116
– şəxsi və fərdi mülkiyyəti, əmək
kollektivinin, kooperati-
vin,
səhmdar cəmiyyətinin, istehlak kooperasiyasının, şir-
kətin, təsərrüfat birliklərinin,
ictimai birliklərin, xeyriyyə
fondlarının, dini təşkilatların mülkiyyətini, habelə qarışıq
və intellektual mülkiyyəti göstərmək olar.
Aydındır ki, mülkiyyətin hər bir əsas və törəmə for-
masının
yaranma səbəbləri, mənbələri, formalaşması xü-
susiyyətləri, iqtisadi cəhətdən reallaşdırılması, idarə edil-
məsi
mexanizmi,
prinsipləri, vəzifələri, şübhəsiz müxtəlif
ola bilər.
Lakin istər mülkiyyətin əsas, istərsə də törəmə
formalarının mahiyyətini, konkret iqtisadi sistem daxilində
cəmiyyət üzvləri arasındakı iqtisadi münasibətlərdə axtar-
maq lazımdır.
«Azərbaycan Respublikasında mülkiyyət haqqında»
qanununda respublikada mülkiyyətin əsas formaları və
mülkiyyət hüququnun müdafiə olunması məsələləri öz ək-
sini tapmışdır. Həmin qanundan sonra «Müəssisə haqqın-
da», «Səhmdar cəmiyyəti haqqında», «Aqrar islahatların
əsasları haqqında», «Sovxoz və kolxozların islahatı haq-
qında», «Torpaq bazarı haqqında», «Valyuta tənzimi haq-
qında», «Haqsız rəqabət haqqında», «Sahibkarlıq fəaliyyə-
ti haqqında», «Əmtəə birjası haqqında», «Lizinq
xidməti
haqqında», «Antiinhisar fəaliyyəti haqqında» və digər qə-
bul olunmuş qanunlar, mülkiyyət münasibətlərini təkmil-
ləşdirilərək, yeni iqtisadi sistemə uyğunlaşdırılması
işinə
xidmət etməkdədir.
Mülkiyyətin əsas və törəmə formaları haqqında aşa-
ğıdakıları qeyd etmək olar:
Dövlət mülkiyyəti.
Bu mülkiyyətin subyekti, yaxud
sahibi hər hansı bir ölkədə dövlətin özüdür.
Dünya təcrü-
bəsində dövlət mülkiyyətinə hərbi müdafiə və strateji ob-
117
yektlər, dəmir yolları, mühüm mədənlər, rabitə sistemləri,
inzibati binalar, mədəni abidələr,
habelə digər mühüm
tikintilər daxildir. Yüksək inkişaf etmiş ölkələrdə dövlət
mülkiyyətinin ümumi daxili məhsulda payı 10-30 faiz, in-
kişaf etməkdə olan ölkələrdə 35-70
faiz, keçid mərhə-
ləsində olan ölkələrdə 40-80 faiz arasındadır.
Dövlət mülkiyyəti makroiqtisadi
tənzimləmə prose-
sində, ölkənin inkişaf strategiyasının işlənib hazırlanma-
sında, milli iqtisadiyyatın səmərəliliyini yüksəltmək məq-
sədiylə struktur (quruluş) dəyişiklikləri aparılmasında və
əhalinin iqtisadi-sosial vəziyyətinin yaxşılaşdırılmasında
mühüm rol oynaya bilər.
Ümummilli (dövlət) və yerli (bələdiyyə) əhəmiyyətli
dövlət mülkiyyəti əsasən 3
formada idarə olunur.
Dostları ilə paylaş: