37
dakı elmi-nəzəri baxışları mühüm əhəmiyyətə malikdir.
Qərbi Avropa ölkələrində və Rusiyada orta əsirlərin
iqtisadi təlimləri müxtəlif mənbə, habelə müəlliflərin əsər-
lərində bu ya digər formada əks olunsa da, lakin öz dolğun
ifadəsini italiyalı din xadimi
Foma Akvinskinin
(1225-
1274) ziddiyyətli iqtisadi görüşlərində tapmışdır. O, cə-
miyyətin iqtisadi problemlərini, insanların müxtəlif təbə-
qələrə mənsub olmasını ilahi qanunlarla bağlamış, mülkiy-
yəti insanın ilk günahının cəzası saymışdır. Tacirlərin
müəyyən gəlir əldə etməsilə razılaşan müəllif, ölkəyə
onun ehtiyaclarını ödəmək üçün deyil, yalnız qazanc na-
minə mal gətirənləri “nifrətə layiq olan alçaq peşə” sahib-
ləri adlandırmışdı. O, Aristotelin iqtisadi təliminə əsasla-
naraq “ədalətli qiymət” prinsipini irəli sürmüş, mübadiləni
ekvivalentlik hesab etmiş, öz növbəsində ekvivalentliyi isə
əmək məsrəfləri (xərcləri) ilə əlaqələndirmiş, lakin qiymə-
tin rəqabətdən asılı olmadığını göstərmişdir.
Feodalizm cəmiyyətinin son dövrləri iqtisadi təlimlər
tarixində iki görkəmli şəxsiyyətin və utopik sosialistin –
Dostları ilə paylaş: