“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
60
əziyyət çəkir, çünki zati-ailələrinin içində qurbağalar əmələ gəlib. Onlar, ona, uşaqları azad
etmək barədə vurulan etiraz teleqramlarının, xahişlərin bircəciyini belə göstərmirdilər, halbuki
belə teleqram və xahişlər dünyanın hər yerindən axıb gəlirdi. Hətta Roma papasından gələn
teleqramı da ondan gizlətmişdilər, bu teleqramda Roma papası günahsız körpələrin acı taleyi ilə
bağlı öz apostol kədərini bildirirdi. Həbsxanalar, qiyama qalxmış valideynlərlə ağzınacan dolu
idi, növbəti lotereya oyununu keçirmək üçün bircə uşaq da tapmaq mümkün deyildi. – «Lənət
şeytana, biz çox pis ilişmişik, mənim generalım!» Lakin o, ayaqları altında açılan uçurumun
bütün dərinliyini, qəsrin içəri həyətindəki sallaqxanada sürü kimi bir yerə toplaşmış zavallı
uşaqları görəndən sonra hiss elədi, yüzlərlə uşağın, həmin o dəhşətli gecədən sonra zirzəmidən
çıxıb, neçə ayın qaranlıq zülmətinə öyrəşmiş gözləri günəş işığından tutula-tutula, sərsəm
çəpişlər tək, hara gəldi, qaçışdığını görəndə anladı. Onlar işıqda azmışdılar, sayca çox olsalar da,
həm də elə bir vəhdət təşkil edirdilər ki, o, bu uşaqların hər birini ayrı-ayrılıqda yox, iki minə
qədər müxtəlif uşaq kimi yox, min sifətli, nəhəng heyvan kimi gördü… onlardan, yanıq yun və
nəcis iyi gəlirdi, onlar, yeraltı sular kimi uğuldayırdı. Bu heyvanı, dərhal məhv edilməkdən,
məhz onun min sifətli olması qorudu, çünki bu saysız-hesabsız həyatların hamısını, yer üzünü
lərzəyə salmadan qırmaq mümkün olan məsələ deyildi. - «Heç nə eləmək mümkün deyil, lənət
şeytana!» Lakin nə isə eləmək lazım idi və o, ali komandalığın üzvlərinin hamısını yanına
çağırtdırdı, onlar, onun qarşısında dayandılar – zahirən cəsur və zəhmli on dörd nəfər hərbi
komandan və sərkərdə dəhşətli qorxu içində olsalar da, cəsur və zəhmli görünməkdən savayı
əllərindən ayrı bir iş gəlmədi. O, hərbiçilərin hər birinin gözünün içinə zilləndi və gördü ki, onlar
əlbir, o isə təkdir. Bunu görəndən sonra başını dik tutub qətiyyətli səslə onları, hərbi qüvvələrin
namuslu adı və şərəfi şübhə altına alındığı bir zamanda hədsiz zəruri olan birliyə çağırdı. O,
qətiyyətlə bildirdi ki, öz sərkərdələrinin təqsirsiz olduğuna zərrə qədər şübhə etmir və
yumruqlarını sıxaraq, masanın üstünə qoydu, bununla da nagümanlığını, bütün vücudunu sarmış
titrəməni gizləyə bildi. O, hərbçilərə, öz postlarında qalmalarını, vəzifə borclarını, həmişəki səy
və qeyrətlə yerinə yetirmələrini, öz nüfuzlarını itirməkdən qorxmamalarını əmr etdi: «hesab edin
ki, heç nə olmayıb, senyorlar, iclas bağlı elan olunur, hər şeyə görə mən cavabdehəm!» Bundan
sonra uşaqları qaladan çıxarıb furqonlara yüklədilər və gecənin zülmət qaranlığında, ölkənin
ucqar, kimsəsiz bir əyalətinə göndərdilər… ertəsi gün isə o, təntənəli sürətdə rəsmi bəyanat
verərək bildirildi ki, guya ordu tərəfindən bağlıda saxlanılan uşaqlar barədəki bütün söhbətlər
həyasız bir yalandır, hökumət heç kəsi – nə uşaqları, nə də, hər kim olur-olsun, həbsdə saxlamır,
ümumiyyətlə, ölkədə bir nəfər belə olsun, məhbus yoxdur, dustaqxanalar bomboşdur, kütləvi
həbslər barədəki söz-söhbət isə, xalqın vətənpərvərlik ruhunu sasıtmaq istəyən mürtədlərin
iyrənc uydurmalarıdır - ölkəmizin qapıları həqiqəti öyrənmək istəyənlərin hamısının üzünə
açıqdır, buyurub gələ bilərlər! Bu çağırışa cavab olaraq, ölkəyə Millətlər Birliyinin komissiyası
təşrif buyurdu və burnunu soxmadığı deşik qoymadan, hər yeri ələk-vələk elədi, dindirmək
istədiyini dindirdi, hər şeyi bütün təfsilatı və təfərrüatıyla saf-çürük elədi, axtarışlar apradı, hətta
Bendisyon Alvaradonu da sorğu-suala çəkdi, arvad sonralar çox təəccüblənirdi: «Caducərlərə
oxşayan o qanmazlar kim idi?.. Evə soxulub, iki min uşağı çarpayıların altında, sap qutusunda,
az qala fırça qablarında axtarmağa başladılar!» Axırda komissiya əmin oldu ki, həqiqətən də
məmləkətdə dustaqxanalar bağlıdır, hər yerdə qayda-qanun hökm sürür, bilərəkdən, ya
bilməyərəkdən, qəsdli, ya qəsdsiz şəkildə insan hüquqlarının və humanizm prinsiplərinin
pozulmasına, yaxud nə vaxtsa pozulduğuna dair heç bir dəlil-sübut yoxdur. «Rahat yatın,
general! Sağlıqla qalın!» O, pəncərənin qabağında dayanmışdı, komissiyanı geriyə aparan
gəminin, körpüdən aralanmağına tamaşa edirdi, onlara işləməli yaylığını yelləyə-yelləyə
ürəyində: «Əlvida, əziz kütbeyinlər, sizə sakit dəniz və uğurlu yol, xoş getdiniz!» - deyirdi.
Sonra köks dolusu nəfəs dərdi: «Vəssalam, bu həngamə də belə bitdi!» Lakin general Rodriqo de
Aqilar bilirdi ki, həngamə hələ bitməyib: «Uşaqlar ki, qalıb, mənim generalım!» O, əliylə alnını
şappıldatdı: «Lənət şeytana, uşaqlar tamam yadımdan çıxmışdı. Doğrudan da, indi bu uşaqları
neyləyək?..» Bu cansıxıcı vəziyyətdən, müvəqqəti də olsa, qurtulmaq üçün göstəriş verdi ki,
uşaqları, gizlədikləri meşədən çıxarıb, daim yağışlar yağan, küləksiz vilayətlərə göndərsinlər,
çünki külək əsməsi xatalı məsələdi, uşaq səslərini kimlərinsə qulağına çatdıra bilər, əmr elədi ki,
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
61
uşaqları elə bir yerə göndərsinlər ki, orada heyvanlar, əbədi nəmişlikdən diri-diri çürüyür, hətta
sözlər də, nəmişlikdən kif atır… ağacların arasıyla isə, sürüşkən dərili, selikli osminoqlar
sürünür; əmr elədi ki, uşaqları, And dağlarının o biri tayına – içində daim dumanlar sürünən
oyuq mağaralara aparsınlar, elə bir yerə ki, heç kəs onları tapa bilməsin, o yerdə olduqları bir
kimsənin ağlına belə gəlməsin, əmr elədi ki, uşaqların yerini tez-tez dəyişdirsinlər – aranın çürük
noyabrından, dağətəyinin qızmar fevralına daşısınlar və əksinə; uşaqların, qızdırmadan
titrətdiklərini eşidəndə isə, onlara kinə dərmanı və isti odeyal göndərdi… uşaqlar qızdırma
xəstəliyinə, Qızıl Xaç Cəmiyyətinin müşahidəçi təyyarələrindən gizlənib, bir neçə gün çəltik
tarlasında, boğazlarınacan suyun içində dayanan vaxt tutulmuşdular; uşaqlar, skarlatina
xəstəliyindən əziyyət çəkəndə əmr elədi ki, günəşin gözqamaşdıran şüaları uşaqların gözlərini
ağrıtmasın deyə, şüaların və ulduzların parıltısını saxta qırmızı işıqla kölgələndirsinlər; çinarlığın
gənələri onları yeməsin deyə, əmr elədi ki, havanı həşarat dərmanıyla tozlandırsınlar; uşaqların
başına vertalyotdan konfet yağışı, yağlı dondurma uçqunu yağır, yeni il hədiyyələri göydən
paraşütlə atılırdı… o, bütün bunları onun üçün eləyirdi ki, uşaqların taleyinə dair qəti qərarı
qəbul eləyənəcən, onlar yaxşı yaşasınlar, keflərini pozmasınlar. Bu sayaq xeyirxah işləriylə o,
tədricən özü özünü sakitləşdirirdi və qərəzli: «Bəs bu uşaqları neynəyək?» - sualı da daha onu
incitmirdi; bir qədərdən sonra o, ümumiyyətlə uşaqlrı unutdu, hüznlü yuxusuz gecələr, bir-birinə
bənzər yeknəsəq gündüzlər bataqlığına gömüldü – daha heç bir şey onu narahat eləmirdi… və
onun bu halı, axşamların birinə qədər davam etdi. Çərşənbə gününün axşamı idi. Saat doqquzu
vurdu və o, zamanın metal cingiltisini eşidib ayağa qalxdı, saray pəncərələrinin məhəccərlərində
mürgüləyən toyuqları qovdu, qabağına qatıb hinə saldı, toyuqlar yerlərini tutandan sonra, adəti
üzrə onları saymağa başladı; bu vaxt içəri, növbətçi quşabaxan - mulat qadın girib, gün ərzində
yumurtlanan yumurtaları yığmağa başladı; bu dəmdə o, xərclənməmiş illərinin qaynar istisini
hiss etdi, qadının döşlüyünün xışıltısı onu cuşa gətirdi və o, qadına yaxınlaşdı. Qadın bütün
bədəniylə titrəyərək: «Ehtiyatlı olun, general, yumurtaları sındırarsınız…» - dedi. O isə:
«Cəhənəmə ki… - deyib kəl kimi fısıldadı - qoy sınsın…» və ruhunu saran anlaşılmaz duyğudan
qurtulmaq naminə – yatmış toyuqların yaşıl zilinə bulaşmış bu mübarək çərşənbə günündə
nəyinsə baş verəcyi fikrindən xilas olmaq ümidiylə, pəncəsinin bir zərbəsiylə qadını yıxıb yerə
sərdi, ayağı sürüşdü, başı gicəlləndi və o, təsəvvürlər uçurumunun dibinə – ani xilasın ilğımvari
dərinliyinə, adamboğan tər dalğalarının, güclü qadın nəfəsinin təlatümlü dənizinə, ona hər şeyi
unutdurmağı vəd edən boşluğa uçdu… - o, arxada, axar ulduzun qövsvari izini andıran bir iz
sala-sala, cingiltili, qızıl mahmızının işıqlı izini qarlığa yaya-yaya, qaranlığı üfunətli fısıltılarıyla
doldura-doldura, it kimi zingildəyə-zingildəyə uçur, həyat adlanan dəhşətin həzzini duya-duya,
gözqamaşdıran ölüm od-alovunun, lal şimşəklərin içindən ötüşə-ötüşə uçurdu… lakin uçurumun
dibində, dəryanın qurtaracağında onu yenə həmin bu toyuq hin, yaşıl toyuq zili, toyuqların
yuxusuz mürgüsü, donu, sınmış yumurtaların sarısına bulaşmış, titrək bədənli mulat qadın
gözləyirdi… - «Görürsüz, dedim axı sizə, general! Bütün yumurtaları sındırdınız!» O isə,
doymuş məmnun heysizliklə, növbəti sevgisiz eyş-işrətdən püskürən acı qəzəbini içində zorla
boğa-boğa ona:«Say və qeyd elə neçəsi sınıb, pulunu maaşından çıxacağam…» - dedi və getdi.
Saat onu göstərirdi. O, fermaya daxil olub, bütün inəklərin damaqlarını bir-bir yoxladı. Girov
qadınlar yaşayan tikilinin yanından ötəndə, pəncərədən içəri boylandı və döşəməyə uzanmış zahı
qadını gördü – mamaça, bir az əvvəl doğulmuş çağanı qucağında tutmuşdu, ona: «Oğlan oldu,
mənim generalım! Adını nə qoyaq?!» - deyirdi. «Nə istəyirsiz qoyun.» - o cavab verdi. Saat on
biri göstərirdi. O, adəti üzrə, qarovulu saydı, qıfılları yoxladı, quş qəfəslərinin üstünə örtük
çəkdi, bütün otaqların işıqlarını söndürdü. Gecə, yarıya yaxınlaşırdı… ölkədə sakitlik idi, dünya
yatırdı… o, öz yataq otağına gecənin bu zülmət qaranlığında yollandı, dəhlizi, mayakın ani
parıltıyla hərlənib yoxa çıxan işığı altında ötdü, yataq otağına çatıb lampanı qapının yanındakı
asılqandan asdı… qəfildən qaçıb aradan çıxmaq lazım gəlsəydi, bu lampa ona gərək olacaqdı… -
qapını arxasınca bağlayıb, üç qıfılı, üç cəftəni vurub, üç zənciri çəkdi və yığcam unitazında
oturub, zalım körpəsini - heybətli şişini nazlamağa, giziltisini ovutmağa başladı, şıltaq körpəsi
ovucunun içində kiriyib yatanacan, ağrısı səngiyənəcən oturduğu vəziyyətdə qaldı. Lakin ağrının
səngiməyi ilə yenidən baş qaldırmabı bir oldu.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
62
Qəfil qorxu onu ildırım kimi vurdu – açıq pəncərədən içəri külək doldu, uzaq şor səhrasından
əsən külək, yataq otağını, qum dənəciklərinə bənzər, saysız-hesabsız uşaq səsləriylə doldurdu.
Ölüm çöhrəli səhrada dolaşan kimsəsiz uşaqların qəlbindən qopan mahnı müharibəyə getmiş
cəngavər barədə idi… «Hardadı cəngavər? Hardadı igid? Bu nə dərddər, bu nə kədər… Qülləyə
qalx, onun gəlişinə tamaşa elə, onda görəcəksən ki, məxmər üzlü tabutda qayıdıb o! Ah bu nə
bədbəxtlik!» Uzaqdan eşidilən bu səslər xorunu, ulduz sayrışması da zənn etmək və özünü, bu
səslərin, ulduz şərqisi olduğuna inandırıb rahatca yuxuya getmək olardı, lakin o, qəzəb içində
ayağa sıçrayıb, var gücüylə: «Yetər daha, lənət şeytana! Ya onlar, ya mən!» - deyə bağırdı.
Sözsüz ki, o özünü seçdi. Hələ səhərin gözü açılmamış əmr verdi ki, uşaqları, sement yüklənmiş
barjaya doldurub, mahnı oxuda-oxuda, ərazi sularımızdan kənarlara aparsınlar; orda barja
dinamitlə partladıldı və uşaqlar, nə baş verdiyini anlamağa macal tapmamış, daş kimi suyun
dibinə getdilər. Üç zabit onun hüzuruna gəlib, əmrinin yerinə yetirildiyini bildirəndə, o ilk
növbədə zabitlərin hər birinin rütbəsini iki dərəcə qaldıtdırdı və vətənə sədaqətli xidmətlərinə
görə medalla təltif etdi, sonra da əmr verdi ki, onları cinayətkar kimi güllələsinlər… - «Çünki elə
əmrlər var ki, verilə bilər, ancaq yerinə yetirilə bilməz, çünki bu əmrlərin yerinə yetirilməsi
cinayətdir, lənət şeytana, zavallı cocuqlar!» Bu sayaq ağır sınaqlar onu bir daha əmin edirdi ki,
ən təhlükəli düşmən - rejimin öz daxilindədir, yəni etimad qazanaraq, dövlət başçısının ürəyinə
soxulmuş şəxsdir; bir daha əmin olurdu ki, ilk baxışda ona ən sadiq görünən, vaxtı ilə vəzifə
pillələri ilə yüksəltidiyi və bu səbəbdən, dayağı bildiyi adamlar, gec-tez onları yedizdirən əli
kəsib atmağa çalışırlar – o, belələrini pəncəsinin bircə zərbəsiylə yıxır, onların yerinə,
yoxluqdan, ayrılarını tapıb çıxarır, onları yüksək vəzifələrə təyin edir, fəhmi və barmağının bircə
işarəsi ilə onlara müxtəlif rütbələr verirdi: «Sən – kapitansan, sən – polkovnik, sən – general,
qalanları isə leytenant! Daha nə istəyirsiz?!» Sonra vaxt ötdükcə, bu adamların tədricən qarın
bağlamağına, enlənib-şişib az qala tikişləri cırılan mundirlərinə sığmamağına tamaşa eləyə-eləyə,
ona sədaqətlə xidmət etdiklərini dəyərləndirərək, onları gözdən itirirdi və yalnız iki min uşaqla
bağlı bu gözlənilməz hadisədən sonra o anladı ki, onu, bir nəfər yox, hərbi qüvvələrin bütün
komandanlığı aldadıb. - «Bircə onu bilirlər ki, süd xərclərinin artırılmasını tələb eləsinlər, iş
çətinə düşəndə isə, indicə xörək yedikləri nimçəyə batırmağa hazırdılar, halbuki, onların
hamısını mən, Adəm Həvvanı yaratdığı kimi, öz qabırğamdan yaratmışam!» Bu, həqiqətən də
belə idi, ancaq nolsun, o, bir an belə dinclik bilmir, onların naz-qozuyla oynamalı, iddia və
təkəbbürləriylə hesablaşmalı olurdu. Ən təhlükəlilərini isə yanında saxlayırdı ki, onlara göz
qoymaq asan olsun, digərlərini sərhəd qarnizonlarında xidmətə göndərirdi, lakin bu tədbirlər də
onu, şübhələrdən xilas edə bilmirdi. Vaxtı ilə o, qrinqoların dəniz piyadasının ölkəyə desant
çıxarmasına, səfir Tomposunun rəsmi məlumatında deyildiyi kimi, heç də sarı qızdırmaya qarşı
birgə mübarizə aparmaq üçün yox, yaxud siyasi mühacirlərin iddia etdiyi kimi, xalqın
qəzəbindən qorxduğuna görə yox, məhz onların, öz zabitlərinin xatirinə icazə vermişdi. - «Mən
istəyirdim ki, onlar bizim zabitləri adam eləsinlər, onlara namuslu olmağı öyrətsinlər, ana! Onlar
da öyrədirdilər, bizim zabitlərə, ayaqqabını necə geyməyi, prezervativ və tualet kağızından
istifadə etməyin qaydalarını öyrədirdilər, bütün öyrətdikləri də bundan ibarət idi. Hərbçilərin
müxtəlif yönlü dəstələri arasında ixtilaf, ya münaqişə düşsə, başları bir-birinə qarışar, məndən
uzaq olarlar, mənim üçün milli təhlükəsizlik idarəsi, baş istintaq agentliyi, ictimai asayiş üzrə
milli departament və sair bu sayaq, bir-birindən mənasız və lazımsız o qədər təşkilat və idarə
uydurub yaratdılar ki, indi çoxunun adı yadımda deyil!» Əslində, bunlar, milli təhlükəsizlik
xidmətinin müxtəlif adları idi, lakin ona, mənzərəni bu cür təsvir etmək sərfəliydi, guya bunlar,
müxtəlif təşkilatlar, müxtəlif xidmətlər idi. Bu ona, çətin vaxtlarda manevrlər etmək imkanı
yaradırdı.
Məsələn, o, milli təhlükəsizlik orqanının əməkdaşlarına təlqin edirdi ki, onlar, baş istintaq
agentliyi tərəfindən izlənilir, əslində isə, bu təşkilatların hər ikisi ictimai asayiş agentliyinin
müşahidə obyektləriydi. O, zabitləri bir-biriylə toqquşdurur, etibarsız sayılan hərbi hissələrin
barıtına dəniz qumu qatılması əmrini verir, birinə bir şey, o birinə tamam başqa bir şey deyir,
hamını elə dolaşdırırdı ki, artıq heç kəs onun əsl niyyətindən baş aça bilmiridi. Bununla belə,
onlar qiyama qalxdılar: «N» kazarması qiyam edib, mənim generalım!» Onda o, kazarmaya
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
63
cumub, ağzı köpüklənə-köpüklənə:«Çəkilin yoldan, qurumsaqlar, burda hökmdar - mənəm,
hakimiyyət də mənimdir!» - deyə bağırırdı. O, ayaq saxlamadan, özlərini itirmiş, beşcə dəqiqə
əvvəl onun portretlərini hədəf seçərək, güllə ata-ata məşq edən zabitlərin yanından saymazyana
ötüb keçir və gedə-gedə: «Tərk-silah olsunlar!» - deyə əmr verirdi. Onun hökm dolu səsində isə,
öz gücünə o qədər böyük inam vardı ki, zabitlərin özləri silahlarını yerə atırdılar. O: «Mundirləri
çıxarın! - deyə əmr edirdi. – «Bu paltarı yalnız kişilər geyə bilər!» Və zabitlər dərhal
mundirlərini soyunurdular. - «San-Xeronimo bazası qiyama qalxıb, mənim generalım!» Və o,
bazanın ərazisinə baş darvazadan daxil oldu, iri, xəstə ayaqlarını ardınca qocafəndi sürüyə-
sürüyə, qiyama qalxmış, lakin onu görcək, quzu kimi sıraya düzülmüş qvardiyaçıların cərgələri
arasından keçərək, qiyam qərargahının ortasında tək və silahsız halda peyda oldu amiranə səslə:
«Üzü üstə döşəməyə, düdəmələr! Döşəməyə!.. Dədələrindən bixəbər köpəy uşaqları!» Və Baş
Qərargahın on doqquz zabiti, müti halda ağzı üstə yerə döşəndi… bir müddətdən sonra onları
dənizkənarı kəndlər boyu gəzdirir və torpaq yeməyə məcbur edirdilər ki, qoy hamı görsün ki,
mundiri çıxarılmış zabit, qoyun qədərində də deyil. «İt uşaqları! – əsgərlərin arı pətəyi kimi
qaynaşdığı kazarmalarda qışqırışırdılar, hamı, prezidentin tələb elədiyi kimi, qiyamın
təşəbbüskarlarının güllələnməsini, bundan sonra meyitləri od ələyən günün altında ayaqlarından
asılmalarını tələb edirdilər ki, qoy hamı görsün, Allaha tüpürənlərin aqibətini öz gözləriylə
görsün. «Bax belə, quldurlar!» Tələb yerinə yetirildi, lakin bütün bu qanlı cəza tədbirləri ona
dinclik gətirmədi. Guya kökündən kəsdiyi yoluxucu xəstəliklər yenidən yayılmağa başlayır,
qorxunc sui-qəsdlər yırtıcısı caynaqlarını yenidən buraxır, hakimiyyət dəhlizlərinin damı altında
özünə yuva qura-qura, ən qətiyyətli zabitlərin imtiyazlı kölgəsi altında güc yığırdı. O, əqidəsinə
zidd gedərək, səlahiyyətlərinin artıq-urtuğunu onlarla bölüşməyə, bu adamlara etibar eləməyə
məcbur idi. Çünki onlarsız keçinə bilməzdi, lakin məsələ burasındaydı ki, onlarla birgə yaşamaq,
onlarla bir havayla nəfəs almaq da mümkün deyildi, lakin əbədi yaşamağa məhkum edildiyindən,
buna məcbur idi. «Lənət şeytana, bu ki, ədalətsizlikdi?!..» Əziz dostu, general Rodriqo de
Aqiların niyyətləri ilə əlaqədar qorxunc şübhələr içində yaşamaq qeyri-mümkün idi, bu adamın
namusuna və sədaqətinə şübhə eləmək, sözün əsl mənasında, işgəncəydi, lakin… «O mənim
kabinetimə girəndə, sifəti meyit rəngindəydi… soruşdu ki, həmin o iki min uşağın aqibəti necə
oldu. Doğurdanmı, bütün dünyanın bildirdiyi kimi, biz uşaqları dənizdə boğmuşuq?» O, səsi belə
titrəmədən, general Rodriqo de Aqilara bilirdi ki, bu, yalnız şaiyədir, xainlərin uydurmasıdır.
«Mən hər gecə onların hardasa mahnı oxuduğunu eşidirəm!» - o, deyib, əliylə hansısa qeyri-
müəyyən istiqaməti göstərdi.
Ertəsi gün, səfir Evansı da, uşaqlar barədə gəzən bütün bu söz-söhbətin, böhtandan savayı ayrı
bir şey olmadığına inandıra bildi: «Başa düşmürəm, siz hansı uşaqları deyirsiz? Axı, sizin
ölkənizin Millətlər Birliyindəki nümayəndələri özləri dünya ictimaiyyəti qarşısında rəsmi şəkildə
bildirdilər ki, uşaqlar sağ-salamatdırlar və məktəbə gedirlər. Sizə bundan artıq daha nə lazımdı?..
Vəssalam, həngamə bununla da bitdi!» Ancaq həngamə hələ bitməmişdi. Günlərin bir günü,
gecənin bir yarısı onu yuxudan oyatdılar: «İki, ən böyük qarnizon qiyama qalxıb, mənim
generalım! Bundan savayı Konde kazarmaları da üsyan edib, bu kazarmalar isə burdan cəmi bir
məhəllə aralıdadır! Üsyana general Bonivento Barbosa başçılıq edir. Görürsüz, necə qudurub?!
Onun ixtiyarında, mükəmməl silahlanmış min beş yüz əsgər var. Bütün silah və sursatı onlar,
müxalifətın tərəfinə keçən bəzi səfirliklərin köməyi ilə əldə ediblər. Vəziyyət elə də yaxşı deyil
ki, oturub barmağını sorasan, mənim generalım! Təcili tədbir görülməsə, hər şey məhv olacaq!»
Əvvəlki illərdə siyasi vulkanın bu sayaq partlayışı, onun mübarizə əzmini, risq etmək ehtirasını
yalnız coşdura bilərdi, lakin indi… Məgər o öz yaşının bütün ağırlığını bilmirdimi?.. Onun
idarəsinin, demək olar ki, bütün gücü, orqanizminin daxilində gedən gizli dağıntıların bərpasına
sərf olunurdu, axı, qış gecələrində ona dözülməz ağrılar verən öz qəddar körpəsini – soyuq
havadan şişib qarpıza dönən dəbələk şişini ovutmadan yata bilmirdi; «Uyu, körpəciyim, günüm,
günəşim mənim…» Ən əsası isə bu idi ki, o heç cür müəyyən edə bilmirdi ki, kim kimdir, bu
miskin sarayda qaçılmaz taleyin sınağ məqamında kimə bel bağlamaq olar. O bu sarayı, bu
miskin evi, böyük məmnuniyyətlə, buradan mümkün qədər uzaq olan dılğır bir hindu kəndindəki
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
64
ütük bir komaya dəyişərdi, elə bir yerə ki, orada heç kəs onu tanımasın, sayını hətta özünün də
itirdiyi uzun illər boyu bu ölkənin dəyişilməz prezidenti olduğunu bilməsin, bu, onun çoxdankı
arzusu idi. Bununla belə, general Rodriqo de Aqilar, ona, hər iki tərəfi razı sala biləcək
kompromislər əldə etmək məqsədiylə, qiyamçılara öz vasitəçiliyini təklif etmək niyyətini
bildirəndə, rəsmi qəbullarda mürgü döyən, olan-qalan ağlını da itirmiş qocanı yox, ötən dövrlərin
nəhəngini, cəsur bizonu gördü… və bu böyük insan, bircə an belə, tərəddüd etmədən, ona
dirsəyini göstərib qətiyyətlə: «Gələ!.. – dedi - Elə şey yoxdu, mən hakimiyyətdən getməyəcəm!»
General Rodriqo de Aqilar deyəndə ki, məsələ gedib-getməməkdə deyil, məsələ ondadır ki,
«hamı bir nəfər kimi sizin əleyhinizədir, mənim generalım, hətta kilsə də!» O, isə yenə etiraz
elədi: «Gözümün beşi aydın, kilsə - həmişə hakimiyyətdə olanın tərəfində olub!» General
Rodriqo de Aqilar deyəndə ki, vasitəçilik zəruridir, çünki generallar artıq qırx səkkiz saatdı ki,
məşvərət eləyirlərsə də, öz aralarında razılığa gələ bilmirlər, o: «Dəxli yoxdu, qoy nə qədər
istəyirlər boşboğazlıq eləsinlər, özün görəcəksən, kimin daha çox verdiyini eşidəndə, hansı
qərara gələcəklər!» - «Amma, vətəndaş müxalifətinin başçıları, üzlərindən maskaları atıblar və
küçələrdə açıq-açığına mitinq edirlər!» - deyə general Rodriqo de Aqilar, son dəlilə əl atdı. Buna
da o: «Lap yaxışı, əmr ver, de Armas meydanındakı hər fənərdən bir nəfəri assınlar, qoy hamı
görsün ki, güc kimin tərəfindədir!» - deyə, belə cavab verdi, «Bu, mümkün olan məsələ deyil
axı?!.. - general Rodriqo de Aqilar etiraz etdi - onların arxasında xalq dayanıb!» «Yalandır, -
prezident dedi - xalq mənim tərəfimdədir, odu ki, burdan mənim, yalnız meyidim çıxacaq!»
Və həmişə qəti qərar qəbul eləyəndəki kimi, yumruğunu stola çırpdı və yatmağa getdi, inəkləri
sağmaq vaxtı çatanda yuxudan oyandı, ayağa qalxanda gördü ki, dövlət şurası iclaslarının
keçirildiyi salon, şüşə qırıqları və daş-kəsəklə doludu – məlum oldu ki, Konde kazarmalarının
əsgərləri mancanağın köməyi ilə otağı daşa basıblar. Sonra da pəncərələrin sınıq şüşələrindən
içəri yanar kürələr atıblar. «Bütün gecəni yatmamışıq, ora-bura qaçıb, yanğını suyla, ədyallarla
söndürməkdən, əldən-dildən düşmüşük… yanğın isə ən gözlənilməz yerlərdə baş verirdi, mənim
generalım!» O. bu xəbəri biganə görkəmlə dinləyib, cansız ayaqlarını arxasınca sürüyə-sürüyə,
içinə qum dolmuş dəhlizlərlə, yanmış xalçaların, qobelenlərin üstüylə addımladı… «Axı mən
sizə dedim axı, fikir verməyin!» - «Amma axı onlar kirimirlər?!.. - deyə ona etiraz etdilər - xəbər
də göndəriblər ki, yanar kürələr hələ yalnız xəbərdarlıqdı, bir azdan sarayı top atəşlərinə
tutacaqlar!» - «Fikir verməyin, lənət şeytana!» - o bunu deyib bağa çıxdı və heç kimə məhəl
qoymadan, yenicə açlmış sübhün səssizliyində pardxlanan qızılgüllərin xəfif xışıltısını dinləyə-
dinləyə xiyaban boyu yeridi, yeriyə-yeriyə hiss eləyirdi ki, dəniz tərəfdən əsən külə onda
xoruzvari bir istək oyadır.
«Bununla belə, indi biz neyləməliyik, general?» - «Fikir verməyin, lənət şeytana, axı bir sözü nə
qədər təkrar eləmək olar?»
Həmişə günün bu vədəsində elədiyi kimi, fermaya - inəklərin sağımına nəzarət eləməyə yollandı
və hər səhər olduğu kimi, içinə altı süd çəlləyi yığılmış, qatırlı araba Konde kazarmalarına yan
aldı, südü gətirib gələn arabaçı, prezidentin sözlərini qiyamçılara çatdıraraq, dedi ki, prezident
adəti üzrə öz fermasından əsgərlər üçün süd göndərib. - «Tapşırıb ki, südü sizə çatdırım, cənab
general, baxmayaraq ki, siz, sizləri yedizdirən əli dişləyirsiniz!» Arabaçı bunu elə ürək
açıqlığıyla söylədi ki, general Bonivento Barbosa, südü qəbul etməyi əmr etdi, ancaq şərt qoydu
ki, süddən, birinci arabaçı dadmalıdı ki, hamı, südə zəhər qatılmadığına əmin olsun. Nəhayət,
dəmir darvazalar açıldı və min beş yüz qiyamçı, eyvanlardan, arabanın Konde kazarmalarının
qənbər döşənmiş məşq meydançasına necə daxil olduğuna və meydançanın ortasında
dayandığına tamaşa eləməyə başladı. Onlar, general Barbosanın denşikinin, südün dadına
baxmaq üçün əlində bardaq və çömçə necə arabaya dırmaşdığını, necə birinci çəlləyin ağzını
açdığını və həmin dəqiqə necə gözqamaşdıran, qulaqbatıran partlayışın zərbəsindən havaya
uçduğunu gördülər və daha heç nə görmədilər… və Axirət gününəcən də görə bilməyəcəklər:
çünki zavallılar, altı çəllək barıtın müdhiş partlayışıyla havaya sovrulan sarı binanın içindəcə,
püskürən vulkanın ağzına düşən tək, bircə anın içində yanıb kömürə döndülər… gör nə idi ki, bu
|