147
malar, ABŞ iqtisadçısı İrvinq Fişerin (1867-1947) “Pulun
alıcılıq qabiliyyəti” kitabında belə bir formulda veril-
mişdir:
MV=PQ
Burada
M - pul kütləsi; V - pulun dövriyyə sürəti; P -
əmtəə
və xidmətlərin qiyməti; Q - əmtəə və xidmətlərin
kəmiyyət
göstəricisi olduğundan, deməli onların hər biri
ayrı-ayrılıqda belə tapıla bilər:
Elmi-nəzəri cəhətdən neoklassik
istiqamətin mövqe-
yini əks etdirən pulun bu miqdar nəzəriyyəsi, “mübadilə
bərabərliyi, yaxud tənliyi” müəyyən
qeyd-şərtlərlə bütün
dünyada qəbul olunur. Həmin formullarda əmtəə-xidmət-
lərin həcminin və qiymətlərin artması ilə dövriyyədəki pul
kütləsinin sürəti arasında nisbətlərin pozulmasının inflya-
siya üçün şərait yaratması ideyası,
şübhəsiz aktual əhə-
miyyətə malikdir.
148
MÖVZU 9.
İCTİMAİ İSTEHSAL VƏ ONUN ƏSAS AMİLLƏRİ
a)
İstehsal amillərinin təsnifatı.
b)
İstehsal amillərinin qarşılıqlı əvəz olunması imkanları.
c)
İstehsal amilləri ilə məhsulun həcmi arasındakı asılılıq.
Dostları ilə paylaş: