Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə28/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   160
Mikroiqtisadiyyat (1)

MÖVZU 3. 
 
İQTİSADİ NƏZƏRİYYƏNİN PREDMETİ VƏ 
METODLARI 
 
a)
İqtisadi nəzəriyyənin predmeti. 
b)
İqtisadi nəzəriyyənin metodları. 
c) İqtisadi kateqoriyalar, anlayışlar. 
ç) İqtisadi qanunlar və onların fəaliyyəti. 
a)
 
Müxtəlif elm sahələri öyrəndiyi obyektinə və 
predmetinə görə bir-birindən fərqlənirlər. Fizika elminin 
öz predmeti, biologiyanın digər, riyaziyyatın isə tamamilə 
başqa bir obyekt kimi özünəməxsus predmeti vardır. 
«İqtisadi nəzəriyyə» fənninin öyrənib araşdırdığı ob-
yekt, yaxud sahə-iqtisadiyyatdır, təsərrüfat həyatıdır. İqti-
sadiyyat isə cəmiyyətin yaşayıb inkişaf etməsi üçün mü-
hüm bir sahə olmaqla yanaşı, eyni zamanda mürəkkəb, də-
yişən, yeni meyllərlə səciyyələnən geniş əhatəli obyektdir. 
Qarşılıqlı əlaqəli vahid bir sistem kimi iqtisadiyyat, 
insan fəaliyyətinin istehsal, xidmət, mənəvi sahələri ilə 
bilavasitə, yaxud dolayı yollarla bağlıdır. Cəmiyyətin və 
insanların müxtəlif təyinatlı tələbləri əsasında formalaşıb 
inkişaf edən iqtisadiyyat, öz tərəqqisində ciddi uğurlarla 
yanaşı, xeyli çətinliklərlə də rastlaşır. Həmin problemlərin 
və qayğıların aradan qaldırılmasının səmərəli yollarının 
axtarışında iqtisadi nəzəriyyə (economics) mühüm əhə-
miyyətə malikdir. 
İctimai (sosial) elmlərin bir sahəsi kimi iqtisadi nəzə-
riyyənin predmetinin müəyyənləşdirilməsi və ona tərif 
verilərək, məzmununun açılması yolunda müxtəlif dövr-


56 
lərdə səylər göstərilmişdir. Xüsusilə, XVII-XVIII əsrdən 
başlayaraq iqtisad elminin müstəqil bir sahə kimi forma-
laşması prosesi, alim və mütəxəssislərin bu məsələyə diq-
qətini xeyli artırmışdır. 
İqtisadi nəzəriyyənin predmetinə dair A.Smit və 
D.Rikardo, marksistlər, keynsçilər, habelə digərləri müx-
təlif fikirlər söyləmişlər. İqtisad elminin klassiklərinin 
mövqeyinə görə iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi mü-
nasibətlərini və onların inkişaf qanunauyğunluqlarını öy-
rənən elmdir. 
Marksistlərin fikrincə, iqtisadi nəzəriyyənin predme-
tini «bəşər cəmiyyətinin maddi həyat nemətlərinin istehsal 
və mübadiləsini idarə edən qanunlar haqqında elm» kimi 
səciyyələndirmək lazımdır. 
İngilis iqtisadçısı A.Marşall iqtisadi nəzəriyyənin 
predmetini «insan cəmiyyətinin normal həyat fəaliyyətinin 
öyrənilməsi»ndə görmüşdür. 
Amerika iqtisadçısı L.Robbinson göstərir ki, iqtisadi 
nəzəriyyənin predmetinə «məhdud vasitələr şəraitində in-
sanların qarşıya qoyduqları iqtisadi məqsədlərinə çatmaq 
səyləri» daxildir. 
Nobel mükafatı laureatı P.Samuelson «Economics» 
dərsliyində qeyd edir ki, iqtisadi həyatda başlıca məsələ 
«nə istehsal etmək, nə qədər istehsal etmək, kimin üçün və 
hansı vasitələrlə istehsal etməkdən ibarətdir». Deməli, iq-
tisadi nəzəriyyənin predmetinə «məhdud resurslardan se-
çib istifadə etmək, istehsal olunan məhsulları cəmiyyət 
üzvləri arasında bölmək və alıcıların istehlakını öyrən-
mək» daxildir. 
K.Makkonnell və S.Bryu (ABŞ) iqtisadi nəzəriyyə-
nin predmetini belə müəyyənləşdirirlər: bu elm «insanın 


57 
maddi tələbatlarının ən yüksək səviyyədə ödənilməsi məq-
sədi ilə məhdud istehsal ehtiyatlarından səmərəli istifadə 
olunması, yaxud onların idarə edilməsi problemlərini təd-
qiq edir». Həmin müəlliflər eyni zamanda yazırlar ki, iqti-
sad elmi «məhdud ehtiyatlar şəraitində maddi nemətlərin 
və xidmətlərin istehsal, bölgüsü və istehlakı prosesində 
insanların davranışının (münasibətlərinin) təhlilidir». 
Türk iqtisadçısı Orxan Oğuz «Ümumi iqtisadi nəzə-
riyyə» kitabında yazır: «İqtisad elminin mövzusu (pred-
meti) insanların iqtisadi fəaliyyətidir». 
«İqtisadi nəzəriyyə» dərsliyinin müəllifləri qeyd 
edirlər ki, bu elm «bütövlükdə iqtisadiyyatın inkişafının 
başlıca qanunauyğunluqlarını və prinsiplərini müəyyən-
ləşdirir». 
Ümumiləşdirilmiş şəkildə iqtisadi nəzəriyyənin (eco-
nomicsin) predmetinə belə tərif vermək olar: iqtisadi nəzə-
riyyə müəyyən dövr ərzində, konkret tarixi şəraitdə, iqtisa-
di resursların məhdudluğu və cəmiyyətin tələblərinin son-
suzluğu reallığında daha yüksək mənfəət əldə etmək məq-
sədilə insan fəaliyyətinin elmi təhlilidir. 
İqtisadi nəzəriyyə elminin tədqiq edib ümumiləş-
dirdiyi qanunauyğunluq və prinsiplərdən faydalanan kon-
kret iqtisad elmləri istehsala, habelə xidmət dairəsinə öz 
təkliflərini, məsləhətlərini, tövsiyələrini verə bilirlər. 
b)
Hər bir elm öz predmetini və əhatə etdiyi müxtəlif 
problemlər dairəsini müəyyən metodların vasitəsilə tədqiq 
edib, hərtərəfli öyrənir. İqtisadi nəzəriyyə elmi də 
cəmiyyət həyatında və insanların iqtisadi münasibətlərində 
baş verən prosesləri aydınlaşdırıb izah etmək üçün bir sıra 
metodlardan istifadə edir. 
Elmin predmeti ilə onun metodları arasında üzvi bir 


58 
əlaqə, qarşılıqlı təsir və daxili vəhdət vardır. Belə ki, əgər 
elmin predmeti onun məzmunu, problemləri, əhatə etdiyi 
məsələlər haqqında bizə məlumat verirsə, elmin metodu 
həmin araşdırmaların dərk olunması yollarını, vasitələrini, 
üsullarını göstərir. 
«Metod» anlayışı, yunanca «methodos» sözündən 
götürülmüşdür və axtarış, tədqiqat yolu mənasını verir. Bu 
baxımdan metod, iqtisad elminin müxtəlif məsələlərinin 
öyrənilməsinin açarıdır. Təsadüfi deyildir ki, məşhur ingi-
lis alimi F.Bekon metodu - tədqiqat yolunu işıqlandıran 
fanara bənzətmişdi. 
Bir sıra başqa elmlərdən fərqli olaraq, iqtisadi nəzə-
riyyə elminin predmetinin xüsusiyyəti elədir ki, onun 
problemlərini laboratoriya və texniki vasitələrlə öyrənmək 
mümkün deyildir. İqtisadi nəzəriyyənin araşdırıb, təhlil 
etdiyi problemləri ilk növbədə elmi-nəzəri təfəkkür tərzi 
və onun əsaslandığı müəyyən metodlar vasitəsilə səmərəli 
surətdə həll etmək olar. 
İqtisadi nəzəriyyənin metodları aşağıdakılardır: 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin