98
əmək bölgüsü kimi qiymətləndirilir.
İctimai əmək bölgüsü
isə, insanların bir məhsul, ya-
xud həmin məhsulun hissəsini istehsal etmək üzrə ixtisas-
laşması deməkdir.
Bəşər cəmiyyəti tarixində
birinci
iri ictimai əmək
bölgüsü maldar tayfaların əkinçilərdən ayrılmasıdır. Za-
man keçdikcə, tədricən ayrı-ayrı çoban tayfalar əkinçi tay-
falardan ayrılmış və bunların yolları ayrılaraq, xüsusi tə-
sərrüfat sahələri kimi inkişaf etməyə başlamışlar. Şübhə-
siz, bu bölgü əkinçilik və heyvandarlıq məhsullarının
istehsalını artırmağa, habelə onların mübadiləsinə, dəyiş-
dirilməsinə daha əlverişli bir şərait yaratmışdı.
Belə bir bölgü öz növbəsində daha mükəmməl əmək
alətləri yaradılmasını, qab-qacaq, zinyət əşyaları, müxtə-
lif paltarlar hazırlanması zəminində sənətkarlığın forma-
laşmasını şərtləndirmişdi.
Sənətkarlığın meydana çıxması və inkişafı cəmiyyət
tarixində
ikinci iri ictimai əmək
bölgüsü deməkdir.
Sənətkarlığın müstəqil bir sahə kimi formalaşaraq,
əkinçilik və maldarlıqdan ayrılması, təbii olaraq, əkinçilik-
maldarlıq-sənətkarlıq məhsullarının mübadiləsini xeyli
sürətləndirmişdi. Bu mərhələdə, artıq müxtəlif məhsulların
istehsalı prosesi ilə yanaşı, onların mübadiləsi (alqı-satqısı)
böyük əhəmiyyət qazanırdı. Əmtəə mübadiləsi isə geniş-
ləndikcə, bu işlə bilavasitə məşğul olan xüsusi bir qrup -
tacirlər təbəqəsi meydana çıxdı. Əmtəələrin mübadiləsi ilə
məşğul olan tacirlər təbəqəsinin formalaşması, cəmiyyətdə
insanlar arasında
Dostları ilə paylaş: