135
yişir»; «pul iqtisadiyyat maşınının sürtgü yağıdır»; «pul
hamıya lazımdır»; «pul möcüzələr yaratmağa qadirdir»;
«pul insanlara pis təsir göstərir»; «pul kağızdır»; «indi
sevgiyə görə yox, pula görə evlənirlər»; «pul nə xeyirdir,
nə də şərdir»; «zəhmətlə qazanılan pul bir şeydir,
lakin
lotereyada udulan pul isə başqa şeydir»» «insana görəsən
nə qədər pul lazımdır?»
Sorğu iştirakçılarından biri isə «mən pula nifrət edi-
rəm» cavabını aydınlaşdıraraq göstərmişdir ki, əvvəllər
mühəndis işləmiş valideynləri sonralar bizneslə məşğul
olub pul qazanmağa aludə olduqlarından məni başqaları-
nın himayəsinə vermişlər,
bir növ unutmuşlar, «pulu tap-
mış, məni isə itirmişlər...». Deməli, həyatda pul və var-
dövlət qazanmaq hərisliyi, təəssüf ki, ailəni, dost-tanışları,
insan ləyaqətini itirməklə də nəticələnə bilir.
Pulun adi kağız parçası olması, yaxud fövqəltəbii
səviyyədə fetişləşdirilərək dəyərləndirilməsi, cinayət və
faciələr, zorakılıq və haqsızlıqlar yaratması, onun həyatda
hər şeyi həll etməsi haqqındakı yanlış
təsəvvürlər pulun
«ecazkar möcüzələrə malik» xüsusiyyətlərindən irəli gəl-
mir. Buna əsas səbəb cəmiyyətdə sivil iqtisadi prinsiplərə
əməl edilməməsi, tam demokratik təsisatların formalaşma-
ması, qayda-qanunların pozulması, iqtisadi proseslərə icti-
mai nəzarətin zəifliyi, mətbuat və söz azadlığının məhdud-
laşdırılması, insan hüquqları və haqlarının tapdalanması,
ədalətli məhkəmə sisteminin olmaması, rüşvətxorluq və
korrupsiya halları, hakimiyyətin və onun orqanlarının xid-
mət etməli olduqları vətəndaşları qarşısında öz üzərlərinə
götürdükləri səlahiyyətli vəzifələrini peşəkarlıqla yerinə
yetirməmələridir.
136
İqtisadi nəzəriyyə pulu, istehsal olunmuş əmtəələrin
və göstərilmiş xidmətlərin dəyərini ifadə forması kimi
səciyyələndirir. İnsan əməyinin, zəkasının, onun yaratdığı
texnika və texnologiyanın məhsulu olan saysız-hesabsız
əmtəələr, xidmətlər pul vasitəsilə qiymətləndirilib
hesabla-
nır, mübadilə olunur, dəyişdirilir, əldən-ələ keçərək öz
əvvəlki sahibini dəyişir, nəhayət son nəticə etibarilə insan-
ların müxtəlif təyinatlı tələbatlarını ödəyirlər.
Vaxtilə Aristotel yazmışdır ki, «pul insanlar arasında
müəyyən razılaşma nəticəsidir». Belə fikirlər də olmuşdur
ki, pul nemət-xidmətlərinin əvəzində alınan hər şeydir,
yaxud pul xüsusi növ əmtəə olub, alqı-satqı münasibətlə-
rində ümumi ekvivalent rolunu oynayır.
Pulun meydana çıxması
çox qədim, formaları müx-
təlif, istifadə üsulları dəyişkən olsa da, o, həmişə olmamış-
dır. Pul cəmiyyətin inkişafının müəyyən pilləsində, ibtidai
icma cəmiyyəti dağıldıqdan, natural (qapalı) təsərrüfat
aradan qalxdıqdan, əmtəə istehsalı genişləndikdən, əmək
bölgüsü dərinləşdikdən sonra zəruri ümumi ekvivalent
(əvəzləyici) kimi meydana çıxmışdır. İlk dövrlərdə pulu
müxtəlif
ölkələrdə mal-qara, duz, xəz, parıldayan daş-qaş,
sonralar isə dəmir, gümüş, taxta, mis, qızıl, nəhayət kağız
pullar, müasir dövrdə isə xüsusi plastik kartlar əvəz etmişdir.
Düşünmək mümkündür ki, pul bəşəriyyətin tarixi
inkişaf yolunun müəyyən mərhələsində qanunauyğun bir
hadisə kimi meydana çıxıb öz rolunu oynadıqdan sonra,
artıq cəmiyyətə lazım olmayan bir şey kimi sıradan çıxa-
caqdır. Məsələn, marksist iqtisadi mövqeyə görə, gələcək
kommunizm cəmiyyətində insanların tələbatları
hərtərəfli
surətdə ödənildiyindən pula xüsusi bir ehtiyac qalmaya-
137
caqdır. Qiymətli metallardan gələcəkdə, hətta davamlı
keyfiyyətlərinə görə kanalizasiya sistemlərində istifadə
ediləcəyini irəli sürənlər də olmuşdu. N.Gəncəvinin “İs-
gəndərnamə” əsərində təsvir edilmiş “firavan, nə qapısı,
nə qıfılı olan” bir şəhərdə, pula ehtiyac duyulmadığı, qızıl-
gümüşün adi bir şey kimi qiymətləndirilməsi qələmə alın-
mışdı:
Qızıla, gümüşə aldanmaz heç kəs,
Bunlar bizim yerdə bir şeyə dəyməz.
Lakin hələlik, bazar münasibətləri iqtisadi sisteminin
hakim
olduğu bir şəraitdə, insanların şüur və intellektual
səviyyələrinin xeyli irəlilədiyinə baxmayaraq, pul və onu
əvəz edən qızıl-gümüş, qiymətli daş-qaşlar cəmiyyətin
ictimai-siyasi, iqtisadi-sosial, mənəvi-əxlaqi həyatının çox
mühüm bir amili rolunu oynayır, eyni zamanda bir sıra
vəzifələri (funksiyaları) həyata keçirir.
Pulun meydana çıxması və cəmiyyət arasında oyna-
dığı rolla bağlı,
Dostları ilə paylaş: