77
azaldır. Sol mədəciyin sərbəst divarının anevrizmasının partlaması isə əgər perikardiumla
məhdudlaşmasa ürək
çatışmazlığına, hipovolemiya və qəfl ölümə səbə ola bilər.
Ürəkdən xaric səbəblər (obstruktiv)
-
Kardiogen şokun obstruktiv səbəblərinə ağ ciyər arteriyasının iri həcmli emboliyası,
klapanlı (qapaqlı) pnevmotoraks və
kəskin konstriktiv perikardit, perikardın tamponadası və ağır dərəcəli ağ ciyər
hipertenziyası nəticəsində Eyzenmenger fizioloji dəyişikliklərin yaranması aid edilir.
Distributiv şok
-
Distributiv şokun müxtəlif səbəbləri ola bilər. Bu səbəblərin əksəriyyəti barəsində ayrıca
məqalələrdən
daha geniş tanış olmaq olar.
Septik şok
•
Sistemli iltihablı cavab sindromu (məs.,
pankreatit, yanıqlar, çoxsaqlı travmatik zədələnmələr).
•
Toksik şok sindromu.
•
Anafilaktik reaksiya və anafilaktoid reaksiyalar.
•
Dərmanlar
və ya toksinlərə reaksiya, o
cümlədən, həşarat dişləməsi, transfuzion reaksiyalar və ağır metallarla
zəhərlənmə.
•
Addison xəstəliyi səbəbindən böhran (infeksiya mənbəyinin olmaması ilə müşahidə edlən sepsis klinikası
müşahidə edildikdə, Addison böhranı nəzərdən keçirilməlidir).
•
Miksedema koması.
•
Mərkəzi sinir sistemi və ya onurğa beyin zədələnməsi səbəbindən neyrogenik şok.
•
Kəskin miokard infarktından sonra inkişaf edən kəskin sistemli iltihab.
•
Ürəyin dayanması zamanı aparılmış reanimasion tədbirlərdən sonra sirkulyasiyanın bərpasından sonra
inkişaf
edən post-reanimasion sindrom.
•
Kardio-
pulmonar şuntlamadan sonrakı vəziyyət.
Dostları ilə paylaş: