Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə62/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   160
Mikroiqtisadiyyat (1)

Birin-
cisi,
bilavasitə inzibati idarəçilik orqanlarına tabe olan və 
həmin təşkilatlar tərəfindən maliyyələşdirilən, habelə inzi-
bati qaydalarla idarə olunan müəssisələrdir. İkincisi, öz 
xərclərini ödəyən, özünü maliyyələşdirən və idarə edən 
dövlət müəssisələridir. 
Üçüncüsü, 
səhmlərin əksər hissəsi 
dövlətin sərəncamında olan, başqa sözlə, nəzarət səhm 
paketi (zərfi)
 
dövlətə məxsus olan səhmdar-dövlət müəssi-
sələridir. Dövlət mülkiyyətində olan istehsal müəssisələri 
hüquqi şəxs statusuna malikdirlər. 
Bələdiyyə mülkiyyəti.
 
Bu mülkiyyət forması, yerli 
dövlət təsərrüfatçılığının əsasını təşkil edir. Hüquqi şəxs 
sayılan bələdiyyə, öz tabeliyində olan istehsal müəssisə-
lərinin və əhaliyə xidmət dairəsi obyektlərini idarə edir. 
«Azərbaycan Respublikasında mülkiyyət haqqında» 
qanunun 15-ci maddəsinə əsasən, yerli dövlət hakimiyyəti 
və özünüidarə orqanlarının əmlakı, yerli büdcənin və büd-
cədənkənar fondların vəsaiti, özəlləşdirilməmiş mənzil 


118 
fondu, qeyri-yaşayış binaları, mühəndis infrastrukturu ob-
yektləri (su kəməri, kanalizasiya təsərrüfatı, istilik, elek-
trik və qaz təchizatı), habelə bir sıra təhsil, səhiyyə, isteh-
sal, xidmət, ticarət, idman təşkilatları, yaxud onların əmla-
kı bələdiyyə mülkiyyətində ola bilər. 
Xüsusi mülkiyyət
.
 
Qədim və mürəkkəb bir təkamül 
tarixinə malik olan xüsusi mülkiyyət, ictimai icma qurulu-
şunun son mərhələlərində, ictimai mülkiyyətin dağılması 
meylləri ilə bağlı meydana çıxmışdır. Bütün sonrakı cə-
miyyətlərin tarixi, xüsusi mülkiyyət münasibətlərinin 
müxtəlif məzmun və mahiyyət etibarilə inkişaf dövrləri ol-
muşdur. Təsadüfi deyildir ki, filosoflar və iqtisadçılar 
əmlak, mülkiyyət, əşya üzərində sahibliyi, yaxud «bu 
mənimdir» hüququnu insan azadlığı və sərbəstliyinin ilkin 
zəruri şərti kimi qiymətləndirmişlər. 
Xüsusi mülkiyyətə cəhətdən yanaşmaq olar: a) şəxsi 
əmək, yaxud ailə üzvlərinin əməyi ilə fəaliyyət göstərən 
istehsal və xidmət obyektləri; b) başqalarının əməyinin 
haqqı ödənilməklə (muzdlu əməyə əsaslanmaqla) fəaliyyət 
göstərən müəssisələr. 
Yüksək inkişaf etmiş və inkişaf etməkdə olan ölkə-
lərdə təsərrüfat həyatında xüsusi mülkiyyət həlledici rol 
oynayır. Postsovet və postsosialist ölkələrində xüsusi, 
mülkiyyət formalaşmaqda, habelə fəaliyyət dairəsini ge-
nişləndirməkdədir.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin