59
nin mahiyyəti üzə çıxarılır. Lakin aydındır ki, iqtisadi pro-
seslərin tam dərk edilməsi yalnız bununla başa çata bil-
məz. Abstrakt təfəkkür metodu, konkret iqtisadi pro-
seslərin mahiyyətini açmağa kömək etməlidir.
Alman filosofu Hegelin dediyi kimi «canlı müşahi-
dədən (seyrdən) abstrakt təfəkkürə və oradan da praktika-
ya (təcrübəyə) - həqiqəti dərk etməyin yolu belədir». Doğ-
rudan da, abstrakt ümumiləşdirmələr o zaman qiymətlidir
ki, onun qanunauyğunluq və prinsipləri real həyatda tətbiq
olunaraq, həm cəmiyyətə, həm də onun üzvlərinə fayda
gətirsin.
Analiz və sintez metodu.
Analiz metodu vasitəsilə
tam halda götürülən iqtisadi hadisələr, proseslər, müna-
sibətlər sistemi ayrı-ayrı hissələrə, müəyyən cəhətlərə,
müxtəlif parçalara bölünərək təhlil edilir. Məsələn, vahid
bir kompleks kimi fəaliyyət göstərən xalq təsərrüfatı səna-
ye, kənd təsərrüfatı, nəqliyyat və rabitə, xidmət dairələrinə
bölünərək öyrənilir. Öz növbəsində sənaye müxtəlif sahə-
lərə, aqrar-sənaye kompleksi müxtəlif istehsal bölmələrinə
ayrılaraq, öyrənilə bilər.
Sintez metodu ayrı-ayrı hissələrin və müxtəlif cəhət-
lərin birləşərək, tam vahid halında, yaxud ümumi şəkildə
təhlilinə xidmət edir. Məsələn, kənd təsərrüfatının əkinçi-
lik, heyvandarlıq, meyvə-tərəvəzçilik kimi sahələrinin təh-
lili əsasında ölkənin aqrar bölməsi haqqında ümumi təsəv-
vür əldə etmək mümkündür.
Dostları ilə paylaş: