əvvəl isə o, uşaqla məşğul olur, ona silahlar 

barədə, hansı silahın harda işlədilməsi barədə danışırdı; axı bu, onun xırdalıqlarına qədər bələd 

olduğu yeganə sahə idi?!.. Siyasi müdriklik dərslərinə gəldikdə isə o, hər dəfə uşağa eyni şeyi 

təkrar deyirdi: «Əgər sözünün yerə düşəcəyindən şübhələnirsənsə, heç vaxt əmr vermə!» hər 

dəfə də uşağı, bu kəlamı onunla birlikdə təkrar eləməyə məcbur edirdi ki, o birdəfəlik başa 

düşsün ki, yüksək vəzifəyə malik olan şəxsin yeganə səhvi – yerinə yetiriləcəyinə dəqiq əmin 

olmadığı vəziyyətdə əmr verməyidi; məlum məsələydi ki, bu, yetkin dövlət xadimindən, həyat 

təcrübəsi görmüş müdrik atadan çox, nəfəsindən artıq süd iyi gələn heysiz qocanın məsləhətiydi 

və işdi, əgər Allah-tala uşağa da bu qədər ömür bəxş etməli olsaydı, o, bu məsləhəti qəbir 

evinəcən yadından çıxarmayacaqdı, çünki bu düsturu ilk dəfə altı yaşında - atasının rəhbərliyi 

altında ağır qurğudan atəş açdığı gün eşitmişdi, odu ki, yaddaşına, həmin bu dəhşətli gurultuyla 

bir həkk olunmuşdu; biz isə o dəqiqə başa düşdük ki, həmin bu ağır qurğudan açılan atəş, yaxın 

tezlikdə baş verəcək təhlükəli təbii fəlakətin xəbərdarlıq əlamətidi, çünki atəşdən sonra dəhşətli 

bir qasırğa – yağışsız, lakin şimşəkli, gurultulu bir qasırğa başladı; bir gurultu qopdu, elə bil 

yeraltı vulkanların hamısı birdən oyandı, Komodoro Rivadavia tərəfindən isə vahiməli qütb 

küləyi əsməyə başladı; külək dənizi alt-üst edib, bütün sularını çalxaladı, köhnə ticarət limanı 

meydanında məskən salan köçəri sirki, saman çöpü kimi hərləyib özüylə apardı və biz, bir qədər 

sonra su boyu trapessiyalarda üzən filləri, suda boğulmuş klounları və zürafələri torla tutmağa 

başladıq; onlar buralara, qasırğanın ilk həmləsindən düşmüşdülər, külək onları ordan, 

trapessiyaqarışıq, dənizə salmışdı; həmin bu dəlisov qasırğa az qala, lövbərində, sonradan Ruben 

Dario adı ilə məşhurlaşan gənc şair Feliks Ruben Qarsia Sarmento gələn banandaşıyan gəmini də 

batıracaqdı; gəmi yalnız qasırğa qutarandan, düz bir saat sonra bizim limana daxil ola bildi.  

Günorta saat dörd olardı, qasırğanın təzələdiyi hava, cücülərin şən vızıltısıyla dolmuşdu, dəniz 

sakitləşmişdi; əla həzrətləri, öz yataq otağının pəncərəsindən boylanaraq, qasırğanın çalxalayıb 

sağ böyrü üstə yıxdığı və indi heysiz-heysiz limanın, qızılı, hamar sularıyla üzən ağ gəmiciyi 

gördü; sükanın arxasında kapitan dayanmışdı və gəminin geriyə yan almasına, şəxsən özü 

rəhbərlik edirdi, kapitanın yanında isə, əynində tünd mahud gödəkcə və ikibortlu jilet olan 

sərnişin dayanmışdı; general bu adam haqqında, növbəti bazar gününədək heç nə eşitməmişdi, 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

97 


bazar günü isə Letisiya Nasareno, ərindən ağlasığmaz bir şey xahiş elədi: «İstəyirəm, biz bu 

axşam Milli teatra, poeziya gecəsinə gedək!» O, Letisiya ilə bu poeziya gecəsinə getməyə razılıq 

verdi. Həmin axşam biz prezidenti, düz üç saat ayaqüstə dayana-dayana, havasız zalın istisindən 

tər tökə-tökə, gecədən bir neçə dəqiqə əvvəl məcburən əynimizə geydirilən parad 

kostyumlarında boğula-boğula gözlədik. Və nəhayət, budur, milli himn səsləndi və biz əl çala-

çala, tafta paltarın üstündən boynuna qara tülkü dərisi taxmış, buruq lələkli şlyapalı, dolubədənli 

rahibənin göründüyü dövlət lojasına sarı çöndük; qadın, alqışlara məhəl qoymadan, general 

mundiri geymiş oğlan uşağını yanında oturtdu, oğlan isə, zanbaq rənginə çalan əlcəyini çıxarıb 

camaata əl elədi; anasına görə, qədim vaxtların şahzadələri camaatı bu cür salamlayırmış; 

hökumət lojasında daha heç kim gözə dəymirdi, lakin, o, ordadı, biz onun gözəgörünməz 

iştirakını – dinc qəlbimizin sakitliyini poeziyanın üsyankar havasından qoruyan insanın iştirakını 

hiss edirdik… axı bizim sevgi hissimizin ölçüsünü, ümumiyyətlə, hisslərimizin ölçüsünü, az qala 

ölüm vaxtımızı belə o müəyyənləşdirirdi. Bəli, o, ordaydı, lojanın, bizlərə görünməyən, qaranlıq 

küncündə, şairin görə bilmədiyi yerdə oturmuşdu, şair, əzəmətli səsiylə onun gözünə möhtəşəm 

minotavr kimi görünürdü; bu səsin ahəngi, sanki darısqal zaldan yox, açıq dənizdən gəlirdi; bu 

səs, qeyri-ixtiyari əla həzrətlərini, oturduğu lojadan da, bu zaldan da bütün bu yer ölçülərindən 

yuxarıya – qızıl şeypurların çalındığı yerlərə qaldırdı, şeypurların bu gümüşü sədaları altında 

Marsın və Minervanın triumfal girişləri – şöhrət səltənətinin triumfal girişi göründü. - «Sizin 

şöhrətinizin yox, mənim generalım!» O, pəhləvan-cəngavərləri, adamı ölümcül qapan qara itləri, 

dəmir nallı döyüş altarını, kobud lələkli şlyapalı, əlinizəli, cüssəli bayraqdarları, bu cəngavərlərin 

qəribə, yad bayrağı zəbt etdiyini gördü. - «Sizin silahınızın hesabına zəbt etmədilər, mənim 

generalım!» O, vətəndaş müharibəsində ayaqyalın əsgər kimi döyüşdüyü vaxtlar, qızdırmalı 

sayıqlamalarda duyub hiss etdiklərinə - vətənin şərəfi və əbədiliyi naminə qızmar yay günəşinə, 

soyuq qışın qarına və küləyinə, gecəyə, şaxtaya, ölümə meydan oxuyan bütöv bir qəzəbli gənclər 

ordusunu gördü, gurultulu alqış partlayışı içində özünü xırda və miskin hiss etdisə də, öz 

qaranlıq küncündən camaata qoşulub əl çala-çala, öz - özünə: «Anam mənim, Bendisyon 

Alvarado, zəfər, buna deyərlər! Buna baxanda, camaatın mənim üçün elədikləri heç nədi!»  

O, özünü tənha və atılmış, bürkünün və uzunayaqlı ağcaqanadların dumanı altında əzilmiş hiss 

edir, fəxri lojasının qızıl naxışlı sütunlarına, rəngi itmiş məxmərinə görə xəcalət çəkirdi. - «Lənət 

şeytana, axı bu, necə ola bilər ki, bu hindu dalını yuyan əl belə bir gözəl əsər yazsın?» Qoca, ona 

tam aydın olmayan bu poetik dildən, qəlbinin dərinliklərinəcən riqqətə gələrək, özünə yer tapa 

bilmir, yekə ayaqlarını möhtəşəm sətirlərin təntənəli ritminə uyğunlaşdırmağa çalışaraq, qəzəbli 

fil kimi o baş-bu başa var-gəl edir, arada bir Letisiya Nesarenonun, pationun nəhəng ağaclarının 

budaqlarından yığılmış triumfal girişində təşkil etdiyi ehtiraslı, zil səsli xorun ritmi altında 

yuxuya gedirdi; o, qəlbini riqqətə gətirən bu şeirləri tualetlərin divarlarında yazır, poemanın 

yadında qalan parçalarını süd fermasında, isti təzək dağının üstünə çıxıb birnəfəsə əzbərdən 

oxumağa hazırlaşırdı ki, bu məqam, karet sarayında dayanan prezident limuzininin arxasında 

qoyulmuş dinamit, nəzərdə tutulan vaxtdan əvvəl partladı… - «Bu, dəhşət idi, mənim generalım, 

elə möhkəm partlayış olmuşdu ki, biz maşının dəmir-dümürünü hələ bir neçə aydan sonra 

şəhərin müxtəlif kvartallarından tapırdıq. Məhz bu maşında, Letisiya Nasareno hər çərşənbə 

elədiyi kimi, bazarı çapıb-talamağa yollanacaqdı. «Odu ki, sui-qəsd onun üçün hazırlanmışdı, 

mənim generalım, ayrı bir kəs üçün yox!» Burda o, alnına vurub: «Lənət şeytana, necə olub ki, 

mən bunu hiss eləməmişəm?» Həqiqətən də, onun əfsanəvi duyumu hara yoxa çıxmışdı?! Axı, 

son bir neçə ayı tualet divarlarındakı yazılar da, həmişə olduğu kimi ona qarşı, yaxud nazirlərdən 

hansınasa qarşı yox, məhz, dişlərini, generalitetin mənafeyinə, kilsə knyazlarına qıcıyan 

həyasızlaşmış Nasarenolara qarşı yönəlmişdi. Düzdü, o, belə hesab eləyirdi ki, bir vaxtlar bu 

divarlarda anasının müqəddəsliyi əleyhinə yazılan təhqiramiz yazılar kimi, bu yazıların da elə bir 

təhlükəsi yoxdu, bütün bunlar, tədricən adi söyüşə çevrilən tutuquşu kəkələməsindən savayı, bir 

şey deyil, tualetin isti havasından yaranan acığın nəticəsidir; o, bu acığın böyüyüb şişərək, bir 

gün belə bir hay-küyə səbəb olmasına əslində o özü şərait yaradırdı ki, camaat, içindəki acığı 

beləcə çıxarıb soyusun, amma daha belə yox ki. bir dinamitin əvəzinə ikisini bir qoysun?!.. İşə 

bir bax ki, dinamit gör bir gəlib hara çıxmışdı?!.. Hakimiyyətin göbəyinə! Bu, necə ola bilərdi 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

98 


axı, necə ola bilərdi?!.. Poeziyanın qanadlı sətirlərinə bu dərəcədə uyaraq, öz incə pələng 

duyumunu necə itirə bilərdi? Necə olmuşdu ki, o, bu köhnə tanış qoxunu – təhlükə hissinin 

qoxusunu vaxtında duymamışdı? Bu nə biabırçılıq idi?.. O, təcili surətdə bütün generaliteti – 

təşviş içində ağaran on dörd zabiti yanına çağırdı; uzun illərin məcburi xidmətindən sonra onlar 

yenidən iki addım yaxınlıqlarında, adi insan bədəninə malik olması daim heyrət doğuran qocanı 

gördülər. - «O, bizi iclas zalında sıravi əsgər formasında öz taxtında, prezident kreslosunda 

oturduğu yerdə qəbul elədi; ondan skunsdan gələn sidik iyi gəlirdi; gözündə nazik, qızıl çərçivəli 

eynək vardı; son günələrin portretlərində onün üzündə bu eynək təsvir edilməmişdi; o hədsiz 

dərəcədə qoca və bizdən ağlasığmaz dərəcədə uzaqdaydı; ipək əlcəklərini soyunanda, biz gördük 

ki, onun əlləri heç də qoca hərbçi əllərinə oxşamır, bu əllər qadın əlləri kimi incə idi və bu 

adamdan qat-qat cavan, incəqəlbli adamın əllərinə oxşayırdı; qalan hər bir şey isə perqament 

kağızı kimi süni və bədheybət idi; biz diqqətlə baxdıqca gördük ki, həyatının son nəfəsi onun 

etibarsız müvəqqəti bədənində dolaşmaqdadır, bu nəfəs – inadkar hakimiyyətpərəstlik, 

bölünməz, mütləq hökmranlıq həvəsi idi; içində qara tüstü kimi dolaşan bu xəbis iblisi saxlamaq, 

vəhşi atın cilovunu çəkib saxlamaq qədər çətin idi; bizim hər birimiz onunla, baş komandanla 

rəsmi görüş qaydasıyla görüşürdük; o isə bircə kəlmə belə olsun, danışmır, başını belə 

tərpətmirdi; sonra hamılıqla onun əhatəsinə yarımdairəvi şəkildə düzülən kresloda əyləşdikdə isə 

o, eynəyini çıxarıb sınayıcı nəzərlərlə bir-bir bizim hər birimizi gözdən keçirməyə başladı; o, 

bizim gizli fikirlərimizin xəlvət döngələrini, bu gizli fikirlərin aramla öz xəlvət yuvalarına 

sürünmələrini görür, onları dinməz-söyləməz, bir-birinin ardınca qəddarcasına ifşa edirdi; bu 

prosesə onun, bir dumanlı axşam barmağının işarəsiylə bizlərə hərbi rütbələr təyin etdiyi gündən 

bu yana, kimin nə qədər dəyişildiyini müəyyənləşdirməsinə sərf etdiyi vaxt qədər vaxt lazım 

oldu.  

O öz baxışlarıyla nə qədər bu zabitlərin beyinlərini oyurdusa, sui-qəsdin məhz bu on dörd gizli 



düşmənin arasında təşkil olunduğuna bir o qədər əmin olurdu; sonra nə oldusa o, birdən-birə 

özünü bu adamların arasında o qədər tənha və köməksiz hiss elədi ki, kirpiklərini iquana kimi 

qırpıb başını qaldırdı və onları birliyə səslədi. - «Bu gün birlik qədər bizə lazım olan ayrı bir şey 

yoxdu, çünki söhbət, vətənin taleyindən və hərbi qüvvələrin qeyrətindən gedir!» O, onlara 

təmkinli olmağı, üzərlərinə düşən fəxri vəzifələri layiqincə yerinə yetirməyi tövsiyyə etdi; sui-

qəsdin təşkilatçıları təcili surətdə tapılıb, hərbi ədliyyəyə təhvil verilməliydi. «Bu qədər, 

cənablar.» - deyə o, sui-qəsdin təşkilatçılarının bu adamlardan biri, yaxud hamısının birlikdə 

olduğuna qəti əmin olaraq, sözünü yekunlaşdırdı.  

Letisiya Nasarenonun həyatının, Allahın yox, məhz onun əlində olduğunu, onu, əvvəl-axır, lənət 

şeytana, mütləq baş verəcək təhlükədən yalnız müdrikliyi qoruya biləcəyini anladıqca, qəlbinin 

qanla dolub tikə-tikə söküldyünü hiss edirdi. O, Letisiyanı, ictimai tədbirlərdə iştirak etməkdən 

imtina etməyə, ən tamahkar qohumlarını, hərbi generallığın mənafe dairəsindən rədd olmağa 

məcbur edirdi; az-çox qananları konsul təyin edir, ən lütləri isə, bazarın yabanı kolları arasından 

axıb gedən çirkab suların içində görünürdülər; bir gün o, uzun illər iştirak etmədiyi nazirlər 

kabinetinin iclasında yenidən peyda oldu, öz kreslosuna əyləşərək, ruhani idarələrin dövlət 

işlərinə qarışmasını qəti qadağan etdi. - «Səni düşmənlərdən qorumaq üçün, Letisiya!» Sonra öz 

generalitetini bir daha dişinə vurub bu qənaətə gəldi ki, o görüşdən sonra yeddi hərbi rəis ona 

ortabab münasibətdədi; o ki, qaldı müdafiə nazirinə, o, onun köhnə tanışı idi; beləliklə, onun bel 

bağlamadığı altı nəfər hərbi rəis qalırdı, onun gecələrini uzun-uzadı uzadan, Letisiya 

Nasarenonun ölüm məhkumluğuna möhür vuraraq, yuxularına zəhər qatan altı tapmaca qalırdı; 

bəzən ona elə gəlirdi ki, onun tələb etdiyi bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, ələlxüsus 

çörəyin içindən balıq tıxı çıxandan sonra bütün yeməklərin dadına baxdırmağı məcbur etməsinə 

baxmayaraq, Letisiya Nasarenonu onun gözləri qarşısında öldürürlər; Letisiyanın yaşadığı 

otaqların havası hər gün yoxlanırdı, çünki o qorxurdu ki, zəhər, cücüləri qırmaq üçün işlədilən 

aerozol şüşəsinə də doldurula bilər; nahar vaxtı Letisiyanın rənginin saralmasından diksinirdi, 

yataqda sevişdiyikləri yerdə səsinin xırıldamasından titrəyib əsirdi, ona elə gəlirdi ki, Letisiyanın 

içdiyi suya, sarı titrəmə mikrobları, gözünə tökdüyü damcılara isə kuporos qata bilərlər; müxtəlif 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

99 


növ qəsd üsulları barədə qəramətli fikirləri, o günlər onun həyatının hər dəqiqəsinə zəhər qatır, 

gecənin bir aləmi, ona həqiqət kimi görünən vahiməli yuxularından – Letisiyanın, hindu 

cadugərlərinin cadusundan qan-qəltan içində üzdüyünü gördüyü yuxularından dik atılırdı. O, 

Letisiyanın başına gələ biləcək yüzlərlə təsadüfi, real təhlükələrdən az qala havalanırdı, odu ki, 

Letisiyaya, hər şübhəli şəxsə güllə açmağa hüququ olan ən amansız qvardiyaçıların müşayiəti 

olmadan, küçəyə çıxmağı qəti qadağan etdi.  

Bütün bunlara baxmayaraq, Letisiya yenə hər çərşənbə saraydan çıxır, o, pəncərənin qarşısında 

dayanaraq, Letisiyanın, balaca oğluyla, yenicə zirehlənmiş avtomobilə minməyinə tamaşa edir, 

təhlükələrdən qorunma duasını əliylə havada cızaraq, ürəyində: «Anam mənim, Bendisyon 

Alvarado, onları qoru! Ona tuşlanan güllələri geri qaytar, zəhərlə dolu piyaləni kənar elə, gizlini 

aşkar elə!» - deyirdi.  

O, Letisiya Nasarenonu müşayiət edən qvardiyaçıların, de Armas meydanından verdiyi siqnalını 

eşidinəcən, Letisiya oğluyla, mayakın sübh işığından qızaran pationun yolu üstə görünənəcən, 

bircə dəqiqə belə olsun, rahat olmurdu. Letisiya isə səfərdən, həyəcanlı və xoşbəxt əhval-

ruhiyyədə qayıdır, rahat səsiylə, maşından diri hinduşkaları, Enviqado orxideyasını, yeni il 

axşamı yandırılacaq rəngli işıqları və sairəni düşürən mühafizə dəstəsinin əsgərlərinə müxtəlif 

əmrlər verirdi; belə günlər küçələr, adətən, generalın sərəncamıyla, cürbəcür işıqlar və 

transparantlarla qəsdən bəzədilirdi ki, onun narahatçılığı bütün bu al-əlvanlığın içində əriyib 

itsin; o, Letisiyanı piləkənin başında, boynundakı tülkü dərisinin naftalin iyini, turşumuş tər 

qoxusunu, yağlı saçlarının iyini ciyərlərinə çəkə-çəkə, qarşılayır, həyat yoldaşının sağ-salamat 

olmasına sevinirdi; o, Letsiyaya, talayıb gətirdiyi növbəti şikarını yataq otağına ötürməkdə 

kömək edir, özünü son dərəcə xoşbəxt hiss edir və belə hesab edirdi ki, bu cür xoşbəxtliyin 

dadını, ümumiyyətlə, bilməsən yaxşıdı! Bu bədbəxtliyin qarşısını almaq tədbirləri bir-bir 

tapıldıqca, onu bir az da dərin kədər hissi bürüyürdü, bütün qoruyucu duaları elə bil bu fəlakəti 

bir az da yaxınlaşdırırdı; hər gün həmin o dəhşətli çərşənbəni – Letisiya Nasarenonun həyatı 

üçün əbədi qorxu və təşvişlərdən yoğrulan o günü yaxınlaşdırırdı, odu ki, o, hövsələsi darala-

darala: «Axır olacağa çarə yoxdu, nə olur-olsun, lənət şeytana! Qoy lap bir az da tez olsun!» - 

deyə fikirləşdi. O, beynindən keçən bu ani fikrin fərqinə varmamış, fikri, əmr almış kimi ildırım 

surətiylə yerinə yetirildi – kabinetə iki adyutan daxil olub Letsiyanın və uşağın, indicə bazarda 

quduzlaşmış itlər tərəfindən parçalanıb yeyilməsi barədə hesabat verdilər.  

«İtlər onları diri-diri yedilər, mənim generalım! Amma bu, bizim adi küçə itləri deyildi, dəriləri 

köpək balığının dərisi kimi hamar, sarı gözlü, vəhşi qoyun itləri idi! Kimsə onları Letisiyanın 

boynundakı tülkü dərisinə qısqırtmışdı! Altmış it, mənim generalım, altmış eyni sifətli, eyni 

biçimli it! Heç kim gözünü belə açmağa macal tapmamış, onlar tərəvəz piştaxtalarının 

arxasından atılıb Letisiyayla uşağın üstünə cumdular. Bizsə güllə açmağa ürək eləmədik ki, 

güllələr itlərin əvəzinə, onlara dəyə bilərdi, mənim generalım!»  

Bu, iblisin qanlı qiyaməti idi, dəhşətli ölüm burulğanı idi, içindən, gah Letisiyanın, gah da uşağın 

əlləri yalvarışla göyə uzanan vahiməli it yumağı idi; hər iki qurban göz qırpımında, itlərin 

acgözlüklə təpişdirdiyi ət parçalarına çevrildilər və bütün bunlar bazar camaatının gözü 

qarşısında - yüzlərlə adamın qarşısında baş verdi; bəzilərinin üzü dəhşətdən əyilmişdi, o birilər 

intiqam hissiylə alışıb-yanan gözlərinin sevincini gizlədə bilmir, bəziləri isə ürək ağrısıyla 

ağlayırdılar; çox keçmədi ki, bu qanlı tamaşa sona yetdi və hamı, yerdə, Letisiyadan qalan fetr 

bənövşələrlə bəzədilmiş şlyapanı gördü… üst-başlarına qan sıçramış, dəhşətdən yerlərində 

donub qalan göyərtisatan arvadlar səssizcə: «İlahi, generalın razılığı olmasaydı, bu, heç vaxt baş 

verə bilməzdi!» - deyib içlərini çəkdilər. Bütün bu mənzərə, qanlı tərəvəzlərin arasından yalnız 

ətsiz sümükləri yığıb-yığışdırmağa macal tapan prezident qvardiyasının biabırçı gücsüzlüyünü 

nümayiş etdirdi. «Tək bir ağappaq sümüklər, mənim generalım!» Düzdü, sümüklərdən savayı 

uşağın medalları, oyuncaq padşahın balaca qılıncı, Letisiya Nasarenonun nəyə görəsə, bazardan 

bir mil aralıda, liman sularının qoynunda üzən tumac ayaqqabıları, rəngbərəng şüşələrdən 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin