54
1930-cu illərin repressiyası Naxçıvan ədəbi mühitinə də da öz təsirini
göstərmişdir. Muxtar respublikada ədəbi fikrin ifadə olunduğu əsas mətbuat orqanı
kimi “Şərq qapısı” qəzetindəki bədii, eləcə də ədəbi-tənqidi materiallarda
“bir sıra
məhdudiyyətlər, birtərəfli mülahizələr, ayrı-ayrı məqamlarda siyasi təbliğatın
bədiiyyatı üstələməsi də aşkar görünürdü”
[223,s.97].
O illərdə Sovetlər Birliyinin
bütün mətbuat orqanlarında olduğu kimi,“Şərq qapısı” qəzetində da bir sıra ifşaedici
materiallara yer verilmiş, hətta qəzetin rəhbər işçiləri də ittihamlardan yaxa qurtara
bilməmişdir. Tədqiqatçı S.Surə diqqəti ona yönəldir ki, 1937-ci ilin 19 fevralından
həmin ilin sonunadək qəzetin redaktoru beş dəfə dəyişdirilmiş, redaktorlardan Şirəli
Şirəliyev “üzərində ləkələndirici material olduğundan” işdən azad edilmişdir.
Ə.Hacızadənin qəzetdəki redaktorluğu isə cəmi 13 gün çəkib. [223, s.29].
Belə
şəraitdə ədəbi tənqiddən doğru-dürüst, obyektiv addımlar gözləmək də çətin idi. Bir
çoxlarının susmağa üstünlük verməsi, ədəbiyyatın, eləcə də ədəbi tənqidin inkişafında
müəyyən durğunluq və problemlər yaşanması digər səbəblərlə yanaşı, həm də
dövrün mürəkkəb, təzadlı prosesləri ilə bağlı idi. O illərin mətbuatındakı bir sıra
materiallar mənzərə barədə müvafiq təəssürat yarada bilir.
Bakıda çıxan “Ədəbiyyat qəzeti”nin 11 may 1938-ci il tarixli sayında
“Qənbərli” imzasıyla dərc olunmuş “Azərbaycan Sovet Yazıçıları İttifaqının
Naxçıvan şöbəsi haqqında” adlı məqalədə [152] şöbənin fəaliyyətindəki bir sıra
nöqsanlar tənqid olunmuşdur. Təşkilatın fəaliyyəti üçün lazımi şəraitin olmadığına
diqqət çəkən, onun yeni seçilmiş rəhbər heyətini fəaliyyətsizlikdə günahlandıran,
ədəbi-tənqidi müzakirələrin keçirilmədiyinə, əsərlərin uğur və qüsurlarının
göstərilmədiyinə də toxunan məqalə müəllifi faktlarla danışırdı:
Dostları ilə paylaş: