152
Bu sxemdən aydın olur ki, istehsal amilləri istehsal
prosesinin müstəqil və bərabər hüquqlu iştirakçılarıdır.
Ona görə də, istehsal prosesinin sonunda hər bir amillin
sahibi «ədalətlə» öz mənfəət payını alır.
Aydındır ki, maddi nemətlər
istehsal edilərkən və
əhaliyə xidmətlər göstərilərkən insanın təbiətə təsiri heç
də birmənalı olmur. İnsan öz istehsal fəaliyyəti ilə ətraf
mühitə və son nəticə etibarilə cəmiyyətə, habelə onun üzv-
lərinə zərər də gətirə bilər. Ona görə də müasir mərhələdə
ətraf mühitin qorunması və ekologiya problemləri ciddi
əhəmiyyət kəsb edir.
b)
Cəmiyyət həyatında baş
verən fasiləsiz istehsal
prosesi təcrübəsi sübut edir ki, müxtəlif təsərrüfat və xid-
mət sahələrinin fəaliyyətini uğurla təmin etmək üçün, is-
tehsal amillərinin ayrı-ayrı nisbətlərdə iştirakı tələb olu-
nur. İstehsalın maddi-texniki bazası, texnologiya dəyişik-
likləri, yeni material və xammal növlərinin tətbiqi, şübhə-
siz
istehsal amillərinin yeniləri, iqtisadi-sosial cəhətdən
daha səmərəli variantları ilə əvəz olunmasını irəli sürür.
Belə qarşılıqlı əvəz olunma prinsipi özünü kimyəvi məh-
sullarda (dərmanlar, yuyucu tozlar, qablaşdırıcılar, tara
materialları, kosmetika məmulatları); ərzaq məhsullarında
(müxtəlif bitki və mal-qara yağları); yaşayış binaları tikin-
tisində (taxta, daş, blok-beton),
habelə yanacaq, metallur-
giya, yüngül və yeyinti sənayesi sahələrində göstərir.
İstehsal amillərinin qarşılıqlı surətdə bir-birini əvəz-
Resurslar
Təbii
Maddi
Maliyyə
Əmək
Amillər
Torpaq
Kapital
İş qüvvəsi
Gəlirlər
Renta
Mənfəət
Faiz
Əmək haqqı
153
ləməsini təkcə istehsalın tələbləri, alıcılarını dəyişkən zöv-
qü ilə bağlamaq düzgün deyildir. Cəmiyyətin istehsal və
istehlak xarakterli tələbatlarını
tədricən genişlənib artma-
sına baxmayaraq, bunların hazırlanması üçün lazım olan
resursların, amillərin həcmi məhduddur.
Bu qanunauyğun meyl istehsalçılardan ənənəvi re-
surs və materiallardan istifadə etməklə yanaşı yeni, daha
əlverişli xammal-materiallardan istifadə olunmasını irəli
sürür.
Təsadüfi deyildir ki, sahibkarlıq fəaliyyəti ilə məş-
ğul olanlar və işgüzar biznes adamları elə materiallar, tex-
nika, texnoloji rejimlər seçirlər ki, nadir və az tapılan, ha-
belə nisbətən baha qiymətə başa gələn istehsal amillərin-
dən imtina etsinlər, yaxud bunlardan az istifadə olunsun.
Belə bir
yol və istiqamətin seçilməsi, şübhəsiz zəruri is-
tehsal xərclərinin azaldılmasına gətirib çıxaracaq, mövcud
istehsal amillərindən müxtəlif variantlarda daha səmərəli
istifadəni şərtləndirəcəkdir.
Təsərrüfat təcrübəsində istehsal amillərindən istifadə
edilməsinin
Dostları ilə paylaş: