122
Ç) Tarixdən məlumdur ki, cəmiyyətdəki
iqtisadi
münasibətlər
hansı formada təzahür etməsindən asılı
ol-
mayaraq (siyasi, sosial, məişət), bu proseslər son nəticədə
mülkiyyətlə
,
onun kimlərə məxsus olması ilə müəyyən
edilir. Mülkiyyətin müxtəlif tip və formaları, istehsal
vasitələrinin və istehsalın nəticələrinin mənimsənilməsinin
xarakteri, sözün əsl mənasında iqtisadi sistemin əsasmı
təşkil edir.
Cəmiyyətin inkişafının bütün dövrlərində iqtisadi
sistemin transformasiyası, yəni dəyişilərək yeniləşməsi
prosesi, məhz mülkiyyət dəyişikliklərindən başlanmışdır.
Bu mənada,
son bir neçə əsrdə dünya miqyasında bazar
münasibətlərinə və iqtisadiyyatına keçid, mülkiyyət müna-
sibətlərinin yeni iqtisadi sistemin tələblərinə uyğun qurul-
ması ilə bilavasitə əlaqədardır.
Bazar iqtisadiyyatı mülkiyyətin müxtəlif formaları-
nın səmərəli fəaliyyəti üçün əlverişli və eyni şərtlər əsasın-
da imkanlar yaratdığından, mülkiyyətin çoxnövlüyünü tə-
min edir.
Mülkiyyət çoxnövlüyünün bir yolu da dövlət mül-
kiyyətində olan müəssisə və obyektlərin dövlətsizləşdiril-
məsi, habelə özəlləşdirilməsidir.
Dostları ilə paylaş: