101
müxtəlif məhsullar hazırlanır, yaxud xidmətlər göstərilir.
Kapitalist istehsal üsulu şəraitində sahibkar, istehsal
amillərinə (torpağa, kapitala, işçiyə) sahib olaraq, öz
müəssisəsinin fəaliyyətini sərbəst təşkil edir. Kapitalist-
sahibkar öz məhsullarını bazara çıxararaq reallaşdırır
(satır). İstehsala çəkdiyi xərclərin əvəzi ödənildikdən, işçi-
lərin
haqqını verdikdən, vergi
və digər ödənişlər yerinə
yetirdikdən sonra, yerdə qalan müəyyən məbləğ sahibka-
rın mənfəəti kimi ona çatır. Bu onun kapitalına, zəhməti-
nə, bacarığına görə aldığı haqdır, onun halal qazancıdır.
Sahibkar öz fəaliyyətini fərdi rəhbərlik (ağalıq) qay-
dasında, təkbaşına və şərikli (ortaq) surətdə qura bilər.
Sahibkarlığın müştərək, qrup, səhmdar formaları da müm-
kündür.
Kapitalist əmtəə istehsalı, inkişaf etmiş bazar siste-
minin olmasını və ona müvafiq infrastrukturun (xidmət
göstərən sahələrin-bankların, sığorta şirkətlərinin, nəqliy-
yat təşkilatlarının və sair) olmasını tələb edir.
Kapitalist əmtəə istehsalının formalaşması üçün ilkin
kapital yığımı prosesi getməlidir.
Bu proses bir tərəfdən
zorakılıq (istehsalçıların istehsal vasitələrindən məhrum
edilməsi), digər tərəfdən isə sərvət toplanması (müstəqil
gəlir göstəricisi, vergi sistemi, himayədarlıq siyasəti)
vasitəsilə həyata keçirilə bilər.
Təsərrüfat tiplərindən biri də, mərkəzləşdirilmiş qay-
dada idarə olunan planlı iqtisadiyyatdır.
Planlı iqtisadiyyatın əsasını istehsal vasitələri üzərin-
də dövlət mülkiyyəti (kolxoz-kooperativ mülkiyyəti) təşkil
etmişdi. Bu təsərrüfat formasında əmtəə istehsalı və bazar
əlaqələri saxlanılır. Lakin bütün bunlar dövlətin sərt nəza-
rəti altında olur və dövlət cəmiyyətin təsərrüfat həyatının
102
bütün sahələrinin fəaliyyətinə qarışır.
Ona görə də bu cür
iqtisadiyyatın idarə olunması inzibati - amirlik qaydaları
kimi səciyyələndirilir.
Bu tip ictimai təsərrüfatda iki model fəaliyyət göstə-
rir:
Dostları ilə paylaş: