“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
75
Romaya göndərərərək, Roma Papasının nunsisini öz hüzuruna - bir fincan şokoladla peçeniye
içməyə dəvət elədi. O, onu çox sadə şəkildə – diri güllərdən yığılan talvarın altındakı tor
yelləncəyində köynəksiz-filansız oturan yerdə, üzünü şlyapasıyla yelləyə-yelləyə qəbul elədi;
nunsi onunla üzbəüz, təklif olunan yelləncək kresloda əyləşdi. – «Bu kresloda əyləşməyi mən
yalnız sizə təklif edirəm, müqəddəs ata!» - deyə o, isti şokaladla dolu fincanı əlinə götürüb xırda
qurtumlarla içə-içə söhbətə başladı. Nunsi, təzəcə ütülənmiş sutanada* idi, ondan sütül lavanda
iyi gəlirdi; bu yerlərə məxsus tropik sıxıntıya, bürküyə, tozanağa və rəhmətlik Bendisyonun
quşlarının, ara-sıra talvarın işıqlı məsamələrindən aşağı damızdırdıqları nəcisə məhəl qoymadan,
laqeyd üzüylə ona qulaq asırdı. O, şokoladı qız utancaqlığıyla içir, peçenyeni qəsdən aramla
çeynəyirdi ki, şokaladın son qurtumunu udub söhbətə başlayacağı anı bir qədər uzatsın. Nunsi,
uzun illər bundan əvvəl, əməköməcinin çiçəkləməyə başladığı gözəl günlərin birində başqa bir
nunsinin – sadəlövh qocanın oturduğu həmin kresloda əyləşmişdi və öz həmsöhbətinin diqqətini
xristian dininə cəlb edərək, Foma Akvinskinin fitri vergilərini təhlil etməklə məşğul idi. - «İndi
isə mən sizi bir məsələdən agah eləməliyəm, müqəddəs ata. Sən saydağını say, gör fələk nə
sayır! - deyirlər. İş elə gətirdi ki, daha mən də dindar oldum... Daha mən də dindar olmuşam». –
O, gözlərini belə qırpmadan, əvvəlki kimi nə Allaha, nə İblisə, ümumiyyətlə, bu işıqlı dünyada
heç nəyə inanmasa da, tək bircə şeyə inanırdı: - anası Bendisyon Alvaradonun, bütün həyatı
boyu nümayiş etdirdiyi fanatikliyinə və bu nümunəvi həyat fəaliyyətinə görə müqəddəs simalar
sırasına daxil edilə biləcəyinə. Anasının müqəddəsliyni sübut etmək üçün o, nə camaatın
uydurduğu şişirdilmiş əfsanələrə – məsələn, guya mərhumənin meyiti aparılarkən, qütb
ulduzunun, matəm izdihamının səmtinə yönələrək, onunla bir hərəkət eləməsinə, nə də, guya
ayrı-ayrı yerlərdə musiqi alətlərinin özü-özlərinə çalmasına əsaslanmadı. Onun arxalandığı əsas
dəlil - Bendisyon Alvaradonun can üstə olarkən bədəninin izi qaldığı ağ döşəkağı idi, həmin bu
nazik, çit döşəkağı, qəribəydi ki, qadının yara-xoralı qoca vaxtının yox, gözəl cavanlıq illərinin
bədən izlərini - qadının, sağlığındakı kimi, əli sinəsində, böyrü üstə uzanmış vəziyyətini olduğu
şəkildə qoruyub saxlamışdı; oğlu, onun, incə güllərin ətirli qoxusunu andıran canlı tər qoxusunu
duya-duya, bu möcüzənin sehrindən həyəcanlanıb cuşa gələrək, civildəşən quşların səsini
dinləyə-dinləyə, döşəkağıda qalan möcüzəli izi barmağıyla sığallayır, «Bir baxın, müqəddəs ata!
Möcüzədi! Quşlar da onu tanıyır!..» – deyərək, nunsiyə, qadının. döşəkağının həm üzündə, həm
astarında qalan əksini göstərirdi; lakin nunsi diqqətcil və sayıq idi, odu ki, döşəkağıda ustad
rəssamların əl işlərini – vulkan külündən düzəldilmiş təsvirləri, şəkillərdə süni çatlar yaratmaq
ustası olan ara rəssamların sənətkarlığını asanca seçdi və bu tapıntısına ürəyində bircə gilə belə
olsun tərəddüd eləmirdi; bütün bunlar, rənglərin oynaq çalarlarından bəlli olurdu; nunsi,
dünyanın harmoniyasını və gözəlliyini, vaxtın getmək əvəzinə, həzin-həzin üzdüyü bir yerdə –
təbiət muzeyində, Yer kürəsinin dairəvi cizgilərini ləzzətlə müşahidə etdikcə anlamışdı; odu ki,
nəhayət, gözünü döşəkağıdan çəkməyi qərara alıb mülayim, həm də konkret şəkildə bildirdi ki,
çitin üzərinə həkk olunmuş qadın bədəni heç də Allahın gizli niyyətinin məhsulu deyil:
«Qətiyyən elə deyil, əla həzrətləri! Bu, öz peşəsində olduğu kimi, fırıldaqçılıq sənətində də əli
gətirən hansısa çevik rəssamın əl işidi. Rəssam sizin sadəlövhlüyünüzdən istifadə edərək, yağlı
boyaların yerinə, divar rənglənən keyfiyyətsiz rənglərlə işləyib, əla həzrətləri! Bu rəngləri adi
skipidardan düzəldirlər, sonra ona təbii kauçuk, gips əlavə edirlər... bu da onun qurumuş qabığı...
kətanın həmişənəmiş vəziyyəti isə, sizə deyildiyi kimi, ananızın təri yox, rənglərin tünd düşdüyü
yerlərin zeytun yağından islanmasıdır. Odur ki, mən ürəkdən təəssüf edirəm, əla həzrətləri!»
Sidq-ürəkdən kədərlənmiş nunsi, tor yelləncəyində otura-otura gözünü qırpmadan, bircə dəfə
belə olsun, sözünü kəsmədən, ona qəribə, asiyasayağı tərkidünyalıq vəziyyətində, dinməz-
söyləməz baxan, qulaq asdıqca, donub daşlaşan qocaya bundan artıq daha heç nə deyə bilmədi.
O, döşəküzünün möcüzəli çevrilmələrini öz gözləriylə, öz iki gözüylə gördüyünə baxmayaraq,
nunsinin bircə sözünə belə etiraz eləmədi, ağzını açmaq üçün dodaqlarını belə tərpətmədi: -
«Axı, səni o döşəkağıya mən özüm bükmüşdüm, anam mənim, bax, bu əllərimlə bükümüşdüm,
həmin o sübh çağı yuxudan oyananda, dünyanı alt-üçt edib sanki dənizin dibinə çökdürən
ölümünün sakitliyində həmin o möcüzənin şahidi mən olmuşdum axı, lənət şeytana!..»
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
76
Bütün bunların heç birini o, nunsiyə demədi, iquana kipriklərini çalmadan, gözünü ikicə dəfə
qırpdı, zəif-zəif gülümsədi, sonra içini çəkib yavaşca: «Yaxşı, atacan, qoy siz deyən kimi olsun.
Amma, sizi xəbərdar edirəm ki, dediyiniz bu sözlərin məsuliyyətini ömrünüzün son gününəcən
daşımalı olacaqsız. Sözbəsöz təkrar edirəm: bir daha heç vaxt, heç yerdə, qəbir evinəcən,
dediklərimi unutmayın: siz, bütün ömrünüz boyu dediyiniz bu sözlərin məsuliyyətini daşımalı
olacaqsız. Mən, daha sizə cavabdeh deyiləm, müqəddəs ata!» - dedi. Həmin o bəd həftə elə bil
dünya nəfəsini içinə çəkib dondu, o isə bütün həftəni dilinə çörək vurmadan, tor yelləncəkdə
uzanıb yellənə-yellənə, çiynində oturmağa adət edən quşları yelpiklə qova-qova, arada bir
talvarın məsamələrindən düşən gün şüalarını da quş bilib onları da yelpiklə hürküdə-hürküdə
keçirdi. O həftə ərzində nə bir adam qəbul edildi, nə bir əmr verildi; ictimai asayişi qoruyan
idarələrin fəaliyyətsizliyi üzündən isə bir dəstə fanatiklər ordusu Apostolik nunsiaturaya basqın
etdi, nunsiaturanın muzeylərindəki tarixi sərvətlər darmadağın edildi, siestanın bu saatlarında
adəti üzrə içəri həyətin hovuzunda dincələn nunsiyə hücum edildi, onu yaxalayıb, lümlüt
soyundurdular, küçəyə çıxarıb orda, camaatın gözü qarşısında başına min bir oyun açdılar. –
«Təsəvvürünüzə gətirirsiz, mənim generalım?» O, bu xəbərlərə, yenə öz tor yelləncəyində
oturduğu yerdə, yerindən tərpənmədən, qaşının ucunu belə tərpətmədən, qulaq asdı, nunsinin,
eşşəyə mindirilib, küçələr boyu gəzdirilə-gəzdirilə pəncərələrdən başına çirkab suları tökülə-
tökülə, camaatın dörd bir yandan ona: «Ey, Vatikan xanımı, bəlkə bir uşaq doğasan, ay
yekəqarın!» - deyib çığırması xəbərini də beləcə, sakit üzlə qarşıladı və nəhayət, xəbər gələndə
ki, nunsiyi yarımcan vəziyyətdə sürütləyib bazarın zibil yığnağına atıblar və indi o, orda min bir
üfunətli zir-zibilin içində ölümcül vəziyyətdə qalıb, o, nəhayət tor yelləncəyindən qalxıb çiyninə
qonan quşları milçək kimi üstündən qova-qova iclas zalına yollandı. O, ora, qolundakı qara,
matəm lentini açmadan, üzündəki hüzür örtüyünü sanki əlləriylə soyub daxil oldu.
Yuxusuzluqdan altı tuluqlanmış gözləriylə dörd bir yanına baxıb, nunsi üçün xüsusi sal
qayırılmasını və onun, üçgünlük ərzaq ehtiyatıyla həmin sala mindirilərək, Avrop sarıdan gələn
gəmilərin yolu üstündə açıq dənizin ortasına buraxılmasını əmr etdi ki, vətənin qüdrətinə
toxunan yadelli gəlmələrin axırının nə ilə qurtardığını hamı öz gözləriylə görsün. «Qoy Papa
birdəfəlik sırğa eləyib assın qulağından ki, o, öz Romasında, qızıl taxtında Papadı, daha burda
yox, lənət şeytana!» Bu kəskin tədbirin əməlli-başlı nəticəsi oldu və o biri ilin axırına yaxın
Bendisyon Alvaradonun müqəddəs simalar sırasına düşməsi – kanonizasiyası məsələsinə
yenidən baxıldı. Ölməz bədənin ziyarətinə icazə verildi və tabut, kafedral kilsənin baş
kürsüsündə qoyuldu, xor həmd-səna oxudu, Vatikana elan edilmiş müharibə vəziyyətinə son
qoyuldu, Armas meydanına toplaşan camaat Allaha şükür edir, əldə edilmiş sülh münasibətiylə
şüarlar səsləndirirdilər; təcili surətdə ritual konqreqasiya auditoru Müqəddəslər Müqəddəsindən,
prokurordan və Bendisyon Alvaradonun müqəddəsliyinə şübhə qalmasın deyə, onun həyatını
bütün incəliyinəcən öyrənmək üçün gələn eritreyalıların* postulatoru, monsenyor Demetrio
Aldousdan müsahibələr alındı. «Siz burda istədiyniz qədər qala bilərsiz,» - deyə prezident
eritreyalının əlini əlinin içində saxlaya-saxlaya, qəhvəyi dərili bu afrikalının qəlbinə yol axtara-
axtara danışırdı; işin yaxşı tərəfi o idi ki, həmin bu eritreyalı, həyatı çox sevirdi, iquana
yumurtası yeyir, xoruz döyüşü üçün, mulat qadınlarının ehtiraslı rəqsləri üçün, bir sözlə,
hamımızın həzz aldığımız şeylər üçün, mənim generalım, o da sino gedirdi. Odu ki, bu
ilahiyyatçının üzünə bağlı qalan qapı olmadı, üstəlik, belə bir sərəncam da verildi ki, ona heç
kim mane olmasın, qoy o, öz gözləriylə görsün ki, bu sonsuz qəm dəryasına qərq olan vilayətdə
insan gözündən kənarda qala biləcək bir şey yoxdu, Bendisyon Alvaradonun, yuxarı qüvvələr
tərəfindən bəxş edilmiş müqəddəsliyini şübhə altında saxlaya biləcək bir şey yoxdur. – «Bütün
ölkə sizin ixtiyarınızdadır, müqəddəs ata – buyurun, baxın!»
Əsgərlər qarşısında, öz cavan, təmiz dərilərini nümayiş etdirməyə gələn cüzamlılıarla dolu
Apostolik nunsiaturada səliqə-səhman işləri aparırdılar; müqəddəs Vitta rəqsindən şəfa tapanlar,
bu möcüzəyə inanmayanlara, iynələri göz qırpımında saplamaqlarını nümayiş etdirirdilər; ruletka
oyunundan dövlətlənənlər öz uduşlarının səbəbini, yuxularına girib onlara uduş nömrələrini
qabaqcadan söyləyən Bendisyon Alvaradonun köməyi ilə izah edirdilər; nunsiaturanın həyətinə,
xəbərsiz itənlərini axtaranlar, suda boğulanların meyitlərini tapanlar, əvvəllər acından günorta
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
77
duran, indi var-dövləti başından aşanlar gəlirdi və bu adam axını ardı-arası kəsilmədən, bir
vaxtlar kannibalları qoşalülə tüfənglə məhv edən Uolter Reylicin qədim tısbağa çanaqlarıyla
bəzədilmiş kabinetindən keçib gedir, həmin bu kabinetdə oturan yorulmaz eritreyalı, heç kimdən
heç nə soruşmadan, heç bir mükaliməyə girişmədən, laqeyd üzüylə hamıya qulaq asır, tər içində
üzə-üzə, yüzlərlə adam bədəninin iyinə, kabinetin havasızlığına məhəl qoymadan, ucsuz
siqaretlərdən birini o birinə calaya-calaya, Bendisyon Alvaradonun müqəddəsliyinin şahidlərinin
dediklərini diqqətlə vərəqə köçürür, sonra onların hər birini ya adını yazmağa, ya hansısa
işarəylə, yaxud, barmağının iziylə imza atmağa məcbur edirdi. – «Eynilə sizin kimi, mənim
generalım!» Hərə öz imzasını bacardığı kimi atıb həmin dəqiqə otaqdan çıxır, içəri, bayaqkından
heç nəyi ilə fərqlənməyən başqa birisi daxil olur və budu ha, başlanırdı: «Məni vərəm tutmuşdu,
müqəddəs ata.» – «Məni vərəm tutmuşdu…» – o biri sözünün dalını gətirənəcən eritreyalı
yazırdı – «İndi isə qulaq asın, görün, mən necə oxuyuram!» Bir başqası daxil olur: «Mən
kişilikdən düşmüşdüm, müqəddəs ata. – deyirdi. – İndi isə budur, baxın. İndi səhər-axşam elə bu
kökdə də gəzirəm». – «Mən kişilikdən düşmüşdüm.» – eritreyalı silinməyən mürəkkəblə yazırdı
ki, bu yazıları insanlıq tarixinin sonunacan heç kim poza bilməsin. «Mənim qarnımda diri
heyvan böyüyürdü, müqəddəs ata.» – «Mənim qarnımda diri heyvan böyüyürdü.» – o biri tünd
qəhvədən içib gözünün acısını ovuda-ovuda, növbəti siqarın odlu kötüyünün tüstüsünü
ciyərlərinə çəkə-çəkə, yenilməz, tərli sinəsini qabağa verib yazırdı. – «Bu kahin əsl kişidi,
mənim generalım!» – «Bəli, senyor, o, əsl kişi idi. Belə kişilər indi çətin ələ düşər». Auditor,
bircə dəqiqə başını yuxarı qaldırmadan, axşamacan fasiləsiz-filansız çalışır, gecə düşəndə belə
istirahət eləmir, çimib, yamağı-yamağa calanan kətan cübbəsində, acından üzülən vücuduyla
liman hamballarına qoşularaq, uzun taxta stolun arxasında oturub it yalına bənzər şorbadan içir,
qızardılmış balığın pulunu əliylə təmizləyir, qaranlığa işıq saçan tıxlarını dişiylə qoparır, şorbanı
hindular kimi qaşıqsız-filansız, eləcə kasadan başına çəkirdi. «Siz bir onu görəydiniz, mənim
generalım, o qarmaqarışığın, o boyda millətin içində, marimonda* və yaşıl qvineo yükünü,
dənizi olmayan Santyaqo-de-los Kabalyerosun, Kurasao və Quantanamonun** güzgülü otelləri
üçün, dünyanın ən gözəl və ən qəmli adaları üçün sütül fahişələr daşıyan, həmin o kirli yelkənçi-
dənizçilərin arasında…» «Bir yadınıza salın, gəmilər ləngər vurub dənizə çıxanda biz nə günlərə
düşürdük. Matilda Arenelsin evindəki tutuquşunun tale söyləməyi necə, yadınızdadı?.. Şorba
dolu kasalarının içindən sürünüb çıxan dəniz xərçənglərini xatırlayın. Siz, müqəddəs ata, özünüz
də dediniz ki, elə bil biz elə buralarda – İt Döyüşü kvartalının göbəyində anadan olmuşuq!»
Müqəddəs ata çimərlikdə futbol oynayır, akkardeonda, yerli virtuozlardan heç də pis çalmır,
həvəskar müğənnilərdən geri qalmır, bizim söyüş söyənlərin qabağına beş qoyaraq, qəliz dənizçi
söyüşləriylə latınca söyür, əxlaqsız bazar adamlarının komalarında dənizçilərlə içib keflənirdi;
deyilənə görə, hətta bir dəfə kimisə kafirliyinə görə təpiyinin altına salmışdı. «Onlar bir-birini o
ki, var yumruqladılar! İndi nə əmr edirsiz, nə edək, mənim generalım?» Əmr gəldi ki, dalaşanları
ayırmayaq, əksinə, onların döyüş dairəsini bir az da genişləndirək ki, rahatca vuruşsunlar. Və
bilirsiz nə oldu?! «Kahin qalib gəldi, mənim generalım!» «Kahin? Mən elə də bilirdim. O, əsl
kişidi!» O, hamının zənn elədiyi kimi elə-belə, adi adam deyildi, Apostolik nunsiaturada
keçirdiyi bütün keşməkeşli illər öyrənə bilmədiklərini o, həmin o qızğın gecələr öyrənmişdi.
Həmin gecələrin birində isə yağışlı bir axşam o, prezidentin sayıq təhlükəsizlik xidmətini
aldatdığını zənn edərək, gizlicə gedib çıxdığı kəndin kənarındakı qəramətli malikanədə
bildiklərindən daha çox şey başa düşmüşdü. Həmin o gecə o, tavandan şırhaşırla süzülüb tökülən
yağışın altında islana-islana, qorxudan əsə-əsə bütün malikanəni ələk-vələk eləmiş, künc-
bucaqları gözdən keçirmişdi və bədəni ən çox, Bendisyon Alvaradonun, öz qulluqçuları üçün
ayırdığı, dörd bir yanı zəhərli çiçəklər basmış yataq otağında əsim-əsim əsmişdi. – «Axı o, çox
xeyirxah qadın idi, çox təvazökar idi! Qulluqçularının yatağına çit döşəkağılar sərirdi, özü isə
sınıq-sökük əsgər çarpayısında, qupquru həsirin üstündə yatırdı; o, onlara öz gəzinti paltarlarını –
ölkənin bir nömrəli xanımının paltarlarını geyməyə icazə verirdi; qulluqçular vannada
yuyunanda, onun ətirli duzlarından istifadə edir, arvadın başı işə qarışanda - quşlarının lələklərini
rəngləyəndə, odunlu sobanın üstə öz tərəvəz şorabalarını bişirəndə, qonşularına lazım olacaq
şəfqətli otlar əkəndə, çılpaq bədənləriylə, bürünc şir ayaqları üstə dayanan nəhəng vannanın
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
78
rəngli köpüyün içində uzana-uzana əsgərlərlə mazaqlaşırdılar. Qulluqçular daim gecələr onu
yuxudan oyadırdılar. «Mədəmi sancılar doğrayır, senyora!» O da ayağa qalxıb, xəstəyə,
çeynəmək üçün kress* toxumları verirdi; «Oğlumun gözləri çəpləşir!» - və o, anaya epasot
bişməsi verirdi: «Mən ölürəm, senyora!» - deyə onu yuxudan oyadırdılarsa da, ölən olmurdu,
çünki bütün qonşuların canı onun əlində idi. O, elə sağlığından müqəddəs idi, ata, özünü bütün
çirkabdan öz bakirəliyi ilə qoruyurdu, bu yad təmtərağın içində, həmin bu günah dolu
malikanədə öz bakirə dünyasına qapılıb yaşayırdı; onu ordan prezident sarayına – damından,
vedrədən axırmış kimi yağış tökən, yağış damlaları royalın dillərini, dəbdəbəli qonaq otağının,
Bendisyon Alvaradonun: «Bu stolun arxasında oturmaq – mehrabı təhqir eləməkdi.» - deyərək,
heç vaxt arxasında oturmadığı ağappaq stolunu təbil kimi çalan xarabaya zorla gətirib gəldik. Siz
bir fikir verin, müqəddəsliyin fövqünə bir baxın, ata!»
Lakin Bendisyon Alvaradonun qonşularının bu cənfəşanlığı, auditorun iblisanə fəhmini çaşdıra
bilmədi və o qayanın üstündəki malikanənin sahibəsinin bütün bu hərəkətlərinin səbəbinin, onun,
xeyirxahlığından çox, yad mühitin qorxusu, kasıbçılıq vərdiş olduğunu, sadəcə, bütün o qaralmış
palıddan yonulmuş neptunların, yerli iblis qalıqlarının, bir vaxt rəqs gecələri təşkil edilən boş
zallarla süzən hərbi mundirli mələklərin, bir sözlə, hər şeyin Bendisyon Alvarado üçün
anlaşılmaz və maraqsız olduğunu anladı. Beləliklə, auditor buralarda, Abissiniyanın bürkülü
səhralarından arxasınca sürünüb gələn həqiqəti – üçüzlü vahid Allahın izini belə tapa bilmədi. -
«Axı, o, həqiqəti, olmayan yerdə axtarırdı, mənim generalım, odu ki, heç nə tapa bilmədi, belə-
belə işlər!» Lakin monsenyor Demetrio Aldous bir şəhərdə öyrəndikləri ilə kifayətlənmədi, ata
minib ölkənin buzlu ucqarlarını gəzə-gəzə, Bendisyon Alvaradonun müqəddəsliyinin dəlillərini
həmin bu dövlət haləsinin əlinin çatmadığı yerlərdə axtarmağa başladı. Auditor, uzunətəkli
pançosunda, yeddi arşınlıq uzunboğazlarında iblis ruhu kimi birdən-birə dumanın içindən peyda
olaraq, əvvəl hamını qorxuya salır, sonra özü də, heç vaxt bu cür qara dərili adam görməyən
camaatın marağına təəccüblənirdi. O, hamıya, ona əlləri ilə toxunmağı təklif edirdi ki, adamlar,
ondan kömür iyi gəlmədiyini anlasınlar; o, qaranlıqda camaata dişlərinin parıltısını nümayiş
etdirir, kişilərə qoşulub əyyaşlıq edir, pendiri qara camaat kimi, əliylə qoparıb yeyir, hamının
içdiyi totuma cecəsindən içirdi.
Hiyləgər eritreyalı beləcə, ucqar kəndlərin gözdən-könüldən uzaq yeməkxanalarında yeyib içə-
içə, camaata qaynayıb qarışa-qarışa, bir vaxt bu tərəflərdə, dörd bir yanından, boz quş balaları,
qızılı tükanalarla, quaçarakalarla dolu qəfəslər asıldığından güclə yeriyən quşsatan qadını tanıyan
adamların inamını qazanmaq istəyirdi; həmin bu quaçarakalar, qu quşu cildinə salınan bu adi boz
quşlar, matəm havalı ölgün bazarlarda avam kəndlilərə sırınmaq üçün rənglənirdi. «O, adətən
bax orda otururdu, ata, ocağın lap yanında oturub gözləyirdi ki, bəlkə kimsə onunla
yeməkxananın arxa otağında, çaxır çəlləklərinin üstündəki həsirdə yatmaq istəyər. O, qarnını
doyuzdurmaq üçün, kiminlə desən yatmağa hazır idi, ata. Bircə nahara, vəssalam. Ona bircə o
lazım idi, çünki başını heç cür dolandıra bilmirdi; avam kəndlilərə sırıdığı quşların rəngi də,
bircə dəfə yağış yağan kimi yuyulub gedirdi, tovuzquşuların quyruqları elə yoldaca qopub
düşürdü. Əslinə qalsa, bu işlərlə də elə avamlığından məşğul olurdu; bir sözlə, o, quşların
hesabına yaşayırdı, bu düzəngahın hesabına yaşayırdı, necə istəyirsiz, elə də başa düşün, o ki
qaldı adına, indi kimin yadındadı o vaxt onun adı nə idi, hər halda Bendisyon Alvarado deyildi,
bu, bizim adlardan deyil, bu, dənizətrafı yerlərin adıdı, müqəddəs ata!»
Sən buna bax bir!.. Bu yerinəcən hər şeyi bitdi-bitdi öyrənib bu qara iblis-prokuror, bunu da, o
biriləri də, elə hey qurdalaya-qurdalaya axtarır, eritreyalının yolunda min bir maneələr yaradan
prezident təhlükəsizlik xidmətinin gizli agentlərinin bütün səylərinə, onun üçün ustalıqla
qurduqları saxta torlara baxmayaraq, yeni-yeni həqiqətləri ortaya çıxarırdı. – «Necə bilirsiz,
mənim generalım, onu, bu uçurumun başında ovlamağın vaxtı çatıbmı? Atının büdrəmək vaxtı
necə, çatıbmı?» Lakin yenə eritreyalının şəxsi təhlükəsizliyi təmin edilməklə, güdülməsinəi
davam etdirmək əmri alındı, öz missiyasını yerinə yetirmək üçün ona tam azad şərait yaradılması
xüsusi bir ciddiliklə tapşırıldı: «Mən bunu inadla tədəb edirəm, bu, mənim ali isəyimdir, yerinə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
79
yetirin!» Bu cür qərar verməklə o anlayırdı ki, riskə gedir, anası haqqında yaranmış əfsanəvi mifi
– Bendisyon Alvarado mifini təhlükə altına salır, eritreyalının səyi ilə uzaq keçmişin damğalı
xatirələrini – bir vaxtlar həyat eşqi ilə, lakin cır-cındır içində, ayaqyalın yaşayan, öz bədənin
hesabına dolanan, xoruz quyruğunu rəngləyib tutuquşuların dalına calaya-calaya quakamaya*
quşu əvəzinə satan, tükü tökülmüş xəstə toyuqları, hinduşkanın yelpincvari quyruqlarıyla
bəzəyib camaata, cənnət quşu adıyla sırıyan, bu yaraşıqlı və avam qadını biabır olmaq
təhlükəsində qoyur.
Məlum məsələydi ki, heç kim bu qadına inanmırdı; dumanlı istirahət günləri bazarda tək-tənha
dolaşan, bir quşa yüzcə peso verənə, qalan quşları az qala, havayı bağışlamağa hazır olan bu
tənha quş alverçisinin avam bicliyinə kim uyardı axı?!.. Yaylaq yerlərində də bu sərsəm dilənçi
qadını demək olar ki, hamı yaxşı tanıyırdı, lakin onun şəxsiyyətini heç cür dəqiq
müəyyənləşdirmək mümkün olmurdu, çünki xaç suyuna salındığı monastrlarda onun doğum
günü barədə heç bir sənəd tapılmamış, kilsə şəhadətnaməsi belə ortaya çıxmamışdı; bunun
əvəzinə, oğlunun birdən-birə nə az, nə çox, üç şəhadətnaməsi tapılmışdı: doğum gününü təsdiq
edən üç fakt birdən; belə çıxırdı ki, onun oğlunun üç müxtəlif adı vardı, əsası üç dəfə müxtəlif
şəraitlərdə qoyulmuşdu, üç dəfə üç tarixdə vaxtından əvvəl doğulmuşdu. Bütün bunlar, bizim
ölkənin tarixçilərinin – bizim tarixi yaradanların, onun yaranma tarixinin ört-basdır edilməsi
üçün həqiqəti yalanla qarışdıranların əməlləri idi; lakin bütün bunlara baxmayaraq, eritreyalı
demək olar, məsələnin kökünü axtarıb tapmışdı, bütün o yalan dumanlarını yarıb, axır ki,
aydınlığa çıxmışdı; «Bu sirri aşkar eləmək bir o qədər də çətin olmadı, mənim generalım; boz
Kordelyer dərələrində, düzlərində əks-səda verən atəş səsi eşidiləndə və buzlaqların önündən,
əbədi qarlar içində uyuyan yüksəkliklərdən, axar çayların nəhəng sularının kükrədiyi yerlərdən,
botanik ekspedisiyanın alim-həkimlərinin, hinduların belində otura-otura, öz sirrli otlarını
topladıqları ucuiti qayaların önündən, vəhşi maqnoliya güllərinin bitdiyi, bol yemək və isti
geyim verən uzuntüklü cins qoyunların otladığı dağ mənzərələrindən, ucsuz-bucaqsız qəhvə
sahələrindən, kimsəsiz eyvanları kağız güllərlə bəzədilmiş əyalətlərdən, bürkülü səhrayla dağ
çaylarının gurultusu arasındakı sərhəddə yaşayan xəstələr yığnağından, dənlərindən şokolad
düzəldilən, qırmızı giləmeyvəsi və gülləri olan qalın yarpaqlı kakao ağacıyla xaincəsinə
kürəyindən vurulub öldürülən qocanın ölü bədəninin iyini axşam küləkləri gətirən yerlərdən,
günəşin tərpənmədiyi, yandırıcı tozun, qarpız-yemişin, iki yüz millik ərazinin yeganə orkestrinin,
yeganə məktəbin yerləşdiyi Atlantiko departamentinin, arıq, qəmli inək sürüsünün yanından
uçurumun sonsuzluğuna yuvarlanan atın ətürpədən kişnərtisi eşidiləndə, yazıq heyvan, sulu
qvanabano kimi dığırlanıb düz uçurumun dibinə – qvineo kollarının arasında yerə dəyib
şappıldayaraq, qırqovulları hürkütdü, sonra dərindən bir ah çəkdi. - «Onu vurdular, mənim
generalım, pələng ovu tüfəngindən atdılar, Anima-Sola* dərəsində!» «Mənim mühafizə
təcrübəmə, qəti məzmunlu teleqramlarıma məhəl qoymadan, köpək uşağı?.. Lənət şeytana, indi
görərlər mən kiməm!» - deyə o, hirsindən sarala-sarala hədələyirdi; əslinə qalsa, o, hansısa
agentlərin, onun sözündən çıxmasından çox, nə isə vacib, əhəmiyyətli bir şeyin ondan
gizlədilməsi ilə əlaqədar əsəbiləşmişdi; Onun şimşək saçan bu qəzəbini tez bir zamanda
sakitləşdirməyə ürək eləyənlər tapıldı. O, hadisə barədə məlumat verənlərin nəfəsinə belə
diqqətlə qulaq asır, yaxşı bilirdi ki, yalnız əsl həqiqəti bilənlər yalan danışmağa cəsarət edərlər.
O, kimin satqın olub-olmadığını dəqiqləşdirmək üçün ilk növbədə zabitlərin qarınlarının
altındakıları anlamağa çalışırdı. - «Sən o adam deyilsən ki, heç nə olduğun halda, səni həmin o
heç nədən yapıb düzəltmişəm? Sən o adam deyilsən ki, gecələri qupquru döşəmədə ağnayırdın,
indi mənim hesabıma qızıl cıqqalı çarpayıda yatırsan? Sizi hansı ana doğub?» O, kiminsə, onun
şəxsən imzaladığı, üzüyünün möhürüylə qətranladığı teleqramını qulaqardına vurduğunu yaxşı
başa düşürdü; bu səbəbdən də təhlükəsizlik tədbirləri ilə şəxsən özü məşğul olmaq qərarına gəldi
və belə bir əmr verdi: «Əmr edirəm: qırx səkkiz saat ərzində Demetrio Aldous tapılıb diri
vəziyyətdə yanıma gətirilsin, ölüsü tapılsa belə, mənim yanıma diri vəziyyətdə gətirilməlidir və
işdi, əgər o, ümumiyyətlə, tapılmasa, onun, mənim hüzürüma gətirilməsi mütləqdir». Əmr o
qədər aydın və qorxulu idi ki, elan olunmuş vaxt başa çatmamış, bir-birinin ardınca xəbərlər
gəldi: «Onu dərənin dibindən tapdılar, mənim generalım! Onun bütün yaraları, hansı
|