61
rəhbərliyi dövründə qovuşur. Həmin dövrdə Azərbaycan ədəbi tənqidi həm kəmiyyət,
həm keyfiyyət baxımından ciddi şəkildə yeniləşir, əsaslı milli mündəricə kəsb edir.
Deyilənləri ümumiləşdirib iyirminci əsrin ikinci yarısında Naxçıvanda
ədəbi
tənqidin inkişaf yolunu üç yarımmərhələyə ayırmaq mümkündür: 1)1950-1960-cı
illər; 2)1970-1980-ci illər; 3) Müstəqillik illəri.
Əvvəlcə 1950-1960-cı illərin səciyyəvi materiallarına nəzər salaq.
“Şərq qapısı” qəzetinin 12 oktyabr 1951-ci il tarixli sayında dərc olunmuş
“Yaradıcılığa ciddi tələbkarlıqla yanaşmalı” adlı məqalədə Naxçıvanda yaşayıb
fəaliyyət göstərən bəzi şair və yazıçıların sənət axtarışlarına nəzər salınmış,
ədəbiyyatın yeni yüksəlişi üçün qarşıda duran vəzifələr önə çəkilmişdi. Ədəbi-tənqidi
məqalədə o dövrün vulqar-sosioloji tendensiyalarının təsiri də görünürdü. Qəzetin 14
may 1958-ci il tarixli sayında verilmiş “Yaradıcılığa tələbkarlıqla yanaşmalı” adlı
ədəbi-tənqidi məqalədə də muxtar respublikanın şair, yazıçı və dramaturqlarının son
illərdəki əsərləri müfəssəl şəkildə təhlil olunmuş, uğur və qüsurlar göstərilmişdir. Bu
məqalədə ədəbi əsərlərin sənətkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyi də
məxsusi olaraq vurğulanmışdır.
Azərbaycan Yazıçılar İttifaqının 1958-ci ilin 15-16 mayında Naxçıvanda
plenum keçirməsi digər sahələrlə yanaşı, ədəbi tənqidə də bir dinamika vermişdi.
Plenumdakı giriş sözündə tanınmış ədib Mehdi Hüseyn vurğulamışdı ki,
“bu plenum
yalnız ədəbi məsələləri müzakirə etməklə qalmayıb, ümumən mədəniyyətimizin
Dostları ilə paylaş: