91
cismi sayıla bilər. Lakin hər hansı bir əmək cismi hələ
xammal deyildir. Əmək cisminin xammala, xammalın ya-
rımfabrikata, onun isə hazır satış məhsullarına çevrilməsi
üçün, şübhəsiz müəyyən əmək sərf olunmalıdır.
Əmək vasitələri
dedikdə,
ilk növbədə əmək alətləri
nəzərdə tutulur. Əmək vasitələrinə torpaq sahələri, müxtə-
lif istehsal binaları, yollar, kanallar, körpülər, anbarlar və
sairə daxildir.
Cəmiyyət inkişaf edib irəlilədikcə, yeni təsərrüfat sa-
hələri meydana çıxıb fəaliyyət göstərdikcə, daha mükəm-
məl əmək vasitələrinə ehtiyac yaranır. Dünya ölkələrinin
təsərrüfat həyatının təcrübəsi sübut edir ki, cəmiyyətin və
istehsal sahələrinin müəyyən ehtiyacları yarandıqda, ona
uyğun da əmək vasitələri hazırlanır, kəşflər edilir, texniki
baza formalaşır. Doğru deyilmişdir ki,
müxtəlif iqtisadi
dövrlərin fərqi nə istehsal etmələrində deyil, necə və hansı
əmək vasitələri ilə istehsal etmələrindədir. Ona görə də in-
sanlar ən qədim zamanlardan başlayaraq bu günə qədər
əmək vasitələrini tədricən təkmilləşdirib, yeniləşdirmək
sahəsində, həqiqətən ciddi uğurlar qazanmışlar. Əmək cis-
mi ilə əmək vasitəsi birlikdə cəmiyyətin istehsal vasitə-
lərini təşkil edir.
b)
İnsanların varlığı, yaşayışı və inkişafı, həyatda hə-
mişə
əmək fəaliyyəti, habelə istehsal prosesi ilə bağlı ol-
muşdur. Lakin aydındır ki, insan cəmiyyətinin inkişafı bo-
yunca istər əmək fəaliyyəti, istərsə istehsal prosesi daima
dəyişib təkmilləşərək yeni formalar almışdır. Məsələn,
oddan ilk istifadə edən, sadə əmək alətləri ilə silahlanan,
təbiət qüvvələri qarşısında
aciz qalan insanlarla, müasir
nəsillərin əmək fəaliyyəti, istehsalı, tələbləri, yaşayış tərzi
arasında çox böyük fərqlər vardır. İnsan cəmiyyəti inkişa-
92
fının müxtəlif mərhələlərində iqtisadi həyatda müəyyən
ümumi təsərrüfat formaları, yaxud tipləri fəaliyyət göstər-
miş və göstərməkdədir. Aydındır ki, cəmiyyətin iqtisadi
həyatının formaları, sabit və dəyişməz bir anlayış deyildir.
Vəziyyət dəyişdikcə, insanların tələbatları, əmək bacarığı
və fəaliyyəti, istifadə etdikləri avadanlıq və texniki vasitə-
lər təkmilləşdikcə, təsərrüfatın təşkili (aparılması,
həyata
keçirilməsi) əvvəlkindən fərqlənir. Həyat özü tələb edir ki,
cəmiyyətin təsərrüfat həyatı köhnə qaydalarla deyil, yeni
daha mütərəqqi, səmərəli, faydalı surətdə təşkil olunsun.
Cəmiyyətin tarixi təkamül və inkişaf prosesi gedişin-
də, məhsuldar qüvvələrin inkişafı və istehsal münasibətlə-
rinin dəyişilməsi nəticəsində, iqtisadi həyatda mövcud
olan, fəaliyyət göstərən təsərrüfat formaları,
tipləri də
dəyişir
.
Bu
həyatın, təsərrüfatın inkişaf qanunudur. Çünki
qədim yunan müdriklərinin dediyi kimi “hər şey axır, hər
şey dəyişir”.
Dostları ilə paylaş: