110
məsələn Ərəb ölkələrində zəngin neft yataqlarından səmə-
rəli istifadə olunmasına, neft ixracından əldə edilən və-
saitin düzgün yerləşdirilməsinə, habelə onun yaratdığı im-
kanlardan səmərəli faydalanmağa mane olur. Eyni zaman-
da milli ənənələrə əsaslanan bu iqtisadiyyat ölkənin təsər-
rüfat həyatını kofe, çay, banan, pambıq kimi bir məhsul
üzərində
qurmağa yönəldərək, monokulturizm, yəni bir
məhsul üzərində ixtisaslaşmaya şərait yaradır.
Bu gün də Asiya, Afrika, Cənub Amerikanın bir sıra
ölkələrində,
uzaq adalarda məhz bu cür, yaxud ona yaxın
iqtisadi sistemin ünsürləri hökm sürür. Təbii sərvətlərin
zənginliyinə baxmayaraq, ənənəvi sistemin mövcud olduğu
yerlərdə əhalinin iqtisadi-sosial vəziyyəti xeyli aşağıdır.
2. İnzibati-amirlik sistemi forması (tipi).
Bu sistem keçmiş Sovet İttifaqında, Şərqi Avropa so-
sialist ölkələrində, hazırda isə qismən Çin, Şimali Koreya
və Kuba Respublikasında olmuş, habelə vardır. Azərbay-
can Respublikası da 70 il müddətində obyektiv səbəblər
üzündən inzibati-amirlik sistemi daxilində yaşamışdır.
Bu iqtisadi sistem sözdə hamının bərabərliyi və əha-
linin rifahım yüksəltməyi özünün ən əsas məqsədi, praktik
vəzifəsi
elan etsə də, əslində öz gündəlik fəaliyyəti, siya-
səti, ideologiyası ilə işdə həmin prinsipləri pozmuşdur.
İnzibati-amirlik sisteminin səciyyəvi xüsusiyyətləri
aşağıdakılardır:
- cəmiyyətin bütün sərvəti ictimai mülkiyyət adı al-
tında dövlətin sərt nəzarəti sayəsində mərkəzləşdirilərək,
planlı surətdə və inzibati-amirlik üsulları ilə (əmrlə, direk-
tivlərlə, göstərişlərlə)
idarə olunmuşdu;
- ölkənin iqtisadi resursları dövlətin nəzarəti altında
olduğundan, istehsalçıların müstəqilliyi məhdudlaşdırıla-
111
raq yox dərəcəsinə endirilmiş, iqtisadiyyatın idarəetmə
mexanizminin əsasını mərkəzləşdirilmiş planlaşdırma təş-
kil etmişdi;
-
cəmiyyətdə yaradılmış nemətlər və məhsulların ölkə-
nin regional (bölgə), habelə yerli (milli) xüsusiyyətləri nə-
zərə alınmadan bölgüsü mexaniki
surətdə həyata keçi-
rilmişdi;
- əhalinin iqtisadi fəallıq və təşəbbüskarlığı boğul-
muşdu;
- iqtisadi resursların istifadəsi ideoloji prinsiplərə
tabe edilərək, hərbi-sənaye
kompleksinin tələblərinə yö-
nəldilmişdi.
Dostları ilə paylaş: