Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə83/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   160
Mikroiqtisadiyyat (1)

MÖVZU 10. 
 
BAZARIN MAHİYYƏTİ, VƏZİFƏLƏRİ VƏ 
FORMALARI 
 
a)
Bazar anlayışının sosial-iqtisadi mahiyyəti və vəzifələri. 
b)
Bazarın obyektləri və subyektləri. 
c)
Bazarın müxtəlif formaları. 
ç) Bazar münasibətləri iqtisadi sisteminin üstün və nöqsan 
cəhətləri. 
a)
 
Bazar bəşəriyyətin od, çörək, təqvim kimi kəşflə-
rindən biri olub, iqtisadi görüş və rəqabət meydanıdır. Ba-
zar elə bir iqtisadi göstəricidir ki, cəmiyyətin nə istehsal 
etməli, nə qədər istehsal etməli və kim üçün istehsal etmə-
li suallarına dəqiq cavab verir. Avropa ölkələrində geniş 
işlədilən market, rinq (Almaniya), torq (Çexiya), rupek 
(Polşa) anlayışları bazar mənasını verir. 
Müasir iqtisadiyyat – 
müxtəlif təyinatlı əmtəə və 
xidmətlərin, kapitalın (pulun), əməyin (iş qüvvəsinin) 
fasiləsiz, daimi təkrar hərəkəti, habelə bir-biriylə müxtəlif 
formalarda münasibəti, yaxud görüşüdür. Bu görüş yeri və 
iqtisadi münasibətlər məkanı bazardır. Vaxtilə A.Smit ba-
zarda nə baş verdiyini aydınlaşdıraraq yazmışdır: “Bazar 
deyir ki, mənə lazım olanı ver və sən də bazardan lazım 
olanı alıb apar”. 
Bazar iqtisadiyyatı təsərrüfat təşkilinin elə bir forma-
sıdır ki, onun əsas subyektləri olan istehsalçı ilə istehlakçı 
(alıcı ilə satıcı) arasında onların fəaliyyətini (münasibət-


158 
lərini) tənzimləyən aralıq idarəedici, planlaşdırıcı, inzibati 
təsisat (təşkilat, orqan) yoxdur. 
Bazar iqtisadiyyatının əsasını: əmtəə (xidmətlər) is-
tehsalı; ictimai əmək bölgüsü; istehsalçıların sərbəstliyi 
(əlahiddəliyi, bir-birindən asılı olmaması); istehsal etdiklə-
ri məhsulların - xidmətlərin sahibi olmaları; xüsusi mül-
kiyyətçilər kimi cəmiyyət həyatında və bazarda fəaliyyət 
göstərmələri təşkil edir. Ayrı-ayrı ölkələrin təsərrüfat sa-
hələrində fasiləsiz təkrar olunan bu çoxcəhətli münasi-
bətləri, əlaqələri, prinsipləri tənzimləyən məhz bazardır. 
Bəşəriyyətin keçdiyi çoxəsrli iqtisadi-sosial inkişaf 
yolunda bazarın 8-10 min illik bir tarixi vardır. Bazar 
haqqında olan müxtəlif fikir və mövqelərdə göstərilir ki, o 
bütün sivilizasiyalarda olmuş, inkişaf etmiş və təkmilləş-
mişdir. Bazar, insanların gündəlik həyatında daim təkrar 
olunan alqı-satqı münasibətlərinin və mübadilə dairəsin-
dəki sosial-iqtisadi əlaqələrin vəhdəti, yaxud toplusudur. 
Bazar məhsul istehsalçıları ilə onu istehlak edənlər ara-
sında iqtisadi münasibətləri aydınlaşdırır. 
Eyni zamanda bazar elə bir iqtisadi məkandır ki, ora-
da tələblə-təklif üz-üzə dayanır. Bazarda müxtəlif əmtəə-
lərin yaxud xidmətlərin konkret sövdələşməsi baş verir. 
Satıcı pul, alıcı isə mal (əmtəə, xidmət) sahibi olur. 
Məşhur Amerika iqtisadçısı, bazar və marketinq 
problemləri üzrə tanınmış mütəxəssis Filip Kotler «Mar-
ketinqin əsasları» kitabında yazır ki, bazar mövcud olan 
və potensial əmtəə alıcılarının cəmidir. İngilis iqtisadçısı 
Alfred Marşall «İqtisadi nəzəriyyənin prinsipləri» əsərində 
göstərir ki, bazar eyni qrupların işgüzar əlaqələrə girdik-


159 
ləri və müxtəlif istehsalçıların iri alış-veriş sövdələşmələri 
etdikləri bir yerdir. 
Müasir iqtisadi ədəbiyyatda bazar haqqında digər 
fikir və mövqelər də vardır. Məsələn, «bazar-iqtisadi mü-
nasibətlərdə tələblə-təklifin cəmidir», «bazar-əmtəələr və 
xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyət mexa-
nizmidir», «bazar-əmtəə və əmtəə-pul mübadiləsi forma-
sıdır», «bazar-ticarət aparmaq üçün adamların qarşılıqlı 
fəaliyyətidir», «bazar-əmtəə istehsalı və pul tədavülü qa-
nunları üzrə təşəkkül tapan mübadilədir». 
Bazarın vəzifələrinə aşağıdakılar daxildir: 
1.
Bazar istehsalla istehlak arasında əlaqələndirici 
körpü, vasitəçi və bağlayıcı həlqə rolunu oynayır. 
2.
Bazar mübadilə olunan əmtəə və xidmətlər üçün 
sərbəst ekvivalentlik şəraiti yaradır. 
3.
Bazar, istehsalçıları ən az xərclərlə istehlakçılar 
(alıcılar) üçün lazım olan məhsulları hazırlamağa və bu 
fəaliyyətdən kifayət qədər gəlir (mənfəət) əldə etməyə hə-
vəsləndirir. 
4.
Bazar əmək bölgüsünün dərinləşməsi, təsərrüfat 
həyatının getdikcə beynəlmiləlləşdirilməsi və iqtisadi in-
teqrasiya proseslərinin gücləndirilməsi əsasında, ölkənin 
və dünyanın müxtəlif bölgələrinin tarazlı inkişafına təsir 
göstərir. 
Müasir bazar, sivilizasiyanın yüksək inkişaf etmiş 
məhsulu kimi tarixən özünün əvvəlki formasından onunla 
fərqlənir ki, indi əmtəələrin əksər hissəsinin zəmanətli 
satışını, dövlətin fəal maliyyə-kredit və pul siyasətini, əha-
linin az imkanlı hissəsinin sosial mühafizəsinin müəyyən 


160 
sistemi olmasını irəli sürür. 
Bazarın - məlumat, vasitəçi, qiymətyaratma, nizam-
layıcı, təmizləyici kimi vəzifələri aşağıdakı sxemdə göstə-
rilmişdir:

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin