Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə39/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   160
Mikroiqtisadiyyat (1)

iqtisadi artım
məsələlərinə yönəltmişlər. 
İqtisadi tsikl nəzəriyyələrindən biri, Keynsin nəzəri 
müddəaları əsasında meydana çıxmış 
akselerator
(sürət-
ləndirici) mexanizmi ilə təkmilləşdirilmiş investisiya nə-
zəriyyəsidir. 
Əgər multiplikator - gəlirin artımı tempinin investisi-
yaların artımı tempinə olan nisbətini göstərirsə, akselera-
tor isə əksinə, investisiyaların artımı kəmiyyətinin milli 
gəlirin artımı tempinə təsirini göstərir. Bu nəzəriyyənin 
yaradıcısı A.Hansen (ABŞ) olmuşdur. 
XX əsrin ortalarından Qərb ölkələrində geniş yayıl-
mış iqtisadi keynsçi nəzəriyyələrdən digəri - iqtisadi artım 
nəzəriyyəsidir. Həmin nəzəriyyənin müəllifləri -R.Xarrod 
(İngiltərə) və C.Domar (ABŞ) olmuşlar. Əsrin 70-ci illəri-
nin sonlarından neokeynsçiliyi, postkeynsçilik əvəz etmiş-
dir. Onlar müəyyən məsələlərdə keynsçiliyi tənqid etsələr 
də, lakin bütövlükdə C.Keynsin təlimindən imtina etmə-
mişlər. Postkeynsçi nəzəriyyədə əsas yeri 
iqtisadi artım 

 bölgü
problemləri tutur. Onların mövqeyinə görə isteh-
salın artım sürəti milli gəlirin bölgüsündən, həmin gəlirin 
kəmiyyəti və onun artım tempi
 
isə yığımdan asılıdır. Öz 
növbəsində yığımın ümumi kəmiyyəti - əmək haqqı və 
əldə edilmiş mənfəətdən əmələ gəlir. Bu prosesdə yığıma 
meyllik, əmək haqqı və mənfəət əldə edənlərdə müxtəlif 


75 
olduğundan, şübhəsiz bölgədə baş verən real dəyişikliklər, 
yığımın ümumi məbləğinə öz fəal təsirini göstərəcəkdir. 
Maraqlıdır ki, postkeynsçilər sələflərindən fərqli 
olaraq, müxtəlif islahat və dəyişikliklər yolu ilə kapitalist 
iqtisadi sisteminin dəyişdirilərək yeniləşdirilməsinə, ya-
xud modernləşdirilməsinə tərəfdar olmuşlar. 
c)
İnstitusional-sosioloji istiqamət
, iqtisad elmi tarı
-
xində
 
XIX əsrin sonları və XX əsrin əvvəllərində meydana 
çıxmış, sonralar xüsusilə ABŞ-da, habelə digər ölkələrdə 
geniş yayılmağa başlamışdır. Ölkənin iqtisadi-sosial prob-
lemlərinin həllini dövlətin ümumi siyasəti, cəmiyyətdə for-
malaşmış müəyyən adətlər, qayda-qanunlar, təsisatlar və 
rəsmi, habelə qeyri-rəsmi təşkilatların fəaliyyəti ilə əlaqə-
ləndirən bu istiqamətin 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin