Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə77/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   160
Mikroiqtisadiyyat (1)

d)
 
Pul tədavülü iqtisadiyyatın “qan damarları”, ya-
xud “fırlanan çarxın sürtgü yağı” kimi vəzifəsini normal 
yerinə yetirdikdə, ölkənin təsərrüfat həyatının müxtəlif 
sahələrinin və bütövlükdə cəmiyyətin hərtərəfli inkişafı 
üçün daha əlverişli imkanlar yaranır. 
Milli iqtisadiyyatda fasiləsiz surətdə davam edən 
nağd və qeyri-nağd hesablaşmalarla bağlı tədavül üçün zə-
ruri sayılan pul kütləsi (miqdarı), onun ayrı-ayrı ümumi-
ləşdirilmiş aqreqatlarının (M-0, M-l, M-2, M-3, M-4 (L)) 
müəyyənləşdirilməsi tələb olunur. Eyni zamanda iqtisadi 
nəzəriyyədə pul bazarı anlayışı vardır. Bu iqtisadi anlayış-
ların izahı və qarşılıqlı əlaqəsi, ölkədə pulun hərəkəti, 
onun kütləsi, tədavülünün tənzimlənməsi proseslərini ay-
dınlaşdırır. 
Pul bazarı
dedikdə, ölkədə pula olan tələb və təklif 
əsasında bank faiz dərəcəsinin səviyyəsi başa düşülür. 
Başqa sözlə, bankların bazar konyukturası şəraitində də-
yişkən faiz dərəcələri, pulun “qiymətidir”. İqtisadi yüksə-
liş mərhələsində bank faiz dərəcəsi artmağa doğru meyl 
etdiyi halda, əksinə iqtisadiyyatın geriləməsi və durğunlu-
ğu mərhələsində aşağı düşməyə başlayır. Bu mənada, san-
ki milli iqtisadiyyatın fəallıq və geriləməsinin barometri 
rolunu oynayan bank faiz dərəcələri, ölkənin dinamik 


145 
təsərrüfat həyatında baş verən dəyişiklikləri özündə əks 
etdirir. Belə bir cəhət də maraqlıdır ki, doğrudur pul 
bazarlarda başqa əmtəələr kimi “satılıb alınmır”. Lakin 
müxtəlif sövdələşmələr və razılaşmalar, habelə işgüzar 
münasibətlər prosesində dəyişkən bank faiz dərəcələri, 
hökmən nəzərə alınır. 
Pul tədavülünün tənzimlənməsi prosesində mühüm 
rol oynayan ümumiləşdirilmiş anlayışlara gəldikdə isə 
qeyd etmək lazımdır ki: 
M-0 __ dövriyyədə olan nağd kağız və metal pulların 
bankda deyil, əhalidə yaxud əllərdə olan məbləğidir. 
M-1 __ tədavüldə olan nağd kağız və metal pullar
habelə çeklər vasitəsilə hər vaxt tələb edilə bilən əmanət-
lər - depozitlərdir. 
M-2 __ M-l + çeksiz əmanətlər + az məbləğdə təcili 
(müddətsiz) əmanətlər (depozitlər) + pul bazarının qarşı-
lıqlı (əvəzləyici) fondlardan ibarətdir. 
M-3 __ M-2 + iri məbləğdə, adətən 100 mindən 
yuxarı məbləğdə olan təcili (müddətsiz) əmanətlərdən 
(depozitlərdən) ibarətdir. 
M-4 (L)__ölkənin bütün pul kütləsi, yəni M-3 + 
banklarda saxlanılan qeyri-pul 
vəsaitləridir ki, hər vaxt pu-
la çevrilə yaxud 
likvid
oluna bilər. Asanlıqla pula çevrilə 
bilən şeylər arasında dövlətin qiymətli kağızları, qızıl 
ehtiyatı, qiymətli sənət əsərləri, əntiq əşyalar mühüm yer 
tutur. 
Müxtəlif ölkələrin pul-kredit siyasətində milli iqtisa-
diyyatda pul kütləsinin həcmini (miqdarını) müəyyənləş-
dirmək üçün, məsələn ABŞ-da 4, Yaponiya və Almani-
yada 3, İngiltərə və Fransada 2, Azərbaycan Respublika-
sında isə bir neçə aqreqatdan, yəni ümumiləşdirilmiş pul 


146 
göstəricilərindən istifadə olunur. 
Pul tədavülü ölkədə əmtəələrin alqı-satqısı və xid-
mətlər göstərilməsilə bilavasitə bağlı olduğundan təbiidir 
ki, normal dövriyyə üçün lazım olan pul kütləsinin kon-
kret həcminin müəyyənləşdirilməsi qarşıya çıxır. Ona görə 
də bu məsələ iqtisadçı və mütəxəssislərin nəzər-diqqətini 
həmişə özünə cəlb etmişdir. 
Çünki ölkənin pul sisteminin və onun tədavül dairə-
sinin sabitliyini, çevikliyini, etibarlığını, nəhayət kəmiyyət 
müəyyənliyini təmin etmədən iqtisadiyyatın hərtərəfli, 
habelə tarazlı inkişafına nail olmaq çətindir. 
Uzun illər boyu klassik iqtisadi nəzəriyyə nümayən-
dələri, tədavül üçün zəruri olan pulun miqdarını (M), 3 
amillə - 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin