43
sadi inkişaf dövründə, ölkənin təsərrüfat həyatını bir-birin-
dən tədric olunmuş, yaxud əlaqəsiz (merkantilistlərin tica-
rəti, fiziokratların isə əkinçiliyi) tədqiq edib, öyrənmələri
özünü doğrulda bilməzdi. Cəmiyyətdə
və iqtisadiyyatda
getdikcə güclənən meyllər, istehsalın ayrı-ayrı sahələrində
baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri, ölkənin
təsərrüfat həyatını bütöv sistem, yaxud tam halında öyrən-
məyi irəli sürürdü.
Sərbəst bazar (kapitalist) iqtisadi münasibətləri sis-
teminin elmi nəzəriyyəsini formalaşdıran klassik məktəbin
nümayəndələri, əmək - dəyər nəzəriyyəsi əsasında, insanın
iqtisadi azadlığı, onun sərbəst
surətdə öz qabiliyyətini
reallaşdırılması, iqtisadi fəaliyyətin şəxsi maraq əsasında
aparılması, rəqabət mübarizəsinə real şərait yaradılması
məsələlərinə ciddi diqqət yetirmişdilər. U.Pettinin “sərvə-
tin atası əmək, anası isə torpaqdır” obrazlı sözləri, klassik
siyasi iqtisad məktəbinin ən mühüm xidməti sayılan əmək
dəyər nəzəriyyəsinin yığcam ifadəsidir.
A.Smit “Xalqlar sərvətinin təbiəti və səbəbləri haq-
qında tədqiqat” (1776) əsərində insanların iqtisadi marağı,
onların sərbəstliyi,
bazarda rəqabətə geniş yol
verilməsi
prinsiplərini irəli sürərək yazırdı ki, bazarı “görünməz əl”
(tələb, təklif, qiymət, rəqabət mənasında) idarə edir. Çünki
insan öz ətrafındakıların daimi yardımına ehtiyac duyduğu
halda, bu yardımı yalnız onların xeyirxahlığında axtarması
əbəsdir. A.Smitin fikrincə, bizim naharımız qəssabın və ya
çörəkçinin xeyirxahlığından deyil, onların öz maraqlarına
uyğun peşə-sənət məşğuliyyətləri (əmək fəaliyyətləri) ilə
bağlıdır. Doğrudur, “hər bir fərd ictimai mənafeyi qoru-
maq niyyətində olmadığı kimi, onu nə dərəcədə güddüyü-
nü də bilmir. O yalnız öz
mənfəətini düşünür və bunu
44
edərkən, arzulamadığı (nəzərdə tutmadığı) məqsədlərə
doğru bazarın
“
gözəgörünməz əli” tərəfindən idarə olu-
nur”. Ona görə də dövlətin vəzifəsi bazarın işinə qarışmaq
yox
,
onun normal təsərrüfat
fəaliyyəti üçün əlverişli şərait
yaratmaq
,
ölkə vətəndaşlarının həyatını, azadlığını və iqti-
sadi sərbəstliyini qorumaqdır. A.Smit
ölkənin sərvətinin
və milli gəlirinin artırılmasını, istehsalda çalışmaların sayı,
habelə onların əmək məhsuldarlığı, peşə-sənət bacarığı
qabiliyyəti kimi iki əsas amillə əlaqələndirmişdi.
D.Rikardonun “Siyasi iqtisadın və vergi qoyulması-
nın əsasları” (1817) əsərində A.Smitin insanların şəxsi
maraq, fayda əldə etmək, bazarda sərbəst rəqabət haqqın-
da fikirləri daha da genişləndirilib inkişaf etdirilmişdir. O,
iqtisadi nəzəriyyənin pul,
onun tədavülü, kredit münasi-
bətləri, vergi məsələlərinə dair elmi-nəzəri, habelə konkret
əməli fikirlər söyləmiş, beynəlxalq əmək bölgüsü və dün-
ya ticarət əlaqələrinə, xüsusilə bu münasibətlərdə A.Smi-
tin “mütləq üstünlüklər” nəzəriyyəsinin davamı kimi özü-
nün “müqayisəli üstünlüklər” konsepsiyasını işləyib hazır-
lamışdır.
Dostları ilə paylaş: