Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


I. Bazar iqtisadi sistemi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə56/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   160
Mikroiqtisadiyyat (1)

 I. Bazar iqtisadi sistemi.
1. Sərbəst rəqabət bazarı forması (tipi). 
Bazar iqtisadi sisteminin bu forması XVIII əsrdən 
formalaşaraq, XX əsrin ilk onilliyinə qədər davam etmiş-
dir. Bu sistemin fəaliyyətinin səciyyəvi cəhətləri bazarın 
tələb və təklif əsasında qurulması, sərbəst rəqabət üçün 
tam şərait olması, qiymətlərin azad surətdə yaranıb-dəyiş-
məsidir. 
Klassik iqtisadi nəzəriyyənin banilərindən biri sayı-
lan A.Smitin yazdığı kimi sərbəst bazar iqtisadiyyatını 
sanki «görünməz əllər» idarə edir. Sərbəst rəqabət bazarı 


108 
şəraitində istehsalçılar siyasi və iqtisadi baxımından azad-
dırlar. Eyni zamanda onlar istehsal etdikləri məhsulları, öz 
xərclərini ödəmək şərtiylə istədikləri qiymətə satmaqda 
sərbəstdirlər. 
Belə bir şəraitdə, tədricən bazarda iri kapital sahib-
ləri meydana çıxır, bazar tarazlığı pozulur, iqtisadiyyatda 
böhranlı vəziyyət yaranır. Sərbəst rəqabəti iri sahibkarla-
rın və kapital sahiblərinin yeni «oyun qaydaları» əvəz 
edir. Yaranmış çətinlik və problemləri həll etmək üçün 
azad sahibkarlıq və rəqabət iqtisadiyyatı (xalis kapitalizm) 
öz yerini tənzimlənən müasir bazar iqtisadi sisteminə 
verməli olur. 
2. Müasir bazar iqtisadiyyatı (inhisarçı kapita-
lizm) forması (tipi). 
XX əsrin əvvəllərindən başlayaraq azad rəqabətin 
müasir bazar iqtisadiyyatına keçidi özünü göstərir. Bu 
dəyişikliyin əsas cəhətləri kimi müxtəlif mülkiyyətlərin 
fəaliyyətini, elmi-texniki tərəqqinin güclü irəliləyişini, is-
tehsal və sosial təyinatlı infrastrukturunun əhəmiyyətli 
dərəcədə inkişafını, habelə dövlətin iqtisadiyyatın tənzim-
lənməsinə təsirinin xeyli artmasını göstərmək olar. Şübhə-
siz, bu yeni cəhətlər istehsalın inkişafına, onun idarə edil-
məsinə öz dəyişdirici müsbət rolunu əhəmiyyətli dərəcədə 
artırmışdı. Eyni zamanda ölkələr arasında iqtisadi inteqra-
siya prosesləri güclənmiş və qlobal miqyasda vahid dünya 
təsərrüfat sistemi formalaşmağa başlamışdı. 
«İqtisadi nəzəriyyə» dərsliyində qeyd olunur ki, bu 
iqtisadi sistem «tipinin ən üstün xüsusiyyətləri dəyişilən 
şəraitə uyğun gələn, əsas aparıcı amil hesab olunan sahib-
karlar təbəqəsinin meydana gəlməsi və resurslardan istifa-
də etmək hüququnun dövlət nəzarətinə keçməsindən ibarət 
olmuşdur». 


109 
Müasir bazar iqtisadi sistemi elmi və praktik araşdır-
malar əsasında istehsal və xidmət dairəsinin perspektivlə-
rini müəyyənləşdirməyə real imkanlar yaradır. Bu iqtisadi 
sistemdə resurslardan istifadə və onların yenidən bölüşdü-
rülməsi iri şirkətlər, habelə inhisar birlikləri tərəfindən 
strateji planlaşdırma prinsipləri təməlində həyata keçirilir. 
Eyni zamanda təsərrüfat həyatının bir sıra yeni sahələrinin 
meydana çıxıb inkişaf etməsinə dövlət tərəfindən büdcə 
hesabına yardım göstərilir.
Ümumiyyətlə götürdükdə bazar iqtisadi sisteminin 
üstünlüyü, bu formanın (tipin) istehsalın səmərəliliyinin 
yüksəldilməsi naminə daimi axtarışlar üçün şərait yarat-
masındadır. Bu sistem istehsalın və xidmət dairəsinin 
maddi-texniki bazasının təkmilləşdirilməsi ilə, şəxsi habe-
lə ictimai mənafelərin əlaqələndirilməsini təmin edir. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin