88
MÖVZU 5
TƏSƏRRÜFAT FƏALİYYƏTİNİN İCTİMAİ
TİPLƏRİ VƏ ONUN TƏŞKİLİ
a)
Maddi nemətlər istehsalı və onun əsas şərtləri.
b)
Cəmiyyətin təsərrüfat həyatının tarixi təkamülü.
c)
Məhsuldar qüvvələr və istehsal münasibətləri.
ç) Əmək kooperasiyası və əmək bölgüsü.
d)
Təsərrüfat fəaliyyətinin müxtəlif tipləri.
Müxtəlif ictimai - siyasi quruluşların və cəmiyyətlə-
rin iqtisadi əsasını, onun yaşayıb inkişaf etməsinin təmə-
lini - maddi nemətlərin (xidmətlərin) istehsalı, habelə fasi-
ləsiz surətdə təkrar istehsalı prosesi təşkil edir. Bu mənada
maddi nemətlərin istehsalı və təkrar istehsalı cəmiyyətin
iqtisadi bazasını, maddi-texniki fundamentini təşkil edir.
İnsanların gündəlik həyat və tələbat qayğıları maddi
nemətlərin istehsal olunmasını, müxtəlif təyinatlı xidmət-
lər göstərilməsini zəruri edir. Məlumdur ki, insanların
yaşaması və fəaliyyət göstərmələri üçün onlar ilk növbədə
yeməli, ərzaq məhsulları ilə təmin olunmalı, mənzil, pal-
tar, yanacaq əldə etməli, müəyyən xidmətlərdən faydalan-
malıdırlar.
Hələ min illər bundan qabaq oda sitayişlə bağlı zər-
düştlüyün müqəddəs kitabı sayılan «Avesta»da deyilirdi
ki, ac adamlara hətta ən müqəddəs və müdrik sözlər də az
təsir edər. Çünki yaxşı qidalanmayan millətin nə qüvvətli
əsgərləri, nə sağlam nəsli, nə də sanballı alimləri ola bilər.
Deməli, maddi nemətlər istehsalı
və müxtəlif xidmətlər
göstərilməsi, bəşər cəmiyyəti inkişafının müxtəlif mərhə-
89
lələrində onun yaşamasını, irəliyə doğru hərəkətini, yüksə-
lişini şərtləndirən həlledici amil rolunu oynamışdır.
Əlbəttə, həyat yalnız maddi istehsaldan, yaxud cə-
miyyətin iqtisadi bazisindən ibarət deyildir. Maddi nemət-
lərlə yanaşı, insanların mənəvi dəyərlərə də,
yəni elmə,
təhsilə, mədəniyyətə, incəsənətə, musiqiyə, tamaşaya bax-
mağa, konsertə getməyə də ehtiyacı vardır. Dövlət aparatı,
idarəetmə, inzibati-hüquq orqanları da daxil olmaqla bü-
tün bunlar cəmiyyətin üstqurumunu təşkil edir. Bu mənada
bütövlükdə cəmiyyətin ictimai-siyasi, iqtisadi-sosial, mə-
dəni həyatı bir-birini tamamlayan və qarşılıqlı
təsirdə
fəaliyyət göstərən bazis və üstqurumdan ibarətdir. Lakin
bu pozulmaz vəhdət daxilində bazis, cəmiyyətin iqtisadi
təməli kimi aparıcıdır. Normal yaşayıb inkişaf edən cə-
miyyətdə
bazislə üstqurumun uyğunluğu, sanki uçan qu-
şun qoşa qanadlarını xatırladır.
Təsadüfü deyildir ki, hazırda BMT müxtəlif ölkələ-
rin sırf iqtisadi göstəriciləri ilə yanaşı, onların iqtisadi-
sosial və mədəni səviyyəsini səciyyələndirən «ölkənin
ictimai inkişaf indeksi» adlı göstəricidən də istifadə edir.
Bu indeks hər hansı bir ölkənin
ümumiləşdirici iqtisadi
göstəriciləri ilə yanaşı, orada iş həftəsinin uzunluğu, əhali-
nin orta ömrü, təhsil, elm, mədəni səviyyəsi nəzərə alın-
maqla müəyyənləşdirilir.
Həmin indeks göstəricilərinə əsasən müasir dünya
ölkələrinin dəyişən sıralanması belədir: Kanada, Yaponi-
ya, Norveç, İsveçrə, İsveç, ABŞ, Avstraliya, Fransa,
Niderland, İngiltərə, Almaniya, İslandiya və başqaları.
Cəmiyyətlərin quruluşundan və formasından asılı ol-
mayaraq, müxtəlif təyinatlı maddi nemətlərin, habelə xid-
mətlərin varlığı üçün insan əməyi (iş qüvvəsi),
əmək ci-
90
simləri, əmək vasitələri zəruri bir şərt kimi olmalıdır.
Əmək
- insanın şüurlu fəaliyyəti olub, insanla təbiət
arasında baş verən proseslərdə müxtəlif maddələri, cisim-
ləri, şeyləri məqsədəuyğun surətdə öz tələbatına uyğunlaş-
dırmasıdır. Ağacdan ox və müxtəlif alətlərdən başlamış,
müasir texnika və raketlərə qədər hər şey, məhz insan
əməyinin məhsuludur.
Maddi və mənəvi sərvətlərin yaradılmasının əsas
amili sayılan əmək yalnız insana məxsusdur. İnsan şüurlu
və məqsədəuyğun şəkildə təbiətin verdiyi nemətlərdən
özünün, habelə cəmiyyətin konkret tələblərinə uyğun
məhsullar yaradır. Bu mənada, əmək öz mahiyyətinə görə
həmişə ictimai xarakter daşıyaraq, əkinçinin əməyi maşın-
qayıranın və nəqliyyatçının
əməyi isə mədənçinin əməyi
ilə qarşılıqlı təsirdə fəaliyyət göstərmişdir.
Əmək öz məzmununa görə
Dostları ilə paylaş: