64
faydalılığın azalması qanununu, yığım qanununu, pul
tədavülü qanununu, dəyər qanununu, rəqabət qanunu-
nu, tələbatın artması qanununu, torpağın münbitliyi-
nin azalması qanununu
göstərmək olar. Bu qanunlar
iqtisadiyyatın və bütövlükdə təsərrüfat həyatının obyektiv
inkişaf meyllərini əks etdirərək, uzun müddətli dövr ərzin-
də məntiqi ardıcıllıqla, habelə qarşılıqlı əlaqədə fəaliyyət
göstərirlər.
Eyni zamanda müxtəlif tədqiqatçıların adları ilə bağ-
lı olub, iqtisadi proseslərin mahiyyət əlaqələrini aydınlaş-
dırmağa çalışan
Sey qanununu, Qossen qanununu, En-
gel qanununu, Oyken qanununu
qeyd etmək lazımdır.
Təbiətdə olduğu kimi cəmiyyət həyatının da obyek-
tiv qanunları vardır. Lakin təbiətin mütləq mənada insan
şüurundan və iradəsindən asılı olmayan qanunlarından
(planetlərin hərəkəti, okeanların qabarıb-çəkilməsi, cazibə
qüvvəsi) fərqli fəaliyyət göstərən iqtisadi qanunları tən-
zimləmək mümkündür. Bu tənzimləmə prosesi insanların
şüurlu
və məqsədyönlü fəaliyyəti, habelə dövlətin düşü-
nülmüş iqtisadi siyasəti ilə həyata keçirilə bilər.
İqtisadi qanunlar cəmiyyət həyatında bir-biri ilə qar-
şılıqlı əlaqə və təsir şəraitində sistem kimi fəaliyyət gös-
tərirlər. Bu qanunları dərk etməyin başlıca şərti, onların
fəaliyyət göstərdiyi konkret şəraiti, mühiti,
ölkəni nəzərə
almaqdır. İqtisadi qanunların normal fəaliyyət göstərməsi
üçün müəyyən ilkin zəruri şərtlər olmalıdır. Məsələn, hər
hansı bir ölkədə, yaxud istehsal sahəsində rəqabət
qanunu-
nun normal
fəaliyyət göstərməsi üçün sərbəst sahibkar-
lığın, mülkiyyət və investisiya hüququnun, sərbəst bazar
qiymətlərinin mövcudluğu tələb olunur.
Dövlət ölkənin təsərrüfat həyatını
özünün sərt və
65
ciddi nəzarəti altında saxlaması, şübhəsiz iqtisadi qanun-
ların fəaliyyət, habelə təsir dairəsini məhdudlaşdırır.
Müasir mərhələdə ölkənin təsərrüfat həyatını uğurla
və səmərəli idarə etmək üçün
dövlət tərəfindən tənzim-
ləyici hüquqi qanunlar qəbul edilməsinə ehtiyac vardır. Bu
qanunlar isə yalnız o zaman «işləyə» bilər ki, onların
fəaliyyəti üçün əlverişli şərait yaradılsın. Aydındır ki, hü-
quqi qanunlarla iqtisadi qanunları eyniləşdirmək olmaz.
Zaman keçdikcə və zərurət yarandıqca, hüquqi qanunları
təkmilləşdirmək, yeniləşdirmək, hətta ləğv etmək müm-
kündür. Lakin tələb və təklif, rəqabət, qiymət kimi qanun-
ları ləğv etmək olmaz. Ona görə də hüquqi qanunlar, nor-
mativ aktlarla obyektiv iqtisadi qanunlar arasında hökmən
müəyyən bir uyarlıq, tarazlıq və ahəngdarlıq olmalıdır.