Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


partiyaların, həmkarlar təşkilatlarının, birləşmiş sahibkar-



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə41/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   160
Mikroiqtisadiyyat (1)


partiyaların, həmkarlar təşkilatlarının, birləşmiş sahibkar-
ların kollektiv fəaliyyətini tədqiq etməyə səy göstərmə-
lidir. Eyni zamanda iqtisad elminin, istehsalın müxtəlif 
sahələrində çalışıb, öz rollarına görə fərqlənən əkinçiləri, 
fəhlələri, sahibkarları (kapitalistləri), mühəndis- texniki 
işçiləri, bir təsərrüfat subyekti kimi öyrənməyə də ehtiyac 
vardır. 
T.Veblenin fikrincə, bazar iqtisadiyyatının ilk mər-
hələlərində mülkiyyət və hakimiyyət sahibkarların, habelə 
iş adamlarının əlində olur. Lakin, sonralar bu hakimiyyət 
parçalanaraq, tədricən kapital sahibləri və istehsalın təşki-
latçılarının ixtiyarına keçir. Daha sonra, o fikrini davam 
etdirərək göstərirdi ki, kapital sahibləri yalnız öz sərvətlə-
rini artırmaq haqqında düşünürlər. Ona görə də kapitalla-
rını istehsalın genişləndirilib inkişaf etdirilməsi əvəzinə 
kreditə verməyi, yaxud əmanət şəklində banklarda saxla-
mağı üstün tuturlar. Deməli, tədricən bu təbəqəyə mənsub 
olanların sərvəti istehsalın, yaxud iqtisadiyyatın real böl-
məsinin hesabına deyil, maliyyə dairəsində dövr edən qiy-
mətli kağızların, səhmlərin hesabına yaranır. Bu meyl isə, 
kapital sahiblərini tüfeyli və avara bir həyat sürən qrupa 
çevirir. 
Belə vəziyyətdə fəhlələr və istehsalın təşkilatçıları, 
habelə texniki mütəxəssislər əsl məhsuldar sinif kimi çıxış 
edirlər. Lakin onların öz sərmayəsi olmadığından, tüfeyli 


79 
və avara sinfin kreditə verdiyi kapitaldan istifadə etməyə 
məcburdurlar. 
Yaşadığı cəmiyyətin ziddiyyətlərini özünəməxsus bir 
tərzdə açıb tənqid edən müəllif, belə vəziyyətdən çıxış 
yolunu hakimiyyətin texniki mütəxəssislərin əlinə keçmə-
sində görürdü. O zaman kapitalın xüsusi mülkiyyət forma-
sı dəyişərək (transformasiya edərək), səhmdar kapitalına 
çevriləcəkdir. Deməli, avara və tüfeyli sinif kimi səciyyə-
lənən kapital sahiblərinin xüsusi mülkiyyəti tədricən ara-
dan qalxacaqdır. 
T.Veblen öz mülahizələrində diqqəti belə bir cəhətə 
də cəlb etmişdir ki, sərbəst rəqabətin bazarda inhisarlarla 
əvəz olunduğu şəraitdə, bazarın «ağası» artıq istehlakçı 
yox, iri inhisarlardır. Onun müşahidələrinə görə, istehlak-
çılar (alıcılar) özləri də hiss etmədən, ciddi ictimai və psi-
xoloji təsir altına düşüb, inhisarların, habelə nəhəng iqti-
sadi birliklərin mənafeyinə uyğun yaşayıb düşünməyə, öz 
zövqlərini formalaşdırmağa, gündəlik fəaliyyətlərini qur-
mağa çalışırlar.
İnstitusional iqtisadi-nəzəri istiqamətin hüquqi prob-
lemlərə üstünlük verən variantı C.Kommonsun adı ilə bağ-
lıdır. O özünün «Kapitalizmin hüquqi əsasları», «İnstitu-
sional iqtisadiyyat», «İqtisadi tsikllər. Problem və onun 
qoyuluşu» adlı əsərlərində, cəmiyyətdə baş verən iqtisadi 
münasibətləri, təsərrüfat həyatı ilə əlaqədar meydana çı-
xan narazılıqları, müxtəlif iqtisadi prosesləri hüquqi yol-
larla tənzimləməyin zəruriliyini əsaslandırmışdı. 
C.Kommons yazırdı ki, hər hansı bir cəmiyyətdə rast 
gəlinən sosial narazılıq və konfliktlərə həll edilməz prob-
lem kimi baxmaq olmaz. Cəmiyyətin sosial tərəqqisi və 
ictimai təkamülü üçün bu tipli konfliktlər hətta zəruridir. 


80 
Lakin həmin ciddi iqtisadi və sosial problemlərin həlli, 
müvafiq normal hüquqi qanunvericilik aktları əsasında 
həyata keçirilməlidir. Bu işdə isə başlıca rolu sahibkarların 
və muzdlu fəhlələrin bir-birini qarşılıqlı anlaması oyna-
malıdır. Deməli, kapitalizm cəmiyyətini sinfi sülh və so-
sial əməkdaşlıq prinsipləri əsasında, ağıllı surətdə təşkil 
etmək mümkündür. 
O, eyni zamanda inanmışdı ki, sahibkarlarla fəhlələr 
arasında yaranan narazılıqların aradan qaldırılmasında, 
təşkil olunmuş həmkarlar təşkilatları və xüsusilə dövlət 
çox mühüm rol oynaya bilər. Çünki, dövlətin həm iqtisadi, 
həm də inzibati güc imkanları olduqca böyükdür. 
İnstitusional-sosioloji istiqamətin empirik və ya kon-
yuktor-statistik yönümünün görkəmli nümayəndəsi olan 
U.Mitçell, iqtisadi hadisə və prosesləri izah etməyin əsas 
yolunu - statistika materiallarının toplanması, habelə sis-
temləşdirilməsində görmüşdü. 
O, toplanmış və ümumiləşdirilmiş statistika material-
ları əsasında, müxtəlif modellərlə iqtisadi inkişafın yüksə-
liş, habelə aşağı düşməsi proseslərini izah etməyə çalışmış-
dı. U.Mitçell bu məsələlərə dair öz fikirlərini «İşgüzar 
fəallığın tsiklləri» (1913) adlı kitabında geniş şərh etmişdir. 
Enpirik-statistiklər, T.Veblenin belə bir ideyasını 
əsas tuturdular ki, insanların iqtisadi fəaliyyəti onların tarı-
xi ənənə və adətləri ilə tənzimlənir. Onlar cəmiyyətdə ge-
dən iqtisadi dəyişiklikləri təsviri-statistik metodla öyrənə-
rək, iqtisadi hadisələr arasında obyektiv səbəb-nəticə əla-
qələri olduğunu, kapitalizmin ümumi qanunauyğunluqla-
rını inkar etmişlər. 
U.Mitçell 1920-ci ildə ABŞ-da Milli İqtisadi Tədqi-
qatlar Bürosu təşkil edərək, onun direktoru kimi fəaliyyət 


81 
göstərmişdi. Bu Büro, ABŞ tarixində ilk dəfə ölkənin milli 
gəlirini, işgüzar fəaliyyətin mərhələlərini öyrənmiş, habelə 
həmin məsəllərə dair statistika materialları toplamağın 
metodlarını işləyib hazırlamışdır. İqtisadi nəzəriyə sahə-
sində U.Mitçell, ölkənin təsərrüfat həyatı və ümumiyyətlə 
iqtisadi proseslər üzərində ictimai nəzarət qoyulmasına 
tərəfdar olmuş, indikativ (tövsiyə xarakterli) planlaşdırma 
təklifini irəli sürmüş, işsizliyin dövlət sığorta fondu siste-
minin yaradılması zəruriliyinə diqqəti cəlb etmişdi. 
XX əsrin ortalarından başlayaraq institusional- sosio-
loji istiqamətin zəifləməsi prosesi nəzərə çarpsa da, lakin 
bir qədər başqa formada, Ç.Helbreytin tədqiqatlarında 
(«Yeni sənaye cəmiyyəti», «İqtisadi nəzəriyyələr və cəmiy-
yətin məqsədləri») öz dolğun əksini tapmışdır. Onun iqtisa-
di-sosioloji fikirləri bazar münasibətləri şəraitində texniki 
işçilərin, mütəxəssislərin roluna, idarəetmə məsələlərinə
maliyyə problemlərinə, ümumiyyətlə isə iri korporasiya-
ların normal fəaliyyətinin təşkilinə həsr olunmuşdur. 
Müəllifin fikrincə, cəmiyyətin inkişafının müasir 
mərhələsində istehsalın təşkilinin ən əlverişli və optimal 
forması iri korporasiyalar, inhisar birlikləridir. Bu korpo-
rasiyaların fəaliyyəti isə tədricən kapitalizmin «sənaye 
cəmiyyətinə» və «yeni sənaye cəmiyyətinə» çevrilməsini 
(transformasiyasını) təmin edəcəkdir. Müasir istehsal sa-
hələrinin rəhbərliyinə texnokratların (texniki, səriştəli mü-
təxəssislərin) gəlməsi, şübhəsiz istehsalın gələcək yüksəliş 
perspektivlərinə müsbət təsir göstərməlidir. 
C.Helbreyt korporasiyalarda planlaşdırma ünsürləri-
nin zəruri olduğunu göstərmiş, «sənaye cəmiyyəti» reallı-
ğında bazar hərc-mərcliyi, rəqabət mübarizəsi və qiymət 
məsələlərinin əvvəlki dövrlərdən fərqli surətdə qoyulub 


82 
həll edildiyini irəli sürüb əsaslandırmışdır. Eyni zamanda 
inhisar birlikləri ilə dövlət arasında müəyyən əlaqələrin ol-
duğunu təsdiqləyən müəllif, iqtisadiyyatın dövlət tərəfin-
dən tənzimlənməsi ideyasını bəyənərək, bu istiqamətin 
zəruriliyini müdafiə etmişdir. 
Onun fikrincə, hazırda cəmiyyətin gəlirlərinin bölgü-
sündə «inqilabi dəyişiklər» baş verdiyindən, tədricən «bol-
luq cəmiyyəti» və «ümumi rifah» dövləti formalaşmaqda-
dır. Bu mənada, o sərbəst rəqabət dövrlərinə yenidən qayıt-
maq haqqında keçmiş nəzəriyyələri əsassız hesab etmişdir. 
C.Helbreyt özünün irəli sürdüyü konvergensiya nə-
zəriyyəsində, iqtisadiyyat və təsərrüfat həyatında müxtəlif 
iqtisadi sistemlərin, yaxud mülkiyyət tiplərinin «qarışıq 
iqtisadiyyat» formasında fəaliyyət göstərə biləcəyini əsas-
landırmışdır. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin