Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


mülkiyyətə adi bir əşya kimi yox, insanlar arasında



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə60/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   160
Mikroiqtisadiyyat (1)

mülkiyyətə adi bir əşya kimi yox, insanlar arasında 
ictimai (sosial) münasibətlərin ifadəçisi
kimi baxmaq 
lazımdır. 
Mülkiyyətə hüquqi, iqtisadi, tarixi, fəlsəfi mövqelər-
dən yanaşıb tərif vermək, onu səciyyələndirmək mümkün-
dür. Məsələn, qədim Roma hüququnda mülkiyyət müqəd-
dəs və toxunulmaz elan olunmuşdu. Lakin fransız iqtisad-
çısı P.Prudon mülkiyyəti oğurluq kimi qiymətləndirmişdir. 
Fransada Napoleon dövrünün qanunlarında (kodeksində) 
mülkiyyət hər hansı bir şeyə mütləq mənada sahib olmaq 
hüququ kimi təsbit edilmişdir. 
Çoxcəhətli və mürəkkəb məzmuna malik mülkiyyət 
kateqoriyasının mahiyyətini açmaq üçün aşağıdakılara 
diqqət yetirmək lazımdır: 
Əvvələn,
hər hansı bir cəmiyyətdə mövcud olan iqti-
sadi münasibətlərin təzahür forması kimi səciyyələnən 
mülkiyyət, o cəmiyyətdəki bütün ictimai münasibətlər sis-
teminin əsası və bünövrəsidir. Çünki, digər münasibətlər 
mülkiyyət bazasında müəyyənləşib, tənzimlənirlər. Məhz 
mülkiyyət münasibətləri təməlində cəmiyyətdə istehsal
bölgü, mübadilə, istehlak tipləri formalaşır. 
Sonra,
tarixi inkişaf prosesinin təbii qanunauyğun 


115 
nəticəsi olan mülkiyyətin müxtəlif formaları, tipləri zaman 
keçdikcə dövrün tələblərinə uyğun deyişir. Həm də bu 
dəyişmə və yeniləşmə prosesində həlledici rolu həmişə cə-
miyyətin məhsuldar qüvvələri, yəni istehsal vasitələri, ha-
belə bunları hərəkətə gətirən insanlar oynamışdır. 
Sonra,
müxtəlif cəmiyyətlərdə ayrı-ayrı qrupların, 
təbəqələrin ictimai vəziyyəti, iqtisadi imkanları, onların 
mülkiyyətə sahib olmaq, yaxud bu mülkiyyətin istifadəçisi 
kimi rollarını, yerini müəyyənləşdirir. 
Daha sonra,
hər hansı bir cəmiyyət, yaxud iqtisadi 
sistemdə müəyyən bir mülkiyyət forması (xüsusi, dövlət, 
bələdiyyə, qarışıq) aparıcı rol oynayıb, həlledici sayılsa 
da, lakin həmin iqtisadi sistemdə digər mülkiyyət forma-
ları da fəaliyyət göstərir. Bu hal, müxtəlif cəmiyyətlərdə 
özünü tarixi bir meyl kimi göstərir. 
Nəhayət,
mülkiyyətin bir formasının digərinə keç-
məsi, yaxud başqasına çevirməsi (transformasiyası), həm 
təkamül 
 
(evolyusiya), həm də inqilabi (zorakılıq, revolyu-
siya) yolu ilə gedə bilər. 
Mülkiyyətin tarixi tipləri kimi - icma mülkiyyətini
quldar mülkiyyətini, feodal mülkiyyətini, kapitalist mül-
kiyyətini, ümumi (ictimai, sosialist) mülkiyyətini, dövlət 
mülkiyyətini, göstərmək olar. 
Tarixdə olmuş və bəziləri məhv olub getmiş bu mül-
kiyyət tiplərinin hər birinin özünəməxsus xüsusiyyətləri
fərqləndirici cəhətləri ilə yanaşı, eyni zamanda ümumi ox-
şar tərəfləri də mövcud olmuşdur. Cəmiyyət inkişaf edib 
dəyişdikcə, mülkiyyət tipləri də yeniləşməyə məruz qal-
mışdır. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin