143
təsadüfi sayıla
bilməz ki, “ölkə və onun əhalisi kreditə -
borca yaşayır”. Müəyyən istisnalarla, bu fikri müasir dün-
yanın istehsal-xidmət dairələrinin təsərrüfatçılıq fəaliyyə-
tinə və planetin əhalisinin həyat-yaşayış
səviyyəsi tərzinə
aid etmək olar.
Əmtəə-xidmətlərin kreditə satışı zamanı pul öz təda-
vül vasitəsi rolunu, dəyər ölçüsü kimi ideal şəkildə, xəya-
lən yerinə yetirir. Lakin satılmış məhsulların, göstərilmiş
xidmətlərin ödəniş vaxtı çatdıqda isə pul alıcıdan satıcıya
keçərək, öz həqiqi hesablaşma rolunu oynayır. Pulun bu
vəzifəsi, cəmiyyətdə kredit münasibətlərinin inkişafına ge-
niş meydan açmışdır.
Pulun dünya rolu vəzifəsi
dedikdə, onun yalnız öl-
kə daxilində deyil, beynəlxalq aləmdə və xarici dövlətlərlə
iqtisadi-ticarət əlaqələrində iştirakı nəzərdə tutulur. Müx-
təlif ölkələrin milli valyutaları xarici bazarlardakı alqı-
satqı münasibətlərində öz “milli libasını, geyimini”, yəni
məxsus olduğu dövlətin pul vahidi nişanəsi olmasını bir
tərəfə ataraq, qızıl və başqa valyutalara müəyyən nisbətdə
iştirak edir, yaxud dəyişdirilir.
Uzun müddət ərzində dünya bazarında
pulun dünya
rolu vəzifəsini qızıl yerinə yetirmişdir. Lakin beynəlxalq
miqyasda istehsalın müxtəlif sahələrinin və xidmət dairə-
sinin əvvəllərə nisbətən surətli inkişafı, ölkələr arasındakı
xarici ticarət dövriyyəsi həcminin durmadan genişlənməsi,
qızılın məhdud miqdarı, bank əməliyyatlarının və köçür-
mələrinin
çevikliyi, habelə rahatlığı, təhlükəsizliyi qızılın
dünya pulu vəzifəsini yerinə yetirməsində ciddi problem-
lər yaratdı.
Xüsusilə 1929-1933-cü illəri əhatə etmiş dünya iqti-
sadi böhranından sonra, beynəlxalq iqtisadi ticarət əlaqələ-
144
rində, tədavül dairəsində hesablaşmalarda qızılla yanaşı,
dollar və funt sterlinq kimi kağız pullardan istifadə olun-
ması təcrübəsi özünü doğrultmadığından, XX əsrin 70-ci
illərindən etibarən qızıl rəsmi surətdə dünya pulu rolunu
oynamır. Müasir dünyada 40 min tondan artıq qızıl müx-
təlif ölkələrdə dövlət ehtiyatı kimi saxlanılır və adi əmtəə
kimi
onun qiyməti, bazarda yaranan tələb-təklif qanunu
əsasında formalaşır.
Dostları ilə paylaş: