70
Bazar qiymətinin dəyişməsini «son faydalılıq» və
«istehsal xərcləri» kimi 2 amillə əlaqələndirən A.Marşall
yazırdı ki, belə şəraitdə alıcının verdiyi qiymət, əmtəənin
faydalılığı səviyyəsindən asılı olaraq, məhsulun maksi-
mum dəyərini (qiymətini) müəyyən edir. Eyni zamanda
hər hansı bir istehlakçının məhsula verdiyi qiymət, həmin
əmtəənin (xidmətin) faydalılıq səviyyəsi ilə bağlıdırsa, is-
tehsalçının isə satdığı məhsula qoyduğu qiymət, onun ha-
zırlanmasına sərf olunmuş istehsal xərcləri ilə əlaqədardır.
Məhz belə bir razılaşdırıcı mövqedən çıxış edən
müəllif, göstərmişdi ki, alıcının ödəməyə hazır
olduğu
qiymət əmtəənin faydalılığı, satıcının təyin etdiyi qiymət
isə istehsal xərclərindən az olmamaqla müəyyən edilir. Bu
halda satıcılarla alıcılar arasında razılaşma əldə edilir və
nəticədə qiymət tarazlı səviyyədə müəyyənləşir.
İqtisad elminə «tələbin elastikliyi» anlayışını gətirən
müəllif, bazarda formalaşan qiymətlərin səviyyəsindən
asılı olaraq, tələblə-təklifin artması, yaxud aşağı düşməsi
prosesinin qanunauyğunluqlarını izah etmişdir.
Tələbin
elastikliyi, onun qiymət dəyişikliklərindən bilavasitə, ya-
xud dolayı yollarla asılılığını elmi-nəzəri cəhətdən sübutu
kimi səciyyələndirilmişdir.
Qiymətin enib-qalxması ilə tələbin elastikliyinin də-
yişkənliyi (vahidə bərabərliyi, yaxud vahiddən böyük-ki-
çik olması) bir sıra obyektiv və subyektiv səbəblərlə bağlı
ola bilər. A.Marşall, bununla əlaqədar tələb-təklif qanunu-
nun fəaliyyətində vaxt amilinə diqqət
yetirərək, baş verən
iqtisadi proseslərdə səbəb-nəticə əlaqələrinin təsir gücünü
və dairəsini düzgün qiymətləndirmək üçün ani, qısamüd-
dətli, uzunmüddətli bazar tarazlığını fərqləndirməyi irəli
sürmüşdü. Çünki, ani tarazlıq şəraitində təklif sabit qaldı-
71
ğından, təbii olaraq qiymətlər yüksələcəkdir. Qısamüddətli
tarazlıq, mövcud istehsal gücləri (imkanları) daxilində
təklifi çoxaltmaqla, artan tələbi ödəməyə şərait yaradacaq-
dır. Uzunmüddətli tarazlıq mühitində isə mövcud iqtisadi
resurslar çərçivəsində istehsal
gücləri dəyişə bildiyindən,
təklif bazarda formalaşan tələbə uyğunlaşır.
Tarazlı qiymət anlayışından istifadə etmiş A.Marşall
göstərmişdi ki, tələb qiyməti təklif qiymətinə bərabər ol-
duqda, bazarda sabitlik hökm sürür. O, tələbin qiymətlə
tərs, təklifin isə düz nisbətdə olduğunu qeyd etmişdi.
A.Marşall eyni zamanda sərbəstlik və rəqabətin iqti-
sadiyyat üçün hərəkətverici roluna diqqət yetirmiş, pul
amili və onun bu proseslərə təsiri problemlərinə toxun-
muşdur.
İnsan amili, əmək haqqı, kapital və digər aktual mə-
sələlər də onun tədqiq etdiyi problemlərdən olmuşdu.
Təsadüfi deyildir ki, o insan kapitalı haqqında yaza-
raq, insanın bacarıq və qabiliyyətini
istehsal vasitələrinin
zəruri tərkib hissəsi kimi yüksək qiymətləndirmişdir.
«Bilik istehsalı hərəkətə gətirən ən güclü amildir» - fikri,
onun işçinin peşəkarlığına, sahibkarın idarəçilik məharə-
tinə, işgüzar münasibətlər qurmaq bacarığına olduqca yük-
sək qiymət verdiyini təsdiq edir.
A.Marşall istehsalın 3 amili (torpaq, əmək, kapital)
haqqında fransız iqtisadçısı J.B.Seyin mövqeyini qəbul
etməklə yanaşı, bu amillər sırasına istehsalın təşkili və
idarə olunmasının mühüm şərti hesab etdiyi sahibkarlıq
qabiliyyətini, bacarığını da dördüncü amil kimi irəli sür-
müşdür. Onun aşağıdakı fikirləri müasir dövrdə də aktual
səslənir: “istehsalda
insan qabiliyyəti, kapitalın başqa
növləri qədər zəruridir və “əməyə tam bağlanmaq üçün 3
72
şərtə əməl olunmalıdır: azadlığa, ümidə, dəyişikliklərə”.
Dostları ilə paylaş: