Yeni Yazarlar və Sənətçilər Qurumu
http://www.kitabxana.net
- Milli Virtual Kitabxananın
Azərbaycan Respublikası Prezidenti
yanında Gənclər Fondunun
(AzGF) maliyyə dəytəyi ilə
Ədəbi-poetik,
kulturoloji-kreativ
tərcümə e-Antologiyası
Dördüncü buraxılış –
IV cild
İkinci kitab
2013
www.kitabxana.net – Milli Virtual Kitabxana
Yeni Yazarlar və Sənətçilər Qurumu
08.11.2013
Çağdaş dünya
ədəbiyyatı. Bədii nəsr.
Romanlar, povestlər
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
2
www.kitabxana.net
Milli Virtual Kitabxananın təqdimatında
Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu
http://www.kitabxana.net
- Milli Virtual
Kitabxananın Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə
dəytəyilə “Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-akademiya” adlı kulturoloji
ədəbiyyat layihəsini çərçivəsində nəşrə hazırlanıb və yayılır. E-kitab N 04 (153 - 2013)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Azərbaycan Respublikası
Prezidentinin yanında
Azərbaycan Gənclər Fondu
:
http://youthfoundation.az
Çağdaş dünya ədəbiyyatı
Bədii nəsr
ROMANLAR, POVESTLƏR
Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Dördüncü buraxılış - IV cild
İkinci kitab
Ədəbi redaktoru, toplayanı, işləyib hazırlayanı : Aydın Xan (Əbilov)
Yeni Yazarlar və Sənətçilər Qurumu sentyabrın sonundan başlayaraq Azərbaycan Respublikası Prezidenti
yanında Gənclər Fondunun (AzGF) maliyyə dəytəyilə “Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-
innovativ e-akademiya” adlı kulturoloji ədəbiyyat layihəsini həyata keçirərək çağdaş dünya ədəbiyyatının
ən dəyərli nümunələrindən ibarət silsilə e-antologiya nəşrə hazırlayıb. Üçüncü buraxılışda dünya
ədəbiyyatının ən böyük ədəbi növü – müasir xarici nasirlərin azərbaycancaya tərcümə olunmuş müxtəlif
səpkili romanları daxil edilib. Elektron kitaba yaxın XX və XXI əsrin görkəmli yazıçıların müxtəlif
mövzulara həsr olunmuş irihəcmli modern, intellektual, populyar, postmodern kimi pyeslərin elektron
variantları daxil edilib. Peşəkar mütərcimlər və yazıçılar tərəfindən, orijinal, eləcə də rus və başqa
dillərdən tərcümə olunmuş bu səhnə əsərlərinin mətnlərin əsas hissəsi ilk dəfə geniş oxucu kütləsinin
sərbəst istifadəsinə verilir. Bütün tərcüməçilərə, yaradıcı heyətimizə və dəstək verənlərə xüsusi
minnətdarlığımızı bildirirk.
E-kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. AR “Müəlliflik və Əlaqəli Hüquqlarla haqqında qanunu,
beynəlxalq konvensiyalarla müəllif haqları qorunur. Bütün hüuqular Yeni Yazarlar və Sənətçilər
Qurumuna, müəlliflər və mütərcimlərə, eləcə də e-nəşr hüququ http://www.kitabxana.net - Milli Virtual
Kitabxanaya aiddir: onların razılığı olmadan e-antologiyadan kommersiya məqsədi ilə hər hansı bir
formada yayım və istifadə qəti qadağandır.
YYSQ -
Milli Virtual Kitabxana. Bakı –
2013. Elektron Kitab N 04 (153
–
2013)
Virtual redaktoru v
ə
e-n
əşrə
hazırlayanı: Aydın Xan (Əbilov), yazar
-kulturoloq
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
3
Çağdaş Dünya ədəbiyyatı
Bədii nəsr
ROMANLAR
POVESTLƏR
Ədəbi-poetik, kulturoloji-kreativ
tərcümə e-Antologiyası
Dördüncü buraxılış - IV cild
İkinci kitab
BAKI – 2013
Yeni Yazarlar və Sənətçilər Qurumu
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
4
Ġçindəkilər
1.
Qabriel Qarsia Markes. “Patriarxın payızı”. Roman. ----------- səh. 5
Tərcümə edəni: Afaq Məsud
2.
Corc Oruell. "1984". Roman.
----------- səh. 132
İngilis dilindən çevirəni: Vilayət Quliyev
3.
Qabriel Qarsia Markes. “Bizdə oğru yoxdur”. Povest. ----------- səh. 279
Tərcümə edəni: Mahir Qarayev
4.
Orxan Pamuk. “Bəyaz qala”. Roman.
––––––––– səh. 303
Tərcümə edəni: Fərid Hüseyn
5.
Riçard Bax. “Conatan Livinqston adlı qağayı”. Povest. ----------- səh. 490
Tərcümə edəni: Nihalə
6.
Kobo Abe. “Qumluqdakı qadın”. Roman.
----------- səh. 394
Tərcümə edəni: Balaxan Nəzərov
7.
Jorj Blon. “Ölümə yürüş”. Povest.
----------- səh. 470
Tərcümə edəni: Kamil Vəli Nərimanoğlu
8.
Beso Xvedelidze. "Tampo". Povest.
----------- səh. 484
Tərcümə edəni: Arifə Arifqızı
9.
Cığatay Şıxzamanov. “Qardaşlar". Povest.
----------- səh. 504
Tərcümə edəni: Südabə Ağabalayeva
10.
Herman Hesse. “Yalquzaq”. Roman.
----------- səh. 551
Alman dilindən tərcümə edəni: Vilayət Hacıyev
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
5
Qabriel Qarsia Markes
"Patriarxın payızı"
Roman
Tərcümə edəni: Afaq Məsud
Afaq Məsud
Romana ön söz
Latın Amerikasının Nobel mükafatı laureatı - dünyaşöhrətli yazıçısını şah əsəri azərbaycan
dilində…
Qabriel Qarsia Markesin özü dediyi kimi, yaradıcılığında önəmli yer tutan bu məşhur romanı,
mistik bir qoca haqqında – dünya durduqca duran, bütün vücudu və ruhuyla hakimiyyət
zirvəsinin havasıyla qidalanan, bu «ecazkar ucalıqlarla» heç cür vidalaşmaq istəmədən,
ölümünün astanasınacan mübarizə aparan qoca diktator haqqında, onun hakimiyyətinin qürub
çağı – payızı haqqındadır.
Magik realizm məktəbinin parlaq nümayəndələrindən olan Markesin, özünəməxsus yazıçı
qələmiylə ərsəyə gətirdiyi bu əsər - unikal təhkiyə üslubu - zaman və məkan ölçülərinin itirildiyi,
müxtəlif dövrlərdə və məkanlarda baş verən hadisə və situasiyaların, eyni bir müstəviyə - yaşı və
məkanı dəqiq bilinməyən, ilğımvari yaddaş ərazisinə sığışdırılması, təsvir olunan olaylara və
insan talelərinə, guya təkrar-təkrar dönə-dönə, əslində isə, yazıçının nəzarət dairəsinə düşmüş bu
mənzərələrə, ayrı-ayrı zaman və baxış bucaqlarından daxil olunması, insan obrazlarının
markesvari təsviri, əsəri, ilk növbədə, yüksək bədii sənət nümunəsi kimi, iyirminci əsr
ədəbiyyatının yetirdiyi ən parlaq romanları sırasına çıxarır. Yazıçının, xüsusi bir şövqlə, adi
insan normalarına sığmayan sirli dünyasını zərgər incəliyi ilə açdığı patriarx obrazı, Yer üzünə
tarixin müxtəlif dönəmlərində gələn, hakimiyyəti, taleyin acı hökmüylə ələ kesirib, sonradan heç
bir vəchlə əlindən buraxmaq istəməyən diktatorların ümumiləşmiş, gerçək simasını gözlərimiz
önündə canlandırır. Bu baxımdan əsər, xalqların və millətlərin azad, demokratik cəmiyyətə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
6
doğru irəlilədiyi ən həlledici tarixi dönəmlərdə, bütün işıqlı yolları və cığırları öz kasad
dünyagörüşləri və əqidələriylə, ağır və keçilməz şlaqbaum kimi kəsən, zamanın bütün
sınaqlarından – sui-qəsdlərdən və məhəlli savaşlardan, dünya müharibələrindən və inqilabi
çevrilişlərdən, təbii fəlakətlərdən və xəstəliklərdən, anlaşılmaz xatasızlıqla ötüşən bu insanların
mistik əbəliyini, dəfedilməzliyini fiksə edən sənədli səlnamə kimi də xüsusi əhəmiyyət kəsb edir.
Tarixinin müxtəlif dönəmlərində Yer üzünə sınaq kimi göndərilən bu oxşar taleli insanların gizli
mahiyyətini mahir yazıçı qələmiylə ümumiləşdirməyə nail olmuş Markes, insanlıq üçün xüsusi
təhlükə olan «ölməz diktator» obrazını yaratmaqla, insanlıq və vətəndaşlıq hüquqları əsrlər boyu
tapdanan, zülm və haqsızlıq üzərində qurulmuş hakim rejimlərin basqısı altında inləyən dünya
xalqları qarşısında öz haqq səsini ucaldaraq, müqəddəs yazıçılıq missiyasını yerinə yetirmiş olur.
A. Məsud
«PATRĠARXIN PAYIZI» HAQQINDA
Bir dəfə Karlos Fuentes, Xulio Kortasar və Qarsia Markes Meksikada görüşürlər və Fuentes,
Latın Amerikasının diktatorları haqqında – hər yazıçı öz ölkəsinin diktatoru haqqında bir fəsil
yazmaq şərtilə, birlikdə kitab yazmağı təklif edir. Belə qərara gəlirlər ki, Fuentes – Porfirio
Diasın, Qarsia Markes – ötən əsrin Kolumbiya diktatorlarından hər hansı birinin, Varqas Lyosa –
Legianın, Otero Silva (yəni mən) – Qomesin, Roa Bastos – Fransianın, Kortasar – Rosasa
oxşayan uydurma bir diktatorun, Karpentyer isə Maçadonun obrazını yaratsın. Hətta
Venesuelaya xəbər göndərib məndən Qomes haqqında fəsil yazmağımı da xahiş etdilər. Mən o
xahişi yerinə yetirə bilmədim, bu günə kimi də Qomesdən bir sətir belə yazmamışam, çünki ona
nifrət edirəm. Varqas Lyosa da, təklifi irəli sürən Fuentes də heç nə yazmadı. Bəziləri isə
yazdılar, özü də fəsil yox, kitab yazdılar: Roa Bastosun «Mən, Ali», Karpentyerin diktator
Maçadonun müəyyən xarakterik cizgilərini ehtiva edən «Metodun yanlışlığı» və Qarsia
Markesin «Patriarxın payızı» kitabları bu cür meydana gəldi. Beləliklə, təsadüfi bir söhbətin
nəticəsi kimi ən azı üç roman yarandı...
Migel Otero Silva, Venesuela yazıçısı
Q.Q.Markes özü isə roman haqqında belə düĢünür
…«Yüz ilin tənhalığı» mənim digər kitablarımdan populyar olsa da, belə hesab edirəm ki,
«Patriarxın payızı» daha əhəmiyyətlidir və qəti əminəm ki, məni unudulmaqdan xilas etməyə
qabil olan əsərim, məhz elə «Patriarxın payızı»dır. Mən bu fikirdəyəm ki, təkcə «Yüz ilin
tənhalığı» yox, əvvəl yazdığım əsərlərin hamısı «Patriarxın payızı»nın prelüdüdür. Başqa sözlə
desək, mənim, daim axtarışında olduğum və yazmaq istədiyim əsər «Yüz ilin tənhalığı» yox,
«Patriarxın payızı» olub. Bu roman, oxucudan müəyyən ədəbi hazırlıq tələb edir ki, məhz həmin
bu cəhətinə görə də bu əsəri çox yüksək qiymətləndirirəm. Üstəlik də, mən onu öz işimdən ləzzət
ala-ala yazmışam: tələsmədən, özümü zorlamadan. «Yüz ilin tənhalığı»nı yazarkən isə, təəssüf
ki, belə imkandan məhrum idim.
***
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
7
…Mənim öyrəndiyim ispan dili ispan poeziyasının Qızıl dövründən, bir də Romansero
poeziyasından qaynaqlanır. Mən ispan poeziyasını çox gözəl bilirəm və bu poeziyanın mənə çox
köməyi olub. Bütün bunlar «Patriarxın payızı»nda şüurlu şəkildə öz təzahürünü tapıb. Əsər
Qəraib xalqlarının şerləri ilə, xüsusən də Ruben Dario poeziyası ilə doludur. Bu mənada, əsərin
mütərcimlərinin hansı çətinliklər qarşısında qaldıqlarını yaxşı təsəvvür edirəm. Mütərcimlər
üçün problem ondan ibarətdir ki, nikaraqualı şair Ruben Darionun poeziyası ispan dünyasından,
Latın Amerikasının hüdudlarından kənarda az bəllidir. Bu poeziya, ayrı dillərə demək olar ki,
tərcümə olunmayıb. «Patriarxın payızı» isə əslində Ruben Dario poeziyasının dili üstündə
qurulub.
***
Mən «Patriarxın payızı»nı «Yüz ilin tənhalığı»ndan qabaq yazmağa başlamışdım, amma nədənsə
iş ləng gedirdi.
…Kuba inqilabı nəhəng bir işə – Batistanın generalı Soso Blankanın edam edilməsinə imza atdı.
Blankanın işinə, bütün dünya ölkələri jurnalistlərinin iştirakı ilə açıq məhkəmədə baxılırdı. Bu,
həyatımda gördüyüm ən müdhiş mənzərələrdən idi. Onun törətdiyi bütün qanlı cinayətlər,
şübhəsiz ki, sübuta yetirildi və müttəhim ölümə məhkum edildi. Sarsıntılar içində kirimişcə
oturub dinləyirdim. Ölüm hökmü oxunanda, mən Blanko ilə üz-üzə dayanmışdım: onun sifətində
bircə əzələ də tərpənmədi, yalnız dizləri azacıq titrədi. Bu, mənim üçün kəşf kimi bir şey oldu və
düşündüm ki, çoxdan axtardığım, həsrətində olduğum diktator məhz odur. Lakin sonralar çox
götür-qoy elədim, diktatorlar haqqında bütün yazılanları – məktubları, bioqrafiyaları, reportajları
oxudum. Yazmağa başlayanda isə həmin faktlardan istifadə eləməməyə çalışırdım. İstəyirdim ki,
mənim qəhrəmanım mövcud diktatorlardan heç birinin əkiz tayı olmasın.
***
…Mənim yaratdığım diktator obrazında Samosadan da, Truxilyodan da, Frankodan da,
Qomesdən də nə isə var. İkihücrəli qəfəsi qoca Samosa ixtira etmişdi – bu qəfəsin bir hücrəsinə
siyasi dustaqları salırdılar. Bununla belə, Samosa ailəsinin diktaturası sönük təsir bağışlayırdı. O
ki, qaldı Qomesə – Xuan Visenta Qomes ayrı aləm idi… O, elə bir nadir şəxsiyyət idi ki,
venesuelalılar özlərini saxlaya bilməyib, ona, görəkəmli bir venesuelalı kimi bəraət də
qazandırmışdılar. Bütün diktatorlardan ən çox isə, məni Qomes maraqlandırırdı və mənim
personajım daha çox ona oxşayır.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
8
PATRĠARXIN PAYIZI
Həftənin sonuna yaxın quzğunlar, pəncərələrin dəmir qəfəslərini söküb prezident sarayına
doluşdular, qanadlarını çırpa-çırpa, saray otaqlarının uzun müddətdən bəri dəyişilməyən kifsəmiş
havasını çalxaladılar və öz çürük əzəməti ilə bir əsrlik ölüm yuxusuna getmiş şəhər, bazar
ertəsinin ala-toranında nəhayət ki, yuxudan ayıldı... biz, yalnız bundan sonra içəri girməyə ürək
elədik və artıq, nə bəzi qoçaqların dediyi kimi, qədim qala divarlarına dırmaşmağa, nə də o
birilərin düşündüyü kimi, giriş qapılarını öküz qoşqularıyla dağıdıb-sökməyə ehtiyac olmadı, bir
vaxtlar Uilyam Deymperin gürzlərinə şərəflə davam gətirən binanın qapıları, yüngülcə
toxunmaqla öz-özünə açıldı və biz, ötüb keçən əsrə qədəm qoyduq, sakitliyinin özü belə köhnə
və kövrək olan, içindəki əşyalarıyla bir bu kövrəkliyin və ilğımın içində dumanlanan bu qəsrin
xarabalıqlarında az qala boğulduq; döşəməsi, az qala buludlara dirənən qanqalın ağırlığından
çatlayıb cadar-cadar olmuş birinci həyətdə biz, saray qarovulunun, qəfil düşən qovhaqovdan,
tələm-tələsik ora-bura atıb qaçdığı silah-sursatı, həyətin ortasındakı uzun, taxta stolda yarımçıq
qalan naharın niməçələrdə çürüyən artıqlarını, bir vaxt dəftərxana yerləşən yarıqaranlıq tikilini,
bu tikilinin divarlarını basmış rənbərəng, zəhərli göbələkləri, uzun müddətdən bəri yaddan
çıxdığından, gedişatı məzmunsuz həyatın özündən də uzun çəkən, lakin baxılmadığından,
qovluqlarının araları araları mamır bağlayan şəxsi işləri, qüllələri az qala buludlara dirənən bu
sarayda üzü qədimdən bu yana yaşamış beş nəslin xaç suyuna çəkildiyi iri çəni, həyətin lap
qurtaracağında vitse-kralın anbarı kimi işlədilən tövləni, orda güvə dumanı içində qaralan Böyük
Qalmaqal dövrünün karetini, Taun dövrlərindən qalan üstübağlı faytonu və Dünyanın Birinci
Əsrinin əfsanəvi limuzinini gördük; bunların hamısı yaxşı vəziyyətdəydi, hər biri milli bayraq
rəngində rənglənmiş halda, qalın tozun və hörümçək torlarının altında bozarmaqlarına davam
edirdilər; o biri həyətdə isə, dəmir çəpərin o biri üzündə, sanki ay tozundan tökülmüş gümüşü
rəngli qızılgüllər açmışdı; bir vaxtlar bu güllərin kölgəsində cüzamlı xəstələr sığınıb yatardı, indi
isə baxımsızlıq üzündən, bu əfsanəfi gül kolları çoxalıb az qala bütün həyəti bürümüşdü və bu
səbəbdən, havadan da qızılgül ətri gəlirdi… bu ətrə, bağın dərinliyindən yayılan digər üfunətli
iylər də – toyuq hininin, mal təzəyinin, qatı əsgər sidiyinin iyləri qarışmışdı; biz qızılgül
kollarının boğanağından keçib, içinə qərənfil, ətirli astra, inciçiçəyi basdırılmış dibçəklərlə dolu
tacşəkilli artırmaya çıxdıq; bura onun, qadınlarıyla əyləndiyi yer idi, üst-üstə qalanmış
qarmaqarışıq tullantılardan, müxtəlif növ zir-zibildən və saysız-hesabsız tikiş maşınlarından
təxminən bilmək olurdu ki, bu barakda nə qədər qadın və nə qədər, bəlkə də azı minəcən
vaxtından tez doğulan uşaqlar yaşayıb; biz həmçinin, çoxdannan bəri işlənməyən kimsəsiz
mətbəxlərdəki iyrəncliyi - ləyənlərdə qalıb iylənmiş yaş camaşırı, kişilər və qadınlar üçün
genişləndirilmiş ümumi ayaqyolunu, bir vaxtlar Kiçik Asiyanın torpağında bitib göyərən, həmin
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
9
torpaqla da doldurulub nəhəng çəlləklərdə gətirilmiş, yarpaqlarının üstü sanki narın şeh bağlamış
vavilon söyüdlərini də gördük; söyüdlərdən sonra onun balaca sarayı – çərçivələri, dəmir
qəfəsləriylə bir kökündən qoparılan pəncərələrində hələ də quzğunlar vurnuxan möhtəşəm,
qəzəbli evi ucalırdı; bizə, qapıları sındırmaq lazım olmadı, onlar elə öz-özünə, elə bil səsimizin
gücünə açıldılar və biz, daş pillələrə salınmış, inək dırnağı altında tapdanıb eybəcər kökə düşən
təmtəraqlı, teatral xalçaların üzəriylə qalxaraq, binanın əsas mərtəbəsinə daxil olduq, birinci
artırmadan axıracan – mərtəbənin lap qurtaracağındakı yataq otağına qədər bütün otaqlara baş
çəkdik, xidməti yerlərdən saysız-hesabsız qəbul otaqlarına keçdik və hər yerdə, üzləri heç nə
ifadə eləməyən inəklərlə rastlaşdıq; onlar məxmər pərdələri çeynəyir, isti təzək və mebel
sınıqları arasında saralan müqəddəs ikonaları və sərkərdələrin portretlərini tapdalaya-tapdalaya,
kresloların ipək üzlüklərini isladır, zəhlətökən moultularla moulaya-mouldaya qonaq otağında,
konsert zalında ağa kimi gəzişirdilər; hər yer inəklə dolu idi… biz, sınıq domino və bilyard
stollarını, üstləri, inəklərin sanki indicə otlayıb yalın qoyduqları yamyaşıl çəməni xatırladan açıq
yaşıl rəngli mahudu, künclərin birində, öz doğma sahillərindən ayrı düşən ev sakinlərinə dəniz
həsrətini unutdurmaq üçün işlədilən küləklər maşınını - dəniz küləyinin səsini çıxaran əcayib
qurğunu, bir də, hələ ötən həftədən üstünə yaylıq atılıb yaddan çıxmış quş qəfəslərini gördük;
saysız-hesabsız pəncərələrdən isə şəhərin özü – hələ ki, qədəm qoyduğu taleyüklü bazar ertəsinin
ciddiliyini dərk eləməyən nəhəng əjdaha görünürdü… şəhərdən sonra isə, bir vaxtlar dənizin
yaşıl suları dalğalanan, indi isə ay külünə bənzər kələ-kötür yarğanlar və vulkan dəlikləri açılan
ucsuz-bucaqsız çöllər uzanırdı; onun gizli iş otağından isə, bizlərdən yalnız bəzilərinin, hələ bu
hadisədən bir qədər əvvəl ürəklənib daxil olduğu yerdən üfunətli çürüntü və cəmdək iyindən
boğulub təngiyən quzğunların nəfəsi eşidilirdi və biz, bu üfunətli qoxunun iziylə qartalların
ardınca gedib, iclas zalına çıxdıq və orda da yenə həmin inəkləri - bu dəfə, zavallı heyvanların
qurd basmış cəmdəklərini, bu cəmdəklərin, zalın nəhəng güzgülərində birə on artmış ayrı-ayrı
əzalarını gördük; sonra biz, onun iş otağına aparan gizli qapını - arxa qapını itələdik və orda
nəhayət ki, onun özünü – orden-medalsız hərbi səhra geyimində, sol tayında qızılı mahmız
işıldıyan həmin uzunboğaz çəkmələrində tapdıq; o, Yer üzünün bütün canlılarından qoca
vücuduyla, qurunun və suyun ən qədim heyvanlarından da ulu qədimliyi ilə, üzünü balışa basan
tək, ovuclarına basıb gizlətmiş vəziyyətdə, döşəmədə üzü ütə uzanmışdı; olsun ki, həmin bu
görkəmdə o, öz qəddar -kahin ömrünün neçə-neçə saysız-hesabsız, bitib-tükənməz, gecələrini
yatmışdı; amma biz onu kürəyi üstə çevirib üzünə baxanda, həmin dəqiqə başa düşdük ki, onun
şəxsiyyətinin təsdiq edilməsi, təkcə, saraya doluşan quzğunların, onun üzünü dimdikləyib
tanınmaz hala saldığı üçün yox, həm də sağlığında heç birimiz bu üzü əməlli-başlı görmədiyimiz
səbəbindən baş tutan məsələdeyil və hərçənd ki, onun, əjdaha şəkilli bayraqla təsvir olunmuş,
cansız əlini sinəsinə bərk-bərk sıxdığı, qızılı çərçivəli, litoqrafik portreti hər saat, hər dəqiqə
hamının gözləri qarşısındaydı və profili dəmir pulların hər iki tərəfinə döyülmüşdü, poçt
markalarının, qarınağrı dərmanlarının, kəmər və sarğıların, ipək pul kisəciklərinin də üzərinə
çəkilmişdi, biz bilirdik ki, bütün bu əkslər onun, hələ lap uzaq keçmişlərdən bizim günlərə gəlib
çıxan keçmiş surətlərin sürətidi və Kometa ilindən bu yana etibarlı sayılmır; həmin o ildən ki,
onun kimliyi və görkəmi barədə bizim valideynlər öz ata-analarından, onlar da öz növbələrində,
öz dədə-babalarından eşidib-öyrənmişdilər; biz isə lap uşaq yaşlarımızdan onun əbədi olduğuna
və əbədi olaraq, öz iqamətgahında sağ-salamat yaşadığına inanmağa alışmışdıq; biz bilirdik ki,
kimsə, nə vaxtsa bayram axşamı onun, iqamətgahın çıraqlarını yandırdığını, kimisi, prezident
karetinin qaranlığından baxan kədərli gözlərini, qanı qaçmış solğun dodaqlarını, karet
pəncərəsinin, kahin cübbəsi kimi gümüşü saplardan hörülmüş pərdəsi altından kimsəsiz küçələrə
xeyir-dua verən yuxulu əlini görmüşdü; biz onun sağ və salamat olduğunu, bir neçə il bundan
əvvəl, unudulmuş şair Ruben Darionun şerlərini küçənin ortasında beş sentə ucadan oxuduğuna
görə tutulan, sonradan, həmin o poeziya tədbirinə görə dəmir pulla mükafatlandırılıb azadlığa
buraxılan, gözləri kor bir tüfeylidən də öyrənib bilmişdik; o bədbəxt, həmin o məlum səbəbdən
generalın üzünü görə bilməmişdi, gözləri görsəydi belə, onu onsuz da o səbəbdən görə
bilməyəcəkdi ki, hələ Sarı Titrətmə dövründən bu yana onun üzünü, Yer üzünün bir canlısı
görməmişdi; amma, biz bilirdik ki, o sağdı, Yer kürəsi də, məhz buna görə hələ ki, hərlənir,
Dostları ilə paylaş: |