29
bilavasitə yaxud dolayı yollarla bağlıdır. Təsadüfi deyildir
ki, müxtəlif ölkələrin keçdikləri iqtisadi-sosial inkişaf yo-
lunun nəticəsi sayılan əhalinin həyat səviyyəsi göstəriciləri
biri-birindən kəskin surətdə fərqlənir. Planetin əhalisinin
hər nəfərinə hazırda orta hesabla təxminən 10.000 dollar
həcmində məhsullar istehsal olunur və müxtəlif təyinatlı
xidmətlər göstərilirsə, bu rəqəm ayrı-ayrı
ölkələrdə bir
neçə yüz dollardan 50-60 min dollara qədər fərqlənir.
Azərbaycan Respublikasında isə bu ümumiləşdirici göstə-
rici 6.000 dollardır.
Ölkə əhalisinin real həyat səviyyəsinin tədricən və
davamlı surətdə yüksəldilməsinin ən sınanmış yolu - əmək
məhsuldarlığını, yəni hər bir işçinin müəyyən vaxt (saat,
gün) ərzində məhsul-xidmətlər istehsalını artırmasından,
yaxud həmin məhsul-xidmətlər istehsalına sərf olunmuş
vaxtın (başqa şərtlər dəyişməz qalmaqla) azaldılmasından
ibarətdir. Əmək məhsuldarlığının yüksəldilməsi ilə əhali-
nin həyat səviyyəsi arasındakı qarşılıqlı əlaqə, hər bir döv-
lətin daxili və xarici, xüsusilə də sosial siyasəti üçün mü-
hüm rol oynadığından, elm və texnikanın, qabaqcıl texno-
logiyaların istehsal-xidmət sferalarında
tətbiqinə, işçilərin
peşə-ixtisaslarının təkmilləşdirilməsinə, yeni yaradılacaq
elmtutumlu sahələrin hazırlıqlı gənc kadrlarla təmin olun-
masına ciddi diqqət yetirilməsi zəruridir.
Doqquzuncu prinsip
izah edir ki, dövlət həddən ar-
tıq pul çap edib dövriyəyə buraxdıqda ölkədə qiymətlər
qalxır və inflyasiya baş verir. Ölkədə qiymətlərin ümumi
səviyyəsinin artımı ilə bağlı olan inflyasiya hadisəsi kağız
pulların öz qızıl tərkibindən ayrılması, bank-kredit şəbəkə-
sinin
çoxşaxəli fəaliyyəti, ölkələr arasındakı iqtisadi-tica-
30
rət əlaqələrinin durmadan genişlənməsi, beynəlxalq turiz-
min sürətlə inkişafı və dövlətlərin
iqtisadi-sosial siyasət
xəttindəki obyektiv-subyektiv əyintilərlə bağlıdır. Ötən əs-
rin əvvəllərindən başlayaraq dünyanın Almaniya, Meksi-
ka, Fransa, ABŞ, Italiya, Cənubi Amerika ölkələri vaxt-
aşırı olaraq bu problemlərlə rastlaşmışlar.
Keçmiş Sovet
İttifaqı dağıldıqdan sonra onun ərazisində formalaşmış
müstəqil dövlətlərdə, o cümlədən Azərbaycan Respublika-
sında da inflyasiya, habelə onun tənzimlənməsi məsələsi
aktual bir əhəmiyyət kəsb edir.
Mütəxəssislərin və iqtisadçıların fikrincə, ölkə iqtisa-
diyyatında illik inflyasiya səviyyəsinin 3-5% hüdudlarında
olması mümkün, hətta təsərrüfat həyatının canlanmasına
bir təkan amili kimi lazımdır. Bəzi hallarda ölkənin iqtisa-
di-sosial inkişaf xüsusiyyətləri və həll etdiyi problemlərin
xarakterindən asılı olaraq, inflyasiyanın təkrəqəmli (8-9%)
səviyyədə saxlanmasına haqq qazandırılır. Lakin tədricən
bu səviyyənin artması iqtisadiyyatın strukturunda, onun
sahələrdaxili və sahələrarası nisbətlərində,
xarici ticarətin
quruluşunda, dövlət büdcəsinin formalaşmasında, tədiyyə
balansında, nəhayət ölkənin iqtisadi siyasətinin strategiya-
sı, habelə taktikasındakı müəyyən nöqsanlar, düzgün nəzə-
rə alınmamış cəhətlərlə əlaqədardır. Ona görə də müasir
mərhələdə dünyanın müxtəlif
ölkələrinin iqtisadi siyasə-
tində, inflyasiya prosesinin tənzimlənməsi tədbirlərinə
ciddi diqqət yetirilir.
Dostları ilə paylaş: