Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


ç) İqtisadi nəzəriyyənin müasir başqa cərəyan



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə42/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   160
Mikroiqtisadiyyat (1)

ç)
İqtisadi nəzəriyyənin müasir başqa cərəyan, 
konsepsiya, ideyaları sırasında neoliberalizm, moneta-
rizm, iqtisadi təklif, səmərəli gözləmə,
habelə digərlərini 
göstərmək olar. Bunlar iqtisad elmi və nəzəriyyəsinin 
müxtəlif məsələlərinin qoyuluşu, qarşıya çıxan yeni prob-
lemlərin həlli yollarının axtarışında, şübhəsiz bir-birindən 
fərqlənsələr də, lakin çıxış nöqtəsi yaxud mahiyyət etiba-
rilə əvvəlki iqtisadi məktəblərin, onlardan formalaşmış is-
tiqamətlərin, ayrılmış qolların konkret ifadəsi kimi səciy-
yələndirilə bilərlər. 
Neoliberalizm
cərəyanının ümumi metodologiyası 
əsasında formalaşan 
Almaniyada Frayburq (V.Oyken, 
L.Erhad), İngiltərədə London (F.Hayek), ABŞ-da Çi-
kaqo (M.Fridmen, L.Mizes), Fransada isə J.Ryufe və 
M.Allen
adları ilə tanınmış müxtəlif məktəbləri göstərmək 
olar. Bütövlükdə onların iqtisadi baxışlarının əsasında 


83 
azad sahibkarlıq fəaliyyəti və dövlətin ölkənin təsərrüfat 
həyatı işlərinə az qarışması prinsiplərinin zəruriliyi dur-
muşdu. 
Onlar xüsusi mülkiyyəti sahibkarlıq fəaliyyətinin hü-
quqi əsası saymış, iqtisadiyyatda baş verən tənəzzül, dur-
ğunluq, işsizliyin səbəblərini azad rəqabətin yerini inhisar-
çılığın tutması ilə izah etmiş, dövlətin rolunu isə sahib-
karları istiqamətləndirməkdə yox, onların işgüzar fəaliyyəti 
ilə bağlı qarşıya çıxan müxtəlif çətinliklərin aradan qal-
dırılmasında görmüşlər. 
V.Oyken və onun tərəfdarları tərəfindən iqtisadi qu-
ruluşların: a)mərkəzdən idarə olunan; b) bazar təsərrüfatı 
kimi 2 tipinin təhlili əsasında, sosial yönümlü bazar iqtisa-
di modeli işlənib hazırlanmışdır. Bu ideya, ikinci dünya 
müharibəsindən sonra L.Erhadın bir siyasi xadim kimi 
xidmətləri sayəsində Qərbi Albaniyada həyata keçirilmiş-
dir və “alman modeli” adlanır. 
Neoliberalizmin L.Mizes (ABŞ) və F.Hayek kimi 
görkəmli nümayəndələri, mərkəzdən idarə olunan planlı 
sosialist təsərrüfat sisteminin gələcəyi olmadığını qətiy-
yətlə bildirmiş, müasir dövrdə optimal iqtisadi inkişaf yo-
lunun xüsusi mülkiyyətə, sərbəst mübadiləyə, rəqabət mü-
barizəsinə əsaslanan siyasətlə reallaşa biləcəyini söylə-
mişlər. 
F.Hayek “Quldarlığa aparan yol” əsərində yazmışdır 
ki, iqtisadi azadlıqdan, bazar qiymətindən imtina edən qu-
ruluşu həyat diktaturaya və “iqtisadi quldarlığa” doğru 
aparır. Onun fikrincə, azadlıq dövlət tərəfindən “məhdu-
diyyətlərin və məcburiyyətlərin” ləğv edilməsi deməkdir. 
O, dövlətin iqtisadiyyata hədsiz qarışmasını, cəmiyyətdə 


84 
insanların iqtisadi fəaliyyət azadlığının pozulması kimi 
qiymətləndirmiş və bu rolu yalnız əhalinin sosial müda-
fiəsi sahəsində zəruri saymışdır. Müəllif hesab edirdi ki, 
cəmiyyətin yenidən qurulmasının təşkili və onun inkişafı
“plan əsasında deyil, daxili hərəkətin nəticəsində, təkamül 
yolu ilə baş verir”. Ona görə də iqtisad elmi insanların mə-
nafeyi naminə cəmiyyətin “iqtisadi ehtiyatlarından (re-
surslarından) daha səmərəli istifadə edilməsi problemləri-
nin tədqiqi ilə məşğul olmalıdır” . 
J.Pyuef (Fransa), Keynisin iqtisadiyyatın dövlət tən-
zimlənməsi ideyasının əleyhinə çıxmış, azad bazar qiy-
mətlərini iqtisadiyyatı tarazlayan amil hesab etmiş, iqtisa-
di hadisələrin kəmiyyət-keyfiyyət cəhətlərinin əlaqəli 
təhlilində riyazi modelləşdirmədən istifadə etmiş, əmək 
haqqının aşağı olmasının təkrar istehsal prosesini pozdu-
ğunu, işsizliyi artırdığını, sosial problemləri kəskinləşdiyi-
ni nəzərə çatdıraraq, cəmiyyətdə tarazlığın yaradılması na-
minə, sərbəst bazarla yanaşı, indikativ (tövsiyə) xarakterli 
planlarının olmasını da məqsədəuyğun saymışlar.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin