Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


Pul tədavül (mübadilə) vasitəsidir



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə75/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   160
Mikroiqtisadiyyat (1)

Pul tədavül (mübadilə) vasitəsidir.
Pulun tədavül 
vasitəsi vəzifəsi, cəmiyyət miqyasında çox saylı satıcılarla 
alıcılar arasında sövdələşmənin baş tutmasını təmin edir, 
hər iki tərəfə rahatlıq yaradır və onların vaxtına (vaxt da 
kapitaldır) qənaət prinsipini şərtləndirir. 
Bütün alqı-satqı proseslərində pul tədavül, yaxud 
mübadilə vasitəsi vəzifəsini, özünün dəyər ölçüsü vəzi-
fəsini yerinə yetirərkən ideal yaxud xəyali şəkildə olduğu 
kimi deyil, real iştirakı ilə, yəni nağd pulla, çeklə, qiymətli 
kağızlarla, səhmlərlə ödəməklə həyata keçirir. 
Tədavül prosesində müxtəlif formalarda iştirak edən 
pul, konkret alıcının əlindən konkret satıcının əlinə keç-
məli, yaxud onun hesabına köçürülüb ödənilməli və nəti-
cədə satıcı pula, alıcı isə əmtəəyə sahib olmalıdır. Bu pro-
ses - Ə (əmtəə) - P (pul) - Ə (əmtəə) formulu üzrə cəmiy-
yət miqyasında tədavül dairəsində fasiləsiz davam etdiyin-
dən, alıcılarla satıcılar həmişə öz yer və rollarını dəyişə-
rək, sanki vahid bir tamaşanın, yaxud bazar münasibətləri 
iqtisadi sisteminin iştirakçılarına çevrilirlər. Çünki pul va-
sitəsilə müxtəlif istehsalçılar özlərinə lazım olan iqtisadi 
resursları alır, bunları satanlar isə özlərinin istehsal-xidmət 
təyinatlı, habelə şəxsi, ailəvi, ictimai, maddi-mənəvi ehti-
yaclarını təmin edirlər. 
Pul yığım (xəzinə) vasitəsidir.
Cəmiyyətdə tədricən 
əmtəə-pul münasibətlərinin inkişafı prosesi, xüsusilə bazar 
münasibətləri iqtisadi sisteminin bərqərar olması mühitin-
də məhsulların pula və pulun məhsullara çevrilməsi gedişi, 
pulun yığım rolunu, xəzinə yaratmaq vəzifəsini irəli sürür. 
Bu halda pul müəyyən müddətə tədavül dairəsindən çıxa-
rılaraq, dəfinə kimi toplanıb yığım vasitəsinə çevrilir. Xə-
zinə kimi toplanmış pul formasında olan yığım istifadəsiz 


142 
qaldıqda, inflyasiya nəticəsində onun öz əvvəlki alıcılıq 
qabilliyyətini itirməsi, həmin məbləğin dəyərinin azalması 
təhlükəsi vardır. 
Yığımı şərtləndirən səbəblərdən biri də insanların, fi-
ziki və hüquqi şəxslərin bu yoldan istifadə etməklə, malik 
olduqları pulun alıcılıq qabiliyyətini indiki zamandan gə-
ləcəyə köçürmək arzusudur. Bazar münasibətləri şəraitin-
də, obyektiv-subyektiv amillərlə əlaqədar, istehsal və təda-
vül prosesləri zəiflədiyindən, habelə qənaət rejimi ilə bağlı 
pul ehtiyatı yarana bilir. Baş verə biləcək müxtəlif gözlə-
nilməz təsadüflərdən qorunmaq üçün də, bazar subyektlə-
rinin müəyyən məbləğdə pul ehtiyatına, yığıma malik ol-
ması, təbii hal kimi qəbul olunmalıdır. 
Əvvəllər pul yığım və xəzinə formasında ayrı-ayrı 
əllərdə toplanır, istifadəsiz qalır, gələcək üçün saxlanılır, 
yaxud borc (kredit) kimi başqalarına təklif olunurdusa, 
sonralar bu mühüm işlə müxtəlif ölkələrin geniş banklar 
şəbəkəsi məşğul olmağa başladı. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin