“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
65
partlayışdan sonra uzun illər həmin yerdə bircə çiçək belə bitmədi! Barıt, Konde
kazarmalarından əlavə, yaxınlıqda yerləşən daha dörd binanı da uçurmuş və şəhərin
ucqarlarınadək bütün evlərdəki qab-qacağı sındırmışdı; partlayışın dalğasından yüngülcə
diksinən prezident: «Vəssalam!» - deyib köks dolusu nəfəs almışdı; sursata qənaət məqsədilə iki
cərgəyə düzdürülüb güllələnmiş on səkkiz zabitin meyitini zibil furqonlarında liman qalasından
çıxaranda isə prezident: «Vəssalam… - deyib köks dolusu nəfəs almışdı, general Rodriqo de
Aqilar isə onun qarşısında mil dayanaraq: «Bütün siyasi canilər yaxalanıb, dustaqxanalarda yer
çatışmır, mənim generalım!» - deyə hesabat verəndə, prezident köks dolusu nəfəs alıb yenə:
«Vəssəlam!» - demişdi. Bu qələbənin şəninə çalınan kilsə zənglərinin nikbin harayını, bayram
atəşfəşanlığının səs-küyünü, onu vəsf edən, sülh və əmin-amanlığın növbəti yüz ilinin gəlişindən
xəbər verən himnlərin təntənəli melodiyalarını eşidəndə də: «Vəssalam!» - deyib köks dolusu
nəfəs almışdı. «Vəssalam, lənət şeytana… - demişdi – bununla da bütün həngamə sona yetdi!»
Bu hadisədən sonra onun. öz gücünə inamı o qədər artmışdı ki, öz şəxsi təhlükəsizliyinə də
səhlənkarlıqla yanaşmağa başlamış, bu sahədə bütün hissiyatı elə korşalmışdı ki, günlərin bir
günü sübh tezdən inək sağımından sonra saraya qayıdarkən, qızılgül kolunun arxasından çıxıb
ona sarı cuman cüzamlı xəstəni belə dərhal sezə bilməmişdi. Cüzamlı, yalnız onun yolunu
kəsəndən sonra, titrək barmağı, qara poladı payız çiskinində parıldayan tapançanın tətiyini
basmağa cəhd edəndə, yalnız o an ayılmışdı… sinəsini irəli vermb, əllərini geniş açaraq: «Ürəkli
ol, qurumsaq, ürəkli ol!» ¬ - deyə bağırmışdı. Həm də bir vaxtlar görücü-falçının yozduğu kimi,
saf bulaq suyunda əks olunduğu kimi yox, tamam başqa cür öldüyünə heyrətlənərək: «Kişisənsə,
vur!» - deyərək, çığırmışdı. Cüzamlı da özünü itirib duruxmuşdu, tərəddüd içində qalmışdı,
gözləri sönmüş, alt dodağı iradəsiz zəifliklə sallanmışdı… bir qədər sonra isə gürz ağırlığında
yumruğun zərbəsindən döşəməyə sərilmişdi və orda ağnaya-ağnaya çənəsindən dəhşətli təpik
zərbələri almışdı, sui-qəsdə məruz qalan isə, başı üzərində sönük-sönük işaran yalqız ulduz
görmüşdü və qışqırtımına qaçıb gələn mühafizəçilərin ayaq səslərini yuxudaymış kimi, hardansa
uzaqdan eşitmişdi. «Nolub, mənim generalım?!» Bu vaxt beş güllə açıldı, beş göyümtül parıltı
bağı işıqlandırdı – cüzamlı xəstə, prezident qvardiyasının - onun cəlladlarının əlinə diri
keçməmək üçün daraqdakı patronların beşini də qarnına boşaltmışdı. O, qan içində qıvrılan
cüzamlı xəstənin meyiti üzərindən adlayıb, əl-ayağa düşmüş saray sakinlərinin hay-həşirini gur
səsiylə batıraraq, əmr elədi ki, cüzamlı xəstənin meyitini şaqqalasınlar, ətini qaxac eləsinlər,
başını duzlayıb hamıya ibrət olsun deyə, de Armas meydanında tamşaya qoysunlar, əmr etdi ki,
sağ ayağını Santa-Mariya-del-Altar sərhədinə, sol ayağını qərb sərhədinə – şor çıxarılan səhraya
göndərsinlər, əmr etdi ki, bir qolunu aran sakinlərinə, o biri qolunu, meşə sakinlərinə nümayiş
etdirsinlər, quyruq yağında qızardılmış tikələrini yeddi iqlimdə, bu iyrənc əyyaşxananın bütün
vilayətlərində xalqa nümayiş etdirsinlər, qoy hamı bilsin ki, öz atasına əl qaldıran şəxsi hansı
aqibət gözləyir. Bu əmri verib, hələ də qəzəbdən göyərmiş vücuduyla qızılgül kolluğuna girdi ki,
keşikçilərin, cüzamlı xəstələri, böcək, kəpənək kimi, süngülərinə keçirib kolluqdan
çıxardıqlarına tamaşa eləsin. - «Açın üzünüzü, quldurlar!» Sarayın pillələriylə qalxa-qalxa, iflic
olmuş xəstələri təpikləyib oyadır, onlarıdan, onları bu dünyaya kimin gətirdiyini, analarını kimin
mayalandırdığını soruşurdu. «Bic köpəkuşağı, barı bilirsiniz bunu kim eləyib?!» O, dəhlizlərlə
gedə-gedə: «Çəkilin yoldan, lənət şeytana, hakimiyyət gəlir!» - deyə qışqırırdı. Qorxuya düşmüş
məmurların, onu «Ölməz» adlandıran soyuqqanlı yaltaqların əhatəsində, özündən sonra
arxasınca odlu vulkan axınını bənzər qızmar fısıltısını qoya-qoya getdi və dövlət şurasının iclas
salonunda ani şimşək sayrışmasıyla görünüb, öz yataq otağında gözdən itdi, otağın qapısını üç
qıfıl, üç cəftə, üç zəncirlə bağlayıb, bulaşmış şalvarını barmaqlarının ucuyla, iyrənə-iyrənə
soyunub atdı. Və elə həmin andan başlayaraq, yenə rahatlığını itirdi… bir dəqiqə belə olsun,
sakitləşə bilmədi, məiyyətindən kimlərin, yaxud kimin, cüzamlı xəstənin əlinə tapança verdiyini
havanın iyindən bilməyə çalışaraq, hey öz-özündən: onun məxfi düşməni kim ola? – deyə
soruşdu. Hiss edirdi ki, bu düşmən hardasa, lap yaxınlıqda, onun lap yanındadı… kimdisə, o
qədər yaxın adamdı ki, onun, öz balqabaqlarını harda gizlətdiyini də bilir, kimdisə, gözləri bütün
qapıların deşiyindən onu izləyir, kimdisə, qulaqları bütün divarları dinşəyir və bu adamı, günün
istənilən vaxtı sarayda, sarayın istənilən otağında görmək mümkündür. «Mənim öz portretlərim
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
66
kimi, lənət şeytana!» Düşmən hər yerdəydi, onun varlığı, yanvar küləklərinin əsimində də,
bürkülü gecələrin jasmin ətrində də duyulurdu, bu adam onun yuxusuzluğunun özəyində, həmin
o vahimənin canındaydı, zülmət qaranlığın içiylə gözəgörünməz, qorxunc kabus ayaqlarıyla
sarayın ən gizli künc-bucaqlarını gəzib dolaşır, beləcə, dolaşa-dolaşa, günlərin bir günü, axşam,
domino oyunu zamanı ətə-qana doldu: havada bir anlıq asıla qalan qoşa beş daşıyla oyunu başa
çatdıran əl, onun əliydi və daxili bir səs ona dedi ki, bu əl, həmin o düşmənin, xainin əlidir. - «Bu
odu, lənət şeytana, odu!»
O, bir anlıq duruxdusa da, özünü ələ ala bildi, başını qaldırdı və masanın üzərindən asılmış
lampanın gur işığında öz əziz dostunun - sadiq generalı Rodriqo de Aqiların gözəl və ifadəli
gözlərinə baxdı və: «Bu, mümkün olan iş deyil. - fikirləşdi - Axı, Rodriqo de Aqilar mənim sağ
əlimdi, biz müqəddəs dostluq telləriylə bağlıyıq, o, hər bir işdə mənə dayaq olub». Lakin
həqiqətdən qaçmaq olmazdı və o, hər şeyi birdən-birə ayrı rəngdə gördü, illər uzunu ustalıqla
qurulmuş, onu tora salıb dolaşdırdıqları oyunu, bütün bu hiylə və kələkləri öz fəhmiylə, bircə
anın içində görə bildi! Bu illər ərzində onun heç ağlına da gəlməzdi ki, əziz dostu, əslində, ona
doğma olan bir insan siyasi fahişələrə, bəxti yeyin siyasətbazlara nökərçilik eləyir! Bunun bir
günahı da onun özündəydi, öz mənafeyi xatirinə bu hoqqabazları ən ucqar dəlmə - deşiklərdən
gün işığına o özü çıxarmışdı, federasiya uğrundakı müharibədən sonra onlara misli görünməmiş
imtiyazlar vermişdi. Özü hər cür imkan yaratmışdı ki, onlar elə onun özünə dayaqlanaraq,
yüksək mənsəbə yetsinlər, sərvət yığsınlar, elə bir mənsəb və sərvət ki, bir vaxtlar, liberal
hərəkatının tufanıyla yer üzündən süpürülmüş aristokratların heç yuxusuna da girməzdi. –
«Onların iştahası, düşündüyümdən də böyük imiş, lənət şeytana, qudurmağa bir bax… Gör bir,
sən demə, bunlar Allahın sevimlisinin yerinə - mənim yerimə göz dikiblərmiş, yarımçıq
doğulmuşlar! Bunun üçün də mənim tam etibarımı qazanmış, mənə ən yaxın olan, dövlət
sənədlərini mənə imzalatmağa gətirən şəxsdən istifadə etmək qərarına gəliblər!» Həqiqətən də
dövlət sənədlərini onun yanına imzalatmağa gətirməyə yalnız bir şəxsin – general Rodriqo de
Aqiların səlahiyyəti çatırdı, çünki onun bütün fərmanlarını, çıxardığı bütün qanunları məhz
Rodriqo de Aqilar rəsmi dilə salıb mətnləşdirirdi, əvvəlcə şifahi, prezidentin mübarək
düzəlişlərindən sonra isə yazılı şəkildə ona imzalatmağa gətirirdi, o da hər bir sənədin aşağısına
öz baş barmağını basırdı – bu, onun imzasıydı; sonra bu qeyri-adi imzanı dövlət möhürüylə
təsdiqləyirdi; onun möhür-üzük şifrəsi, yalnız özü bildiyi xüsusi seyfdə saxlanılırdı. O,
imzaladığı kağızları Rodriqo de Aqilara qaytaranda, zarafata salıb: «Mənim gözəldən də gözəl,
əziz dostum, - deyirdi - daha ayaqyoluna getməyə kağızın var.» Və beləcə, onun sonsuz
etimadından istifadə edən general Rodriqo de Aqilar, öz idarəçilik mexanizmini, dövlət daxilində
yaratdığı dövlətini bu minvalla idarə edirdi; görünür, bu, ona, istədiyi qədər gəlir gətirə
bilməmişdi. «Onun gözü bununla doymurdu, altdan-altdan Konde kazarmalarının qiyamını
hazırlayır, bu işdə ona, yaxın dostu, onun qılıncoynatma müəllimi - birgə holland fahişələrinin
qonağı olduqları səfir Norton kömək eləyirdi, məhz həmin bu Norton, diplomatları gömrükxana
yoxla-masından və rüsum verməkdən azad edən qanundan istifadə edərək, ölkəyə sursat
gətirmişdi, domino oyunu zamanı isə məni tərifləyib göylərə qaldıra-qaldıra deyirdi ki, yer
üzündə mənim hökumətimdən loyal, insapərvər və ədalətli hökumət tanımır!
Saxta cüzamlının əlinə tapançanı da onlar vermişdi. Əlli min pesoya danışmışdılar, qəsdin
muzdunu qatilə verəndə, hər pul bağalamasından pulun yarısını kəsib götürmüşdülər, həmin bu
yarımçıq pul bağlamaları, sui-qəsdçinin evində axtarış zamanı tapılmışdı və məlum olmuşdu ki,
bağlamaları oğurlanmış hissəsini qatilə, mənim ölümümdən sonra, əziz dostum general Rodriqo
de Aqilar şəxsən özü təqdim etməliydi. Onlar sui-qəsd pozulandan sonra da sakitləşmədilər və
başladılar plan cızmağa ki, qan tökmədən, dinc yolla məni aradan necə götürsünlər, gör iş nə
yerə çatdı ki, general Rodriqo de Aqilar mənim barəmdə şahid ifadələri toplamağa başladı.
İttihamları da bundan ibarət idi ki, guya mən gecələr yatmıram, güldanlarla danışıram,
qaranlıqda qəhrəmanların və arxiyepiskopların portretləriylə söhbət eləyirəm, termometrlə
inəklərin hərarətini ölçürəm, onlara cürbəcür dava-dərman, qızdırmanı salan həb verirəm, sonra,
guya böyük admirala sərdabə tikdirmişəm və guya həmin o admiral, yalnız mənim xəstə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
67
təsəvvürümdə mövcuddur, halbuki, mən, pəncərəmin altında lövbər salmış üç karavellanı öz
gözlərimlə görmüşdüm! Dəlil-sübut yığırdılar ki, guya mən, külli miqdarda dövlət vəsaitini hər
cür mürəkkəb sistemli maşın və mexanizmlərin alınmasına sərf etmişəm, guya astronomları
məcbur eləmişəmmiş ki, günəş sisteminin qanunlarını elə dəyişdirsinlər ki, gözəllik kraliçası
mənə aşiq olsun, guya o qızı da özümdən uydurmuşam, qocalıqdan ağlımı o qədər itirmişəm ki,
iki min uşağı, sementlə dolu barjaya mindirib, açıq dənizdə batırmağı əmr eləmişəm, görürsən bu
köpəyuşağını?!..» General Rodriqo de Aqilar bütün bu zəruri sübutları toplayıb prezident
qvardiyasının qərargahında onun bütün zabitləri ilə sazişə girib və qərara alınıb ki, prezident,
qocalar evinə göndərilsin; qayanın başında tikilmiş o evdə keçmiş diktatorlar yaşayırdı; bu
əməliyyatın, bu ilin mart ayının birində, mühafizəçi və keşikçilərin himayədarı sayılan
Müqəddəs Mühafizəçi Mələyin şərəfinə təşkil edilən ənənəvi axşam yeməyi zamanı həyata
keçirilməsi qərara alınıb. - «Yəni üç gündən sonra, mənim generalım!» Onda o, bircə hərəkətiylə
belə sezdirmədi ki, sui-qəsddən xəbəri var, bircə hərəkəti ilə belə bir kəsdə şübhə oyatmadı ki,
hər şeyi bilir və təyin olunmuş gün, öz qonaqlarını – şəxsi qvardiyasının ali zabitlərini qəbul etdi,
onları banket stolunun arxasında əyləşdirdi və onlara içki təklif etdi. - «General Rodriqo de
Aqilar gəlib əsas sağlığı deyənəcən, bir az boğazımızı isladaq». O, bütün qonaqlarla dostyana
söhbət edir, zarafatlaşır, zabitlər isə bir-bir, guya ötəri təsadüflə öz saatlarına baxır, saatı
qulaqlarına tutur, silkələyir, qurur, vaxtı düzəldirdilər – artıq saat on ikiyə beş dəqiqə qalırdı,
lakin general Rodriqo de Aqilar hələ də görünmürdü.
Hava, gəmi qazanının istisiylə qızmışdı, ancaq bu, ətirli bir bürkü idi: qladiolosların,
qərənfillərin və tər qönçələrin ətri otağı bürümüşdü, amma nəfəs almağa hava yox idi; kimsə
qalxıb pəncərəni açıdı - «Və biz hamımız sinə dolusu nəfəs aldıq, sonra yenə saatlarımıza
baxdıq, açıq pəncərədən içəri bayram yeməklərinin iştahaçan qoxusu və meh doldu». Ondan
başqa hamı tər içindəydi və bir anlıq, hamı özünü necəsə naqolay hiss elədi və özünü
oturanlardan, çoxdan ötüb keçmiş illəriylə, qalxanla qorunan kimi qoruyan, qonaqlarına
hardansa, öz məkanından - zamana dəxli olmayan dünyasından boylanan bu qoca heyvanın geniş
açılmış, kiprik çalan gözlərinə baxmaqdan utandılar. – O: «Sizin sağlığınıza… - deyib badəsini,
yuxulu zambağı qaldıran tək, yuxarı qaldırdı - sizin sağlığınıza!» O, bütün axşamı badəsini,
içkidən bir qurtum da almadan, bircə-bircə zabitlərin badəsiylə toqquşdurdu. Və budur, tam
səssizlikdə, saat mexanizminin, sanki məşum uçurumun dibindən gəlirmiş boğuq zəngi eşidildi –
saat on ikini vurmağa başladı. Lakin general Rodriqo de Aqilar hələ də gəlməmişdi. Kimsə
ayağa qalxdı, sağolllaşaraq, aradan çıxmaq istədisə də, amiranə baxışların təsirindən yerinə
mıxlandı, daşa çevrilib dondu, prezidentin səsi eşidildi: «Xahiş edirəm, getməyin!» Hamı da başa
düşdü ki, saat on ikini vurub qurtarmayanacan hərəkət eləmək, nəfəs almaq, özünü diri
göstərmək olmaz. Sonuncu zəng zərbəsi susanda isə qapıların pərdələri açıldı və qonaqlar
çoxdan gözlədikləri general Rodriqo de Aqiları - görkəmli xadim, diviziya generalı Rodriqo de
Aqiları bütün vücuduyla, dörd bir yanı gül kələmi salatlarıyla bəzədilmiş, içinə dəfnə yarpağı və
ləvəngi doldurularaq, təndirdə yaxşıca bişirilib qızardılmış vəziyyətdə, əyninə, beş qızılı badam
dənəcikli, boş qolunda, igidliyə görə tikişi olan, sinəsi, on dörd funt ağırlığında medallarla
bəzədilmiş parad geyimində, ağzından cəfəri saplağı asılmış halda iri, gümüş məcməyidə oturan
yerdə gördülər. Məcməyi bayram süfrəsinin ortasına qoyuldu və iltifatlı ofisiantlar, dəhşətdən
daşa dönmüş qonaqlara məhəl qoymadan, süfrəyə gətirilmiş yeməyi bıçaqla doğrayıb bölməyə
başladı və hər qonağın qabağındakı nimçəyə, içi qoz ləpəsi və ədviyyatla doldurulmuş müdafiə
nazirinin ətindən iri bir tikə qoydular, axşam yeməyinə başlamaq işarəsi verildi: « Nuş olsun,
senyorlar!»
O, o qədər zəlzələlərdən, taleyin uğursuz döngələrindən, odlu səma kürələrinin saysız-hesabsız
təkanlarından sağ- salamat çıxmışdı ki, bizim dövrlərdə daha bir adam belə inanmırdı ki, bir
vaxtlar görücü-falçı qadının dedikləri həyata keçəcək və haçansa öləcək. Bir sözlə, daha onun
ölümünə heç cür inanmaq mümkün deyildi, bu, ağlasığmaz, mümkünsüz bir məsələyə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
68
çevrilmişdi, odu ki, aşkar edilmiş cəsədin, səliqəyə salınıb dəfn edilməsinə icazə
sənədləşdirilənəcən, aramızdan ən qatı mövhumatçılar belə boyunlarına almasalar da,
gözləyirdilər ki, əgər bu cəsəd həqiqətən onun bədənidirsə, bir vaxt deyilənlər nəhayət ki, həyata
keçəcək: onun ölüm günü durğun bataqlıqların kifsəmiş suları axar çaylara dolub qalxacaq, qanlı
yağışlar yağacaq, toyuqlar beşguşəli yumurtalar yumurtlayacaq, Yer üzünə əbədi sükut və
qaranlıq çökəcək – onun ölüm günü dünyanın axır günü olacaq. Onun ölümünə bir də ona görə
inanmaq mümkün deyildi ki, diktatura rejimi illərindən salamat çıxan bir çox qəzetlər yenə
əvvəlki qaydada onun ölümsüzlüyündən yazır, tarixi xidmətlərini şişirdərək, yazılanları arxiv
sənədləriylə təsdiq edirdilər; onun portreləri hər gün qəzetlərin birinci səhifəsində başlıqda
göründükcə, bizdə zaman donuqluğu ovqatı yaranırdı: biz, hər gün qəzetlərdə həmin üzü,
paqonlarında beş şöhrət günəşi parıldayan həmin o mundiri görürdük, üzü, fəaliyyət hərarəti və
sağlamlıq saçan ləyaqətli bir adamın şəklini görürdük, halbuki, onun yaş həddi çoxdan hamının
yadından çıxmışdı.
Qəzetlər bir ucdan eyni faktları – onun gah, artıq çoxdannan açılmış hansısa abidələrin, gah
əslində mövcud olmayan hansısa kommunal iş yönümlü idarələrin açılışında, guya dünən,
əslində isə keçmiş əsrdə sədrlik etdiyi iclaslarda çəkilən şəkillərini dərc edirdilər. Biz də axı
bilirdik ki, bunlar qəzetlərin növbəti yalanıdı, çünki o, Letisya Nasarenonun dəhşətli ölümündən
sonra adam arasına çıxmırdı, öz kimsəsiz sarayında tək-tənha yaşayır, dövlət işləri isə elə özü-
özünə, onun hüdudsuz hakimiyyəti dövrlərindən bu yana, öz inersiyası hesabına gedirdi. Biz
bilirdik ki, o, baxımsızlıqdan xarabalığa çevrilmiş bu binada rahib həyatını yaşayır və indi bizim,
kədər və qəm-qüssəylə gecənin düşməsinə baxdığımız həmin bu pəncərələrdən, uzun-uzuadı illər
- öz illüziyalar taxtında oturduğu dövrlər, ürəküzən, sıxıntılı axşamların düşməyinə, gecənin
yaxınlaşmasına o da baxıb: biz mayakın, hey göz vura-vura. ara-sıra əfsanəvi yaşıl dalğalarla
otaqların xarabalıqlarında üzən işığını görürdük; növbəti təbii fəlakət vaxtı sahilyanı qəsəbələri
su basdığından, kasıbların elliklə tökülüşüb məskən salıdığı nazirlik binalarının sınıq-salxaq
pəncərələrində sönük işartılarla işıq saçan miskin lampaları görürdük; bir az aşağıda tüstüyə
bürünmüş şəhəri görürdük, bir vaxtlar əcnəbilərə satılmış dənizin dalğalandığı, indi isə qupquru,
nəhəng çalalar boyu sıralanan gümüşü kraterlərin üzəriylə sönük qığılcımlarla çaxan şimşəklərin
işığında seçilən üfüqü görürdük; onun ölümünün birinci gecəsi biz birdən-birə onun nəhəng
imperiyasının hüdudsuz mənzərəsini onsuz gördük; bu imperiyanın titrəməli göllərini, çayların
qovşağında yerləşdiyindən havasız, nəmli buxarlar içində əriyən kəndlərini gördük, biz onun
mülkiyyətlərini – acgöz, tikanlı məftillərlə hasara alınmış əyalətləri, saysız-hesabsız mal-qara
sürülərini, prezidentin şəxsi möhürüylə – vərəsilik damğasıyla damğalanmış əla növ cins
inəklərin otladığı sahələri gördük.
Biz, onun yaşıyla bağlı cürbəcür zarafatlar eləməkdən doymurduq, yerişini, qədim tısbağaların,
xüsusən, qoca fillərin yerişilə müqayisə edirdik, qəlyanaltıxanalarda cürbəcür lətifələr qoşurduq
ki, guya bir dəfə dövlət şurasına xəbər çatıb ki, prezident ölüb və nazirlər qorxa-qorxa bir-birinə
baxa-baxa soruşublar ki, indi bu haqda kim gedib ona xəbər verəcək, ha-ha-ha! Yəqin, o dövrlər
belə xəbərlər onu çətin maraqlandırırdı, çətin ki, o, bütün bu danışılanlar ciddi söhbət, yoxsa adi
küçə anektodu olduğunu anlayaydı, çünki o dövrlər onun yaddaş sandığında artıq bir neçə
nimdaş xatirələrdən savayı ayrı bir şey qalmamışdı. Deyirdilər, o, yastıdaban, heysiz ayaqlarıyla
tənha, yarıqaranlıq kabinetlərlə lal güzgü əksi kimi dolaşdığı an, kabinetlərdən birində qarşısına
çıxan nişastalı yaxalıqlı, qısa gödəkçəli adamın onu görəcək, əlindəki ağ yaylıqla kiməsə şərti
işarələr verdiyi gözünə görünəndə o: «Əlvida!» - deyibmiş. Bu qəribə təsadüf, deyilənə görə,
sonradan rituala çevrilmişdi, saray xidmətçiləri hər onu görəndə ayağa qalxıb ağ yaylıq
yellətməli və «Əlvida mənim generalım, əlvida!» deməliymişlər. Lakin məsələ burasındaydı ki,
o onları qətiyyən eşitmirdi. O dövrlər birdən-birə niyəsə ona elə gəlmişdi ki, quşlarının səsi,
səhər-axşam oxumaqdan batır, odu ki, ehtiyatda saxladığı beçə balından quşlara da yedirdir,
onların daha gur səslə oxumağı üçün dimdiklərinə kantorin damlalarından damızdırır və
fikirləşirdi ki, bu damlalar mütləq quşların səsinin açılmasına kömək etməlidi, sonra özü də
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
69
quşlara qoşulub köhnə, unudulmuş mahnılardan oxuyurdu: «Ah, yanvar Ayı!..» və yenə də heç
cür başa düşə bilmirdi ki, quşların səsi heç də tutulmayıb, sadəcə, onun qulaqları pis eşidir.
понедельник, 8 июня 2009 г.
Bir dəfə isə, gecə yarısı qulağındakı vıjıltı səsi yerli-dibli yoxa çıxdı, elə bil çilik-çilik olub
söndü, qeybə çəkildi, bunun əvəzinə isə qulağına, arada bir uzaqdan-uzağa, hakimiyyət
dumanının ilğımında üzən gəmilərin zəif fitləri güclə eşidilən yumşaq hava doldu… sonra o,
hansısa qondarma küləklərin səsini eşitməyə başladı, külək səsinin içinə quş civiltiləri də doldu,
quşlar elə bil onun ürəyinin içində cükküldədilər və bu cükkültü onu, quşlarının uzun-uzadı
faciəvi lallığı dərdini çəkməkdən xilas elədi; o vaxt dövlət iqamətgahına buraxılan bir neçə
adamın, onu saat ikidən bu yana, günün ən isti saatlarını keçirdiyi talvar kölgəsində, hörmə
yelləncək kresloda oturan yerdə tapmağa ixtiyarı çatırdı; o, öz yelləncək kreslosunda otura-otura,
yuxularının arasından – yaxınlıqdakı məktəbdə oxuyan qızların, sarayın bir o qədər də möhkəm
mühafizə olunmayan arxa darvazalarına dırmaşıb onu – yuxusuz mürgülər içində gicgahında
saralmış məlhəm otları tərpənmədən oturub qaldığı vəziyyətini müşahidə etməyini, sapsarı gün
şüalarının, talvarın yarpaqları arasından üstünə süzüldüyündən, ala-pələng bəbirə oxşamağına,
manterrayanın – «dəniz iblisinin» ağzı kimi açıq qalan ağzına baxdıqlarını görürdü. «Qoca
kaftar!» - deyə qızlar onu cinlədir, o isə onların nə dediyini eşitmir, onlara, havanın titrək
bürküsündən baxa-baxa, mehriban-mehriban əl eləyirdi; o, mığmığaların qulaqbatıran vızıltısını
da eşitmirdi, o ümumiyyətlə heç nə eşitmirdi, bircə bataqlıqlar və dəniz xərçənglərinin iyini
eşidirdi, bir də, toyuqların arada bir asta-asta dimdiklədiyi ayaqlarının barmaqlarını tərpərdirdi.
Onun real dünyayla bircə əlaqəsi, cəmi-cümlətanı bir neçə qiymətli xatirələri idi, dövlət
işlərindən uzaqlaşdığı gündən bəri o, bircə bu xatirələrlə yaşayır, heç nə fikirləşmədən, dumanlı
hakimiyyət havasında gicəllənməklə məşğul olurdu: adamsız, tənha sarayın dəhlizləriylə
sürünərək, boş kabinetlərdə gizləndiyi gecələr, orda məruzə vərəqlərinin kənarlarını qopararaq,
boş haşiyələrində zərif xəttiylə sönük xatirələrini - onu ölümdən xilas edən xatirələrini yazdığı
gecələr, qocalığın ölüm qorxusu yellərinə sinə gərib davam gətirməyə, ona yenə yalnız və yalnız
bu xatirələr kömək olurdu.
Belə gecələrin birində o, öz zərif xəttiylə: «Mənim adım Sakariasdır!» - sözlərini yazdı, sonra bu
sözü mayakın işığında ötəri oxudu, sonra bir də və bir də oxudu; o qədər oxudu ki, öz adı ona
yad göründü. Sonra: «Axı bu, sənin nəyinə lazımdı?...» - deyə özü-özündən soruşdu və kağızı
tikə-tikə cırıb yerə tökdü. «Mən elə mənəm!» Sonra ayrı kağız götürüb orda yazdı ki, yüz yaşı
tamam olub; bu, həmin o dövr idi ki, kometanın ikinci gəlişi də baş vermişdi; əslinə qalsa, o özü
buna dəqiq əmin deyildi, çünki kometaların gəlişlərini hansı dövrlər və neçə dəfə gördüyünü
dəqiq xatırlamırdı; o biri kağız zolağında isə: «Namuslu döyüşdə yaralananlara eşq olsun,
qəsbkarların tapdağı altında ölən cəsur döyüşçülərə eşq olsun!» yazdı; bu yazılar elə bir dövrə
aid idi ki, o dövr haqqında indi nə desən, yazmaq olardı. Sonra o, bir parça karton götürüb:
«Ayaqyolunda biabırçı əməllərlə məşğul olmaq qadağan edilsin.» – yazdı və kartonu aparıb
ayaqyolunun qapısına yapışdırdı: həmin ayaqyolunun ki, bu yaxınlarda orda o, tamamilə
təsadüfən yüksək rütbəli bir zabitin biədəb əl şuluqluğunun şahidi olmuşdu, sonra qayıdıb yenə
yadına düşənləri bir-bir yazmağa başlamışdı. «Letisiya Nasareno, - o yazmışdı – mənim yeganə
qanuni arvadımdır». Letisiya Nasareno həmin qadın idi ki, ona lap qoca vaxtlarında yazıb-
oxumağı öyrətmişdi, odu ki, indi yaddaşında onun xatirəsini oyatmaq istəyirdi, cəmiyyət içində
milli bayrağı xatırladan ikirəngli çətiri ilə, boynundakı qara tülkü dərisi ilə o biri qadınlardan
fərqlənən birinci xanımın obrazını gözünün qarşısında canlandırmaq istəyirdisə də, arvadı onun
yadına yalnız bir vəziyyətdə – çılpaq bədəni ilə miçətkənin arasında, günorta bürküsünün
ağappaq işığı içində uzanan yerdə düşürdü; yadına, onun, elektrik ventilyatorunun sərin vıjıltısı
altında uyuyan yumşaq, ağ bədəninin yuxulu cizgiləri düşürdü; onun döşünün bərkliyini, it iyinə
bənzər iyini, iş üzü görməyən sütül qollarının qoltuğundan gələn kəskin tər iyini hiss edirdi;
|