Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə48/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   160
Mikroiqtisadiyyat (1)

birincisi,
ictimai əmək bölgüsü, koope-
rasiya, təmərküzləşmə səviyyəsində təşkilati-iqtisadi mü-
nasibətlərdir. Buraya istehsalın təşkili gedişində ayrı-ayrı 
subyektlər arasında meydana çıxan münasibətlər daxildir; 
ikincisi,
sosial-iqtisadi münasibətlərdir. Buraya insanların 
müxtəlif nemətlərə və xidmətlərə münasibəti, onların sahi-
bi, yoxsa istifadəçisi, istehlakçısı olması daxildir. Deməli, 
sosial-iqtisadi münasibətlər ilk növbədə mülkiyyət müna-
sibətləri ilə bağlıdır. 
Belə bir cəhəti də qeyd etmək lazımdır ki, bütün 
cəmiyyətlərdə məhsuldar qüvvələrlə istehsal münasibətləri 


97 
arasında müəyyən nisbi uyğunluq olur. Lakin eyni zaman-
da istehsal münasibətləri ilə məhsuldar qüvvələr arasında 
ziddiyyətlərin yaranması da təbiidir. Bu ziddiyyətlər dinc 
yollar və üsullarla öz həllini tapmadıqda, cəmiyyətdə so-
sial narazılıqlar, inqilablar baş verə bilər. 
ç)
Cəmiyyətin inkişafının və təsərrüfat həyatının 
tədricən dəyişərək, daha mütərəqqi, səmərəli, insanlar 
üçün, onların tələbatlarının dolğun ödənilməsi məqsədilə 
yeni formalarda (tiplərdə) davam etdirilməsi bir sıra sə-
bəblərlə bağlıdır. 
^-—I— 
İlk səbəb kimi əmək kooperasiyasını göstərmək la-
zımdır. Əmək kooperasiyası - insanların əmək fəaliyyə-
tinin birləşməsi formasıdır. Başqa sözlə, bir çox adamın 
(şəxsin) birləşərək eyni növ məhsul istehsal etməsi, yaxud 
müəyyən bir işi görməsi əmək kooperasiyası adlanır. 
Əməyin kooperasiya şəklində (formasında) birləşməsi 
özünü ibtidai insanların ovçuluq, balıqçılıqla birgə məşğul 
olmalarında göstərmişdi. Sonrakı dövrlərdə Misir pirami-
dalarının (ehramlarının) inşa olunmasında, Şərqdə suvar-
ma sistemlərinin yaradılmasında, Qərbdə iri binaların ti-
kilməsində, Çin səddinin yaradılmasında, Cənubi Amerika 
və Meksika ərazisində tarixi Maya mədəniyyəti abidələ-
rinin nümunəsində əmək kooperasiyasına rast gəlirik. 
İstehsalda əməyin birgə fəaliyyət formasının başqa 
bir növü (tipi) əmək bölgüsüdür. Əmək bölgüsü anlayışı, 
iqtisadi kateqoriya kimi təbii və ictimai əmək bölgüsünə 
ayrılır. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin