119
maddi nemətlər üzərində də mülkiyyət sahibi ola bilərlər.
Məsələn, adamların iş qüvvəsi
və bunun konkret ifadəsi
olan sənət, ağıl, zəka, intellekt də mülkiyyət sayıla bilər.
Fizikin kəşfi, mühəndisin ixtirası, rəssamın tablosu,
bəstəkarın əsəri, alimin yeni ideyası intellektual mülkiy-
yətə nümunə ola bilər.
Deməli, mülkiyyət həm əşya (cisim), həm daşınar-
daşınmaz, həm canlı, həm də intellektual şəkildə mövcud-
dur.
Mülkiyyətin subyekti
isə ayrı-ayrı fiziki və hüquqi
şəxslər, əmək kollektivləri, sosial qruplar, müxtəlif cəmiy-
yətlər, təşkilatlar, birliklər, şərikli iş adamları, qarışıq mül-
kiyyət sahibləridir.
Təsərrüfat təcrübəsi göstərir ki,
insanlar mülkiyyətə
real sahib olduqda, onda əsl mülkiyyətçi xarakteri forma-
laşır. O, müxtəlif problemlərlə üzləşdikdə bunları
sərbəst
surətdə və peşəkarlıqla həll etməyə çalışaraq, buraxdığı
səhvlərdən düzgün nəticələr çıxarır. Lakin planlı sosialist
iqtisadi sistemindəki kimi mülkiyyətə formal sahib olmaq
reallığı, insanlarda həvəs və təşəbbüskarlığı boğaraq, onla-
rı başqasının ifadəsini istəmədən yerinə yetirən mexaniki
icraçılara çevirirdi.
ç)
Mülkiyyət, əmlaka sahib olmaq, ondan istifadə et-
mək və mülkiyyət barəsində
sərəncam verməklə iqtisadi
cəhətdən reallaşdırılır.
Mülkiyyətin mənimsənilməsi
-
onun digər subyekt-
lərdən kənarlaşdırılaraq, hüquqi sənədlər əsasında xüsusi
mülkiyyətə, yəni kiminsə (şəxsin, dövlətin, bələdiyyənin)
sahibliyinə keçməsidir. Həmin subyekt, əldə etdiyi obyek-
tin istehsal və tədavül dairəsindəki
fəaliyyətinin nəticələ-
rini mənimsəyir.
120
Sahiblik
tam və natamam ola bilər. Tam sahiblikdə
mülkiyyətçi mütləq mənimsəmə hüququna malik olur.
Natamam sahiblikdə isə torpaq, müəssisə, xidmət obyekti
mülkiyyətçisi öz obyektinin yalnız
bir hissəsinə sahiblik
edərək, digər hissəsini başqasına verə bilər.
İstifadə
- əmlak və əşyalardan öz təyinatına görə
faktiki istifadə edilməsidir. İstifadə etmək - mülkiyyətin,
sahibolmanın həyata keçirilməsi, reallaşdırılması forması-
dır. Deməli, sahibolma mülkiyyətin funksiyasıdır (təyina-
tıdır), istifadə etmə isə sahibolmanın funksiyasıdır.
Sərəncam
- mülkiyyət obyektinin fəaliyyətinə göstə-
riş vermək barədə sahibkarın, yaxud onun tapşırığı ilə
digər şəxsin qərar qəbul etməsidir. Sərəncam verən, mül-
kiyyət formasından asılı olaraq,
dövlət məmuru, xüsusi
şəxslər, fiziki və hüquqi şəxslər ola bilər.
Dostları ilə paylaş: