33
İqtisadi nəzəriyyənin başqa iqtisadi elmlərlə əlaqəsi
İqtisadi
nəzəriyyənin tarix, fəlsəfə, hüquq, sosio-
logiya, politologiya, psixologiya, estetika, riyaziyyat elm-
ləri ilə də bilavasitə, yaxud dolayı yollarla əlaqələrinin
müxtəlif aspektləri vardır. Bu qarşılıqlı təsir və zənginləş-
mə əlaqələrinə toxunan C.M.Keyns yazmışdır ki, “iqtisa-
diyyatın öyrənilməsi yüksək səviyyəli
xüsusi qabiliyyətin
olmasını tələb etməsə də, lakin çox az adam bu sahədəki
əla biliyi ilə fərqlənə bilər. Buna səbəb, iqtisadçıda bir
neçə qabiliyyətin nadir surətdə birləşməsi zəruriliyidir.
İqtisadçı müəyyən qədər riyaziyyatçı, tarixçi, filosof və
dövlət adamı olmalıdır. O, simvolları
başa düşməli və öz
fikirlərini sözlə ifadə etməyi bacarmalıdır. İqtisadçı detal-
lara ümumi cəhətdən yanaşmalı və eyni bir məsələyə həm
abstrakt, həm də konkret tərəfdən toxunmalıdır. O, buğunu
keçmişin işığında gələcək məqsədlər üçün öyrənməli, nə-
zərindən heç nəyi qaçırmamalıdır. İqtisadçı məqsədyönlü
Konkret iqtisadi elmlər
Sahələrin iqtisadiyyatı.
Müəssisələrin iqtisadiyyatı.
Ölkələrin iqtisadiyyatı və sair.
İnformativ –
analitik elmlər
İqtisadi nəzəriyyə
(mikroiqtisadiyyat,
makroiqtisadiyyat)
İqtisadi – riyazi metod-
lar, Statistika. Təsərrü-
fat fəaliyyətinin təhlili
Xüsusi iqtisadi qurum
və təşkilatların iqtisa-
diyyatı
Maliyyə, Kredit, Mar-
ketinq, Təbiətdən isti-
fadənin iqtisadiyyatı
və s.
Tarixi – iqtisadi elmlər
İqtisadi fikir tarixi.
Xalq təsərrüfatı tarixi
(iqtisadi tarix)
34
olmalıdır və kimlərinsə əhval-ruhiyyəsinə
uyğun olaraq
dəyişməməlidir. O, əsl sənətkar kimi yüksəkdə dayanmalı,
təmiz olmalıdır. İqtisadçı cəmiyyətin problemlərini həll et-
dikdə alim kimi hərəkət etməli, həmin məsələlərin həyata
keçirilməsində isə siyasətçi olmalıdır”.
Qeyd etmək zəruridir ki, dövlətin həyata keçirdiyi
iqtisadi siyasət xətti iqtisadi
nəzəriyyənin obyektiv elmi
araşdırmalar nəticəsində gəldiyi nəticələrə əsaslanmalıdır.
Eyni zamanda unudulmamalıdır ki, iqtisadi nəzəriyyə bü-
tün problemlərin hazır həllini vermir və real iqtisadi vəziy-
yəti dərk etmək üçün yalnız bir vasitədir. Ona görə də
müxtəlif peşə və sənət adamlarının bu elmin əsaslarına yi-
yələnməsi, rastlaşdıqları çətin həyat məsələlərinin həllində
düzgün seçim etməyə kömək göstərəcəkdir.
Qarşılıqlı əlaqə və təsir meyllərinə baxmayaraq, şüb-
həsiz iqtisadi nəzəriyyə (elmi yanaşma və təhlil vasitəsi)
ilə iqtisadi siyasəti (dövlətin tədbirlər sistemi və əməli
fəaliyyətini), şübhəsiz bir-birindən fərqləndirmək lazım-
dır. İqtisadi siyasət, cəmiyyətin iqtisadi resurslarının isteh-
salı, bölgüsü, mübadiləsi və istehlakı
dairəsində dövlətin
məqsədyönlü tədbirlər sistemi olduğundan, bu siyasət cə-
miyyətin bütün sosial qruplarının mənafelərinin nəzərə
alınmasına yönəldilmişdir. Tarixi
təcrübə təsdiq etmişdir
ki, dövlətin həyata keçirdiyi düşünülmüş və tarazlı iqtisadi
siyasət xətti, ictimai-iqtisadi sistemin yeniləşib kamilləş-
məsinə xidmət etdiyi kimi, həm də yol verilmiş nöqsan və
əyintilər nəticəsində onun dağılmasına gətirib çıxara bilər.